Modern.az

Məleykə Abbaszadə: "Prezident təqaüdü alacaq tələbələrin adları ölkə başçısına təqdim olunub"

Məleykə Abbaszadə: "Prezident təqaüdü alacaq tələbələrin adları ölkə başçısına təqdim olunub"

4 Sentyabr 2009, 12:49

«Prezident təqaüdünə 102 azərbaycanlı tələbə iddia edir». Modern.az-ın məlumatına görə, bu barədə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iddiaçıların siyahısı ölkə rəhbərliyinə təqdim edilib. Sentyabrın 15-nə kimi Prezident təqaüdü alacaq tələbələrin adları məlum olacaq. M.Abbaszadə əlavə edib ki, ölkə başçısı İlham Əliyevin «Azərbaycan ali məktəblərinin tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında» fərmanına əsasən, ötən il ali məktəblərə qəbul zamanı ən yüksək bal toplayan tələbələr üçün təqaüd 50 faiz artırılaraq 150 manata çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır