13Noyabr | Ana Səhifə - Yazılar - Əhəd Abıyev “bir daşla 2 quş vuracağını” yuxusunda da görməzdi
Əhəd Abıyev “bir daşla 2 quş vuracağını” yuxusunda da görməzdi

Namidə BİNGÖL

 

Heç bilirsiniz, bölgədə məmur olmaq rütbəsinə yiyələnmək nə deməkdir?! O deməkdir ki, sən qoçu da ola bilərsən.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Yola saldığımız həftə, dünyanın gözü Amerikaya dikildi. Noyabrın 8-də keçirilən prezident seçkilərinin nəticəsi  bir çoxlarının düşüncəsini alt-üst etdi. Yəni Amerika xalqı,  Hillari Klintonu yox, Respublikaçılar Partiyasından olan Donald Trampı prezident seçdi. Seçkilərə qədər Trampın “şəninə” çox “təriflər” yağdırılırdı. Amma, fələk öz bildiyini ortaya qoydu. Artıq Tramp prezidentdir.

 

Yola saldığımız həftə, Milli Məclis də plenar iclasını keçirdi. Bir növ adət etdiyimiz spiker-deputat “qarşıdurması” baş verdi. Yəni deputat Zahid Orucla spiker Oqtay Əsədovun sözü yenə çəp gəldi.

Deputat Elmira Axundova isə yaşıllıqların məhv edilməsindən danışıb. “Yaşıllıqların məhvi adamların gözü qarşısında baş verir”-xanım deputat belə deyib. Məncə, yaşıllıqların məhv edilməsi məsələsi yeni deyil. Bu iş illərdir ki, “uğurla” davam edir. Əli baltalılara heç “dur deyən” də olmayıb. Bundan sonramı olacaq?!

 

 Şoulaşan məmurlarımız

 

Qanunları şüursuzcasına idarə edəndə,  elə sərgüzəştlər peyda olur ki, üstəlik borclu da sən çıxırsan.

Necə ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev Ermənistan bayrağı əvəzinə, Kolumbiya bayrağının rəngələrini əks etdirən şiferi sındırıb, eləcə, günahı da bizlərdə görüb. Kişi deyib ki, əcəb edib sındırmışam. Yəni, belə, lap əlimin içindən gəlib. Sonrası sizə nə ?! Düzdür də. Sonrası, bizə nə!

 

Etimad göstərib böyük bir kreslonu belələrinə həvalə edirik ki, problemlərimizin qulpundan tutub həll istiqamətlərini müəyyənləşdirsinlər. Bəs bunlar nə edir?! Mənasız işlərlə gündəmə gəlir. Üstəlik, “əcəb etmişəm, özüm bilərəm” deyir. Zatən, sizin ayağınızın  “bildiyini” bizim başımız nə karədir ki, bilə, ay Əhəd müəllim! O dərəcədə “kreativ” addımlar atırsız ki, bizə kənardan əl çalmaq qalır.

 

Bir məqam xüsusi diqqət çəkir. Dövlətin, xalqın  taleyüklü məsələlərinin həll edilməsində niyə bu məmurların başı işləmir axı?! Qurduqları bayağı əyləncənin mərkəzində elə özləri çalıb, özləri də oynayırlar.

 

İri gövdəyə sahib olmalarına baxmayın. Çəkiləri, tərəzinin gözündə ağır gəlməyə  yarayır. Nə yazıq ki, bunlar ağır düşünmək qabiliyyətinə malik deyillər. “Vur çatlasın çal oynasın” məsəli də lap yerinə düşür. Bəs yerində olmayan nədir?! Düşüncə və idarəetmə məharəti.

 

Qaşqabaqlı, hirsli olanda belə, vətəndaşla  rəftar məsələsində təmkinli ola bilmirlər.  

 

Təəssüf ki, bölgə məmurlarının çoxu, qolçomaq ənənələrindən də xilas ola bilmir. Halbuki, məmur da bir qulluqçu, dövlət xidmətçisidir. Həmin məmurlar, bundan da xəbərsizdirlər.

 

Daha, vətəndaşla, “ağa”, ”şah” dilində danışmaq nə deməkdir?!

 

Vallah, bəzi məmurlarımız üçün qış da bahar kimidir.

 

Daşkəsənin icra başçısı Əhəd Abıyev isə elə “möhtəşəm” addım atdı ki, sorağı okeanın o tayından gəldi. Şiferdən hazırlanmış “Ermənistan” bayrağını bir yumruqla iki yerə bölən icra başçısı, kim bilir, nə xəyallar qurubmuş. Bayraq günündə erməni bayrağını ikiyə bölməklə tarixi ənənənin əsasını da qoya bilərdi. Təbii ki, öz aləmində. Di gəl ki,  “bir daşla iki quş vuracağını” yatıb yuxusunda da görməzdi. Sadəcə, gerçəkdən görmək nəsib oldu.

 

Bayraq sındırmaqla gündəmə gələn Əhəd Abıyev də digər məmurlarımızdan fərqli davranış sərgiləyə bilmədi. O üzdən, fövqəladə paradoks da baş vermədi. Sadəcə, növbəti məmur kobudluğu, “əlimizi üzümüzdə qoydu”.

 

Nə olsun ki, okeanın o tayında  tanınan artistlərimiz yoxdur. Əsas odur ki, uzaq Kolumbiya məmləkətində parlayan məmur ulduzumuz  var.

 

Nə isə. Bəzi məmurlara, istedadlarını nümayiş etdirmək üçün geniş meydan vermək lazımdır! Təbləri gələndə, daha dövlət müəssisələrində şadyanalıq etməsinlər. Kütləvi şəkildə meydana axın etsinlər. Çalsınlar, oynasınlar hoppansınlar, şpaqat açsınlar. Bir sözlə, nə istəyirlər onu da etsinlər. Bircə rəsmi geyimdə Remboluq etmək eşqinə düşməsinlər.

 

Görünür, bəziləri hələ də yerini müəyyənləşdirə bilmir. Yoxsa,  sözü ağızdan necə bişirib çıxarmaq mədəniyyəti bu formada “fontan” vurmazdı.

 

 

 

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53