19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Səməd Vurğun
Səməd Vurğun
13.11.2016, 22:00

Qabil

 

 

Rübailərimin birində yazmışam:

 

Başı qarlı uca dağdır Səməd Vurğun,

Həm bayraqdar, həm bayraqdır Səməd Vurğun,

Xalq şairi böyük addır, bu adsız da

Bu yer, bu yurd, torpaqdır Səməd Vurğun.

 

Biz – müharibə illərində ədəbiyyata gələnlər, ağlımız kəsəndən, dilimiz söz tutandan dörd şairi tanımışıq – Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Məmməd Rahimi... Əlimizə kitab götürəndən, müəllim qabağına çıxandan, illər boyu zaman–zaman bu dörd şair bizim sevimli şairlərimiz, ustadlarımız olub. Biz onlara fərq qoymamışıq. Ustadları bir-birilə müqayisə etməzlər, yer bölgüsündə, qiymətləndirmədə fərq qoymazlar.

Məsələn baxıb görürəm ki, Məmməd Rahimi az qala unudublar. “Leninqrad göylərində” poemasının, “İkiqat cinayət”, “Vur, ölən faşistdir, insan deyildir!”, “Şatır”, “Terekin sularında”, “Alapalazoğlu” kimi gözəl şeirlərin müəllifini unutmaq olarmı?

İndi sual verə bilərsiniz ki, o dövrdə bu ustadların bir–birinə münasibəti necə idi, indiki dövrdə olduğu kimi, ədəbi əxlaqdan kənar söz–söhbət olurdumu? İndiki kimi qəzet və jurnal səhifələrində bəzi–bəzi cavanların hədyanlarına, söyüşlərinə rast gəlirdikmi? Deyim ki, həmin dövrdə bütün tanınmış sənətkarlar bir–birilə can deyib can eşidirdilər, bu, ağ yalan olar. Niyə gizlədim, Səmədi sevməyənlər az deyildi, onu qısqanırdılar da, amma bir–birinin uğurlarına sevinirdilər, kimsə kimsənin ünvanına nalayiq söz, kəlmə işlətmirdi. Hər hansı bir yaradıcılıq müşavirəsində kəskin ədəbi mübahisələr olurdu, amma müşavirə, yığıncaq qurtaran kimi o mübahisə edənlər gedirdilər yeyib-içməyə. Biz, yəni o zamanın ədəbi gəncliyi qətiyyən ədəb-ərkandan kənar çıxmazdıq, əgər Rəsul Rza ya Süleyman Rüstəmlə gündə on dəfə qarşılaşsaydıq da, yenə salam verərdik, baş əyərdik. Biz onların ədəbiyyatda yerini, mövqeyini dürüst anlayırdıq. İndi isə kim kimə istəyir sataşır, ələ salır, ağsaqqala hörmət azalıb. Mənim yadıma gəlir ki, Süleyman Rüstəmə Sosialist Əməyi Qəhrəmanı fəxri adı təqdim ediləndə mərhum Prezidentimiz Heydər Əliyev qarşısına qoyulmuş hazır yazıya baxdı, sonra onu bir kənara qoyub dedi ki, buna ehtiyac yoxdur, mən Süleyman Rüstəmin şeiriylə dil açmışam, başladı “Çapayev” şeirini əzbər deməyə.

Bax, adlarını çəkdiyim o dörd sənətkar müqəddəs adamlar idi, onlar ədəbiyyat üçün doğulmuşdular, bayaq dedim ki, bu sənətkarlar arasında yaradıcılıq qısqanclığını hiss edirdik. Bunu, ümumiyyətlə, çox normal və təbii qarşılamaq lazımdır. Əgər sənətkarlıq varsa, qısqanclıq da olmalıydı. Bir də ki, böyük sənətkarı qısqanarlar. Səməd Vurğun o dövrdə çox şöhrətli idi. Moskvada, SSRİ Yazıçılar İttifaqında dramaturgiya ilə bağlı keçirilən bir müşavirəni xatırlayıram. Mən o zaman Moskvada, oxuyurdum, kursant idim, müşavirədə iştirak etməyə də Səməd Vurğun dəvət etmişdi. Rəyasət heyətində Fadeyev, Fedin, Şoloxov, K.Simonov, Arbuzov əyləşmişdilər. Birdən onlardan kimsə dedi “sədr kim olsun?,” Fadeyev dedi ki, burada heç bir suala ehtiyac yoxdur, Səməd Vurğun buradadır. Səməd Vurğun rəyasət heyətinə keçdi.

Səməd Vurğunu tarixlərdə yaşadacaq əsərlərinin sayı çoxdur. Hansını deyim, “Vaqif” pyesinimi, bir-birindən seçilməyən lirik ya fəlsəfi şeirlərimi, ya “Komsomol”, “Aygün”, “Muğan” poemalarınımı? Amma mənim fikrimcə, Səməd Vurğunu tarixlərdə “Azərbaycan” şeiri daha çox yaşadacaq, çünki bu şeir yazıldığı gündən hər bir azərbaycanlının dilinin əzbəridir, onun duzuna və çörəyinə qarışıb, neçə nəsil gəlib keçir, amma “Azərbaycan” şeiri həmişə bizim mənəvi himnimizdir. Elə bir nümunə göstərin ki, bu şeiri əvəz edə bilsin.

Səməd Vurğunu ilk dəfə görəndə mənim on dörd yaşım vardı. Əynində qəhvəyi rəngdə pencək, əlində o rəngdə bir qovluq. O, görüşdə Səməd Vurğunun “Nizami” şeirini oxuduğu yadımdadır. Sonra illər keçdi, zaman keçdi, mən ilk şeirlərimi çap etdirdim, gənc bir şair kimi adım çəkilməyə başladı və Səməd Vurğunu tez-tez görməyə başladım.

Yadımdadır: “Gəncliyin səsi” adlı bir almanax hazırlanırdı. Bu almanaxda 40-cı illərin gənc şair və naşirlərinin yazıları təqdim olunmalıydı. Belə almanaxları hazırlayandan sonra gətirib Səməd Vurğuna təqdim edirdilər. O da oxuyub tanış olur və çapına icazə verirdi. Bu almanax hazır olanda bizi yığdılar Səməd Vurğunun otağına. Mənim də orda üç şeirim vardı. Səməd Vurğun bircə-bircə hər bir gəncin yazıları haqqında öz fikrini bildirdi. Növbəm çatanda üzünü mənə tutub dedi: “Köpək oğlu, bu şeirləri sənmi yazmısan?”. Söz mənə toxundu: “Səməd müəllim, ağzınızı təmiz saxlayın” dedim. Yanımda oturanlar ətəyimi dartdılar, “Utanmırsan Səməd Vurğuna cavab qaytarırsan” dedilər. Görüş başa çatdı, Səməd Vurğun məni dayandırdı, “Sən qal” dedi. Elə bildim ona cavab qaytardığım üçün məni döyməyə və ya ağır bir söz deməyə hazırlaşır.

Dedi: “Ayə, aton durormu?”, “xeyr” dedim. “Köpək oğlu, bağışla”. Gördüm gözləri yaşarır. Hiss elədim indi dediyi “Köpək oğlu” o köpək oğlundan deyil.

Daha bir xatirə: 1955–ci il idi. Moskvada idim. Rəhmətlik Qulu Xəlilovdan teleqram aldım ki, məni qarşıla, operasiyaya gəlirəm. Pulum yox, üstəlik qar-çovğun, birtəhər üz tutdum “Qazan” vağzalına. Həmin teleqramda nömrəsi göstərilən vaqonun gələcəyi yerdə dayandım. Gördüm ki, Səməd Vurğun çox pis, pəjmürdə halda, xəstə vəziyyətdə vaqondan düşdü. Məni görüb sevindi: “Ayə, sən, bakılı balası, hardan bilirdin mən gələcəyəm?”. Mən ona demədim ki, sizi yox, Qulu Xəlilovu qarşılamağa gəlmişəm. Dedim “Səməd müəllim, Moskvada yaşayan bütün azərbaycanlılar bilir ki, siz gəlirsiniz”.

 Yenə bir xatirə: Moskvadaydıq. Bir gün Yusif Səmədoğlu dedi ki, mənim ad günümdür, gəlin bunu “Moskva” mehmanxanasında qeyd edək. Mən idim, Əliağa Kürçaylı idi, başqalarını xatırlaya bilmirəm, oturduq yeyib-içməyə. Məclisin şirin yerində Səməd Vurğun gəldi, hamımız ayağa durduq. Səməd müəllim üzünü Yusifə tutub dedi: “Ayə, pulun varmı bunları yığmısan bura?” Yusif dedi: “Var”. “Ayə, qorxma, mən burdayam”. Oturdu bizimlə. Söhbət ana dilindən, onun saflığından düşəndə mən Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini oxudum.

Ümumiyyətlə, Səməd Vurğun istedadlı gəncləri çox sevirdi, onıarın qayğısına qalırdı, yeri gəldikdə, bu gənclərin yaradıcılığı barədə mərbuatda öz ürək sözlərini də deyirdi. Məsələn, Əliağa Kürçaylının bir şair kimi yetişməsində Səməd Vurğunun böyük rolu olub. Əliağa Kürçaylı Salyanda adi bir mühasib idi. Gənc yazıçıların birinci respublika müşavirəsində iştirak etdi, şeir oxudu. O səhnə indi də xatirimdədir.

Əliağa əvvəlcə “İlk bahar çiçəyi” adlı şeirini oxudu, Səməd Vurğunun xoşuna gəldiyindən bir şeir də oxumağı xahiş edir. Əliağa daha bir şeir oxudu. Bu şeiri oxuyub qurtaran kimi Səməd Vurğun ondan soruşdu:

– A bala harda oxuyursan?

– Oxumuram.

– Harda işləyirsən?

– Dəmir yolunda.

– Nə işində?

– Hesabdar.

Salondakılar gülüşür, Əliağa tez əlavə edir:

– Hesabdar idim, indi fəhlə işləyirəm.

– Gəl, səni düzəldim Universitetə.

– Götürməzlər.

– Niyə?

– Kamal attestatım yoxdur. Mən doqquzuncu sinfi bitirmişəm.

– Sən gəl, mən deyərəm götürərlər.

Səməd Vurğunun yaxından köməyi ilə Əliağa Bakıya köçür, burada fəhlə–gənclər məktəbinin son sinfini bitirir, sonra Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsinə daxil olur. Mən Səməd Vurğunun ədəbi gəncliyə qayğısı ilə bağlı belə misalların sayını istənilən qədər artıra bilərəm.

1946–cı il idi. APİ–nin ikinci kursunda oxuyurdum. İyirmi yaşım vardı. Mətbuatda bir neçə şeirim çıxdığına görə tələbə yoldaşlarım, bəzi müəllimlərim mənə “şair” deyirdilər. Günlərin bir günü tənəffüsdə Əhməd Qəribov adlı bir aspirant məni səslədi: “Bura gəl, sənə Səməd Vurğunun heç yerdə çap olunmamış bir şeirini oxuyacam”. Sakir bir yerə çəkildik. Əhməd Səməd Vurğunun əruz vəznində yazılmış “Olsun” rədifli həzin bir şeirini əzbər dedi. Ondan xahiş elədim, şeiri bir də aram-aram oxudu, kağıza köçürdüm. Elə həmin günün axşamı o şeirin məni sehrləyən qüvvəsi altında eyni rədifli şeirimi yazdım. Xeyli sonra – əllinci illərdə bir dəfə fürsət tapıb “Olsun” rədifli bənzətmə şeirimi Səməd Vurğuna oxudum. O, diqqətlə fikirli, qulaq asıb dedi:

– Ayə. Bakılı balası, sən məndən qəmgin yazmısan, təxəllüsünü də qoymusan “Nikbin” Sənin nəyin nikbin oldu?

 

Əgər səndən dönər isəm nəsibim ahu–zar olsun,

Baharım qar tökən qış tək açılmaz bir diyar olsun.

Cavan canım susuz bir qönçətək solsun da, xar olsun,

Libasım ağ kəfən, yurdum-yuvam sakit məzar olsun!

Xəzan gəldi, saralmış güllər üstə qan qus, ey bülbül!

Çay ey şimşək, qop, ey tufan, öt ey bayquş, sus ey bülbül!

Fərağın zindanında məntək oldun məhbus, ey bülbül,

Gün olsun ki, üzün gülsün, çəmənlər laləzar olsun!

Mənimsə fəsli-gülzarım yetişməz, bülbülüm, bir də,

Açılmaz qalbi-naşadım, üzüm gülməz bu yerlərdə

Riza qılmam ki, əğyarım da düşsün mən düşən dərdə

Nə qopsun sinəsindən ah, nə cismində şərar olsun.

... Sağ ol, ey bivəfa dünya, sağ ol, bimehr dildarım,

Yan, ey könlüm ki, son dəfə işıqlansın şəbitarım.

Yaz, ey Qabil, könüllər dağlayan bu məhzun əşarım

Mənim naşad ruhumdan uğursuz yadigar olsun.

 

Vurğun Sabirdən sonra Azərbaycan şeirinin səmasında parlayan, parladıqca da işığı artan yeni bir ulduz oldu. Sabir şeirimizin həm məzmun, həm də formasının kamilləşməsində, poeziyanın xalqla bağlılığında necə böyük bir iş gördüsə, Səməd Vurğun da o vəzifəni sovet dövründə həyata keçirdi. Onun yaradıcılığı ilə şəxsiyyəti arasında heç bir uçurum, təzad yox idi. İnsan kimi də böyük idi, şair kimi də!

 


SON XƏBƏR
“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19.03.2019, 16:27

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı
19.03.2019, 16:27

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular
19.03.2019, 16:20

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019, 16:19

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi
19.03.2019, 16:14

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi

Vasif Talıbov 7 nəfəri əfv etdi
19.03.2019, 16:07

Vasif Talıbov 7 nəfəri əfv etdi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu
19.03.2019, 16:07

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Binəqədidə Novruz şənliyi
19.03.2019, 15:51

Binəqədidə Novruz şənliyi

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”
19.03.2019, 15:41

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi
19.03.2019, 15:30

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi

Şəkinin su və kanalizasiya sistemi yenilənir - FOTOLAR
19.03.2019, 15:28

Şəkinin su və kanalizasiya sistemi yenilənir - FOTOLAR

Əli İnsanov Qərbə niyə təşəkkür etdi? - Deputat CAVABLANDIRDI - VİDEO
19.03.2019, 15:25

Əli İnsanov Qərbə niyə təşəkkür etdi? - Deputat CAVABLANDIRDI - VİDEO

Prezident tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq
19.03.2019, 15:08

Prezident tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI   
19.03.2019, 15:04

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI  

AQTA maarifləndirir - Bayramda necə qidalanmalı
19.03.2019, 15:04

AQTA maarifləndirir - Bayramda necə qidalanmalı

Alimlərdən Azərbaycanın elmi liderliyinə münasibət: “Bu, Təhsil Nazirliyinin Azərbaycana töhfəsidir”
19.03.2019, 15:00

Alimlərdən Azərbaycanın elmi liderliyinə münasibət: “Bu, Təhsil Nazirliyinin Azərbaycana töhfəsidir”

Xanım deputat hərbi hissədəki bayram tədbirində
19.03.2019, 14:55

Xanım deputat hərbi hissədəki bayram tədbirində

“Azərenerji” ilə “Azərişıq” da gücləndirilmiş rejimə keçdi   
19.03.2019, 14:45

“Azərenerji” ilə “Azərişıq” da gücləndirilmiş rejimə keçdi  

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi
19.03.2019, 14:27

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
19.03.2019, 14:10

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib
19.03.2019, 14:07

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO
19.03.2019, 14:05

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO

Qəbələdə heyvanlar müayinə olundu
19.03.2019, 14:04

Qəbələdə heyvanlar müayinə olundu

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb
19.03.2019, 13:59

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

ARXİV