21 fevral 2017, Çərşənbə
Ana Səhifə - YazılarTƏHSİL - “... Sevgiyə, sevdaya vətəndir könlüm”
“... Sevgiyə, sevdaya vətəndir könlüm”
23.11.2016, 12:42

Akif Cabbarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir- nasir şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd bir insan, vətəndaş idi Gəray müəllim. Mən Gəray müəllimi sıradan bir şair, söz adamı kimi tanımırdım. Onun bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi. Yaxşı yadımdadır, Qəbələ rayonunun Hacıallı kənd orta məktəbində oxuyurdum. Bir gün səs yayıldı ki, məktəbə Bakıdan şairlər qonaq gəlir. Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz bir saata qədər uzatdı. Amma Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə , kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin müharibə illərində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızılgülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...

O, çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlıardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında “Azərbaycan gəncləri” qəzetində “uğurlu yol” yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.

Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalistikaya meylim ilə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Günü bu gün də Gəray müəllimin,  mühəndis və jurnalist kimi yaxşı tanınan əmim Ələsgər müəllimin tövsiyə və məsləhətləri karıma gəlir – istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost  - yoldaş arasındakı münasibətlərdə. Gəray müəllim 1925-ci ilin noyabrında Dağıstanın Rutul rayonunda dünyaya gəlmişdi. 1995-ci ilin soyuq noyabr günlərinin birində isə Bakıda əzizlərindən və dostlarından əbədi olaraq ayrıldı. 70 illik ömründə Gəray müəllim çox məshuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə almışdır. Ordudan tərxis olunduqdan sonra Pedeqoji İnistitutda təhsil almışdır. 1953 – 1957 – ci illərdə Qax rayonunda müəllimlik etmişdir. 1957 – ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldirımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam”, və s. kitabları ilə oxucuların görüşünə gəlmişdir. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci ildə  “Hikmət” , 1992-ci ildə “Axtarış”, 1993-cü ildə isə “Kəndin səsi”qəzetlərinə redaktorluq etmişdir.

1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri hasqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdirlər. Gəray Fəzlinin şair və yazıçı dostları arasında Qabilin, Əliağa Kürçaylının, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli şairin xatirinə öz oğluna Qabilin adını vermişdi. Nəriman Həsənzadə dostunun şərəfinə “itirilmiş səs” poemasını yazmışdı.

 Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən oxuya bilməsə də onun sözlərinə yazılmış mahnılarını Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Azərbaycan Televiziyası və Radiosunun fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir. Təbbi ki, bu qədirbilənliyə görə kollektivin rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.

Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib, sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehinində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedoqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılsın. Bu rayonun sakinləri bilsinlər ki, vaxtı ilə bu torpağın üstündə addımlayan, çörəyindən-suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.

Sonda Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları oxucuların diqqətinə çatdırmaq istərdim...

 

                              Özüm də sirrini bilmirəm nədir-

                              Bir dərya etibar bir ümman səbir-

                              Elə bil tək mənim ürəyimdədir...

                              Səmadır, səhradır, çəməndir könlüm,

                              Sevgiyə, sevdaya vətəndir könlüm.

   ***

                              Ona Füzalidən ariflik qalıb,

                              Leylinin eşqindən zəriflik qalıb,

                              Hələ çəkilməyən neçə yük qalıb...

                              Demirəm hər yükü çəkəndir könlüm,

                              Yalnız el yükünə vətəndir könlüm

                                                    ***

                             Yadlar məclisində görünən deyil,

                             Özgə qapısında sürünən deyil,

                             Naxələf kürkünə bürünən deyil...

                             Alçalsa özünə kəfəndir könlüm,

                             Əzmə, dəyanətə vətəndir könlüm.


SON XƏBƏR
21.02.2017, 13:37

“Mehriban xanım yüksək təşkilatçılıq keyfiyyətləro olan liderdir”

21.02.2017, 13:35

Zabratda güclü partlayış: yaralılar var - FOTOLAR

21.02.2017, 13:23

I vitse- prezident Mehriban Əliyeva – Yeni post hansı səlahiyyətlərə malikdir?

21.02.2017, 13:18

Cocuq Mərcanlıya gedən yol yenidən qurulur - FOTO

21.02.2017, 13:17

Komitə sədrləri: “Azərbaycan üçün önəmli təyinat oldu”

21.02.2017, 13:15

Dollar BAHALAŞDI

21.02.2017, 12:51

ADU-da ənənəvi Çin mebeli mövzusunda seminar keçirilib

21.02.2017, 12:48

Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTOLAR

21.02.2017, 12:45

Gömrük Komitəsi vergi və rüsumlardan yayınan şirkətlərin adlarını açıqladı - SİYAHI

21.02.2017, 12:39

Azərbaycandan əntiq malların çıxarılmasının qarşısı alındı-  FOTOLAR

21.02.2017, 12:28

Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi

21.02.2017, 12:21

Sabahın hava PROQNOZU

21.02.2017, 12:13

Dövlət müşavirindən TƏKLİF: “Cocuq Mərcanlıda açıq səma altında muzey yaradılsın”

21.02.2017, 12:07

Kapital Bank “Xəzri” sistemi üzrə 150 müştərini mükafatlandırdı

21.02.2017, 12:00

1992-ci ilin 21 fevralı - Xocalı sakini DANIŞIR: "Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq"

21.02.2017, 11:55

Xəstəliklərin su ilə müalicəsi - YAPON MÖCÜZƏSİ

21.02.2017, 11:47

Məşhur futbolçunun qardaşı Qarabağdakı "seçkiləri” izləyib

21.02.2017, 11:46

Ziya Məmmədov İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsindən çıxarıldı

21.02.2017, 11:45

AMEA “Magistr-2017” müsabiqəsini elan etdi

21.02.2017, 11:42

Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək

21.02.2017, 11:39

Vaqif Qələndərli: "Həm kişi, həm qadın orqanına malik olanları əməliyyat edirik"

21.02.2017, 11:30

“Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb”

21.02.2017, 11:09

Qarabağ hansı yollarla azad edilə bilər? - Jurnalistlər: “Əgər Rusiyada vəziyyət dəyişsə...”

21.02.2017, 11:05

Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiya

21.02.2017, 11:04

Putin 2018-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq

21.02.2017, 11:01

Nəqliyyat Mübadilə Mərkəzi yaradıldı-VİDEO

21.02.2017, 10:57

“Azərbaycanda məhsuldarlıq dünya standartlarına çatmır”

21.02.2017, 10:32

ABŞ konqresmeni Xocalı soyqırımına dair bəyanat verib

21.02.2017, 10:04

Ucqar kəndin gənc müəllimi: “Şagirdim sevgi statusumu oxuduğunu deyəndə utandım” - LAYİHƏ

21.02.2017, 10:01

ATƏT PA-nın qış sessiyasının gündəliyi AÇIQLANDI: Azərbaycan nümayəndə heyəti nə planlaşdırıb?

21.02.2017, 09:43

“Erməni soyqırımçıları bilsinlər ki, Xocalı soyqırımının təqibçisi olacağıq!”  

21.02.2017, 09:42

Prezident “Azəravtoyol”un işçilərini mükafatlandırdı – SİYAHI

21.02.2017, 09:36

Ermənilər snayper və pulemyotlarla mövqelərimizi atəşə tutdu

21.02.2017, 09:29

Türkiyə səfiri İran XİN-ə çağırıldı: “Səbrimiz daşa bilər” – QALMAQAL

21.02.2017, 09:17

Dollar bu gün neçəyə satılır? - MƏZƏNNƏ

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(3.10%)
Hacı Sabir Həsənli(0.98%)
Hacı Fuad Nurullayev(0.16%)
Vasim Məmmədəliyev(1.14%)
Rafiq Əliyev(1.14%)
Hacı İlqar İbrahimoğlu(25.0%)
Hacı Şahin Həsənli(62.5%)
Elşad Miri(5.89%)