Modern.az

Tanınmışlar Alla Puqaçovanın konsertinə dəvətli deyillər

Tanınmışlar Alla Puqaçovanın konsertinə dəvətli deyillər

4 Sentyabr 2009, 19:52

Bu axşam SSRI xalq artisti Alla Puqaçova  Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edir. Azərbaycanın tanınmış sənət adamları konsertdə iştirak edəcəklərmi? Bunun araşdırmaq məqsədilə bir neçə tanınmış şəxslə əlaqə saxladıq.
Xalq artisti Flora Kərimovanın  köməkçisi Modern.az saytına bildirib ki,sənətçi konsertdə iştirak etməyəcək: “ Flora xanımın Alla Puqaçova ilə ümumiyyətlə, əlaqəsi yoxdur.Yəqin buna görədir ki, konsertə dəvət olunmayıb. Flora xanım dəvət olunmadığı yerdə iştirak etmir”.
Xalq artisti  Aygün Bayramova  Alla Puqaçovanın sənətinə böyük hörməti olduğunu bildirib. "Konsertdə iştirak edəcəksinizmi" sualını isə “Bakıda deyildim, bilet ala bilməmişəm. Ona görə iştirak edə bilməyəcəm. Amma  istərdim. Onun sənətinə böyük hörmətim var” deyə cavablandırıb.
Professor Arif Babayev də konsert proqramında iştirak etməyəcək: “Konsertdən xəbərsizəm, bağda istirahət edirəm». 
Azərbaycan Yazıçılar Birliyinin sədriı Anar da Alla xanımın konsertinə dəvətli deyil. Yazıçılar Biriliyinin mətbuatla əlaqələr  şöbəsinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, Anar müəllim konsertə dəvətli deyil".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi