Modern.az

Gənc Ədiblər Məktəbinin üzvləri Əli Əmirli ilə görüşüb

Gənc Ədiblər Məktəbinin üzvləri Əli Əmirli ilə görüşüb

5 Sentyabr 2009, 18:06

Bu gün M.F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin üzvləri ilə yazıçı- drammaturq Əli Əmirlinin görüşü keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “ 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Əli Əmirli  haqqında məktəb üzvlərinə məlumat verib. Yazarın nəsr və drammaturgiya yaradıcılığı haqqında söz  salan Rəşad Məcid ədibin  ölkə teatrlarında tamaşaya qoyulan pyeslərini  müasir teatrın uğurları kimi dəyərləndirib.
Əli Əmirli Gənc Ədiblər Məktəbi üzvlərinin ədəbiyyat, sənət haqqındakı çoxsaylı suallarını cavablandırıb,  yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə məktəb üzvlərindən Qismət, Elnaz Eyvazlı, Anar Amin, Qılman İmanlı, Əli Əlioğlu şeirlər oxuyublar. Həmçinin Ramiz Rövşənin “525-ci qəzet” seriyasından işıq üzü görən kitabı gənclərə hədiyyə edilib.
Gənc Ədiblər Məktəbi Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ayda bir dəfə  M.F.Axundov adına Milli Kitabxanada tədbir keçirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi