Modern.az

«Zerkalnı» avtomobil nömrələri: Azərbaycanda neçəyədir və kimlər alır?

«Zerkalnı» avtomobil nömrələri: Azərbaycanda neçəyədir və kimlər alır?

7 Sentyabr 2009, 10:52

CÜT VƏ YA EYNİRƏQƏMLİ NÖMRƏLƏRİ HƏR KƏS ALA BİLMƏZ

Avtomobillərin dövlət qeydiyyat nişanı (nömrəsi) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib. Yəqin çoxları Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği barədə məluatsızdır. Bəzi məlumatlara görə, maşınlarına özlərinin istədikləri nömrəni almaq istəyən avtomobil sahibləri yalnız dövlət rüsumu ödəmirlər.

Rüsum üçün cəmi 18 manat

Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının (nömrə) verilməsi üçün «Dövlət rüsumu haqqında» Qanunaa görə, 18 manat manat, qeydiyyat şəhadətnaməsi üçün isə 15 manat rüsum ödəmək lazımdır.
Avtomobil sahibləri isə bildirirlər ki, nömrə nişanı almaq heç də deyildiyi qədər asan başa gəlmir. Onlar qeydiyyat nişanına görə dövlət rüsumundan xeyli artıq pul ödədiklərini iddia edirlər. Məsələn, xarici ölkədən şəxsi minik avtomobili alıb gətirən Vüsal adlı şəxs Baş Dovlət Yol Polisi İdarəsinə ünvanladığı muraciətdə bildirib ki, qeydiyyat söbəsində yeni nömrə nişanı və qeydiyyat şəhadətnaməsi almaq üçün ondan 350-425 manat aralığında məbləğ tələb olunub. Avtomobil sahibləri deyirlər ki, sıradan bir nömrə nişanı almaq ən yaxşı halda 100 manata başa gəlir. Yaxşı nömrələrin isə öz qiymətləri var. Baş Dövlət Yol Polisi İdarəsindən isə deyilənlər təkzib olunub.

Bahalı nömrə nişanları və onların alverçiləri

Amma etiraf etmək lazımdır ki, bir çox hallarda şəxsi minik avtomobillərinin dövlət qeydiyyat nişanı ilə təmin olunması prosesi zamanı vətəndaşların özləri qanunsuzluğa şərait yaradır. Yəni bəzi avtomobil sahibləri istədikləri nömrə nişanını amaq üçün dəridən-qabıqdan çıxır, rəsmi qurumun əməkdaşlarına rüşvət təklif edir, onları qanunu pozmağa şirnikləndirirlər. Belələri əsasən, sıfırla başlayan (məsələn, 015, 005, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303), eynirəqəmli (666, 111), ya da avtomobil sahibinin telefon nömrəsinin sonluğu ilə eyniyyət təşkil edən nömrələri əldə etməyə çalışan maşın sahibləridir. Həmin nömrələrə malik olan maşın sahibləri deyirlər ki, onlar belə dövlət qeydiyyat nişanları almaq üçün 500-1500, bəzən də daha yuxarı məbləğ ödəməli olublar. Araşdırmalar zamanı bizə məlum oldu ki, indi Azərbaycanda bahalı nömrə nişanlarının alış-verişi ilə məşğul olan vətəndaşlar da var. Bəzən belə dövlət qeydiyyat nişanlarının satışı ilə bağlı internetdə də elanlar verilir. Məsələn, avtomobil.az saytında bahalı nömrə alverçilərinin mütamadi elanları dərc edilir. Elanlardan görünür ki, nömrə alverçiləri bu işdən yaxşı pul qazanmağa çalışırlar. Qiymətlərə diqqət yetirmək pis olmaz: 10-GO-016 nömrəli nişan 1500 manat; 10-FL-009 nömrəli nişan 3500 manat, 10-Z-005 nömrəli nişan 5000 manat. Yəqin ki, nömrə nişanlarına belə özəl həvəs göstərən azərbaycanlı avtomobil sahibləri bütün MDB məkanında seçilirlər. Çünki bizdən fərqli olaraq keçmiş SSRİ respublikalarının heç birində yuxarıda bəhs etdiyimiz nömrə nişanları o qədər də dəbdə deyil.

Yaxşı nömrələrn sahibləri

Araşdırmalar göstərir ki, eynirəqəmli, cüt, güzgü effektli (avtomobil sahiblərnin diliylə desək «zerkalnı») kimi bahalı nömrələri almaq hər adama qismət olmur. Bunun üçün ya Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsində yaxşı tanış tapmalısan, ya da pullu olmalısan ki, tələb olunan məbləği ödəməkdə xəsislik eləməyəsən.
Adətən bahalı nömrə nişanları almaq istəyi tipik «avtoş»lara xas xüsusiyyət kimi qeyd edilsə də, bu, Azərbaycanda belə deyil. Çünki avtomobil sahibləri arasında «prestijli» nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, kommersantlar, şou-biznesin pullu-paralı nümayəndələridir. Milli Məclisin deputatları arasında da belə nömrə nişanlarına malik avtomobil sürənlər var.
Xarici ölkələrdə yol polisləri üçün yol-hərəkəti qaydalarını pozan avtomobillərin nömrəsinin qeyri-adiliyi heç bir önəm daşımır, yerindəcə cəzalandırılırlar. Təəssüf ki, bunu Azərbaycana şamil etmək olmaz.
Avtomobil nömrələrinə kifayət qədər maraq göstərmə, qeyri-adi qeydiyyat nişanı almaq şakərinə görə imkanlı azərbaycanlıları pullu ərəblərlə müqayisə etmək olar. Doğrudur, həmin nömrələrə görə ərəblər daha fantastik məbləğlər xərcləyirlər. Neft hesabına milyonlara sahib olan ərəb şeyxləri arasında (daha çox Birləşmiş Ərəb Əmirliyində) ildə bir neçə dəfə bahalı avtomobil nömrələrinin hərracı keçirilir. 2008-ci ilin fevralında keçirilmiş hərracda «1» rəqəmli avtomobil nömrəsi dünyada rekord qiymətə satılıb. 25 yaşlı Səid al-Xuri adlı ərəb milyoneri həmin avtomobil nömrəsinə düz 14 milyon dollar sayıb.

Daxili işlər nazirinin xəbərdarlığı yaddan çıxıb

Araşdırmalar göstərir ki, hansı məqsəd daşımasından asılı olmayaraq, bir çox avtomobil sahibləri qeyri-adi və ya «prestijli» nömrələr əldə etmək üçün milyonlardan da keçməyə hazırdırlar. Onlar adi vətəndaşlardan başqa xüsusiyyətlərlə yanaşı, həm də avtomobillərinin nömrəsi ilə fərqlənmək istəyirlər.
Xatırladaq ki, sovet dövründə cüt nömrələr yalnız yük maşınları və «Zaporojes» avtomobillərə verilirdi. Amma müstəqillik ilərindən sonra çoxları üçün əlçatmaz olan «prestijli» nömrələrin özəl qiyməti formalaşdığından, indi onu hər adam ala bilmir.
Avtomobillərə yuxarıda qeyd edilən qeyri-adi nömrələrin verilməsi və bu proses zamanı vətəndaşlar arasında ayrı-seçkilik edilməsi məsələsi bir dəfə Daxili İşlər Nazirliyinin kollegiya iclasında da müzakirə mövzusu olub. 2006-cı ilin iyulunda DİN-də keçirilmiş həmin iclasda Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun hesabatı dinlənildikdən sonra nazir Ramil Usubov nömrə xəstəliyinə tutulan adamların olduğunu vurğulamışdı. O zaman nazir imkanlı maşın sahibləri, dövlət adamlarının yaxınlarının cüt, eynirəqəmli nömrə nişanları almaq yarışına girmələrindən narazılığını iafadə etmişdi. Xatırladaq ki, iclasda Ramil Usubov Ramiz Zeynalova cüt, eynirəqəmli nömrələrin həmin vaxtan sonra yalnız yük maşınlarına və «Jiquli» markalı avtomobillərə verilməsini tapşırmışdı. Müşahidələr göstərir ki, aradan keçən üç il müddətində nazirin tapşırığına əməl olunmayıb və hətta tamamilə unudulub. Çünki Bakı küçələrində son üç ildə alınan kifayət qədər bahalı xarici avtomobillər şütüyür ki, onlar cüt, eynirəqəmli, güzgü effektli kimi qeyri-adi nömrə nişanları daşıyırlar.
Yeri gəlmişkən, qonşu Rusiyanın bəzi vilayətlərində cüt, oxşar, eynirəqəmli, təkrar edilən avtomobil nömrələrinin verilməsi zamanı rüşvətin qarşısını almaq üçün çox müxtəlif orjinal üsullara əl atıblar. Məsələn, Kamçatsk vilayətinin Daxili İşlər Şöbəsi belə nömrələri ancaq zibildaşıyan və ya sanitar-gigiyena işlərinə baxan maşınlara verir. Bəlkə Azərbaycanda da həmin üsul tətbiq edilsin?...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər