17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - Yazılar - Lusine Nersisyan, can, can...
Lusine Nersisyan, can, can...
15.12.2016, 16:52

Mahir Qabiloğlu

50 yaşına çatdım. Amma həyatda yaddaqalan bir iz qoymadım. Düzdür yazılarım çoxdur. Amma oğul ona deyərəm ki, yazdıqlarını həyata keçirsin. Bir sözlə, “qaz vurub qazan doldursun e... qazan”.

Ay camaat, xəbəriniz var da... Ermənilər geri qayıtmaq istəyir.  Özü də ki, qadın aktivistləri daha fəaldırlar. Hamısı da gözəl-göyçək. Kukla kimi. Ermənilər bu yaxınlaşmaya “Azərbaycanın Ermənistana qarşı apardığı Hibrid müharibəsi” adı qoyublar. Syuzan Caginyan isə artıq Bakıdadır – Bakının göbəyində.

Məhz bu barədə Haqqın.az saytında oxuyandan sonra mənim də beynimdə yeni ideyalar oyandı. İstədim ki, QHT açıb, pul almaq üçün bizim yerli QHT Şurasına müraciət edim. Amma layihəmin beynəlxalq əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, kiçik şöhrət və qəpik-quruşdan imtinada bulundum. Mən Avropa İttifaqına və ya Avropa Şurasına müraciət edəcəyəm. Orda da bilirsiniz də nə qədər ermənisevən qüvvələr var. Tökəcəklər pulu başımdan şabaş kimi. Yığıb-yığışdıra da bilməyəcəyəm.

Bu layihənin adı “Ermənilərlə azərbaycanlılar arasında olan fərqin aradan qaldırılması uğrunda hərəkat” adlanır. Bu barədə ironiyayla da olsa “Ərmən – Şuşanikin sevgisi” hekayəmdə bəhs etmişəm. Erməni Şuşanikin müsəlman Süsənə necə çevrilməsini təsvir etmişəm. Amma, çifayda. Nə qazanmışam ki? Heç nə. Amma indi məni bütün dünya tanıyacaq. Bəlkə sonda... Yox “son”u sonda söyləyəcəyəm. Amma söz verin ki, arvadıma xəbərləməyəcəksiniz.

Rus və ingilis, beynəlxalq hüquq qaydalarını yaxşı bilmədiyimə görə, çalışacağam ki, Eynulla Fətullayevi özümə həmavtor götürüm. Çünki onun əlaqələri çoxdur. Xülasə, vaxtınızı çox almayıb. Başlayım QHT layihəmin məram və məqsədini açıqlamağa. Özü də loru dildə deyəcəyəm ki, aydın olsun. Uğurlu alınacağı təqdirdə Azərbaycanın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan Pilot Layihədə ilk bənd onu ehtiva edir ki, Bakıda Avropa Şurasının hesabına unikal bir məscid binası tikilməlidir. Adı da qısa “AZ-ER Məscid” olmalıdır. Bütöv desək “Azərbaycanlı-Erməni Məscidi”.  Məsciddə namaz qılınmayacaq. Nəzir toplanmayacaq. Mikrafonla azan verilməyəcək. Ölü yuyulmayacaq. Tabut, mafə kirayəyə verilməyəcək. Ehsan zalları olmayacaq.

Tolerantlıq üzrə ixtisaslaşmış, multikultiralizm dərsləri keçən xüsusi qadın və kişi mollalar fəaliyyət göstərəcək.  Məscidin içi iki yerə – qadın və kişi sahələrinə bölünəcək. Hər iki bölümdə islam qayda və qanunlarını, Azərbaycan dilini öyrədəcək altı aylıq çevik kurslar, erməniyuma hamamı və xüsusi qəbirlər fəaliyyət göstərəcək. Kişi və qadın bölməsi yalnız iki cəhətdən bir-birindən fərqlənəcək.  Birincisi, kişi bölməsində həm də sünnət otağı fəaliyyət göstərəcək. Türkiyədə uzman təhsili almış uroloq-cərrahlar burda müsəlman olmaq istəyənləri lazerlə, ağrısız, izqoymadan sünnət edəcəklər. Adət-ənənə xətrinə Kirvə də olacaq. Yox. Kirvələr erməni milliyyətindən olmayacaq. Erməni kirvə azərbaycanlı uşaqları kişi etməkçündür. Burda müsəlman olmaq istəyən erməni kişilər sünnət olunduğu üçün onları özüm tutacağam. Vay onda ki, müsəlman olmaq istəyənlər ağrı hiss edə. Onda atam-anam qalmayacaq. Söyüşə qərq edəcəklər məni. Cınqırım da çıxmayacaq. Axı layihəyə əsasən Qrantda kirvələr üçün  yüksək məvacib nəzərdə tutulub. 


Qadın və kişi bölməsində bir fərq də ondan ibarət olacaq ki, İslam adət-ənənələrinə uyğun olaraq qadın bölümündəki qəbir kişi bölümündəki qəbirdən dərin olacaq.

 

Gəlin keçək prosesə. Bu məscidə yalnız Azərbaycanda yaşamaq istəyən ermənilər müraciət edə bilərlər. Prosedur isə belədir. Gəlirlər Azərbaycana. Gələn kimi də neçə-neçə jurnalistin işsiz gəzdiyi Azərbaycanda o saatcana iş tapırlar. Haqqın.az saytında işə düzəlirlər. Mənzil kirayələyirlər. Miqrasiya Xidmətində qeydiyyatdan keçdikdən sonra “AZ-ER MƏSCİD”inə müraciət edirlər. Altı aylıq müsəlman kursunu keçəndən sonra, sünnət prosesi və mürdəşirlərin yuma prosesindən keçirlər. Kəfənləndikdən sonra, onları tabuta uzadırlar. Aydın olsun deyə misalla danışım. Erməni aktivist, indi isə milli jurnalist həmkarımız  Syuzan Caginyanın kəfənlənib uzadıldığı  tabutu  dörd nəfər çiyninə götürüb gətirir qazılan qəbirin yanına.  Molla yaxınlaşır  Syuzana ki, “Syuzan, mənim balam, müsəlman olandan sonra adının nə olmağını istəyirsən?” O da utana-utana cavab verir ki, bəs “Süsən”. “Əvvəl Şuşanik idim. Nənəmin adını qoymuşdular mənə. Böyüyəndə utandım bu Fatma-Tükəzban adımdan. Dəyişib Avropafason qoydum – Syuzan. Eşitmişəm ki, bu ad azərbaycanlıların Süsəninə oxşayır”.  Bu zaman molla soruşur ki, bəs familiyan nə olsun? Syuzan cavab verir ki, “Məmmədova”. Sonra da əlavə edir ki, “bu familiyanı eşidən bir köppəyoğlu da başa düşməz ki,  mən nəvaxtsa erməni olmuşam”.

Bu son sorğu-sualdan sonra kişilər kəndirləri tabutun qulplarına bağlayırlar. Və mollanın rəhbərliyi ilə üç dəfə qəbirə sallayıb çıxarırlar. Hər dəfə də molla bu sözləri təkrar edir: “Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi. Bu yolla neçə erməniyə həyatımıza vəsiqə verəcəyəm. Mənim sayəmdə Armenlər Ərmən, Arsenlər Ərsən, Manuçarlar Məniçöhür, Köçəryanlar Köçəriyev olacaqlar. Bu mərasimdən sonra ermənilər, üzür istəyirəm yeni müsəlmanlar nəinki Haqqın.az, lap Azərtac, “Xalq qəzeti”, Azərbaycan, Mətbuat Şurası, MTRŞ  kimi mərkəzi dövlət orqanlarında da işləyə bilərlər. Bir az çevik tərpənsələr jurnalistlər üçün tikilən yeni binada mənzil də ala bilərlər. Axı, necə olsa qaçqındırlar, yazıqdırlar, binəvadırlar... Mən bu layihədə nəinki insanları, aşağılanan, mundar adlandırılan, əti İslamla haram bulunan heyvanları da nəzərdə tutmuşam. Bu baxımdan heyvanların hüquqlarını müdafiə edən Beynəlxalq qurumların pul vəsaitlərini də layihəyə cəlb edəcəyimə əminəm.  Axı, ermənilər müsəlman olandan sonra donuz əti yeyə bilməyəcəklər?! Çünki İslamda bu heyvan haram bulunub. Ona görə də “AZ-ER Məscid”in ətrafında heyvangahlar olacaq. Donuzu gətirəcəklər. Xüsusi adamlar donuzu qoyacaq tabut kimi yeşiyə. Üç dəfə sallayacaqlar  qəbirfason bir çalaya və çıxaracaqlar. Hər dəfə də deyəcəklər ki, “Donuz getdi, qoyun gəldi, Donuz getdi, qoyun gəldi, Donuz getdi, qoyun gəldi”.

İndi özünüz deyin. Dünyada məndən başqa bu cür unikal layihəyə imza atan ikinci bir şəxs görmüsünüzmü? Əsla. Heç BMT, Avropa Şurası, Avropa İttifaqı da ömründə bu cür unikal layihə həyata keçirməyiblər. Heç yuxularında da görməyiblər.

 

Əgər erməni milyonerlərin inqilabdan əvvəl tikdiyi teatr, obyekt, yaşayış binalarına mülkiyyət hüququnu da bərpa etsək, bir hüquqi dövlət kimi dünyada tayımız-bərabərimiz olmaz. Bu prosesi başladığına görə isə Eynulla Fətullayevin şəkli ikonalarda dünya erməni kilsələrinin divarını bəzəyər. Baxmayaraq ki, indi ona “protiv” gedirlər. Guya ki də... Adını da “Hibrid müharibəsi” qoyublar.

Anarın “Dədə Qorqud” filmində təsvir etdiyi bir səhnəni özümüzə qaytarırlar. Guya ki, biz başa düşmürük də...ki, Syuzanlar, Avetyanlar, Virabyanlar bunların öz agentləridir. Amma Lusi Nersesyandan olmaz. Köpəyin qızı gözəlliyi ilə can alır da... Həyatdır e... həyat.  Mövzudan kənara çıxmayım. Onunla bağlı mənim başqa planlarım var.

 

Qayıdaq “Dədə Qorqud” filminə. Deməli, orda belə bir səhnə var. Qazan xanın oğlunu və hərəmini qıpçaq Məlik əsir götürür. Bilir ki, onun arvadı Burla xatun da əsir götürülənlər arasındadır. Amma onu üzə çıxara bilmir. Üzdən tanımır axı?! Çünki o vaxt qəzet-jurnal, sayt, televiziya yox idi.

Belə qərara gəlir ki, onun oğlu Turalı  qoyun kimi kəsib ətindən qara qovurma bişirib bu qadınların qabağına qoydursun. Kim yeməzsə, deməli o, Burla Xatundur. Ssenariyə əsasən oğlunu da gətirirlər qadınların, anasının saxlandığı zindana. Tural da onların hamısıın yanında nə desə yaxşıdır? “Ana, başqası mənim ətimdən bir tikə yesə, sən iki tikə ye...Qıpçaq Məlik bilməsin ki, sən mənim anamsan...” Yəqin yadınıza düşdü həmin səhnə. Başınızı boş-boş ağrıtmaq istəmirəm. Çünki, ermənilərin aldandığı bu səhnədə  reallıq yoxdur. Özünüz deyin. O biri qadınlar eşidəndən sonra ki, qabaqlarına qoyulan qovurma adam ətindəndir... heç o tavaya çəngəl uzadardılarmı? 

İndi ermənilər də  azərbaycanlıya çevrilmək istəyən bu ermənilərə deyirlər ki, “söyün. Nə qədər istəyirsinizsə bizi söyün. Azərbaycanlılar bir söyəndə, siz iki söyün, üç söyün, yüz söyün. Amma onların içərisinə girin. Bir balaca qurd belə, böyük ağacı içindən yeyib, məhv etməyə qadirdir. Və heç kim də bu qurdu görməz”.

Ermənistan bu erməniləri gibrid adlandırır. Yəni ki, calaq. Calaq etmək istəyirlər onları bizə. Bağban isə biz özümüzük.

Sonda qayıdım özümə. Bəs mən burdan necə xeyir götürmək istəyirəm? Pul məsələsini dedim. Amma bu müvəqqəti ola bilər. Çünki ermənilərə üz-gözümüz öyrəşəndən sonra məscid əhəmiyyətini itirəcək. Lap qızlarımız da onlara ərə gedəcək. Necə ki, almana, ingilisə, rusa, ərəbə, farsa, şvedə, norveçə, ispana ərə gedirlər. 

Qayıdaq mənə. Lusine Nersisyan da BİZ olmaq istəyir. Gözəl-göyçək qızdır. Mahir, sonra da deyirsən ki, həyat sənin üzünə gülmür. Bu cür fürsət heç vaxt ələ düşməyəcək. Tez elə, Beynəlxalq Mətbuat Mərkəzinin zalını icarəyə götür. Hüquq müdafiəçilərini, QHT-ləri yığ başına. Sənin Lusin təhlükədədir. Onu xüsusi xidmət orqanları həbs ediblər. İncidirlər. İşgəncə verirlər. Can, can. Onun haqlarını müdafiə edən komitə yarat. Özün başçılıq elə. Beynəlxalq təşkilatlarla uzun danışıqlardan sonra onu azad et. Vertolyotla Xankəndindən Bakıya gətir. Lazım olsa fiktivnı brak elə, onunla evlən. Familiyamı da dəyişim? Niyə ki, yox? İmamverdiyev familiyasıyla irəli gedə bilmirəm. Amma Mahir Nersesyan adıyla bütün qapılar üzümə açılacaq. Sonra? Sonra isə... 200 faiz əminəm ki, gələn il Beynəlxalq Nobel Sülh Mükafatını bizə verəcəklər. Azərbaycan və erməni xalqlarını öz timsalımızda birləşdirdiyimizə görə. Bəlkə bizə “Mahir və Lyusi” dastanı da qoşdular . Bizə 21-ci əsrin “Bahadır və Sona”sı, “Əsli və Kərəm”i, “Əhməd və Şuşanik”i də dedilər.

Mahir, bəs Azərbaycan xalqı? Bəs yurd-yuvalarından qovulan, 25 ildir yurdsuz qalan qaçqınlar? Oğullarını, övladlarını şəhid verən analar-atalar? Erməni soyqırımına məruz qalan Xocalı ailələri? Hələ də erməni əsarətində olan torpaqlar, məhv edilən abidələr, məzarlıqlar, Şəhid qəbirləri? Bəs onlar necə olsun? Onlara bu həngaməni – “Gibrid müharibəsi”ni necə başa salacaqsan? Nədi, nədi sən layihə həyata keçirib, pul, qrant alacaqsan, sütül erməni qızı alıb, kef edib, üstəlik “Nobel mükafatı” da qazanacaqsan, bu xalq sənə əl çalmalıdır? Qorxmursan ki, ölürərlər səni?

Düzdür. Düz deyirsiz. Amma, bir söz soruşum. Bakıda bu qədər erməni yaşayır. Hansını öldürüblər? Syuzan Caginyan Haqqın.az saytının redaksiyasındadır. Ora hücum edənmi olub? Barışmışıq artıq taleyimizlə. Gəlin boynumuza alaq. Və sakitcə ürəyimizdə bir qəbir qazaq. Syuzan Caqinyanı da bütün ermənilərin simvolu kimi tabuta qoyub, ürəyimizə əsrlər boyu atılan erməni mərmiləri nəticəsində yaranan çalalardan birinə üç dəfə salaq, çıxaraq. Və hər dəfə də deyək:

“Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi”.


SON XƏBƏR
Bakıda 32 yaşlı kişi intihar etdi
17.08.2017, 09:49

Bakıda 32 yaşlı kişi intihar etdi

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ
17.08.2017, 09:48

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ

Tereza Meydən Trampa sərt TƏNQİD
17.08.2017, 09:29

Tereza Meydən Trampa sərt TƏNQİD

Həbsxanada iğtişaş - 37 nəfər öldü
17.08.2017, 09:25

Həbsxanada iğtişaş - 37 nəfər öldü

Ermənistan cəıbhədə təxribat törətdi
17.08.2017, 09:23

Ermənistan cəıbhədə təxribat törətdi

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF
17.08.2017, 09:12

Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF

Səudiyyə Ərəbistanının kral ailəsinin daha bir nümayəndəsi öldü
17.08.2017, 09:10

Səudiyyə Ərəbistanının kral ailəsinin daha bir nümayəndəsi öldü

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?
17.08.2017, 09:01

Milli Məclisdə Qarabağla bağlı xüsusi iclas KEÇİRİLƏCƏK?

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü
17.08.2017, 08:55

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü

Azərbaycanda zəlzələ oldu 
17.08.2017, 08:53

Azərbaycanda zəlzələ oldu 

Bakıda kafe yandı
17.08.2017, 08:51

Bakıda kafe yandı

Dollar bu gün neçəyə satılır?
17.08.2017, 08:50

Dollar bu gün neçəyə satılır?

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI
17.08.2017, 00:56

İnsanları il ərzində ən az işləyən ölkələr- SİYAHI

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib
17.08.2017, 00:44

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb
17.08.2017, 00:30

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

Döyüşçü nokautdan sonra öldü - Video
17.08.2017, 00:13

Döyüşçü nokautdan sonra öldü - Video

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video
16.08.2017, 23:56

Azərbaycanlı qadın türk ərini belə qarət etdi  - Video

Türkiyədə hərbçiləri ildırım vurub
16.08.2017, 23:42

Türkiyədə hərbçiləri ildırım vurub

Azərbaycan nefti ucuzlaşıb
16.08.2017, 23:29

Azərbaycan nefti ucuzlaşıb

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib
16.08.2017, 23:14

Batmaq təhlükəsi ilə üzləşən 600 miqrant xilas edilib

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi
16.08.2017, 22:57

"Kopenhagen"  "Qarabağ"ın kapitanını UEFA-ya şikayət etdi

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video
16.08.2017, 22:41

Avtomobilini bu işıqlarla bəzəyənlər cərimələnəcək - Video

Yevlaxda ağır qəza: ana və qızı yaralandı
16.08.2017, 22:27

Yevlaxda ağır qəza: ana və qızı yaralandı

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”
16.08.2017, 22:13

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi: “Hökumət bundan sirk qurmasın”

Rakkada 2500 İŞİD silahlısı var
16.08.2017, 21:55

Rakkada 2500 İŞİD silahlısı var

Gəncədə oğul anasını döyüb
16.08.2017, 21:41

Gəncədə oğul anasını döyüb

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI
16.08.2017, 21:25

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

Türkiyədə yenidən zəlzələ oldu
16.08.2017, 21:09

Türkiyədə yenidən zəlzələ oldu

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin
16.08.2017, 20:57

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...
16.08.2017, 20:42

“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...

Filippində antinarkotik əməliyyatı: 30 ölü
16.08.2017, 20:29

Filippində antinarkotik əməliyyatı: 30 ölü

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO
16.08.2017, 20:16

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib   
16.08.2017, 20:02

Məktəbli qızlara hicab, oğlanlara cins qadağan edilib  

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü
16.08.2017, 19:41

Lənkərana yasa gedənlər qəzaya düşüb: 2 ölü

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb
16.08.2017, 18:57

Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(51.8%)
SOCAR-dan(7.22%)
Lukoil-dan(14.4%)
Bunların heç birindən - başqasından(26.5%)