20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Dünyadan giley...dəyərmi?
Dünyadan giley...dəyərmi?
29.12.2016, 11:55

Akif Təvəkküloğlu
əməkdar jurnalist

Hamı dünyadan gileylənir. Yetən də gileylənir, ötən də. Dünyanı dərk edən də gileylənir, etməyən də. Bilən də, bilməyən də. Qanan da, qanmayan da. Gülən də, ağlayan da. Ac da, tox da. Xoşbəxt də, bədbəxt də. Bir sözlə, bu dünyaya gələnlər  gələn gündən gedən günə qədər dünyadan elə hey gileylənir, gileylənir. Yəni hamı gileylənir. Kiminin işi düz gətirmir, günahı yıxır dünyanın boynuna və başlayır gileylənməyə, dünyanı asıb-kəsməyə. İmtahandan iki alan, sevgisinə qovuşa bilməyən, dostundan namərdlik görən, cinayət törədib cəza alan, nahaqdan günahkar sayılan, kabab yeyən zaman dişi sınan, quru çörəyə möhtac qalan, qaçan, qovan hamısı dünyadan gileylənir. Giley azmış kimi bir “zalım” damğası da yapışdırırıq dünyaya. Çoxlarımız isə “vəfasızlığı” elə bil dünyanın boyuna özümüz biçmişik. Dünyaya qoyduğumuz “yalan” adı isə sanki dilimizdə bitib. Danışanda sözümüzün əvvəlində də, axırında da “yalan dünya” deməyi o qədər vərdiş eləmişik ki, sanki bu “yalan” bizə yeni dünya bəxş eləyəcək.

Dünya dözümlüdü. Ona görə ki, insanın bu qədər tənəsinə, artıq-əskik söz-söhbətinə sinə gərir. Bir də dünyaya ona görə dözümlü deyirəm ki, bu tənələr müvəqqəti deyil, insan  bütün baş verən hadisələrdə dünyanı günahkar sayıb. Yəqin ki, bundan sonra da belə olacaq. İnsanların çox işlətdiyi deyimlərdən biri də “dünyanın işinə bir bax” kəlməsidir. Ucalanı-enəni, yıxılanı-duranı, söküləni-tikiləni, nə baş verirsə hər şeyi dünyanın işi ilə bağlayırlar. Mən isə fərqli fikirdəyəm. Düz də olsa, səhf də olsa bu mənim fikrimdir. Fikrim isə belədir. Doğrudur, bütün baş verənlər dünyada baş verir (zaman və məkan baxımından). Amma əməl, iş dünyanın əməli, işi deyil. Bu dünyanın bir zamanı var, bir də məkanı. Hər ikisi ucsuz-bucaqsız. Hər ikisi sonsuz. Ayrı-ayrı dönəmlərdə bu məsələ ilə bağlı müxtəlif elmi mülahizələr olsa da, zənnimcə, bunların nə əvvəli bilinir, nə də ki sonu. Bunu Tanrı qüdrətindən kənarda axtarmaq, əvvəlin axırını, axırın əvvəlini tapmaq üçün axtarışa çıxmaq deməkdir. Bu dünyanın zamanı da, məkanı da elə nizamlı şəkildədir ki, bu nizamı dünyanın ən mahir ustası belə yarada bilməz. Bu da ustanın yox, yaradanın işidir. Beləliklə dünya bütövlükdə Tanrıya məxsusdur. Bunu belə qəbul ediriksə onda dünyada baş verənlərin yaradana məxsus olması şəksiz, şübhəsizdir. Belə isə nə nəticə hasil olunur? Onda belə çıxır ki, baş verənlərlə bağlı dünyanı günahlandırmağımız, “dünyanın işidir” deyib bütün təqsiri dünyada görmək Tanrıya qarşı meydan oxumaq deməkdir. Bəlkə “fələyin işi” kəlməsi elə buradan yaranıb (fələyin gərdişi)? Amma mənə belə gəlir ki, insan tuş gəldiyi neqativ hallarda və vəziyyətlərdə günahı dünyada, fələyin “işi”ndə deyil, öz “işi”ndə, öz əməlində axtarmalıdır.

Külli-aləmi, yeri, göyü, bütün dünyanı, kainatı, kahkəşanı yaradan Tanrı insanı bütün yaratdıqlarından fərqli yaradıb. Yaratdığı hər bir şeyin görkəmi, yəni forması ilə bərabər onun məzmunu, mahiyyəti, əhəmiyyətliliyi də mövcuddur. Amma Tanrı insandan başqa heç bir yaratdığına daxili aləm, iç dünyası bəxş etməyib. Yəni hər bir insan daxili bir dünyaya da malikdir. Bu mənəvi bir aləmdir. Əgər o aləmdə tanrı sevgisi varsa, onda o aləm, o dünya bizim gördüyümüz yəni, nahaqdan gileyləndiyimiz dünyadan qat-qat böyükdür. Həmin dünyaya neçə-neçə “dünya”lar yerləşə bilər. Ölməz Nəsimi “məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyəndə öz daxili aləminin bu dünyadan, hətta “o dünya” yəni əbədiyyət dünyasından daha böyük olduğunu önə çəkir. Daxili aləmimiz ruhumuzun, qəlbimizin, mənəviyyatımızın güzgüsüdür. Bu bir Tanrı bəxşeyişidir. İnsan bu dünyaya həmin güzgüdən baxır. O güzgüdə həm dünyanı görür, həm də özünü. Deməli, insanın dünya dediyi aləm insanın içindədir, onun daxilidir və bir az da konkretləşdirsək dünya insanın özüdür. Bunu mən belə düşünürəm. Başqa cür fikirlər daha çox ola bilər və həmin fikirlər daha dəqiq ölçülərə, düşüncələrə söykənə bilər. Amma bu mənim düşüncələrimdir, mənim qənaətim və mənim məntiqimdir. Qınayan özünü, öz əməlini qınasın, dünyanı yox. Hər bir insan tanrının möcüzəsidir. Hər bir insan bir aləmdir, bir dünyadır. Hər bir insanın öz dünyası var. Yəni Tanrı insanı yaradarkən hər kəsə özünəməxsus bir dünya da bəxş edir. İnsan özünə məxsus olan həmin dünyaya, iç dünyasına hökm edə bilər, onu idarə edə bilər, onunla istədiyi kimi davrana bilər. Amma yaşamaq üçün bizə bəxş olunan bu dünya yalnız Tanrı tərəfindən idarə olunur. Yaradan insanlara hər cür naz-nemətlərlə dolu olan, gözəlliklərlə bol olan bir aləm yaradıb. Amma burada bir vacib məqamı da qeyd etməliyik. Tanrı Adəm övladını, insanı yaratmazdan əvvəl yeri, göyü, kainatı, bu dünyanı yaradıb. İnsanlar isə dünya adlı evin sakinləridir. Deməli, dünya insanın bir ömürlük yaşayış məskənidir. Hamı bu dünyada müvəqqətidir. Təbii ki, cismən, yəni fiziki cəhətdən. Əbədi olan isə mənəviyyatdır, insan ağlının, zəkasının və əməllərinin yaratdıqlarıdır. İnsan dünyaya gəlir yaşayır, ömrünü başa vurub bu dünyadan köçür. Deməli, dünya heç kəsə məxsus deyil. O heç kimin deyil. Tanrıya məxsusdur. Bu fikir ustad şair Məmməd Arazın “dünya sənin, dünya mənim, dünya heç kimin” deməsi ilə daha aydın şəkildə öz təsdiqini tapıb. Ona görə də bizim dünyanı qınamağa haqqımız yoxdur. Qınaq məsələsində Dünyanın bizim üzərimizdə haqqı daha çoxdur. Hər bir kəs qarşısında belə bir sual qoyub cavab axtarmalıdır. Dünyadan nə almışam, dünyaya nə vermişəm? Zənnimcə, əgər bu suala haqq və ədalət müstəvisində cavab tapa bilsək? onda dünyanınmı, yoxsa dünyanı qınayan insanınmı qınaq obyekti olması məsələsinə aydınlıq gələr. Belə bir sualın da cavabı tapılar. Görəsən dünyadan gileylənməyə dəyərmi? Məncə bu barədə düşünməyə dəyər.

 


SON XƏBƏR
Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

Xaçmazda meşə yanır
20.09.2017, 18:15

Xaçmazda meşə yanır

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

İlham Əliyev BMT-də çıxış etdi - YENİLƏNİB 
20.09.2017, 17:55

İlham Əliyev BMT-də çıxış etdi - YENİLƏNİB 

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

Rəfiqə Əliyevanın BDU-da 85 illik yubileyi keçirilib
20.09.2017, 16:54

Rəfiqə Əliyevanın BDU-da 85 illik yubileyi keçirilib

“Ləyaqətsiz” sözü “Polis haqqında” qanundan çıxarılır   
20.09.2017, 16:53

“Ləyaqətsiz” sözü “Polis haqqında” qanundan çıxarılır  

Erməni deputatların adları Bakıya gələnlərin siyahısına salındı - RƏSMİ   
20.09.2017, 16:38

Erməni deputatların adları Bakıya gələnlərin siyahısına salındı - RƏSMİ  

Yol polisi təhlükəsizlik tədbirlərini gücləndirdi
20.09.2017, 16:23

Yol polisi təhlükəsizlik tədbirlərini gücləndirdi

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO   
20.09.2017, 16:17

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO  

Zakir Həsənov yoxlama apardı - FOTOLAR
20.09.2017, 16:15

Zakir Həsənov yoxlama apardı - FOTOLAR

Mikayıl Cabbarov Federasiya prezidenti seçildi
20.09.2017, 16:11

Mikayıl Cabbarov Federasiya prezidenti seçildi

İnzibati Xətalar Məcəlləsinə görə cərimələr sərtləşdirilir  
20.09.2017, 16:00

İnzibati Xətalar Məcəlləsinə görə cərimələr sərtləşdirilir  

Ermənistan əhalisi sürətlə azalır: “Oğlanlarımın Qarabağda ölməsini istəmirəm”
20.09.2017, 15:46

Ermənistan əhalisi sürətlə azalır: “Oğlanlarımın Qarabağda ölməsini istəmirəm”

Pambıq yığımı necə gedir? - RƏSMİ MƏLUMAT
20.09.2017, 15:39

Pambıq yığımı necə gedir? - RƏSMİ MƏLUMAT

MİDA mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını aparır
20.09.2017, 15:36

MİDA mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını aparır

Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı - DƏYİŞİKLİK OLACAQ   
20.09.2017, 15:25

Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı - DƏYİŞİKLİK OLACAQ  

Milli Şuranın mitinqinə icazə verildi
20.09.2017, 15:21

Milli Şuranın mitinqinə icazə verildi

Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək 
20.09.2017, 15:17

Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək 

Neftçilər Gününə xüsusi buraxılış hazırlandı
20.09.2017, 15:16

Neftçilər Gününə xüsusi buraxılış hazırlandı

Müdafiə Nazirliyi MAXE yığır - ELAN 
20.09.2017, 14:52

Müdafiə Nazirliyi MAXE yığır - ELAN 

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq
20.09.2017, 14:48

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB   
20.09.2017, 14:35

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB  

Avtobus sürücüləri 4 saat işləməlidir
20.09.2017, 14:26

Avtobus sürücüləri 4 saat işləməlidir

Şagirdinin hamilə qalmasına görə tutulan müəllim azadlığa buraxıldı - ÖZƏL   
20.09.2017, 14:12

Şagirdinin hamilə qalmasına görə tutulan müəllim azadlığa buraxıldı - ÖZƏL  

Polisin yubiley medalı təsis olunur
20.09.2017, 14:05

Polisin yubiley medalı təsis olunur

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.6%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.09%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.3%)
- Məhərrəmlık əsl İslama ziddir(30.9%)