25 sentyabr 2017, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Gərək burda olaydım
Gərək burda olaydım
31.05.2016, 16:56

- Qonşu, sən evdə yox idin. Balkonda oturmuşdum. Bir də baxdım küçədə bir mərəkə qopdu, gəl görəsən.

- Həə? Nə olmuşdu?

- İki xuliqan camaatın gözü qabağında cavan bir qadına hücum elədi.

- Axx, gərək burda olaydım!

- Qadın elə cığırırdı ki, səsi şəhərin o başında eşidilirdi. Amma bircə nəfər köməyə gəlmirdi. Hamı özünü görməməzliyə vururdu.

- Axx, gərək  burda olaydım!

- Qadın qaçıb özünü bax, o qapıdan içəri atmaq istədi. O siqaret satan kişi də tez evə girib qapını bağladı.

- Axx, gərək  burda olaydım!

- Sonra qadın küçənin düz ortasına çıxıb maşın saxlamaq istədi. Amma hamı qaz verib, aradan çıxırdı.

- Axx, gərək  burda olaydım!

- Xuliqanlar qadını tutub divara dirədilər. Biri onun qollarını burub arxasında saxladı. O birisi isə əvvəlcə qadının sırğalarını çıxardı.

- Bahalı idi?

- Qonşu, qızıl idi də…

- Axx, gərək  burda olaydım!

- Sonra layka plaşını soyundurdular.

- Neçə razmer olardı?

- Belə də qırx səkkiz, bəlkə də əlli.

- Axx, gərək  burda olaydım!

- Sonra çəkmələrini çəkib çıxardılar. Otuz altı, otuz yeddi razmerə oxşuyurdu.

- Axx, gərək  burda olaydım!

- Sonra corablarını.

- Mən ölüm?

- Vallah! Qadının gözü mənə sataşdı və qışqırdı ki, ay qardaş, gəl mənə kömək elə, kişi deyilsən?

- Axx, gərək  burda olaydım!

- Corablarını çıxaranda baldırlarını gördüm. Sənin canınçün ağappaq yumurta kimi idi.

- Axx, gərək  burda olaydım!

- Birdən gördüm adə, qadının donunu çıxarmaq istəyirlər. Bir az dartışdırdılar. Sən öl, qonşu, ömrümdə belə əntiqə şey görməmişdim.

- Axx, gərək  burda olaydım!

- Amma biveclər bacarmadılar. Arvad təpiklə birinin qarnına vurdu, o birisinin  də qolunu dişlədi.

- Axx, gərək  burda olaydım!

- Xuliqan köpək uşaqları aradan çıxdılar. Qadın taqətdən düşüb oturdu, bax, odey, o səkinin üstündə. Sonra mənə yalvardı ki, ay qardaş, sənə qurban olum, ciyərim yanır, heç olmasa bircə qurtum su ver içim.

- Axx, gərək  burda olaydım!

- Dedim, bacı, mən qələt eləyərəm, belə cəncəl işə qarışaram. Nə işimə qalıb? Keçdim evə, balkonun da qapısını bərk-bərk bağladım.

- Axx, gərək  burda olaydım!

-  Qonşu, bura bax. Bayaqdan özünü didib tökürsən ki,  «Axx, gərək  burda olaydım, gərək burda olaydım». Burda olsaydın neyləyəcəkdin?

- Ihı, ühü, həə… Burda olsaydım ı…. ı…. mən də öz balkonumda durub baxacaqdım.

- Necə? Adə, mən də elə bildim. Xa-xa-xa…

- Demirsən əntiqə şey idi? Baldırları yoğun, ağappaq, yumurta kimi…

- Hə, sən öl, belə aləm şey idi. Məcun idi, məcun. Qeyrətsizlərin ikisinin gücü bir qadına çatmadı.

- Əşi, adını kişi qoyan elə qeyrətsizlər var ki, adam onların yerinə lap xəcalət çəkir e, qonşu.

- Axx, doğrudan gərək burda olaydın, qonşu. Konsert idi, konsert. Pulsuz-parasız, biletsiz-filansız konsert. Belə konsertə baxmaq hər kişiyə qismət olmur. Xa-xa-xa. Adə, baldırları baax, o yoğunluqda idi, sən öl. Özü də ağappaq, yumurta kimi…


Müəllifin digər yazıları
SON XƏBƏR
Ərdoğan İraq kürdlərinə XƏBƏRDARLIQ: “Neft tranzitini kəsərik”
25.09.2017, 15:44

Ərdoğan İraq kürdlərinə XƏBƏRDARLIQ: “Neft tranzitini kəsərik”

Məhərrmlikdə toya çağırsalar, gedərsiniz? - Müğənnilərdən maraqlı CAVABLAR   
25.09.2017, 15:42

Məhərrmlikdə toya çağırsalar, gedərsiniz? - Müğənnilərdən maraqlı CAVABLAR  

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...
25.09.2017, 15:18

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
25.09.2017, 15:16

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib
25.09.2017, 15:14

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..   
25.09.2017, 15:08

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..  

İki erməni əsgər güllələnib
25.09.2017, 14:56

İki erməni əsgər güllələnib

Ermənistanda partlayış: yaralananlar var
25.09.2017, 14:49

Ermənistanda partlayış: yaralananlar var

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ    
25.09.2017, 14:44

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ  

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı
25.09.2017, 14:35

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 
25.09.2017, 14:28

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...
25.09.2017, 14:21

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi   
25.09.2017, 14:13

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi  

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu   
25.09.2017, 14:07

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu  

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər   
25.09.2017, 14:05

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər  

Yevlaxda güllələnmə...   
25.09.2017, 13:20

Yevlaxda güllələnmə...  

Qəbiristanlıqda oğurluq   
25.09.2017, 13:18

Qəbiristanlıqda oğurluq  

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA   
25.09.2017, 13:11

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA  

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT
25.09.2017, 13:08

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib   
25.09.2017, 13:07

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib  

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər
25.09.2017, 13:00

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?
25.09.2017, 12:52

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı   
25.09.2017, 12:32

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı  

Sabahın havası - yağış gözlənilir   
25.09.2017, 12:24

Sabahın havası - yağış gözlənilir  

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə
25.09.2017, 12:23

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU   
25.09.2017, 12:17

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU  

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi
25.09.2017, 12:04

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq
25.09.2017, 12:00

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir
25.09.2017, 11:55

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO
25.09.2017, 11:49

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 
25.09.2017, 11:46

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”   
25.09.2017, 11:43

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”  

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...    
25.09.2017, 11:39

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...  

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
25.09.2017, 11:19

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir   
25.09.2017, 11:14

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir  

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(64.2%)
“Qarabağ” qələbə qazanacaq(28.5%)
“Roma” qalib gələcək(7.14%)