Modern.az

Qara dənizdə içərisində azərbaycanlı dənizçilərin olduğu gəmi batıb

Qara dənizdə içərisində azərbaycanlı dənizçilərin olduğu gəmi batıb

8 Sentyabr 2009, 10:53

Sentyabrın 7-də saat 17.00 radələrində İstanbul sahillərində, Bosfordan Qara dənizə keçən “Kramko”yük gəmisi qəzaya uğrayıb. Bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb. Xəbərdə bildirilib ki, güclü fırtınaya düşən gəmi iki yerə parçalanıb. Gəminin 12 nəfərlik heyətinin 8-nin Azərbaycan vətəndaşı olduğu xəbər verilir. Xilasetmə işlərinə Türkiyə sahil mühafizəsi  və yaxınlıqda olan gəmilər cəlb olunub. Məlumata görə, gəminin bütün heyət üzvləri xilas edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir