Modern.az

«Dünya Azərbaycanlıları Cənub məsələsini daim diqqətdə saxlayır»

«Dünya Azərbaycanlıları Cənub məsələsini daim diqqətdə saxlayır»

Dünya

8 Sentyabr 2009, 13:16

Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığıyla «Güney Azərbaycan Milli Hərəkatı» adlı tədbir keçirib.  Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan məsələsinin heç zaman aktuallğını itirmədiyin bildirib. O, Konqresin bu məsələni hər zaman diqqət mərkəzində saxladığını deyib. Güney Azərbaycanla bağlı geniş danışan millət vəkili bunları söyləyib: «Bir çoxları Dünya Azərbaycanlıları Konqresinin xaricdə fəaliyyət göstərməsinin zəruri olduğunu deyir. Amma bu, belə deyil. Biz diaspor təşkilatı olmaqla yanaşı, milli məsələlərə də geniş yer ayırırıq. Məhz Konqresin ən çox diqqət ayırdığı məsələlərdən biri də Cənubi Azərbaycan problemi və oradakı soydaşlarımızın məsələsidir. Biz təşkilat olaraq hər zaman oradakı soydaşlarımızın hüquqlarının pozulmasına qarşı mübarizə apacağıq. Və oradakı soydaşlarımızın problemlərinin həli istiqamətində əlimizdən gələn bütün addımları atacağıq. Həmçinn həmvətnlərimizin problemlərini bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində lazımlı tədbirlər görəcəyik».
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə «Güney Azərbaycan Milli Hərəkatı və çağdaş dünyanın yeni milli-siyasi hərəkata baxışı» mövzusunda məruzəylə çıxış edib. O, hər bir adamı İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına köməyi əsirgəməməyə cağırıb.

Aqil LƏTİFOV

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu