Modern.az

Surroqat ana və donor məsələsi “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” Qanun layihəsindən çıxarılacaq

Surroqat ana və donor məsələsi “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” Qanun layihəsindən çıxarılacaq

8 Sentyabr 2009, 13:23

Sentyabrın 1-dən 7-nə qədər Milli Məclisin deputatları Musa Quliyev, Gültəkin Hacıbəyli və Məlahət İbrahımqızı Türkiyədə səfərdə olublar. Onlar “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında ” Qanun layihəsi ilə bağlı Türkiyə təcrübəsi və onun Azərbaycana tətbiqi məsələsini müzakirə ediblər. Bu barədə Modern.az-a deputat Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycanda müzakirəyə çıxarılan vaxt məsələ həm parlament, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb: “Bu, başadüşüləndir. Amma onu da bilmək lazimdır ki, bu qanun insanlar üçün çox lazımdı və mütləq qəbul olunmalıdır. Təbii ki, burada islamı əxlaq normaları da gözlənilməlidir”.
Deputat qey edib ki, bu mənada surroqat ana, donor məsələsi bir qədər dəyərlərə ziddir. “Türkiyədə də qeyd etdilər ki, bu, dünyada oturuşmamış məsələdi. Çox vaxt bu məsələ məhkəmələrə aparır. Axı hər bir insana öz valideynlərini tanımaq hüququ verilməlidir. Surroqat ana, donor məsələsi bu məsələdə ciddi priblem yaradır. Təbii ki, biz də bununla razılaşdıq. Türkiyədə bununla bağlə Böyük Millət Məclisində, Səhiyyə Nazrliyində və ayrı-ayrı klinikalarda da müxtəlif görüşlər keçirdik.
Çox güman ki, ya Türkiyə modelini tətbiq edəcəyik, ya da onu Azərbaycan gerçəklikləri ilə uyğunlaşdıracağiq. Məsələ Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarilacaq”-deyə deputat bildirib.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi