Modern.az

Bakı bağçaları uşaqların 50 faizini əhatə edir

Bakı bağçaları uşaqların 50 faizini əhatə edir

8 Sentyabr 2009, 14:03

«Bakının 302 uşaq bağçasında qrup otaqlarının 1009-dan çoxu təyinatı üzrə istifadə edilmir. Bu qrup otaqlarının 38-i təmirsizdir, 700 otaqda qaçqınlar məskunlaşıb, 271-də isə təhsilə aid olmayan təşkilatlar yerləşir». Modern.az-ın məlumatına görə, bu sözləri bu gün Bakı şəhər təhsil işçilərinin konfransında şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyeva söyləyib. Onun dediyinə görə, Bakıda olan bütün məktəbəqədər təhsil müəssisələri tam gücü ilə işləsə belə, bağça yaşlı uşaqların yalnız 50 faizini, yəni 52 minini əhatə edə bilər.
İdarə rəhbəri Bakının məktəbəqədər təhsil müəssisələrinin problemlərinin həlli ilə bağlı təkliflər irəli sürüb: «Bakıda özəl bağça şəbəkəsinin genişləndirilməsini, imkanlı valideynlərin müəyyən haqq ödəməsinin bərpa edilməsini, ailə tipli, məktəb-bağça modellərinin, qısa müddətli bağçaların yaradılması və məktəblərdə hazırlıq siniflərinin açılmasını təklif edirik. Bununla bağlı müəyyən addımlar atılır. Əgər bu təkliflərimiz həyata keçsə, bu sahədə müəyyən irəliləyişlər olacaq».

Aqil LƏTİFOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır