Modern.az

Paytaxtı eybəcərləşdirən yarımçıq tikililər...

Paytaxtı eybəcərləşdirən yarımçıq tikililər...

8 Sentyabr 2009, 16:29

Dünya maliyyə böhranı başlayandan Bakıda tikilməkdə olan bir sıra binaların inşası dayanıb. Belə yarımçıq tikililər paytaxtın zahiri görkəmini eybəcərləşdirir desək yanılmarıq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri C.Qocayev Modern.az-a açıqlamasında tikinti sektorunda durğunluğun yaranmasının təkcə böhranla bağlı olmadığını söyləyib: “Azərbaycanda tikinti investisiya fəaliyyəti ilə əlaqədar son 6-7 ayın statistikasına nəzər yetirsək, görərik ki, hələ inkişaf var. Amma ola bilər ki, hansısa konkret obyektin sahibkarının vəsaiti qurtarıb. Belə hallar həmişə olub. Bakıda yarımçıq tikili çoxdur. Məsələn, “Bağırov” körpüsü yaxınlığında bir çoxmərəbəli bina böhrandan hələ 10 il əvvəl yarımçıq qalıb. Belə tikililəri böhranın ayağına yazmaq lazım deyil. Əgər böhran tikinti sektoruna təsir edibsə, bəs bu qədər yol, körpü necə tikilir?”.
C.Qocayev əlavə etib ki, yarımçıq qalan tikili nəinki şəhərin, kəndin də görüntüsünə xələl gətirər. Ancaq belə halda heç kim investorin işinə qarışa bilməz. Yalnız investor özü qərar qəbul etməlidir. Hesab edirəm ki, bu halda çıxış yolu ya tikintini yarımçıq satışa çıxarmaq, ya da banklardan kredit götürməkdir. Problemin başqa hüququ yolu da var. Yarımçıq tikintini normativ müddətə başa çatdıra bilmədiyinə görə sahibkarı sıxmaq və ya müəyyən mənada tənbeh etmək olar”. C.Qocayev yarımçıq tikinti sahiblərinin indiyədək hər hansı məsələ ilə əlaqədar onlara müraciət etmədiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub