Modern.az

BMT QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə 80 min dollarlıq layihə həyata keçirəcək

BMT QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə 80 min dollarlıq layihə həyata keçirəcək

8 Sentyabr 2009, 16:57

Sentyabrın 10-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə BMT İnkişaf Proqramı arasında «Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi» adlı müştərək layihənin maliyyələşdirilməsinə dair müqavilə imzalanacaq». Bununla bağlı Modern.az saytına QHT-lərə Dövlət Dəstəyi Şursı katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi üçüncü sektorun davamlı inkişafının təmin edilməsi üçün regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərlik, layihə idarə etməsi və mühasibat uçotunun aparılması üzrə təcrübələrinin təkmilləşdirmək, onlara lazımi yardımlar göstərməkdir. O, Şuranın Beynəlxalq təşkilatlarla sıx əlaqəsinin olduğunu bildirib: «Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyətinn inkişafı məqsədilə bir sıra beynəlxalq təşkilatlarla sıx əlaqəsi var. İlk əlaqəmiz Dünya Bankı ilə olub. Bir müdət öncə Dünya Bankı ilə birgə gənclərlə bağlı qrant müsabiqəsi elan etmişdik. Bu layihə hələ də davam etdirilir. Bu sahədə ikinci müqaviləni BMT-nin inkişaf proqrammı arasında imzalamışıq». 
F.Qurbanov layihənin yalnız Şura ilə BMT-nin inkişaf proqramı təşkilatçılığı ilə həyata keçirliəcəyini qeyd edib. Hər hansı QHT-nin bu proqrama cəlb edilməyəcəyini diqqətə çatdıran F.Qurbanov layihə çərçivəsində 30 nəfərdən ibarət təlimçi qrupun yaradılacağını qeyd edib: «Layihə çərçivəsində BMT-nin inkişaf proqramı 50 min, Şura isə 30 min ABŞ dolları məbləğində vəsait ayırıb. Üç mərhələdə həyata keçirəcəyimiz layihənin bir hissəsini Qəbələ şəhərində reallaşdırılacaq».

Aqil LƏTİFOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi