23 iyun 2017, Cümə
Ana Səhifə - Yazılar - Eh, türklükdən ürkənlər..!
Eh, türklükdən ürkənlər..!
14.03.2017, 13:09

Anar TURAN


Azərbaycan anamızdır - türklük isə atamız. Mən belə hesab edirəm. Çünki, Ata genini daşıyaraq biz Avstraliyada, Monqolustanda və yaxud digər ölkələrdə də türk ola bilərdik və oraları Ana vətən hesab edərdik. Lakin türklük atamızın məhz Azərbaycan adlı anamıza könül verməsindən sonra bugünkü millət olaraq meydana çıxmışıq. Bizdə bugünə qədər davam edən bir mental həqiqət hələ də qalır: ata soyunu fəxrlə daşımaq. Bu millət üçün “atasını tanımayan” ifadəsi ən təhqiramiz qınaqlardan sayılır. Türk genlərimizi, soykökümüzü dansaq, ona qarşı getsək atamızı tanımamış kimi olarıq. Elə deyilmi ? Bəlkə də sərt bənzətmə oldu, amma həqiqətdir.        

Son günlər kommunist şinelinin hələ də soyunmaq istəməyənlərin növbəti akkordları çalınmaqdadır bu məmləkətdə. Türk deyəndə Türkiyəni nəzərdə tutan, Türkiyəni isə potensial düşmən bilən, xilaskar türk paşalarının hərəsinə bir “qulp” qoyan qalstuklu təxribatçılar yenidən danışmağa başlayıblar. Naftalin iyi verən köhnə “şpon”lu mebellərin arxasından boylanan və kommunist, bolşevik “dədə”lərinin izlərini getməyə çalışan bir qrup politoloq, deputat və hətta akademik ağıllarına nə gəldi danışmağa başladı. Politoloq, deputat, akademik elə bir ictimai-siyasi və elmi fəaliyyət sferalarını təmsil edən insanlardır ki,  mütaliə ölçüsünün hansı səviyyədə olması barədə danışmaq artıq olardı. Amma bir şeyi dəqiq deyə bilərəm ki, bu mövqelərə çatıb müsahibə verənlər, görünür, hələ də belə ciddi  mövzularda diletant olduqlarını dərk etməyiblər. Elə isə nədir onları vadar edən belə danışmağa ? Axı yüksək statuslu simaların məsuliyyətli mövzularda yanlışa yol verməsi cəmiyyətdə hadisəyə çevrilir.

Keçək mətləbə. Doğrudanmı, Nuru paşa Azərbaycanı “bir boçka qızılın müqabilində” xilas etdi? “Biz türk deyilikmi” və yaxud “ türklər bizim tarixən ən böyük düşmənimizmi olublar”? Necə yəni türklər bizim ən böyük düşmənimiz olub, bu nə məntiqdir axı ?  Belə başa düşürəm ki,  anti-türk düşüncə sisteminin çarxını fırladan kimdirsə, o, bu adamları yaxşı tanıyır. Onları nə vaxt danışdırmaq lazım olduğunu düzgün hesablayır. Nəyə görə danışırlar ? Sizcə, sosial şəbəkələrdə bu qədər insanın qınağına, hətta təhqirinə xoş gəlmək kimi acı bir həzzdənmi söhbət gedir ? Yoxsa, pərdəarxasında dayanan rejissorun onlara verdiyi rolu vaxtında oynamaq istəyidir bu? Ağasına xoş gəlmək duyğusu, yoxsa, sadəcə, tarixi milli şüurun zəif olması ? İstənilən halda mənsub olduğum toplumun kimlərisə təhqirə meyil etməsinə qarşıyam. Polemikada ədaləti qorumaq üçün təhqir olmamalıdır. Lakin toplumun görünən adamları bilərəkdən  “səhvlər” edəndə isə  çoxluğu anlamağa çalışıram.
         
Onu da deyim ki, bu millət özünü pis-yaxşı tanıyır. Hələ mənim rəhmətlik babam sovet dövlətinin asıb-kəsən vaxtında deyərdisə ki, biz türkük, indi siz nədən bu boyda həqiqəti bilməz olmusunuz ? Anlayın ki, bu prosesdir siz isə bura sadəcə əlavə olunmusunuz . Sizin bu prosesdə “qəsdən” və ya “bilməyərək” missiya daşımağınızı nədən bilək ?  Görünür, tarixi bilmirsiniz, amma elə müsahibə verirsiniz ki,  sanki, ictimai fikrin nəbzini yoxlamaq, cəmiyyəti çaşdırmaq sarıdan mükəlləfsiniz. Şah İsmayılla Sultan Səlimin arasındakı döyüşün baş verdiyi Çaldıran səhrasının harda yerləşdiyini, Qacar soyadını daşıyaraq hələ də qacarların türk olduğunu bilmədən  bu barədə müsahibə vermək axı kimə lazımdır ?
        
Açığı müsahibələriniz heç alınmır. Keçdi o dövran. Partokratiya yönümlü qəzetlərdə qalaq-qalaq anti-türk yazılar yazmağınızın dövranı keçdi. Türk adı gələndə canına birə düşənlər, körpə quzu kimi qurdun hənirtisindən ürkənlərin dövranı getdi.        

Özünüzə bir az zəhmət verib tarixi azacıq da olsa öyrənin. 1936-cı ilədək bu millətin adının Türk olduğunu, Stalinin məqsədyönlü siyasəti nəticəsində dəyişildiyini öyrənin. Öyrənin ki, “azərbaycanlı” olmaqla, “türk” olmağın fərqini biləsiniz. Öyrənin ki, bu torpaqda qədimlərdən yaşayan millətlərin də azərbaycanlı olmaq istəyinə kölgə salınmasın.  

Öyrənin görün, Nuru paşa sayəsində nə qədər anadolulu qardaşlarımız bizim uğrumuzda şəhid olub ? Bu paşa bizim xalq üçün kimdir ? Bunları ona görə öyrənin ki, Şaumyanın və nəvələrinin dəyirmanına su tökməyəsiniz. Və nəhayət, öyrənin, görün bu millətin düşmənləri tarixən kimlər olublar?  Və nəhayət tarixi vərəqləyin,  öyrənin ki, Türk etnosunun bəlası yaratdığı böyük dövlətlərin bir-birilə müharibələri idi, amma o heç vaxt öz qardaşının düşməni olmadı.        

Siz deyin, insan öz canına, qanına, özü-özlüyünə tarixi düşmən ola bilərmi ? Ya öyrənin, ya da baş ayaq müsahibələr verməyi dayandırın! 


SON XƏBƏR
23.06.2017, 10:18

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib

23.06.2017, 10:00

“Porsche” ilə qadını vurub öldürən yeniyetmə barədə məhkəmə QƏRARI

23.06.2017, 10:00

Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq

23.06.2017, 09:47

Cəbhədə şiddətli atışma oldu 

23.06.2017, 09:41

Rövnəq Abdullayevin müşaviri vəfat etdi

23.06.2017, 09:31

“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

23.06.2017, 09:25

Prezidentlər görüşə bilər: “Azərbaycan danışıqları erməni kəşfiyyatçının timsalında quracaq”   

23.06.2017, 09:22

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23.06.2017, 09:13

Azərbaycanda 6 minədək müsəlman dinini dəyişib

23.06.2017, 09:07

Türkiyədə “Survivor 2017”nin qalibi bəlli oldu - VİDEO

23.06.2017, 08:59

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.06.2017, 08:56

Bu gün buraxılış imtahanları keçirilir

23.06.2017, 00:57

Bakıda 4 otaqlı evdə yanğın olub

23.06.2017, 00:32

Brüssel: “Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır”

23.06.2017, 00:16

Bu ölkədə hərbçilər atışdı,16 nəfər öldü

23.06.2017, 00:09

Konfederasiya Kuboku: Çili Almaniyaya uduzmadı

22.06.2017, 23:50

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşdu - 5 yaralı

22.06.2017, 23:25

Goranboyda sel suları fəsadlar yaradıb

22.06.2017, 23:06

Sərnişin avtobusu ağır qəzaya uğradı: 21 ölü

22.06.2017, 22:46

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər - MARAQLI

22.06.2017, 22:33

Orqanizmin qida məhsullarına olan hədsiz tələbatının səbəbləri - ÖZÜNÜZÜ YOXLAYIN

22.06.2017, 22:23

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq

22.06.2017, 22:09

Əfqanıstanda partlayış qurbanlarının sayı 34-ə çatdı

22.06.2017, 21:59

Bakıda həbs edilən erməni əsilli vətəndaşı apellyasiya şikayəti verib

22.06.2017, 21:42

Konfederasiyalar Kuboku – Kamerun Avstraliyanı uda bilmədi

22.06.2017, 21:28

Tovuz sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

22.06.2017, 21:17

Türkiyə və Rusiya Suriyada birgə əməliyyat aparacaq

22.06.2017, 21:00

Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub

22.06.2017, 20:54

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22.06.2017, 20:26

Ağstafada ″Qrad″ raketi aşkarlandı - FOTO

22.06.2017, 20:09

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

22.06.2017, 19:14

Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...

22.06.2017, 19:07

Ziyafət Əsgərov prezident inauqurasiyasına gedib

22.06.2017, 18:52

Bakıda iraqlı turistin şalvarını aparan “gecə qadınları” saxlanıldı

22.06.2017, 18:39

Maşınqayırma sənayesi işçiləri təltil olundular - SİYAHI

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(6.89%)
- Dənizə gedə bilmirik(27.5%)
- Səhhətimizə mənfi təsir edir(17.2%)
- Əhvalım xoşallanır(10.3%)
- Məhsul qıtlığı yaranır(10.3%)
- Təsərrüfatıma ziyan dəyir(3.44%)
Yağış, dolu ruzi-bıərəkətdir(24.1%)