Vəfa Allahverdiyeva
Ötən həftənin olay səviyyəsində diqqətçəkici mövzusu mərhum jurnalist Osman Mirzəyevin mətbuatdakı məhşur qızları Sevinc və Lalə arasında doğmalıq əlaqələrinin zədələnməsi olsa da, məsələ heç də sensasiya və təəccüb təsirinə malik deyildi.
Çünki buna qədər ictimai-siyasi fəaliyyətin məzmunu ucbatından ailə mənafeyinə dəyən zərbənin pis nümunəsi Zərdüşt və Araz əlizadələr, Sərdar və Qurban cəlaloğlular, Günel Mövlud və anası, eləcə də daha neçə-neçə əziz cütlüklərin küsülülüyü, aralarındakı insident timsalında cəmiyyətə təqdim olunub, ictimai rəydə bir alışqanlıq yaradıb.
İnsanlara istədiyini düşünmək ixtiyarı verən özgürlük idealı və demokratik təfəkkür sərhədsiz azad fikrin doğmalar arasında ixtilafa, ixtilafdan nifrətə keçəcəyini nəzərdə tutmayıb. Demokratiyanın gözəlliyi onunla ölçülür ki, əks düşüncələr daim bir-biri ilə savaşsın, amma sonda yanaşı yürüyə bilsin.
İki qardaş, yaxud, iki bacının- hansının əqidəsinin sabit və millətə, dövlətə faydalı olduğunu, kimin quyuya atılan, yolu dürüst Yusif, kimin əzazil, qısqanc, fitnə içindəki qardaş, bacı, övlad, ana olduğunu da izahlamaq çətindir;
Siyasət həqiqəti elə bir pərdəyə bükür ki, arxasındakını görməyə hamının bəsirəti yetmir.
Hərə öz arqumenti ilə düşüncəsinə sahib çıxır və haqlılığını qoruyub saxlamağa çalışır.
İctimai status daşımaq birinin mədhiyyəçi, digərinin tənqidçiliyinin niqab altında, anonim qalmasını əngəlləyir. Hamının tərəfi aşkardır.
Doğmalıq hissi siyasi, ictimai baxışların qan, gen əlaqəsinə vurduğu zərbənin önünə keçə bilmir. Siyasətin ailə-məişət müstəvisində verdiyi nəticələr də məlumdur.
Qardaşla qardaşın, bacı ilə bacının, ana ilə qızın bir-birindən uzaqlaşma həddinə çatması tam açıq müstəviyə gəlib çıxır.
Bəs kim, nə məcbur edir ki, siyasi təmayül, kəskin mövqe ucbatından şəxsi münasibətlərdəki soyuqluq bütün çaları ilə ictimailəşsin...
Ailə sirr istəyən, müdafiə və mühafizə tələb edən anlayış deyilmi?!
Bu, əsla kənardan ssenariləşmir, diqtə olunmur. Kiminsə “repertuar”ındakı ağır, biçimsiz ifadələr, kiminsə müxalifət, kiminsə iqtidarameyilli olması ailə fərdlərindən digərinin yolunu kəsmir, təhdid etmir, onun planlarına mane olmur axı.
Mən qardaşımla, mən bacımla fikir üzərindən bir savaş içərisindəyəm-xəttini elanlamaq mənasız cəhddən başqa, sahibinə nə qazandıra bilər ki...
Hakimiyyətdə yüksək mövqeyə çəkilənin qudası illərdir, müxalifətçiliyini türmədən belə davam etdirir.
Birinin övladı dini təriqətlərə qarşı mübarizənin ruhuna zidd şəkildə təhlükəli işlərin arxasınca gedir, amma bunun bədəlini heç kəs kreslo ardındakı ataya ödətmir.
Siyasi mövqe müxtəlifliyi, çarpazlaşan ictimai baxışlar, ayrı-ayrı cinahlara sığınmaq qarşılıqlı rəftarı qəliz nöqtəyə gətirib çıxarsa da, ailəiçi, nəsillərarası ziddiyyətlərdə problemin kökü təkcə qütbləşməyə, birinin liberal, digərinin radikal üslubuna bağlanmır.
Bir ailəni konfliktli situasiyaya salmaq siyasətin nə belə bir roludur, nə də belə bir ixtiyarı var.
Siyasətdə barışmaz opponentə çevrilmək olar, amma ətlə dırnağın arasına girən səbəbi tamamən siyasətin üzərinə yıxmaq olmaz.
Qardaş, bacı münasibətləri siyasi mövqenin tam üstündə və siyasi istiqamətlərdən önəmli səciyyəyə malikdir.
Savaşan bu radikallıq və liberallıq üzərində qərar tutan şəxsi mənafelərdir ki, insanları bir-birindən təcrid edir; radikal öz addımlarında əzizlərinin həyat məsuliyyətini unudur, liberalsa qorxu, utanmaq keyfiyyəti üzərindən subyektivcəsinə hərəkətə keçib, qarşıya çıxa biləcək problemlərdən öz ailəsini sığortalamağa çalışır.
Bu, əziz adamının yerinə üzr istəmək halında, xoş təəssürat, nifrət tonlu açıqlama vəziyyətində isə kədərli mənzərə yaradır.
Radikal radikallğına əqidə kimi sarılır, liberal həyatını rahat rels üzərinə çıxarmağa çalışır. Savaşı başladan nöqtə daha çox burada öz boyunu göstərir.
Bəzən bir ağır kəlmə bir nəslə problem yaradırmış kimi görünür. Sanki bir xəstəlikdən qorxurmuşsan kimi, düşüncəsi təhlukəlidən gen gəzməyə başlayırsan.
Lakin bu, 37-ci il təfəkkürüdür və üzərində qorxu, həyəcan daşınmayan indiki ictimai mühitdə bacıdan, qardaşdan imtina hərəkətinin yuxarılar, cəmiyyət üçün heç bir mənası yoxdur; özünü gözdən salmaqdan başqa heç kimsəyə zərər verə bilməz. Əksinə, səbəbkarların özlərini ictimai qınaq faktı ilə baş-başa buraxır.
Tam günah daşıyıcısı siyasət də deyil. Siyasət qısqanclıq, soyuqluq, inciklik ucbatından bir-birindən qopmağa hazırlaşan doğmaların ipini açıq-aşkar kəsən bir bəhanəyə çevrilir, bəzən.
Nə imtina, nə küsülülük, nə nifrət doğru taktikadır. Burda heç bir islah yoxdur.
Mahiyyətində siyasət olub- olmaması bir kənara qalsın, qardaşın qardaşla savaşı, bacının bacıdan imtinası, əslində məlum “Yusif” dramının bir analogiyasıdır.
Yusif qardaşlarını əfv etdi. Siyasətdəki qardaş və bacılar da bir gün bir-birlərini mütləq əfv edəcəklər.
Qardaşa dönüklük, düşmənçilik, onu əzmək, aşağılamaq əxlaqı isə cəmiyyətin şüurunda illərdir, pis örnək kimi xatırlanmaqda davam edir və edəcək...
“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO
Avropa Liqasının finalına 100 gün qaldı
Polis qadınları fahişəliyə cəlb edənləri saxladı - FOTO
Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanları başa çatdı
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT
Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
Havalar 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”
Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...
Əmanətlərlə bağlı mühüm dəyişiklik
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...” - Əmisi DANIŞDI
Qobustanda zəncirvari qəza - xəsarət alan var
Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
Gözlər yoldan yığılarmı... - VII YAZI
Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir
“Barselona” “Real”a qalib gəldi
“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
Sumqayıtda mağaza yanıb
“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
Ermənilər 7 rayonumuzu atəşə tutublar
Putin və Makron Suriya məsələsini müzakirə etdilər
Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Fətullah Gülən həbs edilib - İDDİA
Cəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldı
Parisdəki aksiyada 26 nəfər saxlanıldı
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
Bakı metrosunda bıçaqlanma
Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ
ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
Şəmkirdə yeniyetmə bıçaqlandı
İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu