Modern.az

Nazirlik 22 meşə gözətçisini işdən çıxarıb

Nazirlik 22 meşə gözətçisini işdən çıxarıb

10 Sentyabr 2009, 09:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən Gədəbəy, İsmayıllı, Daşkəsən və Göy-Göl Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin təşkili vəziyyəti araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Meşələrin İnkişafı Departamentinin müvafiq əmrləri ilə 22 nəfər meşə gözətçisi yol verdikləri nöqsanlara görə işdən azad edilib.
Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 7, Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 11, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 3, Göy-Göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə isə 1 nəfər tutduqları vəzifədən uzaqlaşdırılıb.
Eyni zamanda Gədəbəy və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin lazımi səviyyədə yerinə yetirilmədiyinə görə adı çəkilən müəssisə direktorlarına ciddi xəbərdarlıq edilib.
Hal-hazırda ETSN tərəfindən Quba və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi