Modern.az

«İran Ermənistanı Azərbaycana qarşı hazırlayır»

«İran Ermənistanı Azərbaycana qarşı hazırlayır»

10 Sentyabr 2009, 14:30

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün İranın Ermənistana hərbi yardım və digər antiazərbaycan fəaliyyətilə bağlı tədbir keçirib. Modern.az-ın məlumatına görə, M.Əhmədoğlu bildrirb ki, iyulun 15-də Tehran-İrəvan aviareysi ilə uçuş zamanı həlak olmuş şəxslər hərbi mütəxəssislər olub: “Həmin şəxslərin Ermənistana uçuş məqsədi bu ölkənin hava hücumundan müdafiə sisteminin təkmiləşdirilməsi olub. Həmin təyyarənin qəzaya uğraması zamanı həlak olmuş 12 nəfər İran hərbçiləridir. Artıq onların 10 nəfərinin adaları məlumdur. Həmin şəxslər General, mühəndis Alireza Zebardat Barzin, general, müəhndis Mehdi Barfroshan, polkovnik, mühəndis Naser Teimori , mühəndis Mohsen Novrazpoor, mühəndis Ali Nazari Shakib, mühəndis Vahid Rafiei, mühəndis, leytenant Vahidreza Dehghaninia, Moamad Hadi Behesheti Nejat, Seied Kaziem Seied Aliroteh və Meghdad Moalemian Ghorjidir. Adı məlum olmayan iki nəfər isə həmin qurpda tərcüməçi və texniki funksiyalar yerinə yetirib. Həmin mütəxəsislər İslam İnqilabı Keşiçiləri ordusunun hava hücümundan müdafiə hissələrində xidmət ediblər. Qeyd edim ki, bu ordu İranda prezidentə deyil dini lider, milliyəttcə azərbaycanlı olan Seyid Əli Xomneyiyə tabedir. Bu hərbçilərin məqsədi Ermənistanın zenit və radar sisteminin koordinatorlarını dəyişmək və bu sahədə Ermənistanın Rusiyadan asıllılığını azaltmaqdır. Hesab edirəm ki. bütün bunların ən başlıca məqsədi Ermənistanın Azərbaycanın qarşısında daha artıq duruş gətirməsini təmin etməkdir»

 

Aqil LƏTİFOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi