22 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Yenə görüşdük, Şahlar!
Yenə görüşdük, Şahlar!
16.05.2017, 12:25

Hidayət Elvüsal

 

Kəlbəcər-Ağdərə yolundakı qeyri-bərabər döyüş, Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. Bu od-alov sıradan insanları qətl etməklə dördbir yanı yandırmazdı. Və mayor Şahlar Şükürov təsadüfən seçilməmişdi.

Nəinki el-obada, regionda, bütün respublikada ad-san, hörmət, cəsarət, sahibi Əvəz Şükürovun oğlu düşmən hədəfində idi. Bir neçə maşından ibarət karvanda Dədə Şəmşirin yeganə qızı Gülnaz xanım da vardı. Və elə bu yerdə yaranmış vəziyyətə bir daha diqqətlə nəzər salın.

Gülnaz xanım Dədə Şəmşirin yeganə qız övladı idi. Neçə qardaşın bir bacısı, bir ana, bir gözəl xanım olan Gülnaz xanım. O qadın Dədə Şəmşirin ən gözəl canlı şeiri kimi yaddaşlardan silinməyib. Ona qəsd etmək yalnız bir el-obaya deyil, bütün Azərbaycana göz dağı vermək idi. Savaşa, qan tökməyə bundan savayı təhrik planlaşdırıla bilməzdi. Beləliklə, iki insana - misraları dillər əzbəri olan Dədə Şəmşirə və cəsarəti, qoçaqlığı ilə seçilən Əvəz Şükürova övlad acısı yaşatmaq QƏLƏMƏ və QILINCA qarşı bir düşmən həmləsi, bir erməni şərəfsizliyi idi.

Nəinki yerli, qohum, hətta yad bir qadına belə güllə atanlara qarşılıq verməmək çiynində paqon daşıyan bir azərbaycanlı zabitin səbri, kişiliyi, vəzifə borcu xaricindədir. Ən adi bir vətəndaş belə olsa, Şahlar bunu cavabsız qoymazdı. Buna namusu, şərəfi, ailə tərbiyəsi də yol verməzdi.

Amma döyüş namərdcə qurulmuşdu. Erməniliyin ən alçaq niyyəti ilə başlanmışdı. Dördbir yandan, avtomat silahlar qarşısında bir tapança ilə son damla qanına qədər vuruşmaq hər oğulun işi deyildi. Qeyri-bərabər döyüş davam etdikcə onun bütün varlığını qəzəb, intiqam hissi bürüyürdü.

Ermənilər bir həqiqəti əlbəttə, bilirdilər. Bilirdilər ki, Əvəz Şükürovun oğlu onların qarşısında təslim olmayacaq. Bunu qüruruna sığındırmayacaq. Son gülləsinə qədər vuruşacaq. Qorxurdular, amma onlara bu tapşırıq verilmişdi. Böyük bir el-obanı sarsıtmaq üçün güllələri yağış kimi yağdırırdılar.

Şahları görənlərə, onunla oturub-duranlara bir məsələni elə bu an xatırlatmaq istəyirəm. O gənc mayor uca boyu, yaraşıqlı bədən quruluşu, siması, hərəkətləri, çox zaman susqunluğu, qeyri-adi davranışları ilə hər kəsin diqqətini cəlb edirdi. Sakit olduğu qədər də qətiyyəti, cəsarəti, çox zaman mərhəməti ilə də seçilirdi. Bu qədər keyfiyyətləri bir zabitin dünyasında yer alması əlbəttə, hər an rastlaşa bilmədiyimiz cəhətlərdir. Və bəzən düşünürəm - düşmən Azərbaycanın yalnız təbiət gözəlliyinə, sərvətlərinə deyil, həm də yaraşıqlı övladlarına da paxıllıq edirlər.

Bu günlər Şahların anım məqamlarıdır. Unudulmaz Şahların! Azərbaycanın Milli Qəhrəmanının! Əlbəttə, şəhidlər ölmür. Mən həmişə dediyimi bir daha təkrar edirəm - Azərbaycan Ordusunun bütün döyüşlərində Şahlar kimi əsgərlərimiz də ruhları, amalları ilə vuruşurlar. Onlar torpağa səpilən qəhrəmanlıq, igidlik toxumlarıdır. Və hər dəfə belə günlərdə qeyri-iradi pıçıldayırsan:

- Xoş gördük, qardaşım! Səni anmaqla nur içində yatan bütün şəhidlərimizi yad edirik.

İgid eldən gedər. Amma onu itirən atanın-ananın övlad acısını heç nə azalda bilməz. Atəş ən çox düşdüyü yeri yandırar. Birimiz onu dost, başqa birimiz qardaş, Vətən bir əsgər kimi xatırlayır, fəxr edir və istər-istəməz köyrəlir.

Gör neçə illər keçib. Bu sətirləri yazarkən Şahları bir daha gözlərim önünə gətirib, dərdləşdim. Və birdən onun çiyinlərinə baxdım.

Biz yalnız mayor Şahlar Şükürovu deyil, bu günlərdə rütbəsini alacaq olan bir generalı anırıq.

Milli Qəhrəmanı, generalı!

Və indi onun oğlu atasının yolunu şərəflə davam etdirir. O od-ocaqdan, o ailədən, o eldən-obadan igid əskik olmaz!

Qoy bunu düşmən unutmasın! İntiqam anı uzaqda deyil!

  

 


Müəllifin digər yazıları
SON XƏBƏR
Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
22.08.2018, 00:58

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Yol qəzası 6 nəfərin həyatına son qoyub
22.08.2018, 00:43

Yol qəzası 6 nəfərin həyatına son qoyub

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib
22.08.2018, 00:30

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu
22.08.2018, 00:16

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
22.08.2018, 00:03

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır   
21.08.2018, 23:55

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı
21.08.2018, 23:46

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

İki PKK terrorçusu zərərsizləşdirilib
21.08.2018, 23:41

İki PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan nefti bahalaşıb
21.08.2018, 23:19

Azərbaycan nefti bahalaşıb

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB
21.08.2018, 23:06

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB

Mingəçevirdə yaşayış binası yandı
21.08.2018, 22:50

Mingəçevirdə yaşayış binası yandı

Zəlzələ İranı silkələdi
21.08.2018, 22:34

Zəlzələ İranı silkələdi

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz   
21.08.2018, 22:17

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Dünyada ən ucuz mobil rabitə
21.08.2018, 22:06

Dünyada ən ucuz mobil rabitə

Azərbaycanlı nazirin pulları həbsdə qaldı
21.08.2018, 21:48

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

ARXİV