14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Arzuları yarımçıq qalan kəşfiyyatçı...
Arzuları yarımçıq qalan kəşfiyyatçı...
07.06.2016, 16:25

Aida Eyvazlı

Qurbanlılar ailəsi Binəqədi rayonunda 1-ci mədən ərazisində yaşayırlar. 1992-ci ildə İrəvandan  köçkün gəliblər. Bütün şəhid  evlərininin darvazasında gördüyüm üçrəngli bayrağımız  dalğalanır və qırmızı yaylıq bağlanıb qapıya. Qırmızı yaylıq o deməkdir ki, bu evdə ölən cavandır, nakamdır, toyu olmayıb. Bir az toxtayıb ailələr, bir az da inanmağa başlayıblar əzizlərinin, bircəciklərinin, ocaqlarının son ümidi olan övladlarının yoxluğuna...

Qapısını döydüyüm evlərdə ağbirçək, ağsaqqal görəndə bir az ürəkli oluram.  Onlarda dözüm olur, iradə olur. Dərdə arxa çevirməyi bacarırlar.  Ən azı ağır məqamlarda özlərindən kiçiklərə  nümunə olur, çətin vəziyyətdən çıxış yolu tapır, dərdə sinə gərməyi öyrədirlər. 

2-5 aprel döyüşlərində şəhid olmuş  23 yaşlı Fəxrəddin Qurbanlının da ailəsinin ağbirçəyi Hava ananı gördüm. Dedi ki, İrəvandandırlar. 1992-ci ildə köçkün gəliblər. O illərdən danışdı:

- Bu ermənilər həmişə bizdə divan tutublar. Sumqayıtda SSRİ hökuməti aranı qarışdırandan sonra, ermənilər çoxdan bəslədikləri kin-küdurətlərini yenə üzə çıxardılar. 1992-ci ildə bizim köçhaköç günlərimiz yenə başlandı. Dişimiz-dirnağımızla yığıb, düzəltdiyimiz ev-eşiyimizdən, yurdumuzdan olduq. 6-7 ay ərzində öldürdüklərini öldürdülər, qalanlarımız da qatarlara, maşınlara doluşub, əliyalın, ayaqyalın gəldik Bakının bu düzlərinə. Yenə pərən-pərən düşdük. Kişilərimiz neyləyə bilərdi, əllərində yaba, balta, ov tüfəngi, ağacla gecə-gündüz bizi qorudular. Əvvəlcə qız-gəlini çıxardılar, sonra özləri də gəldilər. 

Birinci sürgün deyildi ki... O vaxt Mircəfər Bağırovun vaxtında, 1948-1953-cü illərdə də bizə divan tutdular. Bəstəboy uşaq idim. Yadımıa yuxu kimi gəlir. Vağzallarda dayanıb vaqon gözləyirdik. Amma o zaman köçürəndə ölüm-itim olmamışdı. Yurdumuzdan, Vətənimizdən etdilər. İrəvandan bir köç gəldi. Qalan ailələr qaldı sonralar burda, yaşaya bilməyənlər də Vətənin havasına, yenə İrəvana qayıtdılar. Biz də Razdan kəndində yaşayırdıq. Yeni qaçhaqaçda gəldik çıxdıq buralara. Balalarımı yığdım başıma, yenə bizdən əl çəkmədi bu erməni, nə torpağı ala bilirik, nə də haqqımızı tanıda bilirik. O  erməninin havadarı çoxdur bala... Bizi  kim eşitsin. Gül kimi balam getdi əlimdən.  

Oğlum Seyfəddinin ikinci övladı idi. Onu əlimdə-ovcumda böyütdüm. Oxumuşdu, diplom almışdı.

 

Sevinirdim ki, daha yurdumuz yurd olub. Onsuz da gözümüzü İrəvandan çəkmişik. Kimdir ki, o yerləri daha bizə verən. Erməni sinəmdə dağlar qoydu, məni yenə ağlar qoydu. Məni məzara o nəvəm qoymalı idi. Mən onun toyunu görməliydim, vayını gördüm. Nəvəmin 7 murazından biri tutmadı. Başqa nə deyim...

Gözünün yaşını sildi nənə və söylədi:

Dəryanın o üzündə
At oynatdın düzündə. 
Yeddi muraz demişdin, 
Hamsı qaldı gözümdə. 
 



Söhbətimizə şəhidimizin anası  Həzimə xanım da qoşuldu:

 

- Dərd bizim ocağı boş gördü. Dərd bizdə üz görmüşdü, meydanı düz görmüşdü...

Üstümüzə karvanla gəldi. Mən bir gündə həm oğlumu, həm də böyük qardaşımı itirdim. Fəxrəddinlə ayın 1-i telefonla danışdıq. Heç 1 dəqiqə danışmadım. Ara kəsildi. O gündən balamın səsini eşitmədim. Hara zəng elədiksə, o danışan telefonlar bağlı oldu. Ayın 8-i  böyük qardaşım Malik qızına toy çadırı qurmuşdu. Dəvətnamələr paylanmışdı. Oğlumdan bir xəbər çıxmayanda əmisi, atası, dayısı getdilər Seysulan tərəfə, onun  hərbi xidmətdə olduğu yerlərə. Biz də burada ümidlə xeyir xəbər gözləyirdik. 

8 apreldə qardaşım Malik kiçik qardaşıma zəng vurub görür ki, telefonlar bağlıdır, kresloda oturduğu yerdə deyir ki, "açın qırmızıları toyxanadan, toy olmayacaq". 

Sonra da “mənim ömrüm bura qədərdir!”- deyib, oturduğu yerdə canını tapşırdı. Qardaşım bilirmiş ki, bu neçə gündə Fəxrəddindən xəbər yoxdursa, deməli, həlak olub. Və dərdə dözmədi, 51 yaşında gözlərini dünyaya yumdu. Mənə zəng edib dedilər ki, qardaşın da öldü. Onlar Pirşağıda  olurlar. Başıma yığılan qohum-əqrabadan soruşdum ki, oğlumun tabutunu nə vaxt gətircəksiniz, o gəlincə gedim qardaşımla görüşüm. Getdim, ağladım qardaşımı:

Qardaş mənim gülümdür, 
Gülümdür, bülbülümdür. 
Bacı qardaşa qurban, 
Qardaş ölsə, zülümdür.

Qardaşımla vidalaşıb, anama dedim ki, sən öz oğluna layla çal ağla, mən də gedim, yol gələn balama ağlayım, layla çalım.

Gül budağın gül əyər, 
Yel əsdikcə tel əyər. 
Oğul ölmək göz töksə, 
Qardaş ölmək bel əyər.

Bir günün içərisində həm qardaşımı, həm də 23 yaşlı oğlumu dəfn etdim. Sonra eşitdim ki, yoldaşımın yaxın qohumu Mahir Mirzəyev də bu döyüşlərdə şəhid olub. Nə danışım oğlumdan? Diplomlu, savadlı, tərbiyəli, etibarlı balamdan, daha nə deyim. Deyimmi ki, məhəllədə hamının sevimlisi idi? Deyimmi ki, bilmədim sevdiyi, sevdiciyi kim idi? Deyimmi ki, diplom alıb, sevdiyi işinə gedə bilmədi...

Deyimmi ki, məni vüqarlı analar sırasından sildi. Hansı birini deyim? Bu hadisədən 5-10 gün əvvəl rəhmətlik qaynatam gəldi yuxuma. Gördüm ki, bu həyətdə yer əkmişəm, becərmişəm. Bir tərəfdə bitkilərin  yarısı quruyub, o biri tərəfdəki, əkdiklərim bar tutub, çiçək açıb. Qaynatama şikayət edirəm ki, bunlar niyə belə solub. Kişi qayıdıb mənə dedi ki, "ay gəlin, o yanan tağlardan əlini üz, səninki o çiçək açanlardır. Get onunla məşğul ol". Bu da Allahın mənə işarəsi idi. 

Fəxrəddin əsgər olanda da istəmirdi ki, tez-tez zəng edək.

Deyirdi ki, "niyə bir telefon zənginə görə üzümə söz gəlsin, kimdənsə asılı olum". Bir dəfə də soruşdum ki, "ay oğul, əsgər gedirsən, bəlkə bir gözaltı etdiyin var:". Cavab verdi ki, "ana kimsə gözaltı etmək olmaz, bəlkə heç sözumə vəfalı çıxmayacağam. Əmin olmayınca, qıza söz verib, söz almaq, qəlbini incitmək olmaz. Bu şərəf məsələsidir, vicdan məsələsidir". Fəxrəddin belə oğul idi”.

Qurbanlılar  ailəsi  Fəxrəddinə aid olan  kitabları şəkilləri, indi evin bir küncündə olan  dolabın üstünə düzüblər. Burada onun oxuduğu ən dahi yazıçıların əsərləri qoyulub. Burada onun  institutda oxuyarkən aldığı diplomlar, sevdiyi  əşyaları, yazıları, əlinə alıb, ləzzətini görmədiyi  Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirməsi barədəki diplomu, Azərbaycan bayrağı  var. 

Atası Seyfəddin Qurbanlı dayanıb guşənin qabağında... İndi əli ancaq xatirələrə çatır. Gözünə çıraq olacaq, özünə dayaq olacaq oğlu haqqında xatirələr danışmaq ata üçün ən böyük əzabdir:

- Fəxrəddin çox zəhmətsevər, dürüst insan idi.  Oxuduğu universitetdə də birincilərdən idi. 200 manat tələbə təqaüdü alırdı. O bir dəfə bizi problemə çəkmədi.  Bütün  imtahanlarını öz gücünə verirdi. Məndən bir dəfə də olsun xərclik istəmədi. Həmişə xeyirli, sevincli xəbərlərini eşitdik. İnstituda təhsil ala-ala Vergilər Nazirliyində işləyirdi, sonra  qrant  layihələrində işləməyə başladı. Sosial evlərə gedirdi, oradakı insanlara yardım edəndə elə xoşbəxt olurdu ki, arzusu var idi ki, təhsilini Türkiyədə davam etdirsin. Hansı işin qulpundan yapışsa, uğur qazanırdı. Uğur onunla dünyaya  bir gəlmişdi elə bil. Oğlumun darda olduğunun fərqinə apelin 6-dan sonra vardım. Çünki o vaxta qədər elə ancaq, televizorda  bütün Azərbaycanın da izlədiyi xəbərlərə baxır, həyəcanlanırdıq. Fəxrəddinə nəsə ola biləcəyi heç ağlımıza gəlmirdi. Anası, şəhid olan əsgərlərə baxıb, onların analarının halına acıyırdı. Sən demə özümüzün də taleyində belə qara xəbər var imiş.

Ayın 6-dan sonra getdik  cəbhəboyu rayonlara, Tərtərdə axtardıq... haralara baş vurduqsa, elə hey, dedilər ki, narahat olmayın, kəşfiyyat briqadasındadır, harada olsa üzə çıxacaqlar. Ayın 8-i əmin oldum ki, balam düşmənlə üzbəüz döyüşlərdə cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Onun cansız bədənini Qızıl Xaç Komitəsinin iştirakı ilə, döyüşlər səngiyəndən sonra götürdülər. Bir ondan rahatam ki, Fəxrəddinin ruhu şaddır. O həmişə  erməni işğalında olan torpaqlarımızın əzabını çəkirdi.

Deyirdi ki, Zəngəzur da, bütün işğalda olan rayonlarımız da qaytarılmalıdır. Fəxrəddini dəfn edən günü eşitdim ki,  onun adına  “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərənlərə veriləcək. İyil ayında qayıdıb gələcəkdi,  qarşısında qoyduğu planlarının həllinə başlayacaqdı. 

“Oğlum “ Qurdlar vadisi”filmini çox sevirdi.- deyir Seyfəddin.

 

Və mən fikirləşirəm ki, ay yazıq ata, bundan sonra hər sözü, söhbəti, ədaları düşəcək yadına.  23 il əziyyətini çəkib,  ilk addımına, ilk zənginə, diplom sevincinə sevindiyin oğlunun barını isə görə bilmədin. Və bu dərd bir sənin qapını döymədi. 2-5 aprel günü, yazın o ilk günlərində, Vətən torpaqlarının azadlığı üçün canından keçən neçə oğul öz atasını, anasını, bacısını, balasını, sevgilisini Vətənə, torpağa dəyişdi.  Həmişə qonaqlı-qaralı olan Qurbanlılar ailəsini  indi qohum-qonşular tək qoymurlar.  Məhəllə cavanları tez-tez Seyfəddin kiyiyə baş çəkirlər.

1-ci mədən məhləsində yaşayan  Kamil Zeynalov:

- O bir başqa cavan idi. Az danışan, çox dinləyən. Bizdən balaca da olsa, onunla söhbət edəndə, sözümüzə sərhəd qoyurduq. Ağır təbiətli, savadlı bir gənc idi. Bəzi uşaqlar tində dayananda, lazımsız işlərlə məşğul olnada, o dərsdən sonra boş vaxtlarında  məhəllədə işləyərdi.

Deyirdik ki, nəyinə lazımdır, get otur evində. Deyirdi ki, "mən bunu edirəm ki, “iş tapılmır” deyən həmyaşıdlarım görsünlər ki, adam istəsə, iş də tapar, çörəkpulu da qazanar". Məhəllədə hamının kompüterini Fəxrəddin sazlayırdı. İnanın ki, gəlişigözəl söz xatirinə demirik, Fəxrəddin doğurdan ləyaqətli oğlan idi. Onun dəfnindən bu günə qədər dostları gəlir, cəmiyyətdə necə hörmət qazandığını görürük. Cavan uşaq olasan, belə az bir ömür dairəsində bu qədər ədəbli çevrən olsun.  Küçəyə çıxırıq, elə bil ki, nəsə çatmır. Hər addımda hiss olunur yoxluğu. Təsəllimiz bircə odur ki, indi küçəmizdən asılan bayraqların Fəxrəddinə görə  dalğalandığını balaca uşaqlar da bilir. Binəqədin rayonu bu döyüşlərdə iki şəhid verib. Onların şəkillərini rayonumuzun görkəmli yerlərində reklam lövhələrinə vurublar. Bu bizdə vətənpərvərlik ruhunu bir az da artırır.

Hamı danışmışdı. Ancaq söhbət bitmək bilmirdi. Yanımda oturan arıq, sısqa bir qız kədərlə susurdu. Bu Fəxrəddinin bircə bacısı Fəxriyyə idi.  Dedim ki, ay qızım sən də danış qardaşından.  Gözləri doldu, səsi titrədi. Bütün bacılar kimi ilk sözü bu oldu: 


“Mən qaqaşımı çox istəyirdim, onunla nəfəs alırdım. İnstituta bir gedib-bir gəlmişik. Mən o ola bilmərəm. Onun dünyaya baxışı çox başqa idi. Hər kəsin mülahizəsini bəyənmirdi. Filosofları oxuyurdu.  Onun bütün məsələlərə, hadisələrə özünün yanaşma tərzi var idi. Sokratı çox sevirdi.  Arzuları var idi qardaşımın. Biz belə fikirləşməmişdik. Mən onu  gözləyirdim. İndi ətrafda olanlar onun haqqında keçmişdə olduğu kimi danışanda, istəyirəm  qışqırım deyim ki, mənim qaqaşım haqqında elə deməyin. Mənim üçün diridir, sağdır Fəxrəddin".

 

Fəxriyyə qardaşından iki yaş böyükdür. İndi Fəxriyyənin iki övladı var. Qızı qardaşının dəfnindən 20 gün sonra dünyaya gəlib.

Deyir ki, heç balaca uşağın qayğıları da qardaşımın acısını unutdura bilmir: "Amma, uşaqlara görə gərək güclü omağı öyrənəm". 


Ayrılanda Fəxriyyəyə dedim ki, qızım qardaşının adına  bir məktub yaz, göndər mənə. Bir gündən sonra Fəxriyyənin Fəxrəddinə yazdığı məktub elektron poçtumda idi. Ancaq açıb oxumağa ürək eləmirdim. 

Fəxrəddin Qurbanlının qısa həyat hekayətini qələmə alanda, özümdə güc tapıb, Fəxriyyənin məktubunu  oxudum: 

“Fəxrəddin, səsin gəlmir. Yaman darırıxmışam. Etiraf edirəm: burnumun ucu göynəyir.  Yadındadır?! Bir dəfə mən gedəndən sonra, zəng etdin mənə. Dedim ki, burnunun ucu göynəyir, hə...?  Sonra sən əsgər getdin. Mən zəng vurdum sənə, məni lağa qoydun, soruşdun ki, "darıxdın mənimçün, burnunun ucu göynəyir?!". Özümü o yerə qoymadım. Sənə dedim ki, "yox e... söz soruşurdum". 

İndi isə deyirəm: çox darıxmışam səninçün qardaş. O vaxt darıxanda sənə zəng edirdim, gəlirdin. İndi yenə darıxmışam. Çox, çox,çoooxxxxxx.... nə olur gəl, gəl nə olar... Yadındadı... 2010-cu ildə mən bir pis yuxu  görmüşdüm.  Küləkli gecə idi. 

Yuxudan ağlaya-ağlaya durdum, gəldim sən yatan otağa, sənin otağına. Səni yatağında görüb sevindim. Amma yenə ağladım. Bilmirdim niyə ağlayıram. Ürəyim partlayırdı, köksümə sığmırdı.  O yuxunun təsiri məni pis tutmuşdu. Neçə gün ağladım. Axırda sənə görə yolda dilənçiyə nəzir verdim, sakitləşdim. Odur-budur gecələr külək əsəndə səsindən qorxurdum. O yuxu yadıma düşür, yata bilmirəm. Ayın 2-si yenə pis külək əsirdi. Yenə yata bilmədim, səndən də xəbər ala bilmirdim. Ay qaqaş, zəng elə... Yolunu gözləyirəm, səsin üçün darıxmışam. İndi daha nə qədər küləklər əssə də qorxmuram. İndi o küləklərin məndən alacağı heç nə qalmayıb. Qaqaş, səni gözləyirəm. Telefonum zəng çalanda, həyəcanla qaçıram, səsini eşidəm, elə bilirəm ki, sənsən...”.

Və bir də  Fəxrəddin də hamı kimi  sosial şəbəkələrə yazılar yazardı. Ailəsi ilə son dəfə  yanvar ayında görüşmüşdülər.Yanvarın 13-ü 23 yaşını tamamlamağa gəlmişdi. Əsgər məzuniyyəti almışdı. Qayıdanda isə FB divarında belə bir  yazı yazmışdı: 


"Və budur, kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ”.

Bir də... Fəxrəddin Qurbanlı deyirdi ki: “Həddini bilməz gülüşlərim vardır mənim: dosta kef, düşmənə ağrılar  verər”. 

İndi o gülüşlərin ancaq xatirılərərdə yaşayacaq, həmişə gülərüz Fəxrəddin!

 

Doğma yazdığı Qarabağda arzularını qoydu, qanını axıtdı. Vətən torpaqlarımızı işğal edən ermənilər və ermənipərəst  dünya siyasətçiləri və liderləri həmin gecələrdə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bildilər. Azərbaycanlıların  dünyanı  iki yerə qütbləşdirən xristian dünyasında havadarları yoxdur. Və... o qədər məkrli, o qədər güçlüdürlər ki, Qalibiyyət əzmində olan oğullarımızın qarşıda olan torpaqlarımızı azad etmək istəyini ürəklərində qoydu şeytan siyasətçilər... 

Müharibə yaradanların, bir adı var ŞEYTAN!

Bizə o gündən bir azca Qalibiyyət dadı qaldı. Həmin günlər canlarından keçən Vətən oğullarımız isə Tanrı qarşısında ŞƏHADƏT qazandılar.

Fəxrəddin Qurbanlının  Binəqədi rayonunda torpağa əmanət edildiyinin 40-cı günü isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı atası Seyfəddin Qurbanlıya verildi. Onun məzunu olduğu Azərbaycan Universiteti də Fəxrəddin Qurbanlının xatirəsini əziz tutur. Artıq Universitet “Fəxrəddin Qurbanov adına fəxri futbol kuboku” təsis edib. İlkin olaraq, bu kubok universitetdəki  kurslar arasında  futbol yarışında qalib gələn tələbələrə verilib.  Universitet rəhbərliyi bildirib ki, gələcəkdə kubok uğrunda universitetlər arası yarışlar da keçiriləcək. 

Filosofları çox sevirdi, oxuyurdu Fəxrəddin balamız. Bu yazını da onun sevdiyi yunan filosofu Sokratın fikri ilə bitirirəm: “Mən artıq buraları tərk edirəm . Gedirəm ki, ölüm.  Siz isə yaşayırsınız, bunun hansı yaxşıdır. Bunu isə Allahdan başqa kimsə bilməz”.


Aida Eyvazlı

 


SON XƏBƏR
Tramp Meylə telefonda dalaşdı - SƏBƏB
14.11.2018, 12:30

Tramp Meylə telefonda dalaşdı - SƏBƏB

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”
14.11.2018, 12:29

Deputat: “Bu, səhiyyənin inkişafına real təsir edəcək”

ATƏT cəbhədə monitorinq keçirdi 
14.11.2018, 12:25

ATƏT cəbhədə monitorinq keçirdi 

Ötən ay 765 əcnəbi ölkədən çıxarılıb
14.11.2018, 12:15

Ötən ay 765 əcnəbi ölkədən çıxarılıb

Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu   
14.11.2018, 12:13

Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu  

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı
14.11.2018, 12:05

Bakıda evdən 10 min manatlıq qızıl oğurlandı

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi
14.11.2018, 11:58

Bakıda avtobusdan yıxılan 78 yaşlı qadın dünyasını dəyişdi

İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib - FOTO
14.11.2018, 11:52

İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib - FOTO

Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI   
14.11.2018, 11:50

Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI  

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 
14.11.2018, 11:45

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 

Ali məktəblərə kollec təhsili vermək hüququ verilib
14.11.2018, 11:44

Ali məktəblərə kollec təhsili vermək hüququ verilib

İstilik vaxtından əvvəl verilib – RƏSMİ
14.11.2018, 11:38

İstilik vaxtından əvvəl verilib – RƏSMİ

Gözəl Bayramlının cəzası azaldıldı
14.11.2018, 11:36

Gözəl Bayramlının cəzası azaldıldı

Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMA
14.11.2018, 11:20

Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMA

Hökumət neftin qiymətinə görə risk edir... - Ekspert ŞƏRHİ   
14.11.2018, 11:17

Hökumət neftin qiymətinə görə risk edir... - Ekspert ŞƏRHİ  

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı
14.11.2018, 11:10

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı

Polis evində narkotik gizlədən şəxsi saxladı
14.11.2018, 10:54

Polis evində narkotik gizlədən şəxsi saxladı

Nazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİV
14.11.2018, 10:48

Nazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİV

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir
14.11.2018, 10:36

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub
14.11.2018, 10:32

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub

Nazirlik 529 işçi axtarır
14.11.2018, 10:25

Nazirlik 529 işçi axtarır

Mədət Quliyev Gəncə hadisələrindən DANIŞDI: 60 nəfər həbs olunub, 5 nəfər silahlı məhv edilib   
14.11.2018, 10:24

Mədət Quliyev Gəncə hadisələrindən DANIŞDI: 60 nəfər həbs olunub, 5 nəfər silahlı məhv edilib  

Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR  
14.11.2018, 10:17

Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR  

Məmur olmaq istəyənlər yenə sınağa çəkiləcək
14.11.2018, 10:12

Məmur olmaq istəyənlər yenə sınağa çəkiləcək

UEFA “Vorskla” və “Qarabağ”a qarşı intizam işi açdı
14.11.2018, 10:09

UEFA “Vorskla” və “Qarabağ”a qarşı intizam işi açdı

Göyçayda evində narkotik gizlədən saxlanıldı
14.11.2018, 10:04

Göyçayda evində narkotik gizlədən saxlanıldı

Teleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏL
14.11.2018, 09:49

Teleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏL

Şəkidə çörək sexi yanıb
14.11.2018, 09:33

Şəkidə çörək sexi yanıb

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü - TƏFƏRRÜAT - YENİLƏNİB
14.11.2018, 09:30

Daşkəsəndə dəhşətli YANĞIN - 4-ü uşaq olmaqla 5 nəfər öldü - TƏFƏRRÜAT - YENİLƏNİB

Atəşkəsin pozulması intensivliyi artıb
14.11.2018, 09:26

Atəşkəsin pozulması intensivliyi artıb

Tanınmış jurnalistlər Ayaz Mütəllibovu QKÇP ilə bağlı SUÇLADILAR    
14.11.2018, 09:22

Tanınmış jurnalistlər Ayaz Mütəllibovu QKÇP ilə bağlı SUÇLADILAR  

Azərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq
14.11.2018, 09:18

Azərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq

Türkiyə 19 terrorçunu məhv etdi
14.11.2018, 08:47

Türkiyə 19 terrorçunu məhv etdi

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ   
14.11.2018, 08:31

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ  

Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı
14.11.2018, 08:13

Kaliforniyadakı meşə yanğınlarında ölənlər 48 nəfərə çatdı

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq
14.11.2018, 08:09

Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq

Manatın MƏZƏNNƏSİ dəyişmədi
14.11.2018, 07:57

Manatın MƏZƏNNƏSİ dəyişmədi

Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

ARXİV