02İyun | Ana Səhifə - Yazılar - Xalq sənətçiləri kapitalist fırıldağına şərik olanda...
Xalq sənətçiləri kapitalist fırıldağına şərik olanda...

Vəfa Allahverdiyeva

Əvvəllər reklam anlayışının adı var, özü yox idi.

İstehlakçıya qidadan tutmuş geyimə, mənzilə, məişət avadanlığına qədər-təklif olunan hər şeydə bir keyfiyyət kriteriyası, sözsüz var idi deyə, reklama ehtiyac qalmırdı.   
 

Kərə yağının reklamını anlamayan insanların müxtəlif növ  istehsal məhsulunun səs-küylü təqdimat üsuluna dodaq büzməsi, dədə-baba yağını gözə dürtən şüarçılıqdan hətta istehzalı bir aforizmin yaranması,  reklamsız dönəmin insan maraqlarına reklamlı dönəmdən daha artıq və şübhəsiz, xidmət etməsi gerçəyindən qaynaqlanır.

Bəlli ki, kapitalist çox olan yerdə, çeşidli məhsul da çoxdur. Məhsul bol olduqda , rəqabət hər kəsə xeyir vəd edə bilmir. Reklam da bu halda dövriyyəyə girir.

Üstəgəl, reklam, həm də zay  məhsulun mübaliğəli təqdimatda  bazarını qurmaq, tamaha çatmaq metodudur.

Bu heç.

Reklamların siması toplumun dəyərli, hörmətli, adlı-sanlı isimləri seçiləndə isə, vəziyyət kapitalist üçün uğurlu olsa da, istehlakçı üçün bərbad, hələ üstəlik, reklam işinin qabarıq tərəfi olan  məşhur adamı da sevgi, rəğbət  gördüyü  cəmiyyətlə düşmənçilik müstəvisinə gətirir.

Türkiyənin ünlü sənətçisi Orxan Gəncəbayın bu günlərdə başı dərdə girdiyi kimi.

Çünki reklam siması olduğu bir tikinti şirkəti mənzil alıcılarını aldatmaqla,  təkcə öz etibarını itirməyib, üstəlik, onun ünvanına aramsız tənqid və ağır ifadələrin işlənməsinə səbəb olub.

Aldadılmış alıcıların hirs-hikkəsində  populyar türk sənətçisi  fırıldaqçı, yalançı kimi kobud epitetlər qazanıb.
   

Xalqın adamının hörməti, etibarı ayaqlar altına düşüb.

Niyyət Türkiyədəki durumun üzərinə getmək deyil.

Mövzuda bir sinxron xətt var; hər coğrafi məkan üçün aktualdır;
 

Konkret onlarla məşhur insanı reklam siması etmək istəyən, yaxud reklam siması olmağı qəbul edənlər  vasitəsilə bizim toplumumuzun da kapitalist tələsinə düşməkdən sığortalanmamasıdır.  

Təmirli, təmirsiz mənzil fırıldaqçılığı bizdə, az qala hər addımda qarşıya çıxır. Reklamını xalq artistlərimiz aparmasa da.

Aparsa, fəlakət daha böyük olardı yəqin. 

Bir məşhur adamın saç stilinə, geyindiyi paltar modasına düşkünlük necə yaranırsa, onun tərif əli basdığı hər şey də qiymətli qızıla dönür axı.  

Halbuki, reklamdakı nə diş pastası, nə mebel, nə yaşayış binası, nə dərman... onun tərcihidir...  

Lakin xəz dərinin, kosmetika məhsullarının reklamında əməkdar və xalq artistlərinin nüfuzundan istifadə nümunələri sağda-solda, aşağıda, yuxarıda-hər yerdə qarşıya çıxır.

Bu məhsulların reklam simalarına da qəzəbli olanlar var.

Çünki tükü tökülən xəz dəri, ətri və keyfiyyəti olmayan kosmetik vasitələr bir çox alıcılar tərəfindən ifşa edilib.


Standartlaşma mütəxəssislərinin araşdırma-analizi ilə saxtalığı təsdiqlənib.

Sadəcə, məsələ ona görə qabarıq halda böyüməyib ki, xəz dərinin, kosmetikanın dəyəri mənzilin dəyəri yanında cüzi rəqəm təşkil etdiyindən, emosional, dramatik situasiya yaratmayıb. Qarğışdan, söyüşdən savayı. 

Bir də ki, sonradan rahat yollarla səhnəyə gələn isimlərlə nüfuzunu çətin mərhələlərdən keçərək qazanan ciddi sənət adamlarının arasında kəskin ictimai hörmət fərqi var.  

Kəsəsi, nə baş verir?

Tanınmış simalar biznes adamlarının fırıldağına şərik olur, əhalini keyfiyyət etalonu kimi qeyri-səmimi təriflə aldadan iş dünyasının xeyirsiz əlindən tutur.

Öz adını, populyarlığını yüksək məbləğə kapitalistlərin maraqlarına satır, pulunu alıb ortadan çəkilir.     

Halbuki  hiyləsi ilə vətəndaşı aldadan tərəf kimi istər-istəməz, konkret şirkət, firma yox, onun reklamını edən xalq adamı diqqət mərkəzinə gəlir.  

Səhər hansısa firma, şirkət aldadıb qaçanda, pis məhsulunu bəh-bəhlə sırıyanda, istehlakçının əli həmin firmadan qabaq reklamın siması olan dəyərli, hörmətli ziyalının “yaxası”ndan yapışır.  

Bir anlıq şərti ad olaraq təsəvvür edək ki, hansısa bir əzzaçılıq şirkəti yazıçı Anarı hansısa dərmanın reklamına cəlb edir. Günlərin birində insanların həmin dərmandan zərər çəkməsi faktları aşkarlanır.

O zaman nə baş verəcək?

Təbii ki, şirkətin nə adını xatırlayan olacaq, nə də qapısını tapıb, yumruqlayan.

Amma Yazışılar Birliyinin ünvanı rahat tapılacaq, bütün bəd duaları Anar almalı olacaq.   

Təsəvvür edək, teatr, kino əfsanəsi Şəfiqə Məmmədova Azərbaycandakı bərk gedən bir əyalət otelinin reklamını edir. Bu reklam ağılları oğurlayıb, bizi həmin məkana sürükləyir. Və çatıb, qarşılaşdığın soyğunçuluq, keyfiyyətsizlik səni, ilk növbədə kiminlə “üz-üzə” gətirir?

Təbii ki, sənət əfsanəsi Şəfiqə Məmmədova ilə. 
 

Ciddi nüfuz sahibləri,  gözütox  adamlar fırıldaq işlərin qoxusunu tez alır.

Mənfəətbaz biznes çevrəsindən yan gəzir və öz adlarını böyük pullara, kasıb təbəqəni bədbəxt edən proyektlərə  dəyişmirlər.

Əks halda, yazıçı Anar, aktrisalar Şəfiqə Məmmədova, Amalya Pənahova, aktyorlar Rasim Balayev, Fuad Poladov neçə-neçə şirkətin layihəsinə, məhsuluna öz ismini, öz şöhrətini  vermiş olardı.

Sənətdə, ədəbiyyatda ciddi imici olanlar sosial çarxlarda, sosial layihələrin reklam formatında iştirak borcu daşıyırlar, çünki həmin siyasətin arxasında dövlətin adı dayanır.

Dövlətin adı olan yerdə  isə heç bir fırıldaqdan, yüksək mərtəbədən aşağıya yuvarlanmaqdan  söhbət gedə bilməz.

Saçımızı tökən bir şampunda, mədəmizi xarab edən bir yağ məhsulunda, qəpik-qəpik toplanan mənzil pullarının havaya sovrulması fırıldağında qurbana çevrilmək sənətin, ədəbiyyatın, mətbuatın, idmanın yeni, populyar adlarının reklam simalılığı ilə  ola bilər.

Çünki onların içində özünə tabu, embarqo yoxdur.

Şöhrətini, hörmətini, dəyərini satın almaq istəyən mənfəətbazların yağlı təkliflərinə qətiyyətli  imtina   yoxdur.

Olmadıqca isə,  sosial-ictimai kəsimin fırıldağın, yalançı bər-bəzəyin güdazına getməsi təhlükəsi hər an artır... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19