25 iyul 2017, Çərşənbə
Ana Səhifə - Yazılar - Qoyun yaşayaq də…
Qoyun yaşayaq də…
08.06.2017, 14:43

Hidayət Elvüsal


Səhərin gözü təzəcə açılmışdı ki, qonşu həyətdən gələn fəryadlardan tüklərim biz-biz oldu. Bir-iki dəfə gərnəşib, qalxdım, üz-gözümə su vurub pəncərədən baxanda ürəyim qopdu. Cavan bir gəlin dizlərini döyürdü:

- Vay-vay-vay-vay! Balalarım yetim qaldı, yetim. Yüz dəfə dedim ki, ə, öskürürsən, get doxdura! Getmədi! İndi budeyyy… yaxamı üç yetimin əlində qoyub gedir.

Birdən əri də çıxdı. Arvadını sakitləşdirməyə çalışdı, olmadı. Mat-məəttəl qalmışdım. Kişi diri idi, özü də kələ kimi bir adamdı. Bəs, arvadının bu fəryadı, ağlamağı nə idi? Mən də qonşular kimi əynimi geyinib, haraya getdim. Və…

Məlum oldu ki, səhərin gözü açılmamış o ekrandan “ölüm mikrobu” yayan həkimlərdən biri deyib ki, əgər gün çıxmamış kişi xeylağı öskürərsə, bu, xərçəngin əlamətidir. Yəni yavaş-yavaş işini görür. Həmin adam təcili olaraq klinikaya müraciət etməsə işləri fırıqdır.

Arvad da həkimin dediklərinə qulaq açan məqamda kişi bir-iki dəfə öskürüb. Vəssalam! İndi bütün qonşular yığışıb, onu sakitləşdirməyə çalışırlar. Hələ üstəlik “təcili yardım”a zəng edənlər də olub, amma arvad:

- Yox! “Təcili yardım” demədi doxdur. Dedi mütləq onun klinikasına getmək lazımdır.

Kimsə mızıldandı:

- Əşi, gündə televiziyaya çıxıb, müştəri yığırlar dəə!

Arvad onun üstünə çəmkirdi:

- Kiri! Sənin nə vecinə? Ölən budeyyy… bu bədbəxt oğlu bədbəxtdir ki, məni də bədbəxt elədi.

…Qayıdıb bir-iki loğma yeyirdim ki, üst mərtəbədən hıçqırıq səsləri gəldi. Tanıyırdım. Yaxşı adam idi. Oğlunu təzə evləndirmişdi. Nətəhər olmuşdusa o toyda keflənmişdim də. Sonralar mənə dedilər ki, düşmüşdün müğənninin üstünə. Deyirdin: “O hind filmi var haa. “Abdulla”. Bax o kinoda qızlar lüt-üryan şəlalənin altında oxuduqları havanı sən də oxu, bir onluq verim. Nə isə!

Bir azdan kişi ilə qarşılaşdıq. Dilxor idi. Gəlini soruşdum:

- Ehh, müəllim, adamın gərək bəxti olsun!

- Qonşu…

- Müəllim, üzr istəyirəm, ayıb olmasın gəlin hamilədi axı.

- Təbrik edirəm!

- Nə təbrik, müəllim! O gün pomidor-xiyar yeyib.

- Noulsun ki?

- Necə yəni nə olsun! İndicə televiziyada bir ginekoloq dedi ki, hamiləlik zamanı pomidor-xiyar yeyən ananın dünyaya gətirdiyi körpəni ya bir qulağı olmur, ya da səydəş doğulur, yəni başdanxarab olur.

- Əşi, pomidor-xiyar…

- Yox, müəllim! Mən demirəm. Sən də demə. Televiziyadan eşitdim. Öz uşağımla, - və bu sözə güldü, - nə yaxşı ki, anam mənə hamilə olanda pomidor-xiyar yeməyib, yoxsa həkimi heç eşitməzdim.

…Axşam ağlaşma səsi gəldi. Qarşı binadan idi. Həyətə düşüb maraqlandım. Dedilər ki, televiziyada çıxış edən bir həkim deyib: “Əgər yumurtanı soyutma eləyib yesəniz, bağırsaqlarınız tutulacaq. Əgər qayğanaz eləsəniz təzyiqiniz qalxacaq. Çiy qəbul etsəniz böyrəkləriniz daş bağlayacaq”.

- Bəs bunlar niyə ağlayır?

- Kişi yumurta qaynadıb, arvad qayğanaq eləyib, oğlu da çiy-çiy içib.

- Bəs, neynəsinlər?

- Doxdur deyib ki, üç yumurtanı birdən yemək lazımdır - birini qaynadıb, birini qayğanat eləyib, birini də çiy-çiy…

- Bəs təzyiqə-zada ziyan eləməz?

- Eləyib də, müəllim! Qoca atası üçünü də eləyib. Üç saatdır ki, qan təzyiqi qalxıb, endirə bilmirlər.

…Və “pult”u götürüb bir gün səhərdən axşama qədər TV-lərdə gəzdim. Və səhərdən axşama qədər şoy-pıs-pıs adamlarından hələ də geri qalmıram. Həkimlər ordusu ekranları əməlli-başlı işğal eləyiblərmiş. Bir də deyirəm -  səhərdən axşama qədər!!! hərəsinin ağzından bir avaz gəlir. Amma bunun dediyi onunla, onun dediyi bununla heç uyğun gəlmir.

Və… Bıy! Bu nədi, ə?! Dişim niyə sancdı, ə?! Ə, yoxsa…

Oyy… Günorta o həkim demişdi. Demişdi ki, axşam saat 9-a, 15-20 dəqiqə işləyəndə, ya da qalanda dişiniz sızlasa bu… qəbzlik əlamətidir və tez qaçıb yanımıza gəlməsəniz, qarnınız cırılacaq.

Ayağa qalxa bildim ki? Tər məni basdı, huşumu itirdim.

Ayıland başımın üstündə dayanan eynəkli həkimi və oğlumu gördüm. Uşağın gözləri şişmişdi. Yəqin həm ağlamış, həm də yuxusuz qalmışdı. Həkim deyirdi:

- Televiziyada qorxu filmlərinə baxmasın, yenə şoka düşər. Əsəbiləşdirməyin, sözündən çıxmayın, bərkdən danışmayın…

Oğlum zəif səslə soruşdu:

- Doxdur, atama nə olub?

- Hələlik heç nə! Amma televiziyada həkimlərdən savayı başqalarına baxsa dəli olacaq! İndilik yüngül keçirib.

- Yəni…

- Yəni, arabir səyləyir, amma qorxulu deyil.

İnildəyib, üzümü divara çevirdim. Hələ bunun evə getməyi var. Hansı həkim nə gecə məndə axtaracaqdır - xərçəng, şəkər, qan təzyiqi, infarkt, prostat, mədə-bağırsaq, dəlilik…

Ay qardaş! Ə, bu həkimləri səhərdən axşama qədər yan-yana düzürsüz ekranlara, bəs bizə yazığınız gəlmir?

Ə, qoyun yaşayaq dəə!..


Müəllifin digər yazıları
SON XƏBƏR
Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində
25.07.2017, 16:55

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

“İrəli” gəncləri “Feel Like a European” layihəsində
25.07.2017, 16:39

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi
25.07.2017, 16:29

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vəndaşlığı verildi

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 
25.07.2017, 16:24

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi
25.07.2017, 16:17

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi

Turizmdə gürcü sindromu   
25.07.2017, 16:10

Turizmdə gürcü sindromu  

Azərbaycan dövlətinin uğurlu media siyasəti
25.07.2017, 16:00

Azərbaycan dövlətinin uğurlu media siyasəti

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   
25.07.2017, 15:47

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   
25.07.2017, 15:20

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Mərakeş səfiri Tərcümə Mərkəzində
25.07.2017, 15:10

Mərakeş səfiri Tərcümə Mərkəzində

XXI əsrin qadınları tüklənir - PROBLEM   
25.07.2017, 15:00

XXI əsrin qadınları tüklənir - PROBLEM  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)