21 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - Yazılar - Sabir nə istəyir ?
Sabir nə istəyir ?
08.06.2017, 17:27

Anar TURAN


Söhbət bu millətin böyük mirzəsi Ələkbər Tahirzadədən gedir. O Mirzədən ki, bütün şıltaqlıq, cahillik, vecsizliyimizə səbrlə sinə gərdiyindən özünə Sabir təxəllüsünü götürüb.  Bu günlərdə 155 illiyi keçirildi. Bu qədər bayramlarımız, qan yaddaşımızla bağlı tarixi günlərimiz var. Amma onların arasında Sabir poeziya günləri də bir bayram əhval-ruhiyyəsi yaradır. Hər bir azərbaycanlının könlündə yuva qurmuş bu görkəmli şəxsiyyətin şərəfinə təsis edilmiş poeziya günləri, əslində, ədəbiyyatı sevən, poetik fikri qiymətləndirən, cahillə aqilin fərqini anlayan hər kəsdə maraq doğurur. Çünki Sabir şeiriyyətində insan fitrətinin eybəcərlikləri, nəfsani istəklərini hər şeydən üstün tutması elə qırmaclanıb ki, nə bəraətə, nə şərhə, nə izaha ehtiyac var.

 

Gün kimi aydın, su kimi pak, hava kimi zəruridir Sabir poeziyası. Heç kim incimir Sabirdən. Niyə də incisinlər axı ? Hər kəsin əməllərində Sabir satiralarına  hədəf olmuş hansısa naqislik tapmaq olar. Böyük şair elə bir söz xiridarıdır ki, hər kəsi öz arşınına görə ölçə bilib və bu biçimlərin içində bütöv bir millətin gələcəkdə qamətini düz saxlaması üçün ciddi tutalğalar var.

 

Sabir yüz il, bəlkə də, üç yüz sonranı görən şair idi. Ona görə də yaşayır. O bilirdi ki,  ha yazsa da, bəlalar millətinin hansısa kəsimində qalacaq. O  özü də cəmiyyətin tamamilə şəffalığa, dürüstülüyə  çatacağına ümid bəsləmirdi. Bunu ancaq utopiyaçılar arzulaya bilər. Sabir utopiyadan uzaq idi. Realist idi. Axı elə idealist düşüncələrin həyata keçməsinə heç bir mütəfəkkir nail olmayıb.

 

Lakin pisliklərin azaltmasını hədəfə almağı, cəmiyyəti var-gücü ilə düzlüyə, haqqa-ədalətə, elmə, təhsilə təşviq etmək kimi ağır bir yükün altına girməyin özü də bir insanın bacara biləcəyi işdən çox-çox ağır idi. Hətta, bu iş Fərhadın Bisütün dağını yarıb yol çəkməyindən də çətin və ağır bir missiyadır. Bu baxımdan, Mirzə Ələkbər Sabir ədəbi qüdrəti, əsrarəngizliyi onun “Hophonamə”sinin hər bir səhifəsində qərarlaşmışdır.

 

Götürək elə, öz möhtəmliyi ilə seçilən bu siqlətli misraları:

 

Dindirir əsr bizi, - dinməyiriz,

Açılan toplara diksinməyiriz.

Əcnəbi seyrə balonlara çıxır,

Biz hələ avtomobil minməyiriz.

 

Və yaxud:

 

Turanlılarız, adiyi süğli-sələfiz biz,

Öz qövmümüzün başına əngəlkələfiz biz.

 

Və ya:

 

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş.

 

Bundan başqa, lap elə hamının əzbər bildiyi:

 

Millət necə tarac olur olsun nə işim var ?

Düşmənlərə möhtac olur-olsun nə işim var ?!

 

Bugünümüzlə heç bir ziddiyyət təşkil etməyən, bu çərxi-fələk tərsinə dövran edir indi, fəhlə də özünü daxili insan edir indi. Axı bunlar hamısı həqiqətdir. Hansı deyim bizim zəmanəmizlə səslənmir? Yoxsa, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” kimi bu cəmiyyətin bir qisminin gündəlik həyat tərzi ilə səsləşən bu  misralar yanlışdırmı ? Hansı qinaq yanlışdır, töhmət yersizdir axı ?

 

Bu ittihamların heç biri öz qüvvəsini itirməmişdir... Heç biri... Elə Sabirin böyüklüyü, ölməzliyi də bundadır. Üzərindən yüz il keçsə də, onun fikirləri aktuallığını itirmir, vacibliyini, gündəmin əsas mövzuları kimi qoruyub saxlayır.

 

Mirzə Ələkbər sorağı lap  qədimlərdən gələn milli poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə – özünəbaxış və özünüdərk mərtəbəsinə gətirib çıxardıb... Bunu kimsə inkar eəd bilməz. Sadəcə bilmirəm ki, Sabirə yenidən Azərbaycanda doğulmaq şansı verilsəydi o bunu qəbul edərdimi ? Axı üstündən 100 il keçsə də, çox şey dəyişməyib. Az-çox uğurlara çatsaq da  milli yetkinliyə hələ də qovuşmamışıq. Hətta deyərdim ki, Sabirin dövrü  milli idealları seçmək, ucaltmaq baxımından daha işıqlı idi, nəinki indi. Çünki o zaman Sabir, Mirzə Cəlil, Haqverdiyev, Qənizadə, Vəzirov kimi məfkurə fədailəri, ziyalılar bu millətin qaranlıq dünyasına işıq salırdılar. Varmı indi onlarla müqayisə olunacaq maarif, söz, fikir xadimləri. Var, ancaq etiraf edək ki, onlar səviyyəsində deyillər.

 

İçimdə yalnız bir inam var ki, Sabirə yenidən doğulmaq imkanı verilsəydi, o yenə də Azərbaycanı seçərdi. Axı ona  ömür vəfa etsəydi sümüklərini də xalqının yolunda qoyacağına andını verib getmişdi. Axı o bu yolda öz ömrünü çıraq kimi yandırmışdı ? Axı Sabir bu millətə nifrət etmirdi, o soydaşlarını dərin məhəbbətlə sevirdi.

Sözün düzü acı olar. Sabirin arzu- istəklərinin üstünü pas atmayıb axı.  Onun istədikləri xalqın tarixi hədəflərinin ön sıralarında gerçəyə çevrilməsini gözləyir.   Bax buna görə içimdə bir sevinc duyğusu var ki, Sabir yenidən doğulacaq və bu milləti zəmanənin xabi-qəflətindən yenidən oyatmaq üçün Haqq deyib hayqıracaq!..                                                      


SON XƏBƏR
Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Şəhidlər xiyabanında
21.11.2018, 10:32

Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Şəhidlər xiyabanında

“YAP-ın keçdiyi 26 illik şərəfli tarixi yol əbədi olacaq” - Deputat YAZIR
21.11.2018, 10:26

“YAP-ın keçdiyi 26 illik şərəfli tarixi yol əbədi olacaq” - Deputat YAZIR

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq - FOTO   
21.11.2018, 10:24

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq - FOTO  

Azərbaycanlı tələbələr Malayziyanın təqaüdünü qazanıb
21.11.2018, 10:19

Azərbaycanlı tələbələr Malayziyanın təqaüdünü qazanıb

Bakıda ağac kəsən şəxsə 1800 manat cərimə yazıldı   
21.11.2018, 10:17

Bakıda ağac kəsən şəxsə 1800 manat cərimə yazıldı  

Robert De Niro həyat yoldaşından boşanıb
21.11.2018, 10:16

Robert De Niro həyat yoldaşından boşanıb

Azərbaycanda axtarışda olan 34 nəfər tutuldu
21.11.2018, 10:14

Azərbaycanda axtarışda olan 34 nəfər tutuldu

Ermənistan atəşkəsə əməl etmir   
21.11.2018, 10:12

Ermənistan atəşkəsə əməl etmir  

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  
21.11.2018, 09:39

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  

Metroda HADİSƏ: Maşinist ölümdən döndü
21.11.2018, 09:25

Metroda HADİSƏ: Maşinist ölümdən döndü

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA
21.11.2018, 09:15

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
21.11.2018, 09:08

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”
21.11.2018, 09:03

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”

Dünənin, bu günün və sabahın partiyası   
21.11.2018, 08:56

Dünənin, bu günün və sabahın partiyası  

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR
21.11.2018, 08:44

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR
21.11.2018, 08:27

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR

Azərbaycan məktəblərində payız tətili başa çatdı
21.11.2018, 08:22

Azərbaycan məktəblərində payız tətili başa çatdı

Manat və dolların bugünkü məzənnəsi dəyişir?
21.11.2018, 08:21

Manat və dolların bugünkü məzənnəsi dəyişir?

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB
21.11.2018, 01:35

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi
21.11.2018, 00:37

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı
21.11.2018, 00:17

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR
20.11.2018, 23:51

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR

“Mercedes” “Kamaz”a çırpıldı
20.11.2018, 23:29

“Mercedes” “Kamaz”a çırpıldı

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya
20.11.2018, 23:12

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı
20.11.2018, 23:00

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı
20.11.2018, 22:44

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı

Bakıda 26 yaşlı gəlin itkin düşüb
20.11.2018, 22:31

Bakıda 26 yaşlı gəlin itkin düşüb

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı
20.11.2018, 22:14

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var
20.11.2018, 22:01

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb
20.11.2018, 21:42

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır
20.11.2018, 21:27

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır

Əfqanıstanda nikah sarayında partlayış
20.11.2018, 20:59

Əfqanıstanda nikah sarayında partlayış

Neftin qiyməti 64 dollardan da aşağı düşdü
20.11.2018, 20:44

Neftin qiyməti 64 dollardan da aşağı düşdü

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü
20.11.2018, 20:30

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü
20.11.2018, 20:14

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü

Mənzil bazarında bahalaşma
20.11.2018, 20:02

Mənzil bazarında bahalaşma

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB
20.11.2018, 19:48

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur
20.11.2018, 19:37

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur
20.11.2018, 19:26

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?
20.11.2018, 19:07

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib
20.11.2018, 18:54

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib

Nikah sarayında PARTLAYIŞ - 40 ölü
20.11.2018, 18:46

Nikah sarayında PARTLAYIŞ - 40 ölü

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir
20.11.2018, 18:33

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb
20.11.2018, 18:21

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

“Facebook” və “Instagram”da problemlər yaranıb
20.11.2018, 18:15

“Facebook” və “Instagram”da problemlər yaranıb

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20.11.2018, 17:51

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20.11.2018, 17:49

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA

Nazir: “Onların pensiyası 35 faiz artacaq”   
20.11.2018, 17:44

Nazir: “Onların pensiyası 35 faiz artacaq”  

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
20.11.2018, 17:34

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir

31 DOST mərkəzi yaradılacaq
20.11.2018, 17:19

31 DOST mərkəzi yaradılacaq

ARXİV