23 fevral 2018, Cümə
Ana Səhifə - Yazılar - Yas mərasimlərinin ağasına düşmək SEVDASI
Yas mərasimlərinin ağasına düşmək SEVDASI
18.06.2017, 18:43

Namidə NİNGÖL

 

Hər kəsin içində bir liderlik sevdası var. “Filankəsi barmaqla göstərirlər” məsəli liderliyə aparan yolun ilk cığırıdır. Vay o günə ki, o cığırın barıtı bir balaca artıq ola.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Bir seyid ki, fırıldağa əl ata…

 

Yola saldığımız həftə müzakirə obyektinə çevrilən məsələlərdən biri Lənkərandan olan bir oğlanın  sənədli, sübutlu seyidlik sevdasına düşməsi oldu. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısı  Hacı Mirqiyas Təhməzov bu işə elə qol qoydu ki, sorağı əks səda verdi. İndi and-aman edir ki, Elnur Tağıyevə inanmışam, amma peşmanam. Gərək ki, ona seyidlik vəsiqəsini verməzdim.

 

Görəsən, seyidliyini sübut etməyə cavan oğlanı nə vadar edirmiş?! Onsuz da bir kitablıq moizəsini oxuyub məclisi yola verəcəkdi də!

 

Əgər bir tutarlı planı yoxdursa, keçəl suya niyə getmiş olsun ki!

 

Hər halda, lənkəranlı Elnur Tağıyevin seyidlik vəsiqəsi əldə etməsinin anlamı mütləq var. Əvvəla, kəndin yas məclislərini kurasiyasına almağın zəruriliyini dərk edib. Belə olmasaydı, dəridən-qabıqdan çıxıb vəsiqəni də özü düzəltməzdi. Bilir ki, vəsiqəli molla obrazı nadir tapıntıdır. Bu yolla kənd sakinlərinin hörmət və izzətini qazanmış olacaqdı. Dediyim kimi sonra vəsiqəli seyidin qapısı monoton sferadan tamamilə uzaqlaşacaqdı.

 

Reallıq isə başqadır. Bir çox bölgələrimizdə  bir qisim təbəqə var ki, onlara seyidliyi sübut etməyə gərək yoxdur. Filankəsin seyid olmalarını bilmələri kifayətdir. İkinci dəfə and-amana, xüsusi təqdimata ehtiyac da qalmır. Mütləq bir seyidin qapısında əncir ağacı tapırlar, qırmızı lent bağlayıb arzularının hasil olmasını diləyirlər.

 

Görünür, Elnur Tağıyev 3 manat pul, bir kəllə qəndlə yola çıxan seyidlərdən deyilmiş. “Seyidlik vəsiqəsi” aldığını etiraf edən lənkəranlı seyid, Rusiyada yaşayan valideynlərinin yanına qayıtmaqla seyidlik biznesini böyütmək fikrində imiş. Yəni Rusiyada seyid adı ilə fəaliyyət göstərəcəyini qarşısına məqsəd qoyaraq  belə addım atıb.

 

Bəzən hansı mərtəbədə dayandığımızın fərqinə varmırıq. Daha yuxarılarda qərarlaşmaq istəyi toplumun dərin psixoloji sarsıntı almasına nədən olur. Fərdlərin titul sevdası çox vaxt kütləni ardınca apara bilmir. İnamsızlıq, qarşı tərəfi lağlağı obyektinə çevirir. Nə qədər ki, pirlərin, ocaqların qoynuna qısılıb maşın, ev, uşaq, ali təhsil, biznes arzularımızın gerçəkləşməsini istəyəcəyik, Elnurların sayı bir o qədər də çox olacaq. Unutmayaq ki, zərurət ehtiyacın gözünə baxa-baxa yaranır.

 

Hazırlıq kursları - onlar cəmiyyətə nə verəcək?

 

Bəlkə də ən çox deformasiyaya uğrayan sahə təhsil sistemimizdir. Ard-arda o qədər dəyişiklik baş verir ki, təhsil sahəsində çalışanlar belə nə baş verdiyini və bu dəyişikliyin təhsil sistemimizi hara aparacağını anlamırlar. Gah sentyabrın 1-də dərsə gəlmək, gah da iyunda məktəbi başa vurmaq planları ortaya atılır. Təbii, ziddiyyətli məqamların ortaya çıxması anlaşılandır. Bir tərəfdə valideyn və uşaqlar, digər tərəfdə isə yenilikçi təhsil sistemi. Tərəflərin qarşı-qarşıya qoyulmasını əngəlləməyin bir yolu var. O da hər kəsin anlayacağı dildə təhsil sisteminin mövcudluğunu labüd etməkdir.

 

Yola saldığımız həftə Milli Məclis növbədənkənar iclasını keçirdi. İclasda “Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olundu.

 

Əsas məsələ ali və orta ixtisas məktəblərində hazırlıq kurslarının yaradılmasıdır. Hazırlıq kurslarının yaradılması ideyası özündə bir çox mətləbləri ehtiva edir. Əvvəla, ali məktəbə sənəd verənlərin heç də hamısı tələbə adını qazanmaq şansına sahib olmur. Hazırlıq kurslarının yaradılması buraxılış imtahanları zamanı müəyyən bal toplayan abituriyentlərin yolunda “yaşıl işıq” rolunu oynayacaq. Abituriyent hazırlıq kursunda ödənişli təhsil alacaq. Həm də  ali məktəbə daxil olması üçün mütləq imtahan verməli olacaq.

 

Hazırlıq kurslarının müsbət tərəfi də onun kommersiya sahəsinin aktuallığıdır. Sirr deyil ki, hər il minlərlə məzun Ukrayna, Gürcüstan Türkiyədə təhsil almaq üçün həmin ölkələrə üz tutur. Aydındır ki, 100-200 bal arası  nəticə göstərən abituriyent Azərbaycan universitetlərində təhsilini davam etdirə bilməz. Bunun üçün bir çıxış yolu qalır.  O da attestatını  götürüb xarici ölkəyə üz tutmaq.

 

Təbii, ətrafımızda tanıdığımız o qədər məzun var ki, ölkənin maliyyə bazasını xaricə daşıyır. Biz də bu mənzərəni  rahatlıqla izləyirik. İzləmək rahat olsa da, xaricdə uşaq oxutdurmaq asan deyil. Valideynlər bank üstündə oturmayıb ki, övladlarının xarici ölkə universitetlərində pullu təhsil almalarını rahatlıqla həyata keçirə bilsinlər. Sadəcə, “qonşudan qalma dala” prinsipi çox aktualdır. Filankəsin uşağı diplom ala bilsin mənimki yox?! Bu cür müqayisələr bizi okeanı üzüb  o tayına keçməyə vadar edir. Nəticədə biz qazanmırıq. Külli miqdarda maliyyə vəsaiti itiririk. Çox vaxt xarici ölkə universitetlərini bəh-bəhlə oxuyub diplomla geri dönən gənclərimizin iş tapmaq problemi ortaya çıxır. Heç diplomlarına baxan da olmur. Bir tərəfdə kisələrlə itirdiyimiz pul, digər tərəfdə sərf edilən zəhmət.

 

Bəs qazanan tərəf kimdir?

 

Hər il attestatla abituriyent axınına şərait yaradan ölkələr əcnəbi tələbələrin hesabına daxili büdcələrini formalaşdıra bilirlər. İllərdir ki, bu məsələdə də Azərbaycan təhsili və onun maliyyə tərəfləri uduzur.

 

O qədər qəribə ənənələrimiz var ki, məətəl qalmamaq qeyri-mümkündür. Yerli məhsullarımızı kapitala çevirmək istəyəndə sahibkarlar elə yollara əl atır ki, faydadan çox zərər qalib gəlir. Məmurlarımız yerli səhiyyəyə üz çevirib xaricə üz tutanda milyardlarla vəsait ölkədən su kimi axır. Kor-koranə diplom əldə etmək arzularımızın  sonunda işsizlik ordusu formalaşır. Bütün bunlar onu göstərir ki, hamılıqla ölkə vəsaitini xaricə daşımaqda maraqlıyıq.

 

Hazırlıq kursları vəsaitin ölkədən axın etməsinin qarşısını alacaq. Həm abituriyentlər bir çox əlavə xərclərdən azad olmuş olacaq, həm də valideynlər  mənəvi yükün ağırlığını daşımayacaq.

 

Ümid edək ki, yaradılan hazırlıq kurslarından həm məzunlar, həm də dövlət yararlana biləcək.

 

Dünyanın öldürə bilmədiyi adam

 

Yola saldğımız həftə  Rusiya iddia etdi ki, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi öldürülüb. Bildirildi ki, Suriyada Rusiya aviasiyasının zərbələri o dərəcədə güclü olub ki, Bağdadi tab gətirə bilməyib.

 

Düzü, Bağdadinin neçə dəfə “öldürülüb” sonradan dirildiyi haqda çox xəbər çıxıb . Sanki İŞİD liderinin bədəni ətdən deyil, betondandır. İstənilən zərbəyə davamlıdır. Rusiyadan fərqli olaraq Pentaqon rəhbərliyi İŞİD liderinin ölmədiyi qənaətindədir. Fürsət tapan kimi sağ ələ keçirəcəklərini deyirlər.

 

Maraqlıdır ki, Əl-Qaidə terror təşkilatının lideri Usama bin Ladin də zamanında dünyanın iri dövlətlərinə meydan oxuya bildi. O da neçə dəfə “öldü” və dirildi. Nə sirrdirsə, Marsa ayaq açan Rusiya, Amerika yerdə terrorçuların liderlərini asanlıqla tapıb ələ keçirə bilmir. Hər halda, dünya boşuna idarə olunmur. Yaradılan terror təşkilatlarının bədənində güclü dövlətlərin əl izi mütləq var. İdarəçilik mexanizmi planlı şəkildə qurulduğundan terror şəbəkəsi bir göz qırpımında məhv edilmir. Supergüclərin  liderlik sevdası bu cür oyunların ortaya atılmasını labüd edir. Bu, həm də bir-birinə qarşı qorxu mexanizmini daima açıq saxlamaq gücünü göstərir.

 

 Hə, bir də dünyanın Qətər problemi qaldığı yerdən davam etməkdədir. 


SON XƏBƏR
“Seçkiqabağı  Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb” - XİN
23.02.2018, 22:27

“Seçkiqabağı  Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb” - XİN

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir
23.02.2018, 22:15

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb   
23.02.2018, 21:59

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb  

Azərbaycanda bu sahələrdə artıma nail olunub
23.02.2018, 21:48

Azərbaycanda bu sahələrdə artıma nail olunub

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto
23.02.2018, 21:34

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto

Suriyada xəstəxana raket atəşinə tutuldu
23.02.2018, 21:21

Suriyada xəstəxana raket atəşinə tutuldu

Bakıda İran Kino Günləri başladı
23.02.2018, 21:07

Bakıda İran Kino Günləri başladı

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək
23.02.2018, 20:55

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək

Bu yollarda təmir yekunlaşdı - Fotolar
23.02.2018, 20:41

Bu yollarda təmir yekunlaşdı - Fotolar

Zakir Həsənov Belarusda medal aldı
23.02.2018, 20:26

Zakir Həsənov Belarusda medal aldı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
23.02.2018, 20:15

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Bir həftədə 200 şagird və müəllim müayinə olunub
23.02.2018, 20:01

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23.02.2018, 19:51

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Uşağa qulluğa görə verilən müavinət də artırıldı
23.02.2018, 19:00

Uşağa qulluğa görə verilən müavinət də artırıldı

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb
23.02.2018, 18:56

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
23.02.2018, 18:46

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı
23.02.2018, 18:42

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
23.02.2018, 18:37

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib
23.02.2018, 18:34

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23.02.2018, 18:27

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
23.02.2018, 18:18

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb
23.02.2018, 18:08

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb

Kadırov Stalinin goruna söydü
23.02.2018, 17:59

Kadırov Stalinin goruna söydü

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  
23.02.2018, 17:45

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”    
23.02.2018, 17:30

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”  

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
23.02.2018, 17:29

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir

Erməni əsgər yaralanıb
23.02.2018, 17:28

Erməni əsgər yaralanıb

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
23.02.2018, 17:12

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR
23.02.2018, 17:10

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi
23.02.2018, 17:06

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir   
23.02.2018, 17:05

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir  

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib
23.02.2018, 17:03

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib

Binəqədidə Xocalı şəhidləri anıldı
23.02.2018, 17:02

Binəqədidə Xocalı şəhidləri anıldı

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI
23.02.2018, 16:58

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb
23.02.2018, 16:56

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.8%)
“Neptun” marketləri(2.70%)
“Favorit” marketi(6.75%)
“Makromarket”(2.70%)
“Bizim market”(1.35%)
“Rahat market”(2.70%)
“Bravo” marketləri(10.8%)
“Oba market”(9.45%)
Heç biri - digər mağazalar(36.4%)