24 noyabr 2017, Cümə
Ana Səhifə - Yazılar - Birlikdə yol getmək üçün qaydalara əməl etməliyik!
Birlikdə yol getmək üçün qaydalara əməl etməliyik!
11.09.2017, 15:38

Mansur Piriyev


Son illərdə ictimai nəqliyyatda sərnişin-sürücü və ya sərnişinlərin bir-biri ilə yaşadıqları insidentlər diqət çəkir. Bu cür xoşagəlməz hadisələr zamanı “qəhraman”lar tərəfindən nümayiş olunan qəzəb, aqressiya o qədər pik həddə çatır ki, nəinki həmin şəxs öz həyatını hətta ətrafafdakı insanların, sərnişinlərin də  həyatını təhlükə altına atmaqdan çəkinmir. Məsələnin narahatedici digər tərəfi isə bəzi insanlar tərəfindən bu cür hadisələrə göstərilən münasibətlə bağlıdır. Təəssüf ki, həmin münaqişələrlə bağlı videogörüntülər ictimailəşəşdikdən sonra hadisələrə bəzi vətəndaşların  münasibətlərinin birmənalı olmadığını müşahidə edirik. Yəni açıq-aydın şəkildə qaydaları pozan, vəzifə başında olan və sərnişinlərin həyatı üçün məsuliyyət daşıyan sürücünün təhqir olunmasına və ya fiziki zorakılq hərəkətlərinə məruz qalmasına adi hal kimi yanaşan, hətta qaydaları pozan şəxsi haqlı çıxarmağa çalışan insanlara da rast gəlmək olur. Bunu sosial şəbəkələrdə paylaşılan həmin videogörüntülərin altındakı şərhlərdən də görmək olur.

Nədir qaydalara zidd və ictimai marağa zərbə vuran bu cür münasibətlərin səbəbi?

İlk növbədə nəzərə almalıyıq ki, son illər dünyada insanlar arasında stress və onun nəticəsi olaraq aqressivlik halların artması beynəlxalq səviyyədə ictimai münasibətlərin idarə olunması sahəsində  ciddi problem kimi qarşıya çıxmaqdadır. Eyni zamanda  insanlar arasında  bir-birinə qarşı nifrət, qəzəb hisslərinin artması ictimai münasibətlərin idarə olunmasında ciddi fəsadlar törətməkdədir. Ancaq  konkret olaraq biz gündəlik həyatımızda, küçədə, ictimai nəqliyyatda ümumiyyətlə ictimai yerlərdə baş vermiş insidentləri araşdırsaq görərik ki, baş verən münaqişələrin içərisində xüsusi bir hissə var ki, burada problemin kökündə insanların ictimai marağı nəzərə almaması və qəbul olunmuş qaydalara əməl etməmələri ilə bağlıdır.

Nədir ictimai maraq?

Ən sadə dildə desək, fərd üçün ictimai maraq -  birgə yaşamağı təmin etmək üçün hər kəsin mənafeyinə uyğun ortaya qoyulan münasibətdir.

Yəni ictimai formada tələb olunan qaydalar, münasibətlər  fərdi və ya ictimai vəhdətin prinsiplərinə əsaslanır. Çünki  insan cəmiyyətinin mövcudluğu üçün bu prinsiplər zəruri əhəmiyyətə malikdir. İctimai marağa xidmət edən normalar, ümumi qaydalar  olmasaydı heç bir cəmiyyət formalaşa və inkişaf edə bilməzdi. Bu qaydalar insanların birgə yaşaması üçün bir-birinin koməyinə, yardımına olan ehtiyacı üzündən qurulmuşdur.

Bəzən biz, “Qaydalar insanların azadlığını pozur” və ya  “ Qaydalar normal yaşamağa maneə yaradır” “Bütün qaydalar kooparativ maraqlara xidmət edir” kimi fikirlərlə də rastlaşırıq. Elə ictimai yerlərdə məsul şəxslərə etiraz edərək nümayişkara formada qaydaları pozan şəxslərin də bu fikirdə olduqlarını görürük. Hətta küçədə avtoxüliqanlıq edən, yol hərəkəti qaydalarını pozmaqla onlarla insanın həyatını təhlükəyə atan avtoxuliqanları alqışlayanları, onlara pərəstiş edənləri də görürük.

Əlbəttə insanların ictimai yerlərdə, ictimai nəqliyyatda özlərini aparmaları həm də onların dünyagörüşü ilə bağlıdır. Eyni zamanda hər bir insanın cəmiyyətdəki davranışını, özünü necə göstərməsini, təqdim etməsini şəxsin subyektiv reallığı kimi də başa düşmək olar. Bəzən insanların yaratmış olduqları subyektiv rallıqları onların həyat tərzində və davranışlarında  müxtəlif formalarda onun özü üçün obyektiv reallığa, yaxud gerçəkliyə çevrilir.

Ancaq bu, heç də o demək deyil ki, insanlar üçün hansısa ümumi, hamı üçün eyni olan normalar, prinsiplər, qaydalar, qanunauyğunluqlar yoxdur. Yuxarıda qeyd etdiyim kimi, ictimai maraq -  birgə yaşamaq üçün zəruri olan  münasibətlər üzərində qurulur və gələcək üçün hər bir fərdin maraqlarına hesablanır.
 

İctimai nəqliyyatda baş verən xoşagəlməz hadisələrin əsas hissəsinin fərdi maraqlar uğrunda baş verməsi isə məsələni başqa bir acınacaqlı və narahatedici tərəfidir. Bunu, adndan da göründüyü kimi İctimai nəqliyyata illərdən bəri fərdi maraqlar prizmasından baxmağa öyrənmiş kiçik bir zümrənin, aparılan islahatlara, dəyişiliklərə ayaq uydura bilməməsi və ya yeni standartlara qarşı son mübarizələri kimi də başa düşmək olar. Çünki bu sahədə inkişafın qarşıya məqsəd kimimi qoyulması və yeni qaydaların tətbiqi fərdi maraqlara yox ictimai maraqlara söykənir. Təbii ki, effektiv nəticə üçün tələb olunan vaxtı bu xidmət sahəsinin tərəflərinin ortaya qoyduğu münasibətlər müəyyən edəcək.

Hesab edirəm ki, nəinki ictimai nəqliyyat sahəsində ümumiyyətlə cəmiyyətimizin bütün sahələrində ictimai marağa hörmət etməyən, hamı üçün tələb olunan qaydalara fərdi maraqlar konteksindən yanaşan “fərd”lərə qarşı ictimai tənbeh və münasibət formalaşdırılmağın vaxtı çoxdan çatıb.
 

Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin mədəni səviyyəsi həm də onun öz problemlərinə olan münasibəti ilə ölçülür. Odur ki, ictimai maraq üçün tələb olunan münasibəti göstərməkdən çəkinməməliyik.


SON XƏBƏR
“Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı təqdim olunub
24.11.2017, 17:11

“Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı təqdim olunub

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib
24.11.2017, 17:03

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib

“Azərsu” beynəlxalq elmi konfrans təşkil etdi
24.11.2017, 17:01

“Azərsu” beynəlxalq elmi konfrans təşkil etdi

Azərbaycanlı jurnalistlər Qarsa getdi
24.11.2017, 16:53

Azərbaycanlı jurnalistlər Qarsa getdi

Tramp Ərdoğana zəng edəcək   
24.11.2017, 16:52

Tramp Ərdoğana zəng edəcək  

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı
24.11.2017, 16:43

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir
24.11.2017, 16:39

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir

Roma Papasından yeni QADAĞA
24.11.2017, 16:24

Roma Papasından yeni QADAĞA

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıldı
24.11.2017, 16:21

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıl

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM
24.11.2017, 16:08

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM

Əhliman Əmiraslanov konfransın açılışını etdi
24.11.2017, 16:05

Əhliman Əmiraslanov konfransın açılışını etdi

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  
24.11.2017, 15:59

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
24.11.2017, 15:57

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

Misirdə terror aktı zamanı 50 nəfər ölüb
24.11.2017, 15:52

Misirdə terror aktı zamanı 50 nəfər ölüb

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi
24.11.2017, 15:46

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi

Mərakeşdə
24.11.2017, 15:39

Mərakeşdə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı oldu  

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı
24.11.2017, 15:39

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  
24.11.2017, 15:24

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR
24.11.2017, 15:12

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR
24.11.2017, 15:11

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı
24.11.2017, 15:04

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
24.11.2017, 14:52

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır
24.11.2017, 14:43

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR   
24.11.2017, 14:37

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR  

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb
24.11.2017, 14:19

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA
24.11.2017, 14:15

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?
24.11.2017, 14:09

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?

İlham Əliyev 
24.11.2017, 14:01

İlham Əliyev "Şərq tərəfdaşlığı" sammitində iştirak edib- YENİLƏNİB

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 
24.11.2017, 13:54

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”
24.11.2017, 13:52

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...
24.11.2017, 13:48

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...

“Danış ki, səni görüm” layihəsi başladı
24.11.2017, 13:36

“Danış ki, səni görüm” layihəsi başladı

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  
24.11.2017, 13:29

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  

Bakıda avtobus piyadanı vurub öldürdü   
24.11.2017, 13:18

Bakıda avtobus piyadanı vurub öldürdü  

“Timsah” ləqəbli siyasətçi prezident olacaq
24.11.2017, 13:10

“Timsah” ləqəbli siyasətçi prezident olacaq

ARXİV