Modern.az

İş axtaran müəllimlərin müsabiqəsinin II mərhələsinin vaxtı dəqiqləşdi

İş axtaran müəllimlərin müsabiqəsinin II mərhələsinin vaxtı dəqiqləşdi

14 Sentyabr 2009, 12:24

Təhsil Nazirliyi Bakı şəhərində orta məktəblərdəki vakant iş yerlərini tutmaq üçün sənəd vermiş müəllimlərin müsabiqəsinin II mərhələsinin vaxtını müəyyənləşdirib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqənin II mərhələsi sentyabrın 16-da başlayacaq. Müsabiqə Azərbaycan Müəllimlər İnstitutunda keçiriləcək. Sentyabrın 16-da saat 10.00-da  ibtidai sinif, həmin gün saat 15.00-da A zərbaycan dili və ədəbiyyat, r us dili və ədəbiyyat, ta rix, sentyabrın 18-də saat 10.00-da i ngilis dili, həmin gün saat 15.00-da r iyaziyyat, f izika, k imya, b iologiya ixtisasları üzrə işləmək istəyən müəllimlər müsabiqədən keçiriləcək.
                                                                                                                     


 

   


Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...