11 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Nobel Şurası və İslam Aşurası
Nobel Şurası və İslam Aşurası
04.10.2017, 17:36

Zahid Oruc,
Milli Məclisin  deputatı

Roma hakimləri onlar kimi düşünməyən və dini doqmalarla dünyanın şəklini çəkənlərlə dalaşan Cordano Brunonu edam kötüyünə yola salanda öz dövrünün mahir oratoru və böyük filosofu dizləri əsən kilsə xadimlərinin və izdihamın rəhmli, qəzəbli,qarmaqarışıq baxışları qarşısında sokratcasına belə söyləmişdi:” hökmü dinləmək yox,onu oxumaq sizlər üçün daha qorxuludur”.

İdeyası və sarsılmaz elmi həqiqəti naminə inkvizisiya məhkəməsinə çəkilən alimin canından məhrum edilməsi belə onu əqidəsindən döndərə bilməmişdi.Brunonun ölümdən sonrakı həyatın olmadığını söyləməsi, yeri mərkəz sayan rahiblərə rişxəndlə gülməsi,yaxud Məryəmin övladının ola bilməzliyini iddia etməsinin ona verilən cəzanın qəddarlığına çox az dəxli vardı. Çünki eşefota gedən adam ondan 16 əsr əvvəl çarmıxa yollanan İsa Məsihin Ponti Pilat qarşısında göstərdiyi ölümsüzlüyə şəhadət gətirərək peyğəmbərcəsinə son sözlərini belə söyləmişdi:”yandırmaq, hələ inkar etmək deyil.Növbəti əsrdə məni başa düşəcək və qiymətləndirəcəklər”!

Günəşin “kor etdiyi” kütlənin orta əsr qaranlığına bürünmüş zehniyyətinin əksinə olaraq,zaman Brunonu haqlı çıxardı. Bəlli oldu ki,Yer kürəsi həqiqətən öz oxu və orbitində olduğu planetin ətrafında dəqiq bir trayektoriya üzrə dövr edir. Beləliklə,bizi 1670 km/saat sürətlə fırlayan Yer kürəsinin əbədi səyahətinə çıxan sərnişinlər kainatın sirlərini dərk edincə nə qədər başları edam kötüyünə yuvarlatdılar.Lakin Musa peyğəmbərin Qırmızı dənizdən keçdiyi kiçik bir xilas yolu kimi mütləq həqiqətə doğru gedən adamlar hər zaman tapıldı.Nəticədə,buxar maşını,elektrik cərəyanı,internet kommunikasiyası və nəhayət, smarttexnologiyalar dünyanın əzəli şəklini büsbütün dəyişdi. Beləliklə,son yüz ildə edilən kəşflərin ən yüksək zirvəsi kimi Yeni planetlərə-kosmik fəzaya ucalmağa can atan insan təkcə ruhən deyil,həm də cismən Allaha yaxın olmaq istədi.

Budur,dünən son yüz ildə insanlığı arxasınca aparan və az qala qaranlıq səmada ulduz karvanına çevrilmiş Nobel Komitəsi ilin növbəti qaliblərini elan edirdi.İsveçli bir mühəndisin özündən sonra qoyub getdiyi varidat dövlətlərin və insanların arasındakı sərvət müharibələrindən fərqli olaraq,sülhə,aydınlığa və yeniliyə xidmət edir.Hətta soyuq savaş illərində İvan Buninin,Boris Pasternakın, Aleksandr Soljenıtsının və digər görkəmli şəxsiyyətlərin fərqli ideoloji səngərdə durduqlarına görə onlara mükafatların verilməsi belə sözügedən şəxslərin miqyasını kiçildə,ədəbi fikir xəzinəsinə verdikləri nəhəng əsərlərin üzərindən xətt çəkə bilməz.Axı kimsə Fondun vəd etdiyi milyon dollardan artıq pul uğrunda,yaxud hər ilin 10 dekabrında gecə frakında bal rəqsinə çıxmaq naminə çarpışmır ki.Bir də axı müxtəlif təzyiqlər qarşısında layiq olduqları mükafatlardan imtina edənlərin də sayı onlarladır.Lakin başlıcası, tarixin təkərini irəliyə aparan və “Sizif əməyi” ilə elmi pyedestalın zirvəsinə ucalanlar özləri ilə barəbər,insanlığı da yüksəldirlər.

1 oktyabrda yaşadığımız ilin və zamanın əqrəblərinin hansı səmtə yönəldiyini təyin etmək üçün Nobel Şurası tibb və fiziologiya sahəsindəki laureatları elan edirdi.Bəlli oldu ki,üç amerikalı alim-Cefri Holl,Maykl Rozbaş və Maykl Yanq molekulyar mexanizmləri tədqiq edərək üç yüz ildir bizi düşündürən sualların cavabını tapıblar.

Vaxtilə fransalı bioloq maraqla bir səhnəyə diqqət etmişdi. O,mimozo gülünün gecə və gündüz çağlarında fərqli formalara düşdüyünün səbəbləri üzərində axtarışlara başlamışdı.Alim yarpaqların zamanı hiss etdiyi qənaətinə gəlsə də öz zəmanəsindən irəliyə boylanmağa gücü çatmamışdı.Bəs yaxşı,daha ali canlı olan insanda gün ərzində onu kənar aləmə kökləyən “daxili təchizat qurğusu” necə işləyir və genlərimizi hərəkətə gətirən mexanizm nə formada çalışır?

Nəhayət,biosaatı kəşf edən tədqiqatçılar hansı zülalın buna cavabdehlik daşıdığını ortaya çıxardılar.Gecələr toplanıb gündüzlər dağılan və əks əlaqə qaydasında yenidən sintez olunan,nəticədə sanki rəqqasa çevrilən mexanizmin sirri tapılmış oldu.İndi on saat fərqiylə başqa bir qitəyə gedən sərnişin təkcə öz qolundakı saatı deyil,həm də daxili bioloji zamanını həmin məkana uyğunlaşdırmaqla rahatlandığının nədənini bilir.Ona görə də qəlbən başqa bir vaxtı, pəncərəsindən çölə baxanda ayrı saatı görən adamlar sanki ikidünyalılıq yaşayır,özündə olmur,həyata uyğunlaşmaqda çətinlik çəkirlər.

Dünən müsəlman dünyasında da iki saat qurulmuşdu. Məkkədə, Kərbəlada,Hələbdə,Tehranda və Bakıda ayrı meridianların qurşağı altında əqrəblər 680-ci ilin 10 oktyabrına köklənmişdi.Həmin tarix müqəddəs peyğəmbərimizin əziz nəvəsi imam Hüseynin və onun 71 nəfərlik tərəfdarının Yezid tərəfindən amansızlıqla qətlə yetirildiyi gündür.Min illərin yaddaşında dərin izlər buraxaraq islam aləminin ədəbi yaşantısına çevrilən Kərbəla müsibəti həqiqətən də misli bərabəri çox az olan və bəşəri mənaya malik qəhrəmanlıq səlnaməsidir.O üzdən Allahın elçisinin-Məhəmməd əleyhissəlamın ölümsülzüyünə inanan islam ümməti gənc Hüseynin və onun yenilməz silahdaşlarının şəhidliyinə əsrlər boyu kədərlənib,ağı deyib və onu yad ediblər.

Sayca özündən 60 dəfə çox olan bir orduya qarşı çıxmaq gerçəkdən də bənzərsiz hadisədir.Şərə qarşı gedərkən İlahi bir qüvvənin varlığına inanmaq,iradəsinin yenilməzliyini sübuta yetirmək düşmən üzərində böyük qələbədir. Əqidəsində saflıq və təmizlik,etiqadında sabitlik və dönməzlik,Yaradana xidmətdə möminlik və sadiqlik hər kəsi zamanın fövqünə qaldırır,onları Allahın bir zərrəsinə çevirir.Bu mənada imamların müsibəti kimi əbədi kədərə qarşı çıxanlar belə həmin abidənin önündə baş əyməyə məcbur olurlar.

Lakin Hüseyn yolunun davamçıları müxtəlif islam üləmalarının buyurduqları kimi,yalnız şer deyib ağlamaq uğrundamı yarışacaqlar? Müqəddəsləri yad etməyin və onlara ruhi qovuşmağın başqa yolu yoxdurmu?Kim əzadarlıq üçün meydanlara çıxardığı qılınclarla tökdüyü qanın,kütləvi psixoz dərəcəsinə çatdırılan insan naləsinin və ağrı dənizinə axıdılan emosiyaların14 əsrlik müsibətlə ruhi-ekstaz bağlantısına inanırsa,onlar orta əsrlərin qaranlığından hələ çıxmayıblar.Qəlblər arasındakı körpü belə qurulmur,ağalar və cənablar!İmam Hüseyn məktəbi dünyəvi kədəri təlqin edirsə də,onun təməlində dayanan ilahi ideyalar tamam başqadır.

İmamlarımızın cismani qovuşduğu torpaqlardan əsrlər boyudur qan damır.Bu gün İrak və Suriya xarabazarlığında milyonlarla insan terrora və iskəncəyə məruz qalır,adamlar diri-diri basdırılır.Qara bayraqlı xilafətin yayıldığı ərazilərin hamısı bir vaxtlar imam Hüseynin və Yezidin döyüşündə tökülən qanlara şahidlik ediblər.İndi milyonlarla insanı bir araya gətirən,çiyin-çiyinə dayanıb böyük ordulara çevrilən və hayqırtıları ilə dünyanı lərzəyə salan müsəlmanlar tarixi müsibətlərindən dərs alıb böyük islam sərkərdəsinin bayrağı altında niyə birləşə bilmirlər?

Məzlumiyyətə,haqsızlığa və ədalətsilziyə qarşı bundan böyük ideoloji-siyasi platforma işləyib hazırlamaq mümkündürmü?

Məgər,”imam Hüseyn məktəbi”nin məzunları yalnız ağı demək,mərsiyyə söyləmək və onuncu əsr xristianlığının cismani cəza qanunlarından miras qalmış ənənələri təbliğ etmək üzərində ixtisaslaşacaqlar?

Onda Avropa qapılarında boynunu bükən milyonlarla insanın əsir düşərgələrində muzdla yaşaması qaçılmaz olacaq.Əvəzində,zəngin qərblilərin süfrəsinin qırıntıları ilə dolanmaqla müsəlmanlar nəinki vətəni,eləcə də qəlblərində daşıdıqları dini idealları itirmiş olacaqlar.Baxın,məzhəb ayrılığı üzündən Məkkəni bir,qibləgahını ayrı tutan dövlətlərin İmam Hüseyn günündə birləşməsi bir kimsəni qorxutmur.Çünki müsibət günündə çiyin-çiyinə dayananların qarşı səngərlərə çəkilməsi cəmisi bir gün çəkir.

Bayırda hansı təqvimlə hesablasan 7-ci əsr deyil.Halbuki 1 oktyabr Bakısının qara mənzərələri zamanı itirmiş Hələbə bənzəyirdi.Eyni dərdi bölüşən Hüseyn ardıcılları izdihamlı meydanlarda sinələrinə döyüb onların ürəkdən ağrımasını Tanrıya göstərmək istəyirlər.Lakin uşaqlı-böyüklü hər kəsin ruhi dünyasına hakim kəsilməyə yönələn çağırışlar, şüarlar aydınlığı təlqin etmir və Qərbin istehsal etdiyi mikrofonlarla ətrafa yayılan səslər nikbinlik,uğur,qələbə effekti yaratmır.Əksinə, hər addımda cəhalət və gerilik təşfiq olunur.

2017-ci ilin İrak Kərbəlasında bir milyonluq izdihamın qurucu enerjisinin nədən viranəyə çevrilmiş bir məmləkətdə özünü göstərmədiyini sual edənlər haqsızdırmı? Azərbaycanlı dindarlar qəlbən Məkkəyə və Hüseynə bağlılıqlarını sübuta yetirməyə çalışırkən Tel-Afərin xarabazarlığında iki balaca körpənin ürəkdağlayan səhnələrinə necə biganə qaldıqları maraq doğurur.Onlar Quranın yayılmasında müstəsna əməyi olan peyğəmbərimizin xanımı Xədicənin və atası Abdullanın adlarını daşıyırlar.Əl uzatmaq üçün bunlar yetərli deyilmi? Gərək dövlət göstəriş versin ki,yardım edəsiniz?14 əsr əvvəlin döyüş səhnələrini xəyallarında canlandırıb hər dəfə imamları meydanda tək qoyan kufəliləri qınayınca,İrak və Suriyanın hərb düşərgələrində cənnət axtarışı ilə can çürüdən dindaşlarınızı geri qaytarmağa çalışsanız, xeyirxahlıq mücəssiməsi Hüseyn sizi alqışlamazmı?

Bakını baş yarma səhnələrinə və südəmər körpəsini qara libasa bürüməsi ilə öyünən analara peşkəş edərkən dünyanın başqa yerlərindən buraya təşrif buyuran adamların da moizələrini dinləməkdə fayda var.Nobel mükafatçısı və müsəlmanlığı elmin dərinliklərinə yiyələnmək vəzifəsi kimi dərk edən Əziz Səncərin Bakı ziyarətində yüz minlərlə insanın izdihamını görən olmadı.Halbuki onun hər sözündə imam Hüseyn məktəbinin cəfakeşliyi və ədaləti vardı.Yaşının müdrik çağında ziyalı səmimiyyəti və sadəliyi ilə gerçək alim obrazını bizlərə təqdim edən Səncər bir başqa tarixdə dünyanı fəth etməyə çalışan səlcuq hökmdarı Sultan Səncərin qılıncının daha fatehlik üçün yaramadığını təsdiq etdi.Yəqin,tanış ifadə olduğunu deyəcəksiz. Vaxtı ilə şeyx Şamil də o cür silahla imperiyaya qarşı döyüşmək istəmişdi.Amma Osmanlı xanədanı elmin üzərində qurulmadığından heç bir ordu onu saxlaya bilməmişdi.

Səncər qazandığı dünya şöhrətini və təntənəli qəbulları böyük Mustafa Kamalın sayəsində əldə etdiyini deyirdi. Soruşacaqsız,1938-ci ildə dünyasını dəyişmiş bir lider 70 yaşlı alimə necə kömək edib?Əziz müəllimin dilindən bunları eşitsəydiniz,daha gözəl olardı.

Savadsızlığın və dini xurafatın tüğyan elədiyi cəmiyyətdə-yeni qurulmuş Cümhuriyyətdə milyonlarla türk kimi kasıb Səncər ailəsi oxumaq,yazmaq imkanı qazanır.Atatürkün məscidlə məktəbin yerini düzgün müəyyənləşdiriməsi ilə bir millətin taleyi dəyişir.9 uşaqlı ailənin sayca yeddincisi olan bir adam Şimali Karolina Universitetinə qədər gedib çıxır və əsil mücahidliyin-canlı şəhidliyin nədən ibarət olduğunu milyonlarla soydaşına göstərə bilir.

Qazandığı mükafatın pulunu gətirib Ankarada məktəbə qoyan Əziz Səncər 200 uşağın qapanmış gözünü açır,onlara təhsil verir.Sizcə İmam Hüseyn məktəbi bu deyilmi?Səud kralı və İran dini lideri Hüseyn məktəbini belə təşkil etsəydi, yarılan başları və ürək yaralarımızı daha tez sağaltmazdımı? Halbuki iki gün öncə Tehranda eynən Kərbəlanı və Məkkəni simvolizə edən səhnələri düzəldib “islam dünyasının mərkəzi mənəm” deyən bir hərəkata şahidlik etdik.Görün, peyğəmbərin irsinə sahiblik uğrunda necə mübarizə gedir.Halbuki,İsveç kralı 2-ci Oskar Nobel mükafatı üçün qaydaları müəyyənləşdirəndə digər həmkarları üçün də nümunə yaradıb. Axı müsəlman şeyxlərinin və sədr-əzəmlərinin varidatı nobellərin sərvətindən milyon dəfə çoxdur.Yaxşı,elmi axtarışlara vəqflərin ayrıdğı bir neçə milyonun müqabilində bir vaxtlar kitabla döyüşən kilsələrin indi yürütdüyü siyasətə baxmaq da çətin deyil ki.”Hüseyn mükafatı”nı yaxşı bir bənnaya,bir aulu susuzluqdan qurtaran mühəndisə,bir canı xilas edən həkimə və yüzlərlə uşağa gözünün nurunu verən müəllimə təqdim etmək imamların xatirini xoş etməzmi?Qanla boyadığınız Aşurada istismar etdiyiniz ruhun sizdən tələbi başqadır.

Halbuki İran dini liderinin dünyaya səslənişini təmin edən kommunikasiya nəhənglərini-sosial medianı qərbli macəraçı və azad gənclər yaradıblar.Qərbli siyasətçiləri və dövlətləri söymək üçün istifadə etdiyiniz silahların-ayfonların,ağıllı texnologiyaların istehsalçısı da düşmən elan etdyiniz dinin daşıyıcılarıdır.Stiv Cobsun və ya Mark Zukkerberqin hansı meydanda sinə döydüyünü görmüsünüz?Hər halda Hüseynin iztirabı ilə İsanın çarmıxı arasında fərq qoyan yoxdur. Lakin Məsihin qoyub getdiyi mirası 8 əsrə yaxın qan tökməyə yönəltmiş millətlər nəhayət,vuruşan əllərini durdurub,onu insan qəlblərinin şəfaverici məlhəminə çevirməyi bacardılar.Katolik messiyalarını dinləyən milyonlarla insan mənən arınır,.durulur və şeytani qüvvələrə qarşı səfərbər olunur.Siz Romada papa Fransiskin qılınclı və zəncirli ordusunu nə vaxt görmüsünüz?

O üzdən vurduğunuz zəncirlərin harada istehsal olunduğuna yaxşı baxın.Görəcəksiz ki,made in German,USA,Chine,... yazılıb.Kürəyinizə çırpdığınız qırmanclarla və qara libasla düşüncələrinizə də buxov çəkirsiniz.Məgər,sındırdığınız əzaları gedib sabah Qərb klinikalarında müalicə etməyəcəksiz? Yoxsa,onlar da əsatirlərə çevirdiyiniz keçmişdə olduğu kimi bir günün içində öz-özünə sağalacaq?

“Hüseyn ordeni” təsis edib siz də bir Nobel Komitəsinin bənzərini yaradın.Vətən uğrunda döyüşlərdə canını fəda edənlərlə yanaşı,sayca xristian dünyasından min dəfə geri qaldığınız təhsil müəssisələri,milyon dəfə geri qaldığınız kitabxana,milyard dəfə geri qaldğınız kitab yaradanlara verərək müqəddəs peyğəmbərimizin nəvəsinin ruhunu şad edərdiniz.Hüseyn sizə ağlamağı deyil,qeyri-bərabər müharibədə qalib gəlməyi miras qoyub gedib.

Elm də savaş meydanıdır. Ən güclü döyüşçülər alim ordusuna söykənən dövlətlərdir. Hər halda nüvə silahını yaradan başları zəncirləmək mümkün deyil.

Əlbəttə,nə qədər dünyəvilikdən danışsaq da dövlət dinsiz, din də dövlətsiz ola bilməz.Əmzikli körpələrinizə libas seçərkən onlara tale biçdiyinizin də fərqində olun.Çünki peyğəmbərimiz dünyanı qılıncla deyil,qələmlə fəth etmişdi!

Bilirsizmi,tonqalda yandırılan Brunonun mənəvi atası Kopernikin ölümündən sonra onun xatirəsinə doğulduğu Toruni şəhərinin sakinləri ucaltdıqları abidənin önünə bu sözləri yazıblar:”Günəşi durduran,Yeri hərəkət etdirən adam”!

Hə, lap ilahi dərəcədə iddialı!


SON XƏBƏR
Mingəçevirdə yaşayış binası yandı
11.12.2017, 01:19

Mingəçevirdə yaşayış binası yandı

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR
11.12.2017, 00:43

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
11.12.2017, 00:17

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib
11.12.2017, 00:00

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Şimali Koreyaya qarşı yeni sanksiyalar
10.12.2017, 23:43

Şimali Koreyaya qarşı yeni sanksiyalar

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı   
10.12.2017, 23:26

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı  

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı
10.12.2017, 22:51

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək
10.12.2017, 22:34

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi
10.12.2017, 22:14

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı
10.12.2017, 22:00

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı

Gənc oğlan liftin təmiri zamanı öldü
10.12.2017, 21:46

Gənc oğlan liftin təmiri zamanı öldü

Azərbaycanın fındıq bağları təhlükədə
10.12.2017, 21:29

Azərbaycanın fındıq bağları təhlükədə

Salyanda “Mercedes” yük maşınına çırpıldı
10.12.2017, 21:04

Salyanda “Mercedes” yük maşınına çırpıldı

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan
10.12.2017, 20:44

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI
10.12.2017, 20:29

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi
10.12.2017, 20:17

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək
10.12.2017, 20:03

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək

Qadın mənzilində ölü tapıldı
10.12.2017, 19:51

Qadın mənzilində ölü tapıldı

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”
10.12.2017, 18:29

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI
10.12.2017, 17:57

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA
10.12.2017, 17:21

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA

Deputatların bazar GÜNÜ
10.12.2017, 17:13

Deputatların bazar GÜNÜ

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017, 17:02

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
10.12.2017, 16:44

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
10.12.2017, 16:01

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU   
10.12.2017, 15:34

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU  

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10.12.2017, 15:02

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"   
10.12.2017, 14:58

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"  

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir
10.12.2017, 14:51

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?
10.12.2017, 14:45

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”
10.12.2017, 14:18

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ
10.12.2017, 14:00

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ

Banişevskisiz 20 il…
10.12.2017, 13:28

Banişevskisiz 20 il…

Astanada Heydər Əliyev Muzeyi açılıb   
10.12.2017, 13:25

Astanada Heydər Əliyev Muzeyi açılıb  

Gəncənin deputatları  Moskvaya getdi
10.12.2017, 13:21

Gəncənin deputatları  Moskvaya getdi

ARXİV