18 oktyabr 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - Nələr görürük, nələr…
Nələr görürük, nələr…
05.10.2017, 11:20

Hidayət Elvüsal

Gərək televizora baxmayaydım. Yenə o aparıcı xanımlar şpaqat açdılar. Və məni fikir götürdü. Düşündüm ki, görəsən ayaqlarını belə - yəni 180 dərəcə aralayanda paltarlarından hansısa cırılıb eləmir ki? Yox! Cırılsaydı səsi gələrdi. Canlı verilişdi dəə.

Amma şou-biznes əhalisindən daha çox ekranda boy-boya verən həkimlər məni yaman qorxutdular. Biri dedi ki, əgər belində bir balaca ağrı hiss eləsən, mütləq yanıma gəl, xərçəng xəstəliyi başlanıb.

Dilim-ağzım qurudu. İki gündür ki, belim doğrudan da bir balaca ağrıyır. Həyətdə quyu qazırdım ki, bəlkə su çıxa. Çıxmadı və belim…

O biri həkim, o biri proqramda təsəlli verdi:

- Əgər belinizdə bir balaca ağrı varsa, böyrəyiniz soyuqlayıb.

Özümə gəldim. Tez bir kəklikotu dəmləyib içmək istəyirdim ki, başqa birisi məni o qədər güldürdü ki, uğunub getdim. Yox, əşi, bunu deməyim. Bizə aid olan şey deyil. Qadınlar üçün deyilmiş əlamətdir.

Amma bu eynəkli həkim ürəyimi qopardı:

- Beliniz bir balaca ağrıyırsa, qepatit-s nağdıdır.

Sonra o biriləri:

- Vərəmsən!

- Sellilozsan!

- Qarnında yırtıq var!

- Quş qripisən!

- Kərtənkələsən!

- Qayaqarpansan!

- …

- …

Yenə bu akademikə şükür. Sakitcə oturdu. Ovqatım oldu əladan əla. Şeir dediyi səydəş-süydəş yazıları oxuduqca məni şirin bir mürgü aparırdı. Amma yenə dadsız-duzsuz şairkimilərin ənənəvi çoban obrazını soxuşduranda yuxum qaçdı:

- Getmişdim Quba tərəfə. Bir çoban uzaqdan məni görən kimi hönkürə-hönkürə üstümə qaçdı. Dedi, professor-şair, səni həmişə televizorda izləyirəm. O anana yazdığın şeiri oxudun haa… Səhərə kimi ağlamışam. Qoyun-quzu da qoşulub mənə. Mən ağlamışam, onlar mələyib, onlar mələyib, mən ağlamışam.

Və fikirləşdim ki, akademik bu geydirmə epizodu kimdənsə eşidib. Yadıma düşdü. Belə səydəş şeylər yazan biri də vardı. İlk dəfə bu çoban epizodunu o danışmışdı, özü də televiziyada.

Nə isə! Hərçənd akademik, şeirin heç əlifbasını da bilmir, amma yazır haa. Nə ölçüsü, biçisi var, nə qafiyəsi var, nə mənası, nə də heç nəyi. Deyən yoxdur ki, ay zalım oğlu, şeir yaza bilmirsən, heç olmasa şpaqat açmağı öyrən dəə. Bir dəfə aç, bir il səndən danışsınlar. İstədiyin şöhrət deyil?

Hələ bir kanal var, ona “Düşük TV” deyirəm. Amaaannn!!! Yoldan ötən, meşədə azan, toy tamadaları, geydirmə oxuşanlar (oxuyanlar yox, oxuşanlar), şairlik eşqinə düşmüş pensionerlər…

Və oradakı aparıcı cavan oğlan! Ekranda yatır! Hə, yatır, ekranda. Əlinə bir planşet, ya da telefon alıb, qurdalayır, öz-özünə danışır, eynən avtobusda, metroda gedən uşaqlar kimi. Üzünün ifadəsi də eyni - guya gülümsəyir.

Bu, deyilənlərə “Düşük TV”-nin keçirdiyi guya mahnı yarışmasını da əlavə etsək, tam bir fəlakət!

Amma bütün TV-lərin ortaq nöqtələri də çoxdur.

1. Proqrama dəvət olunan aparıcıya, şirkətin rəhbərliyinə, operatorlara, işıqçılara minnətdarlıq etməli və deməlidir ki, ancaq sizin TV-yə baxıram, məhz sizin verilişiniz ailəmizin sevimlisidir.

2. Bütün aparıcılar isə:

a) Saç düzümünə görə Minəxanıma;

b) Makiyajıma görə Anaxanıma;

v) Geyimimə görə Sonaxanıma;

q) Ayaqqabılarıma görə Bibixanıma.

Sponsorumuza, mamama, papama, göysatana, cinçıxardana, falabaxana… çox-çox təşəkkür edirəm!

Və bütün bunlar yalnız və yalnız bizim ekranlarımızın dadı-duzu, qatığı, qaymağı, şoru, ayranıdır.

Hə, yenə televiziyaya baxdım - eyni aparıcılar, eyni mövzular, eyni mübahisələr, eyni mahnılar, eyni sözlər, ordan-burdan kopiyalanmış telefilmlər…

Danışanda da qəzetləri bəyənmirlər. Guya özləri…


Müəllifin digər yazıları
SON XƏBƏR
Rusiyada təyyarə qəzaya uğradı
18.10.2018, 23:34

Rusiyada təyyarə qəzaya uğradı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.10.2018, 23:17

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Mingəçevirlilər  “Əsgərə məktub” layihəsinə qoşuldu
18.10.2018, 23:06

Mingəçevirlilər  “Əsgərə məktub” layihəsinə qoşuldu

“Apple” oktyabrın 30-da yeni “iPad” və “Mac” kompüterini təqdim edəcək
18.10.2018, 22:54

“Apple” oktyabrın 30-da yeni “iPad” və “Mac” kompüterini təqdim edəcək

Maradona yeriməkdə çətinlik çəkir
18.10.2018, 22:36

Maradona yeriməkdə çətinlik çəkir

BP tələbələrə belə dəstək verəcək
18.10.2018, 22:27

BP tələbələrə belə dəstək verəcək

Sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalıb
18.10.2018, 22:13

Sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalıb

Rəşid Mahmudov əməliyyat olundu   
18.10.2018, 22:06

Rəşid Mahmudov əməliyyat olundu  

Moskvada azərbaycanlı qız faciəvi şəkildə öldü
18.10.2018, 21:58

Moskvada azərbaycanlı qız faciəvi şəkildə öldü

Meyvezer Həbibi aşağıladı: "Mənim artıqlarımla döyüşürsən"
18.10.2018, 21:45

Meyvezer Həbibi aşağıladı: "Mənim artıqlarımla döyüşürsən"

Paytaxtda ən ucuz və ən bahalı mənzillər
18.10.2018, 21:31

Paytaxtda ən ucuz və ən bahalı mənzillər

Avropa İttifaqından Səudiyyə Ərəbistanına hədə
18.10.2018, 21:15

Avropa İttifaqından Səudiyyə Ərəbistanına hədə

Dünya şöhrətli şəxsin uçuq koması
18.10.2018, 21:02

Dünya şöhrətli şəxsin uçuq koması

“WhatsApp”a “Tətil rejimi” gəlir
18.10.2018, 20:52

“WhatsApp”a “Tətil rejimi” gəlir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
18.10.2018, 20:39

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır

İstanbulun Yeni Hava limanından Bakıya uçuşlar başlayır
18.10.2018, 20:28

İstanbulun Yeni Hava limanından Bakıya uçuşlar başlayır

Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib - FOTOLAR
18.10.2018, 20:16

Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib - FOTOLAR

7 yaşlı uşağın ayaqları üstündən keçən sürücü hadisə yerindən qaçdı
18.10.2018, 20:02

7 yaşlı uşağın ayaqları üstündən keçən sürücü hadisə yerindən qaçdı

Azərbaycanlı deputatlar Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək
18.10.2018, 19:59

Azərbaycanlı deputatlar Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

Göyçayda kafedə qadın qarət olundu
18.10.2018, 19:46

Göyçayda kafedə qadın qarət olundu

Ölsəm, ərə get!
18.10.2018, 19:42

Ölsəm, ərə get!

Putin: “ABŞ Camal Qaşıqçının itkin düşməsinə görə məsuliyyət daşıyır”
18.10.2018, 19:32

Putin: “ABŞ Camal Qaşıqçının itkin düşməsinə görə məsuliyyət daşıyır”

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018, 19:12

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

Elmar Məmmədyarov İtaliya senatının sədri ilə görüşdü
18.10.2018, 18:55

Elmar Məmmədyarov İtaliya senatının sədri ilə görüşdü

Lənkəranda evdə yanğın, 1 nəfər xəsarət alıb
18.10.2018, 18:52

Lənkəranda evdə yanğın, 1 nəfər xəsarət alıb

Nazir: “İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”
18.10.2018, 18:49

Nazir: “İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”

Tərtərdə avtoqəza: Bir nəfər öldü
18.10.2018, 18:32

Tərtərdə avtoqəza: Bir nəfər öldü

Paytaxtda daha bir yerdə SÜRÜŞMƏ: İstinad divarı uçdu - FOTO+VİDEO
18.10.2018, 18:20

Paytaxtda daha bir yerdə SÜRÜŞMƏ: İstinad divarı uçdu - FOTO+VİDEO

Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib 
18.10.2018, 18:14

Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib 

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR
18.10.2018, 18:04

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR

Biz haqlı davamızdan geri çəkilməyəcəyik – İlhan Aşkın (Müsahibə)
18.10.2018, 18:02

Biz haqlı davamızdan geri çəkilməyəcəyik – İlhan Aşkın (Müsahibə)

MTN generallarının məhkəməsində şərti cəza alanlar azadlığa buraxıldı
18.10.2018, 17:53

MTN generallarının məhkəməsində şərti cəza alanlar azadlığa buraxıldı

“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18.10.2018, 17:27

“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ

Putin Trampla münasibətləri HAQDA
18.10.2018, 17:18

Putin Trampla münasibətləri HAQDA

Heydər Əliyev Mərkəzində V ümumrespublika bilik yarışı keçirilidi
18.10.2018, 17:15

Heydər Əliyev Mərkəzində V ümumrespublika bilik yarışı keçirilidi

Manat və dolların sabahkı məzənnəsi
18.10.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşqçının meyitini axtarıb
18.10.2018, 17:08

Türkiyə polisi İstanbul meşəsində Camal Qaşqçının meyitini axtarıb

“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir   
18.10.2018, 17:06

“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir  

Tərtər rayonu tam qazlaşdırıldı
18.10.2018, 16:56

Tərtər rayonu tam qazlaşdırıldı

Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib 
18.10.2018, 16:35

Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib 

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb - FOTOLAR
18.10.2018, 16:28

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb - FOTOLAR

Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalandı
18.10.2018, 16:15

Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalandı

Nemət Pənahlı həbsdə qaldı
18.10.2018, 16:08

Nemət Pənahlı həbsdə qaldı

UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas
18.10.2018, 16:00

UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas

Polis soyğunçuluq edəni yaxaladı
18.10.2018, 15:52

Polis soyğunçuluq edəni yaxaladı

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” - MÜSAHİBƏ
18.10.2018, 15:46

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” - MÜSAHİBƏ

15 sığortaçının lisenziyası ləğv edildi
18.10.2018, 15:40

15 sığortaçının lisenziyası ləğv edildi

Azərbaycanlı doktorant Rusiyada qalib oldu
18.10.2018, 15:32

Azərbaycanlı doktorant Rusiyada qalib oldu

Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI
18.10.2018, 15:21

Azərbaycandakı ömürlük məhkumların STATİSTİKASI

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
18.10.2018, 15:07

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

ARXİV