22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Qarsa gedən “sülh və müharibə qatarı”
Qarsa gedən “sülh və müharibə qatarı”
07.11.2017, 16:47

Zahid Oruc,
Milli Məclisin deputatı
 

2014-cü ilin qış Olimpiadasının keçirildiyi Soçinin gözəl arxitekturalı yarış arenalarını inşa edən türkiyəli tikinti şirkətləri 2 əsr əvvəl Qafqaz və Qara dənizin vadilərində çar 1-ci Nikolayla döyüşən osmanlı qoşunlarına bənzəyir.Birisinin silahı ağır toplar və tüfəndirsə,o biriləri çəkic və mala ilə Günəş altındakı yeri ələ keçirməyə çalışırlar.

İlk baxışda,aparılan parelel yersiz görünə bilər.Çünki orduların təyinatı başqadır.Onlar dağıdır,yerlə-yeksan edir və düşmənə məxsus izləri silib atırlar.Ancaq layihəçinin,arxitektorun və mühəndisin missiyası da müxtəlif təyinatlı hərbi dəstələrdən bir o qədər fərqlənmir.Çünki dünyada savaş mədəniyyətinə tabe etdirilməyən fəaliyyət növü qalmayıb.Sülh Nazirliyi heç kimə lazım deyil.

Rəssamın fırçası nədirsə,millətlərin əlində ox,kaman,Kalaşnikov avtomatı və ya Panoqavk raketi də eyni funksiyası ilə qiymətsiz qanlı tablolar yaradır.Ona görə süngülərdən doğulan “müharibə mədəniyyəti” termini ilə qarşılaşan hər kəs Nikolay Berdyayevin dediyi kimi,savaşların müqəddəs iş olduğuna inanır və bəşəriyyətin xilas yolunu yalnız bunda görür.Nəticədə dinc dövrün sənət əsərləri heç kəsə zövq vermir.Əksinə,bir-birini məhv etməyi körükləyən hər bir əsər,bədii yaradıcılıq nümunələri yüksək incəsənət sayılaraq,bir günün içindəcə dünya şöhrəti qazanır.”Qremmi mükafatları”nın siyahısında siz münsiflərin hansı süjet xətlərinə heyran olduqlarını yaxşı görə bilərsiniz.

Sirr deyil ki,qafalardakı nifrət və yad fikrə dözümsüzlük kiçik qruplarda münaqişə doğurduğu kimi,milli və etnik mədəniyyətlər arasındakı fərqi güclə aradan qaldırmaq istəyi də silahlı toqquşmalarla nəticələnir.Deməli,müharibə ilk növbədə, şüurlarda başlayır.Milyonların ölümünə səbəb olan ideologiyalar insan ağıllarında gedən deformasiyaların nəticəsində meydana çıxır.Ən yüksək ideallara həqarət kütləviləşəndə, zor və qəddarlığa pərəstiş artır.

Diqqət yetirin,adicə bir əmək kollektivində aqresiya nümayiş etdirən,dava-dalaş və kobudluq vasitəsilə rəhbərliyi ələ keçirən adamlar həmkarlarının iradəsi ziddinə hər cür mənəvi və fiziki linçetmə qaydalarını ümumi normaya çevirə bilirlər.Axı belələri liderliyin başqa yolunu tanımırlar.Halbuki yoldaşlarının inamını qazanmaq,xeyirxahlığı və sülhpərvərliyi təşfiq etmək sayəsində daha yüksək nəticələr qazanmaq olardı.Konkret bir tarixi misal çəkək.Ötən əsrin 50-60 cı illərində Birləşmiş Ştatlar irqi diskriminasiyadan əziyyət çəkirdi.Ölkə əhalisinin mütləq əksəriyyətində müstəsnalıq hissi və digər rənglərə həqarət az qala ilahi təyinat sayılırdı.Yüz illərlə ağ Amerikaya qarşı dirəniş göstərən millətləri qeyri zorakı vasitələrlə mübarizəyə inandırmaq demək olar ki,mümkün deyildi. Nəhayət, vətəndaş müharibəsini durdurmaq və hər kəsin qanun qarşısında bərabərliyinə nail olmaq üçün keçirilən küçə manifestlərini,tətillər və iqtisadi sabotajları bir adam uğurlu məcraya yönəltdi.Fərqli həyat amalları ilə yaşayan Martin Lüter Kinq təmsil etdiyi irqin daşıyıcılarına hamıya sevgi ilə yanaşmağı öyrətdi.O dedi ki,bizim məqsədimiz ağlar üzərində qələbə çalmaq və onları əzmək deyil.”Bizim hərəkat cəmiyyətin azad olunmasında bütün xalqların iştirakına nail olmaq istəyir”!

Qara dərili lider sülh mədəniyyətini hər cür münaqişələrdən üstün tuturdu.O yaxşı bilirdi ki,ayrıseçkilik üzərində hökmranlıq edənlərə istismarçı sinfin öz silahını ilə qalib gələ bilmək mümkün olmayacaq.

Halbuki,1933-cü ildə Kayzer Almaniyasında hakimiyyətə gələn nasistlər hər cür müxalif fikri cəzalandırır,bir partiyadan başqa digər siyasi qüvvələrin fəaliyyətini dayandıraraq,ölkədə yalana və zora əsaslanan 3-cü Reyxi qururdular.Belə şəraitdə istismarçılıq və köləlik siyasətinin başında dayananla sonuncu tapşırığı yerinə yetirən arasında heç bir fərq yox idi.Çünki humanizmi, ləyaqəti və bərabərliyi yabançı sayan dünyagörüşün daşıyıcıları üçün birincliyə nail olmağın tək bir yolu vardı:heç kəsə rəhm etməmək!

Belə yerdə media və kitablar senzura altında olduğundan həqiqət üzərində tabu rejimi hökm sürür.Hitlerin gizli polisləri hər kəsi təqib edir və siyasi rəqibləri həbs düşərgələrində işkəncəyə məruz qoyurdular.Adamlar özlərini müdafiəsiz hiss etdiklərindən ölkədən qaçamaqdan başqa çarələri qalmamışdı.Bir tərəfdə tüğyan edən böyük imperiya təbliğatı,o biri yanda yoxsulluq və haqsızlıq girdabında inildəyən milyonların məhrumiyyətləri..

Məktəblər yüksək təhsilli və tərbiyəli gənclər ordusu yetişdirmək əvəzinə,militarizmin qurbanına çevrilərək,gənc faşist ittifaqlarında birləşirdilər.Belə hərbi millət olmağın nəticəsi hamıya bəllidir:ikinci dünya müharibəsi 53 milyona qədər insanın həyatını yedi. Onlardan az qala yarısı dinc vətəndaşlar idi.

“Dəmir və qan” ifadəsi həmin qəddarlığın sinonimi kimi yaranıb. Deyirlər ki,milyonları məhv etmək üçün istifadə olunan bu poetik fraza ölməz əsərlərin müəllifi olan ingilis şairi Alfred Tennisona məxsusdur. O,poemalarının birində “arzularla deyil,dəmirlə və qanla milləti formalaşdırmaq olar”,söyləmişdi.Sonralar,o qanadlı misralar Prussiya kansleri Bismarkın dilindən təkrarlanaraq,min illik Reyxin quruculuğu naminə dillər əzbəri olmuşdu.Hətta bir xalqın müharibə üçün doğulduğunu iddia edənlər,yumorla “ iki alman bir araya gələndə,marşla hərəkət etməyə başlayır”deyirdilər.Lakin bütün millətlərin qanını test edərək, savaş və ya sülh üçün doğulduqlarını ortaya qoyan heç bir fundamental araşdırma mövcud deyil.

Ona görə də Qafqazlarda özünü bütün quruculuq strategiyalarına qarşı qoyan Ermənistan hakim rejiminin Bakıdan yola düşən qatarın Qarsda qarşılanmasına münasibəti regional sülhün faydasına deyil,təklənməyə və keçmiş bəlalı tarixin yenidən dirçəldilməsi ideyasına daha çox xidmət edir.Çünki başqa alternativlər zəifdir,sülh ordularının sayı silahlılardan qat-qat geri qalır.

Bildiyiniz kimi,erməni tarixi özü üçün 1920 ci ilin 30 oktyabrını “ləkə günü” kimi qeyd edir.Başqa necə adlandırsınlar-axı 19-cu əsrin 70 ci illərində gedən rus-türk müharibəsinin nəticəsində Qars Rusiyanın təbəəliyinə keçmişdi. Osmanlının taxt-tacı çökəndə erməni orduları birinci respublika quruluşunun özəyini təşkil edərək,bir neçə türk vilayətinə hücum çəkdilər.Lakin iki il sonra həmin hərbi dəstələr döyüş meydanlarını kütləvi olaraq tərk etdilər və indi böyük sərkərdə,milli ideoloq,güclü siyasət adamı kimi heykəlinə təzim etdikləri Qaregin Njdeninin sözləri ilə desək,bütün erməniçiliyin “utanc səhifəsi”ni yaratdılar. Məgər,ordular toqquşanda qalib və məğlub tərəfin sərkərdələr və təbəələr deyil,xalqların olduğunu kim bilmir ki.Njdeyə görə,Qarsın divarları arasında yerə sərilən təkcə insan cəsədləri deyildi,eləcə də bir millətin döyüşə qadir olmayan,mərdlikdən məhrum edilmiş ruhu idi.

Ötən bir əsrdə Ağrı dağından öz keçmişinə boylanan erməni xalqı itirilmiş cənnətin ağrısı altında heç bir qurucu,birləşdirici ideya tapa bilməyib.Çox sonralar Qars fəlakətini ermənilərin əsrlərdən gələn yorğunluğu ilə əlaqələndirirək,din və siyasət adamlarından millətə yeni qalxınma proqramlarını hazırlamağı tələb ediblər. Tapşırığa əsasən,məsələn,arxiyepiskop Qaregin Ovsepyan bütün bəlaları o dövrün bolşevik inqilabının ayağına yazaraq,milli təskinlik yaratmağa çalışdı.Sən demə,erməni kommunistlərinin liderləri Qarsdakı bütün qarnizonlara və hərbi qərargahlara məlumat göndərib ki,yeni qurulanTürkiyə Cümhuriyyəti osmanlı Türkiyəsi deyil və ermənilərə hər hansı düşmənçilik hissi bəsləmir.Hətta Atatürkün Leninlə razılaşmasına istinad etməklə yeni respublikanın Rusiya ilə ittifaqda imperialist siyasət yürüdən Fransa və Britaniyaya qarşı azadlıq savaşı apardığı xüsusi vurğulanır.Belə olan şəraitdə Ermənistanın özünə paytaxt elədiyi Qarsda qələbə qazanmaq sən demə,bolşeviklərin dünyəvi düşmənlərinin işinə yarayacaqdır.Bu isə inqilabın Yaxın Şərqdən Qafqazlara qədər böyük bir məkanda uduzması demək olar.Ona görə çalışıb türk əskərini xilaskar gözdə görərək,ona təslim olmaq lazımdır.

Göründüyü kimi,səhihliyi şübhə doğuran belə sənədlərin məqsədi təkcə bolşevik hakimiyyətinin son qoyduğu müstəqil Zaqafqaziya dövlətlərinin süqutuna səbəb olan tarixi gerçəkləri təhrif etmir,eləcə də tarixi qələbələr haqda yaradılmış mifin puç olduğunu üzə çıxarır.

Lakin Qars məğlubiyyətinin daha böyük kontekstə izah edən müasir erməni fikir adamları təkcə 20-ci əsrin əvvələrində dünyada tüğyan edən fəhlə-kəndli inqilabına istinad etmir,eləcə də erməni hərbi-siyasi elitasının təmsil etdikləri xalqa necə həqarətlə baxdıqları araşdırmağı tələb edirlər.

Təsəvvür edin,orduya rəhbərlik edən Tovmas Nazarbekyan özünü mənşəcə mənsub olduğu millətə deyil,ruslara aid edir və hərbi kazarmalarda hər gün əskərlərin “Tanrı,çarı qoru” mahnısının sədaları ətrafa yayılır.Onun kimi əksər komandirlər tabeçiliyində olanlara rus dilində əmrlər verir,erməni dövlətinə mövsümi bir hadisə kimi yanaşır və gəlib ruslara qatılmağı yeganə düzgün yol sayırdılar.

Hətta yüzlərlə mənbədə açıq ifadə olunur ki,özünü mədəni və mental olaraq,yad adamlar kimi aparanların böyük bir dəstəsi türk əskərinə əsir düşəndə qətiyyən müstəqil dövlətin məhvindən təəssüflənmirdilər və belə vəziyyət görə qəlb ağrısı çəkənlərin sayı 3-4 nəfər idi.

Üstündən yüz il keçəndən sonra Ermənistanda həmin sual yenə də milli dövlət qurmaq istəyənlərin başının üstünü kəsib.Qarabağı ələ keçirəndən sonra itkilərin miqyası katastrofik səviyyədədir. Bakı nefti əldən çıxıb.Regiona yönələn bütün iqtisadi-siyasi layihələrin bəhrəsini görən başqalarıdır.Gürcü hökuməti çox uğurlu bir şəkildə Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək,büdcəsini dolqurmağa çalışır. Ceyhanın,Anadolunun ardınca Qars şəhərinin strateji önəmi artdıqca,özünüməhvetmə tendensiyaları cəmiyyət şüurunda daha da möhkəmlənir.Ona görə də qədim bir xalqın hərbi qəhrəmanlıq səlnamələri deyil,yüz il əvvəl 30 oktyabrda türk əskərinə döyüşsüz təslimiyyət sanki apokaliptik şəkildə təkrar olunur.

Müharibə mədəniyyəti ermənilərə lazımdırmı?Bəlkə yolu dəyişməyin və milli siyasətə yenidən baxmağın vaxtı gəlib çatıb.Hətta soyqırımlar haqqında nəzəriyyələr doğrudursa,onda bir xalqa fərqli mifologiyalar,nağıllar,folklor nümunələri,bir sözlə sülh ideologiyası gərəkdir.

Tarixdən dərs almaq heç vaxt gec deyil.İkinci dünya müharibəsi zamanı Britaniyanın büdcəsini qəbul etmək üçün ona təqdim olunan maliyyə sənədlərinə nəzər yetirəndən sonra böyük Uinston Çörçil hökumət təmsilçisindən soruşur ki,burada mədəniyyət üçün ayrımalar hanı? Cavabında maliyyə naziri deyir ki,müharibə getdiyi bir şəraitdə mədəniyyətmi yada düşür.Onda Baş nazir “əgər mədəniyyət olmayacqsa,biz nəyin uğrunda vuruşuruq” deyərək,dünyaya silahın gözündən baxan bütün toplumlara əvəzsi örnək qoyub gedib.

Gerçəkdən də əgər Qarsa yol düşən qatara erməni xalqını qoşmaq istəyən Sarkisyan hökuməti türk əskərinə uduzmuş bir tarixdən nəticə çıxarıb,yeni mədəniyyətə,davranışa və həyat amalına baş vura bilməzmi?

30 oktyabrı erməni xalqı üçün ikiqat kədərə çevirməməyin yolu bundan keçir.

Sarksiyan sülh qatarına minə bilmədiyindən Çörçilə deyil, Njdeyə baş əyir.


SON XƏBƏR
Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO
22.10.2018, 00:38

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO

Azərbaycan güləşçisi karyerasında ilk dəfə ...
22.10.2018, 00:03

Azərbaycan güləşçisi karyerasında ilk dəfə ...

Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
21.10.2018, 23:44

Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO
21.10.2018, 23:27

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO

Qaşıqçının nişanlısı 24 saat mühafizə ediləcək
21.10.2018, 23:10

Qaşıqçının nişanlısı 24 saat mühafizə ediləcək

Almaniya Səudiyyə Ərəbistanına silah satmayacaq
21.10.2018, 23:03

Almaniya Səudiyyə Ərəbistanına silah satmayacaq

Bakıda ər oğlunun gözü qarşısında arvadını öldürdü
21.10.2018, 22:47

Bakıda ər oğlunun gözü qarşısında arvadını öldürdü

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO
21.10.2018, 22:27

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında
21.10.2018, 22:14

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında

İki siyasətçi  namizədliyini geri götürdü
21.10.2018, 21:53

İki siyasətçi  namizədliyini geri götürdü

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO
21.10.2018, 21:34

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO

Arıçılıq məhsulları festivalı yekunlaşdı
21.10.2018, 21:14

Arıçılıq məhsulları festivalı yekunlaşdı

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək
21.10.2018, 21:07

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək

Türkiyə rekordu yeniləndi
21.10.2018, 20:54

Türkiyə rekordu yeniləndi

“iPad Pro”ya rəqib “Galaxy Book2”
21.10.2018, 20:33

“iPad Pro”ya rəqib “Galaxy Book2”

Gənc qadın jurnalistin meyiti tapıldı
21.10.2018, 20:18

Gənc qadın jurnalistin meyiti tapıldı

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı
21.10.2018, 20:01

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb
21.10.2018, 18:50

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

Çində gəmi batdı: 11 nəfər itkin düşüb
21.10.2018, 17:43

Çində gəmi batdı: 11 nəfər itkin düşüb

Əfqanıstanda partlayış: 11 nəfər öldü
21.10.2018, 17:01

Əfqanıstanda partlayış: 11 nəfər öldü

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi
21.10.2018, 16:31

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!
21.10.2018, 16:01

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir
21.10.2018, 15:40

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 
21.10.2018, 15:13

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı
21.10.2018, 14:49

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək
21.10.2018, 14:26

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Kürdə suyun səviyyəsində artım var
21.10.2018, 14:07

Kürdə suyun səviyyəsində artım var

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir
21.10.2018, 13:57

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR
21.10.2018, 13:34

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

ARXİV