Modern.az

“İçərişəhər” stansiyasının 6 milyon manatlıq eskalatoru xarab oldu

“İçərişəhər” stansiyasının 6 milyon manatlıq eskalatoru xarab oldu

15 Sentyabr 2009, 14:46

İyulun 15-dən təmirə dayanan metronun “İçərişəhər” stansiyasının fəaliyyəti bu gün saat 9.00-da bərpa olunsa da, saat 14.00 radələrində burada ciddi problem yaranıb. Stansiyanın yenicə quraşdırılan Almaniyadan gətirilmiş eskalatorlarından biri xarab olub. Modern.az-ın hadisə yerində olan əməkdaşı xəbər verib ki, stansiyanın aşağı enən eskalatoru işləmədiyindən sərnişinlər yeraltı stansiyaya ayaqla düşməyə məcbur olurlar. Hazırda ərazidə Metropoliteninin texniki işçiləri ciddi-cəhdlə çalışırlar.
Tikilən Bakı Metropoliteni müdiriyyətinin rəisi Arif Rəsulov saytımıza bildirib ki, eskalatorlar təzə quraşdırıldığından onlardan birinin işləməsində tutulma baş verib: "Yeni eskalatorlar işə salınanda belə hallar baş verə bilər. Hazırda işçilərimiz problemin aradan qaldırılmasına çalışırlar. Günün sonunadək həmin eskalatorun işi bərpa olunacaq.
Qeyd edək ki, stansiyada Almaniyadan gətirilən iki yeni eskalatorlar quraşdırılıb. Onların daha etibarlı olduğu bildirilir. Yeni eskalatorların quraşdırılması Bakı Metropoliteninə 6 milyon manata başa gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi