18 avqust 2018, Şənbə
Ana Səhifə - Yazılar - 15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 21:00

Bəzi silkələnmələrin fonunda şirin yuxuya getdiyimizi zənn edirik. Ayılanda isə qarşılaşdığımız mənzərə onu göstərir ki, artıq qoşa xətlər qanunlara tabe olmaq missiyasını çoxdan kəsib atıb.

Həftənin hesabatını təqdim edirəm.

 

 

 “Şimal ayısı” mələk obrazında”

 

Yola saldğımız həftə ələxsus da, Cənubi Qafqazın gözü Soçiyə dikilmişdi. O səbəbdən ki,Türkiyə prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəlmişdi. Onsuz da rəsmilərin sayını itirdiyimiz görüşlərindən xeyrimizə nəsə hasil olunmayıb.

 

Ümid etdik ki, bəlkə bu dəfə nəsə möcüzə baş verər. Həmişəki kimi baş vermədi. Görüşdən sonra bəlli olub ki, Rusiya Qarabağ münaqişəsinin həllinə o qədər də ümidli deyilmiş. Guya bunu bilmirdik də…

 

Cənubi Qafqazı əlində oyuncağa çevirən Rusiyanın pultu Kremldən yaxşı idarə olunur. Yoxsa, forpost postunda oturan Ermənistan öz gücünə özgə torpaqlarında şellənə bilməzdi ki! 25 ildir region Rusiyanın nəzarətində olan münaqişə ocağı kimi közərir.  Rusiya nə sönməsinə imkan verir, nə də söndürülməsinə.

 

İndi qəzəbini boğa bilməyən Putin, Qarabağa görə necə də ümidsiz imiş. Demək ki, super dövlətlər də ümidsiz düşünə bilirmiş. Ay-hay!!! Biz də inandıq. Şimal ayıları idarəetmədə çömçəni kənara qoymağı sevməzlər. Sadəcə, məsələnin əsl mahiyyətini məharətlə gizlətməyi bacarırlar.

 

 

Təbiətin zarafatı elə-belə olmur

 

Yola saldğımız həftə zəlzələ küləyi ayağımızın altından əsib keçdi. Öncə qonşu İranda başlayan zəlzələ xəbərinə oyandıq. Əks təsir edib-etməyəcəyini xəbər aldıq. Az keçmədi ki, ölkənin bir neçə rayonunda zəlzələ baş verdi. Yeraltı təkanlar ən çox Tərtərdə, Ağdamda, Bərdədə hiss olundu.

 

Şükür ki, itkisiz ötüşdük. Amma təbiətin zarafatının elə-belə olmadığını unutmayaq. Təbiətin qurbanları bir-iki nəfərlə yekunlaşmır. Sadəcə, dağıdıcı təbiət hadisələrinə “bizdən iraq olsun” deyək.

 

 

Reytinq cədvəlinə qurban seçilənlər

 

Yola saldığımız həftə yenə də kimlərsə öz havasına oynayırdı. Daha doğrusu, Xəzər televiziyasının aparıcısı Zaur Kamal 5/5 verilişinin “Evlilik” rubrikasında rayonlardan birinə 15 yaşlı qıza elçi düşüb. Faciə odur ki, bu havaya həm də milyonlarla insan tamaşa edirdi. O tamaşa ki, kobud səslənsə də, rəsmi qurumların bar-bar bağırdığı bir vaxtda  Xəzər televiziyası aparıcısı ilə birgə öz ampuluasına xidmət edirdi. Özü də kefləri istəyən formada.

 

İndi kimi soruşursan “televiziyaya baxmıram” deyir. Hərçənd ki, televiziya mənim, sənin, onun zövqü ilə ölçülmür. Televiziya həm də elə mənim, sənin, onun zövqü ilə ölçülür. Deməli, bu paradoksallığın nəbzinə uyğun bir sistem qurulmalıdır ki, insanları zövqsüzlükdə günahlandırmayaq. Yaxud da, bayağı şoulara görə informasiya qutusu zibil yeşiyinə atılmamalıdır.

 

Televiziya həm də dördüncü hakimiyyətin bir qoludur. Eyni zamanda, televiziya böyük  bir səhnədir. O səhnədə əyləncənin olması mütləqdir. Günümüzün reallığında isə təəssüfedici məqam televiziya mühitimizin bayağılaşma havasını önə çəkməsidir. Heç bilirsinizmi ki, cəmiyyətimizdə əhlinin az savadlı təbəqəsi üçün Zaur, Xoşqədəm ismi peyğəmbər adına bərabər tutulur?! Heç bilirsinizmi ki, qara taleyini televiziya məkanından izləmək istəyənlərin sayı-hesabı yoxdur?!

 

Ölkənin ən ucqar regionuna baş vursaq, adını çəkdiyimiz aparıcıların Milli Məclisdə təmsil olunan hansısa deputatdan daha çox tanınıb sevildiyini görərik.

 

Bu da anlaşılandır. Televiziyanın insanlara ötürdüyü informasiya daha hopdurucu təsirə malikdir. Nəyi təbliğ edirlərsə, o da öz bəhrəsini verir. Müstəqillikdən bu yana, hərtərəfli formada deformasiyaya məruz qalmalı olduq. Kimlərəsə məxsus olanları  özümüzünküləşdirməmək əvəzinə, özümüzdə olanların istifadəsini kütləviləşdirə bilmədik. Bu hal təhsildən tutmuş mədəniyyət sahəmizə qədər kölgə effekti verdi.

 

Televiziyalarımız isə daha acınacaqlı mənzərəni masamıza düzdü və biz təhlükəli qidaları udmaq məcburiyyətində qaldıq.

 

Tamaşaçının sevimli aparıcısı efirində keyfiyyətsiz malı reklam edirsə, dərhal mağazalarda növbə yaranır. “Ay qız gördün, filankəs də ondan yeyir eyy”, Aha, elə o filankəslərin qurduğu “tələ”də neçə-neçə qurbanlar “can verir”. Şərt deyil ki, bu tələyə düşənlərin evində yas çadırı qurulub molla yasin oxumur. Şərt odur ki, genefondumuzun  köklü şəkildə silkələnməsinə yol açmaqdadır.

 

Mənəviyyata birbaşa zərbə vuran verilişlər reytinq sıralamasında ön cərgəni zəbt etməklə məşğuldur. Nədənsə, bir çox Tv-lərə rəhbərlik edənlər cərgəni zəbt etməkdən dolayı çox məmnun görünürlər. Axı niyə?! Bu millət hansısa yabançı cəmiyyətin çırağını yandırmır ki! Bu millətin aydınları, ziyalıları cəhalətə, savadsızlığa, təhsilsizliyə qarşı mübarizə aparıblar. Bu mübarizə üsulu bu gün də davam edir.

 

Mübarizənin davam etdiyi bir vaxtda kimlərsə reytinq qazansın deyə, böyük faciələrə yol açır. Bölgələrdə erkən nikahların fəsadlarını ya paytaxt küçələrində, ya əxlaqsızlıq yuvalarında, ya da sığınacaqlarda görmək olar. Necə olur ki, hamının gördüyünü daha tez görən, bir televiziya qurumuna nəzarət edən kəslər, efirində erkən nikahın təbliğinə yol açdığını görmür?! Adama deyərlər, 15 yaşında qıza elçi gedərkən, bəs siz hara baxırdız?! Reytinq cədvəlinə?

 

Dəhşətlisi odur ki, təbliğat maşınında nəyi təbliğ etdiklərini anlaya bilmirlər. Bəlkə də, anlamaq istəmirlər. Görünür, bugünkü efirlərində erkən nikahların təbliğini aparmaqla, sabahkı efirləri üçün ailə faciələrinin şousunu hazırlayırlar. Halbuki, erkən nikahlara qarşı mübarizə aparan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi var. Dövlət bu sahədə maarifləndirmə işlərini həyata keçirir ki, fəsadların sonunda savadsız kütlə ordusu yaranmasın. Onsuz da bütün cəmiyyətlərdə savadsız kəsimi aldatmaq asandır. Amma bu aldatmanın müqabilində əxlaqi və tibbi fəsadlar ortaya çıxcacaqsa, o zaman vicdanımız necə rahat olacaq?! Bəlkə yatmış vicdanımızı silkələyək, önümüzə qoyub düşünək?!

 

Həssas məsələlərdə kollektiv şəkildə gözümüzü dörd açsaq, “xəncərimizin qaşı düşməyəcək”.  Uzaqbaşı reytinq cədvəlində geriləyəcəyik. Vəssalam!!!


SON XƏBƏR
Kofi Annan vəfat etdi
18.08.2018, 13:56

Kofi Annan vəfat etdi

Axtarışda olan 36 nəfər saxlanıldı
18.08.2018, 13:53

Axtarışda olan 36 nəfər saxlanıldı

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi
18.08.2018, 13:32

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Biləsuvarda motosiklet aşdı, sürücü öldü
18.08.2018, 13:09

Biləsuvarda motosiklet aşdı, sürücü öldü

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq
18.08.2018, 12:55

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq

İstiqlal mücadiləsi: tarixdən drama
18.08.2018, 12:40

İstiqlal mücadiləsi: tarixdən drama

Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək
18.08.2018, 12:34

Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü
18.08.2018, 12:23

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Polşada turist avtobusu aşdı - 3 ölü, 51 yaralı
18.08.2018, 12:13

Polşada turist avtobusu aşdı - 3 ölü, 51 yaralı

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutuldu
18.08.2018, 12:02

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutuldu

Keçmiş sərhədçi: “Cəlilabad və Yardımlıda elə kəndlər var ki, ipə-sapa yatmırdılar” – MÜSAHİBƏ    
18.08.2018, 11:47

Keçmiş sərhədçi: “Cəlilabad və Yardımlıda elə kəndlər var ki, ipə-sapa yatmırdılar” – MÜSAHİBƏ  

Salyanda zəlzələ oldu
18.08.2018, 11:33

Salyanda zəlzələ oldu

Məşhəddə 6 nəfər edam olundu
18.08.2018, 11:23

Məşhəddə 6 nəfər edam olundu

Dövlət qulluğuna qəbul imtahanı keçirilir
18.08.2018, 11:13

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Elza Paşinyana şeir yazacaq
18.08.2018, 10:58

Elza Paşinyana şeir yazacaq

Xaçmaz avtovağzalında köşkdən 2500 manat oğurlayan şəxs ələ keçdi
18.08.2018, 10:55

Xaçmaz avtovağzalında köşkdən 2500 manat oğurlayan şəxs ələ keçdi

Qələbə adətkarlığı
18.08.2018, 10:50

Qələbə adətkarlığı

Koçaryan Paşinyanı zəif yerindən vurur – ŞƏRH
18.08.2018, 10:45

Koçaryan Paşinyanı zəif yerindən vurur – ŞƏRH

Kooperasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir
18.08.2018, 10:38

Kooperasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir

Genuyada "körpü qurbanları"nın sayı 41-ə çatdı
18.08.2018, 10:36

Genuyada "körpü qurbanları"nın sayı 41-ə çatdı

Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
18.08.2018, 10:34

Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 
18.08.2018, 10:07

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu
18.08.2018, 09:59

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA
18.08.2018, 09:47

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA

Azərbaycan sərhədçiləri 29 minə yaxın axtarışda olan şəxsi saxlayıb
18.08.2018, 09:36

Azərbaycan sərhədçiləri 29 minə yaxın axtarışda olan şəxsi saxlayıb

Gəncədə kişi həyat yoldaşını və qayınatasını öldürdü
18.08.2018, 09:13

Gəncədə kişi həyat yoldaşını və qayınatasını öldürdü

Çaylarda suyun səviyyəsi dəyişdi
18.08.2018, 09:03

Çaylarda suyun səviyyəsi dəyişdi

Makqreqor-Nurməhəmmədov döyüşünə biletlər cəmi 3 dəqiqəyə satıldı
18.08.2018, 09:01

Makqreqor-Nurməhəmmədov döyüşünə biletlər cəmi 3 dəqiqəyə satıldı

Əslində   
18.08.2018, 01:56

Əslində  

Azərbaycan bu şəhərlərdə ticarət evi açır
18.08.2018, 00:56

Azərbaycan bu şəhərlərdə ticarət evi açır

Filippində təyyarə qəzası
18.08.2018, 00:39

Filippində təyyarə qəzası

Sumqayıtda itin gözünü oydular - VİDEO
18.08.2018, 00:26

Sumqayıtda itin gözünü oydular - VİDEO

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü
18.08.2018, 00:12

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı
17.08.2018, 23:56

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı

Ərdoğan yeddinci dəfə baba oldu
17.08.2018, 23:41

Ərdoğan yeddinci dəfə baba oldu

ARXİV