Modern.az

Yeni teatr mövsümü başlayıb

Yeni teatr mövsümü başlayıb

Mədəni̇yyət

16 Sentyabr 2009, 11:02

Azərbaycanda 137-ci teatr mövsümünün açılışı olub. Modern.az saytı xəbər verir ki, açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni teatr mövsümü münasibəti ilə teatrsevərləri təbrik edib. Nazir qeyd edib ki, dövlətin mədəniyyət siyasətində teatr sahəsinin xüsusi yeri var. “Bu gün Azərbaycan teatrı inkişaf dövrünü yaşayır. Teatrlar müxtəlif  layihələrdə iştirak edir, beynəlxalq səviyyəli tədbirlərə dəvətlər alırlar. Bu sevindirici haldır”  Əbülfəs Qarayev region teatrların da inkişafından danışıb. Onun sözlərinə görə bir sıra region teatrlarında yeni studiyalar yaradılıb. Nazir teatr işçilərinin əmək haqlarında artımların olduğunu deyib: “Akademik teatr statusu olan teatrların heyyəti 100% , aparıcı teatrlarda isə maaşlar 25 % artıb”.

 

Cavid ZEYNALLI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir