21 yanvar 2018, Bazar
Ana Səhifə - Yazılar - Kəlbəcərə gedən qatar
Kəlbəcərə gedən qatar
28.12.2017, 13:00

Hidayət Elvüsal


Uzaqda olmayan o gün gələcək. Yurd-yuvamız azad olacaq. Qarabağ yenidən ağ günlərə qovuşacaq. Şuşadan, Laçından belə gəzib-dolanacağıq. Və o günlərin birində dəmiryolu vağzalında bir elan səslənəcək:

- Bakıdan Kəlbəcərə gedən sərnişin qatarına birinci platformanın birinci yolunda minik başlanır…

 

***

 

Şair-publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmillə yenə bir yerdəyik. Özünə xas olan yumorlu söhbətindən qalmır.

- Birinci şeirimi bilirsən nə vaxt, niyə yazmışam.

- Maraqlıdır.

- Heç məktəbə də getmirdim. Əslində unutmuşdum. Sonralar böyük bacım yadıma saldı. Sən demə əzbərləyibmiş. Kənddə Narın xala vardı, qonşumuzdu. Kasıb adam idi, yerləri olmadığından o da qış ehtiyatını bizim əl damında saxlardı. Bizim pendirdən fərqli olaraq onun pendiri çox yumşaq idi. Yazmışam ki…

Hamının şoru qurudu,

Narının şoru durudu.

Fitil gətir, atım şoru,

Ayran verin qatım şoru.

- Yəni lap rəhmətlik Sabirin ilk şeiri kimi orucu tutdum irəmazanda; qaldı iki gözüm qazanda.

- Əlbəttə, özümü böyük Sabirlə müqayisə etmək fikrində deyiləm. Amma qəribədir ki, ilk şeirlər məhz məişətlə bağlı olur. Və sonra otuza qədər şeir, elmi-publisistik, kitablarım, iyirmiyə qədər filmin tərcüməsi. Bax, gördüyün kimi özümü ədəbiyyatın, elmin bütün sahələrində sınamışam.

- Daha doğrusu ədəbiyyat, elm səni sınayıb, imtahan edib.

- Ay sağ ol! Təsəvvür elə ki, beş yaş yarımımda məktəbə getmişəm. Özü də təkidlə. Məcbur olub razılaşıblar. Məktəbdə də görüblər ki, oxuya bilərəm, etiraz etməyiblər. Və rəhmətlik Səfər müəllim əlimdən tutub, mənə əlifbanı öyrədib. Onunla bağlı bir əhvalat danışım. İlk dəfə konkursa düşmüşdüm. Şəhərdə Səfər müəllimlə qarşılaşdım. Dedim qağama, yəni atama bildirsin ki, konkursa düşmüşəm. O da kəndə çatanda atama muştuluq verib: - Gözün aydın olsun, Adil kursa düşüb.

- Yenə yumorundan qalmırsan.

- Yox, vallah, olanı deyirəm. Atam da erkək kəsib, qonaqlıq verib ki, oğlum ali məktəbə daxil olub. Bacım Sumqayıtda olurdu. Atam ona zəng edəndə deyib ki, kursa düşməyib, konkursa düşüb.

- Və nəhayət jurnalistika fakültəsi.

- Hə! Orta məktəbi Mingəçevirdə, Aslan əmimin yanında bitirdim. Kənddə onillik yox idi. Əmim oxumağım üçün əlindən gələni edirdi. istədiyim kitabı tapıb gətirirdi. Hətta məni musiqi məktəbinə də yazdırmışdı. Elə indi də babat qarmon, piano çala bilirəm. Rəsm dərnəyinə aparardı. Bir sözlə, hərtərəfli dünyagörüşü yaratmağa çalışırdı.

- Universitet həyatı, Bakının ədəbi mühiti səni qoynuna aldı.

- Elə birinci kursda oxuyarkən rəhmətlik Məmməd Aslan mənim iki şeirimi “Bakı” qəzetində dərc etdirdi.

- Məzarı nurla dolsun. Elə mənim də ilk yazımı “Azərbaycan gəncləri” qəzetində Məmməd Aslan dərc etdirib. Daha sonra elə həmin qəzetdə işə düzəlməyimin də səbəbkarı odur. Yusif Kərimov redaktor idi. Yazılarım çap olunurdu, yaxşı da qarşılanırdı. Bir gün Məmməd müəllim məni çağırdı. “Təbiət” dərgisində işləyirdi. Dedi ki, sağ ol, üzümü ağ elədin. Redaktor da, oxucular da səndən razıdır.

- Onun xeyirxahlığını unutmaq olmaz. Mərkəzi mətbuat dediyimiz aləmə bizi o gətirib. O zaman cəmi beş-altı qəzet çıxırdı.

- Onu da deyim ki, Sücaətin şeirlərini də bu mətbuatda Məmməd Aslan çap etdirib.

- Bax, bunu bilmirdim.

- Amma mən unutmaram. Məmməd müəllimin “Ürəyimdə” şeirinə də musiqi yazmışam. Elə həyatda ikən telefonuna köçürdüm. Çox bəyəndi, həm də sevindi ki, sən musiqi də yazarmışsan.

- Məmməd Aslan eldən, ədəbiyyatdan, publisistikadan, bütün Türk dünyasından çıxdı.

- Bax, indi burada, bu iş otağında böyük bir insanla, adı, yazıları bütün dünyada məşhur olan Çingiz Aytmatovla birlikdə şəkliniz var.

- Aytmatovla iki dəfə görüşmüşəm. Bişkekdəki evində də olmuşam. Azərbaycanı çox sevirdi. Az qala bütün qələm sahiblərini, ən çox da Bəxtiyar Vahabzadəni tanıyır və təqdir edirdi. O zaman mən “Manas eposu və türk dastançılıq ənənəsi” adlı elmi işimi yazırdım. Çingiz Aytmatov bunu eşidəndə çox məmnun oldu. Ortaq dəyərlərimizin tədqiqi və tanınması baxımından gərəkli olduğunu qeyd etdi. Hələ bəzi məsləhətlər də verdi. Bax, bu şəkilimi Issıkulda çəkdirmişəm.

- Yəni, İsti göldə.

- Bəli! Orada çəkdirmişəm. Manasla bağlı elmi konfrans orada keçirilirdi. Məclisi də mən aparırdım. Ümumiyyətlə, manasşünaslarla Bakıda, Bişkekdə, Moskvada çox görüşlərimiz olub. İndi isə bu kitabı sənə bağışlayıram - “Qırğız atalar sözləri”. Həm qırğızca, həm də azərbaycanca qarşılığı verilib. Gör nə qədər eynilik, yaxınlıq var. Bu misalları ağsaqqallarımızdan, ağbirçəklərimizdən də eşitmişəm.

- Bu yerdə bir daha təbrik edirəm. Çingiz Aytmatov Akademiyasına üzv seçilmisən.

- Çox sağ ol! Kəlbəcər ədəbi məktəbindən oraya yüksəlmək düzünü deyim ki, çətin olmadı. Hələ uşaqlıqdan Dədə Şəmşirin, Bəhmənin, Sücaətin, Məmmədin, daha kimlərin, kimlərin şeirlərini bilirdim. Atamdan eşitmişdim. Bəyəndiyi şeirləri bir dəftərçəyə yazıb, özüylə gəzdirirdi.

- Adil, rəhmətlik atan Savalan kişinin adı Kəlbəcər üçün az, ya da heç rast gəlinməyən bir addır.

- Bir şeirim var: Ölüncə o taya boylanan nənəm, oğlunun adını Savalan qoyub. Sərhədsiz bir dünya vardı. Sən bir düşün, bizim yaylağın adı Qaradağlıdır. Deməli Savalan adı da təsadüfi deyil.

- Sənə bir söz deyim. Bax, indi bir məsələ mənə aydın oldu. Türkiyədə Tamer Qaradağlını tanımayan yoxdur: “Cocuqlar duymasın” telefilminin baş rol ifaçısıdır. Az qala üç yüz seriala çəkilib. Yaraşıqlı, boy-buxunlu bir adamdır. Həmişə də “Mən Azəriyəm, özü də kəlbəcərliyəm” deyir.

- Hə, bir dəfə demisən.

- Həm də facebookda yazmışdım. Məlum oldu ki, atası elə sizin kənddəndir. O zaman Batumiyə, oradan da Karsa gedib. Burada bacıları var. Tanıyırlar. Bax, sən dediyin o Qaradağlı yaylağının adını oğluna verib. Tamer Qaradağlı.

- Maraqldıdır. Mən də belə eşitmişəm ki, müharibədən gec qayıdıb. Yoldaşı da çox gənc imiş. Məcbur eləyiblər ki, ərə getsin. Gələndə bu mənzərəni görüb və baş götürüb gedib. Nə yaxşı ki, ailə qurub və Tamer kimi oğlu var. Özü də Qaradağlı.

- Evdə-eşikdə nə var, nə yox?

- Ev dedin, yadıma bir əhvalat düşdü. Qardaş, bütün valideynlər övladlarına ev alar, düzdümü?

- Yumor başlandı?

- Yox, inan ki, həqiqəti deyirəm. Amma mənim evimi uşaqlarım alıb.

- Yox bir!

- İnanmırsan? “Yazıçı” nəşriyyatında işləyirdim. İşçilər üçün ev tikilirdi. Üçüncü adam idim və üç otaq növbəsinə durmuşdum. Mənzillər paylananda məlum oldu ki, ya ikiotaqlı, ya da dördotaqlı var. Dedilər ki, sənə düşmür. Məndən sonra növbəyə dayananlara mənzil vermək istədilər. Şikayət elədim. Bir həftə gecikdirdilər ki, ümumi iclasda baxılsın. Təsəvvür elə iclas günorta saat ikiyə təyin edilmişdi. Səhər tezdən ekiz övladlarım dünyaya gəldi. Allah bizim tərəfimizdəymiş. Ailə tərkibinə görə mənə üç yox, dörd otaqlı mənzil düşürdü və verdilər. İndi gördünmü, evi uşaqlar alıb?

- Gördüm. Sağlığına qismət. Bircə Kəlbəcərdəki evlərimizə də qayıtsaydıq. Professor Musa Kazımov maraqlı bir fakt söyləyir. Deyir ki, 1939-cu ildə rus və alman alimləri Kəlbəcərə gəliblər. Məqsədləri burada və Laçında uzunömürlü insanları öyrənmək olub. Bunun sirrini bilmək istəyiblər. Gəldikləri nəticəni açıqlamayıblar. Başımıza gələn faciələrin səbəbləri az deyil. Musa müəllim daha sonra bütün dünya alimlərinin bir sözünü təsdiq edir - üçüncü dünya müharibəsi su uğrunda olacaq. İndi Kəlbəcərin sularını yada sal. Saysız-hesabsız buz bulaqlar, narzan suları, maqneziumlu turş su, isti su. Su, su, su!!! Üstəgəl təmiz hava, əsrarəngiz təbiət, sıx meşələr, nadir ağac növləri, otlaq sahələri, gül-çiçək, ekzotik qayalar, kahalar… Turizmin öndə gələnləri. Bunlar Kəlbəcərin hər addımında, hər qarışında boldur, tükənməzdir. Hələ faydalı qazıntılar, qızıl, mərmər, civə…

- Bu yerdə yüzlərlə şeirindən bir bənd söylərmisən?

- Bir də gördüm ilahi, tayalarım taylanıb,

Gedən ömrüm sən demə gələnlərə paylanıb.

Doğulduğum torpağa yetim-yetim boylanıb,

Mən yaşamaq istədim, mən yaşaya bilmədim.

- Biz bir dünya itirmişik. Azərbaycanı Kəlbəcərsiz, Laçınsız, Şuşasız təsəvvür etmək mümkün deyil.

- Ora da qayıdarıq. Cavid Qurbanovun məşhur bir sözü və arzusu var: Murovun altından tunel qazıb, Kəlbəcərə dəmiryolu çəkmək. Elə hamımızın arzumuzdur.

- Əlbəttə! O uca dağları, o bulaqları, çayları, meşələri, qayaları, xatirələrlə dolu yaylaqları, gülləri-çiçəkləri… yenidən görmək.

- Görəcəyik! İnanıram ki, görəcəyik.

 

***

 

Çox söhbət etdik Aşıq Cahangirdən, Ədalətdən, Xəqanidən, Babəkdən… Və bir həqiqətə inandıq.

Günlərin birində ikimiz də vağzalda görüşəcəyik. Yenə şeirdən, dost-tanışdan danışacağıq. Nəhayət, vağzala bir səs yayılacaq:

- Bakıdan Kəlbəcərə gedən sərnişin qatarının yola düşməsinə…

Az qalıb, qardaşım, az qalıb!!!

 

 

 

 


Müəllifin digər yazıları
SON XƏBƏR
Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir
21.01.2018, 14:25

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir

Paytaxtın bu ərazilərində su yoxdur
21.01.2018, 14:00

Paytaxtın bu ərazilərində su yoxdur

Sabaha olan hava PROQNOZU
21.01.2018, 13:05

Sabaha olan hava PROQNOZU

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”
21.01.2018, 12:50

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”
21.01.2018, 11:56

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Türkiyə tankları Afrinə daxil olub
21.01.2018, 11:50

Türkiyə tankları Afrinə daxil olub

Kabildə otelə silahlı hücum - 5 ölü, 6 yaralı
21.01.2018, 11:33

Kabildə otelə silahlı hücum - 5 ölü, 6 yaralı

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
21.01.2018, 10:46

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ
21.01.2018, 10:21

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub
21.01.2018, 09:41

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Nyu-Yorkda
21.01.2018, 09:34

Nyu-Yorkda "Azadlıq" heykəli bağlandı

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(35.7%)
SOCAR(17.8%)
Azersun Holding(10.7%)
Azercell(3.57%)
Bakcell(14.2%)
Nar mobile(0%)
Gilan Holdinq(3.57%)
Nurgun Group(0%)
Paşa Holding(3.57%)
Akkord(10.7%)