23 sentyabr 2018, Bazar
Ana Səhifə - Yazılar - 2017 - Uğurlu başlanğıclar ili
2017 - Uğurlu başlanğıclar ili
30.12.2017, 13:20

Cavanşir Feyziyev,
Millət vəkili, fəlsəfə doktoru

Müstəqilliyimizin bərpa olunmasından sonra yaşadığımız  hər bir il xalqımızın müstəqillik tarixində öz izlərini qoyur. Çox da uzun olmayan bu tarixin həm ağrı-acıları, həm də sevinc, fərəh, güvən gətirən məqamları yaddaşımızın arxivinə toplandıqca keçilən yolla qürur duyuruq. Bu yolun başlanğıcındakı itkilərimiz, ağrı-acılarımız  davamında qazanılan uğurlarla əvəzlənir və insanları daha xoş gələcəyə - sabit, firavan həyata kökləyir. 80-ci illərin məyusluq və çaşqınlıq dövründən, 90-cı illərin məhrumiyyət və tənəzzül girdabından uzaqlaşdıqca insan həyatının mənası və dəyəri artır, sabaha ümidlər çoxalır, yaşamaq və yaratmaq həvəsi insanların ruhuna hakim kəsilir. Artıq 20 ildən çoxdur ki, il ildən uğurlu gəlir və bir neçə gündən sonra yola salmağa hazırlaşdığımız 2017-ci ilin uğurları da  tariximizin daha bir uğurlu səhifəsinə çevrilir.

Hələ keçən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdi. Ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmək yolu ilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər istiqamətlərdə iqtisadi fəallığı canlandırmaq üçün seçilmiş 4 hədəf üzrə 11 strateji istiqamət müəyyənləşdirilmiş və bu istiqamətlər üzrə 12 Yol xəritəsi hazırlanmışdı. 2017-ci il ilk növbədə bu nəhəng layihənin tətbiqinin başlanğıc ili oldu. Ölkənin bir sıra bölgələrində - Bakıda, Sumqayıtda, Mİngəçevirdə, Neftçalada  Sənaye parkları və məhəllələri yaradılmağa başlanıldı. Kənd təsərrüfatının kütləvi inkişafını təmin etmək üçün bölgələrdə Aqroparklar yaradıldı. Bu meqalayihələrin elə ilk ilində - 2017-ci ildə on minlərlə yeni iş yerləri yaradıldı və vətəndaşların gəlirlərinin artmasına şərait yarandı. Strateji Yol Xəritələri üzrə atılan ilk addımlar uğurlu oldu və şübhəsiz ki,  qarşıdakı illərdə qət ediləcək yol yüksək rifah cəmiyyətinə qovuşmağa, ölkəmizin iqtisadi qüdrətinin dəfələrlə artırılmasına gətirirb çıxaracaqdır.

2017-ci ilin ən mühüm iqtisadi nailiyyətlərindən biri də 14 sentyabr 2017-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması oldu. Bu Sazişə əsasən dünyanın ən böyük neft-qaz şirkətləri ilə 1994-cü ildə bağlanmış müqavilələrin müddəti 2050-cilədək uzadıldı və beləliklə, Azərbaycanın neft sənayesinin sonrakı onilliklər ərzində də davamlı inkişaf perspektivi təmin olundu. Beləliklə, neft kapitalını insan kapitalına transformasiya etməyi qarşısına məqsəd qoyan prezident İlham Əliyev gələcəkdə də cəmiyyətin hərtərəfli inkişafına qoyulacaq sərmayələrin davamını indidən – məhz 2017-ci ildən etibarən sığortalamış oldu.

30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması son on il ərzində bir çox maneələri dəf edərək, iqtisadi səmərəliliyi ilə yanaşı həm də mühüm siyasi-ictimai əhəmiyyətə malik olan dəmir ipək yolunun tikintisinin başa çatması və onun istifadəyə verilməsi həm regionda, həm də bütövlükdə Avrasiya miqyasında Azərbaycanın geo-iqtisadi və geo-siyasi mövqeyini bir daha möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu dünyada getdikcə vüsət alan qloballaşma proseslərinin təkanverici mexanizmlərindən biri kimi Avropanı Asiyaya dəmir qollarla bağladı, materikin vahidliyinə, onun ucqarlarında yerləşən ölkələrin bir anda bir-birinə yaxınlaşmasına və ən başlıcası, müxtəlif siyasi oriyentasiyalı dövlətlər arasında münasibətlərin konfrontasiyadan inteqrasiyaya, rəqabətdən əməkdaşlıq rejiminə keçməsinə güclü təkan verdi. Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş və maliyyələşdirilmiş  Dəmir İpək Yolu Layihəsinin 2017-ci ildə istifadəyə verilməsi Avropa və Asiya arasında səmərəli və faydalı əməkdaşlığın uğurlu başlanğıcı oldu.

Başa çatmaqda olan il ölkəmizin xarici siyasət fəaliyyətində də bir sıra uğurlu nailiyyətlərlə müşaiyət olundu. 5 fevral 2017 – ci ildə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Prezident İlham Əliyevin Brüsselə səfəri və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqlara rəsmi olaraq start verilməsi bütün il boyu tərəflər arasında intensiv görüşlərin keçirilməsinə və qarşıdan gələn onilliklər ərzində Avropa ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın geniş spektrinin müəyyənləşdirilməsinə şərait yaratdı. Aparılan müzakirələr ilin sonuna yaxın öz nəticəsini göstərməyə başladı. 24 noyabr 2017-ci il tarixdə Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində Aİ Komissiyası, Xarici Fəaliyyət Xidməti və Avropa Parlamenti çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən Bəyanat imzalandı.  Bu Bəyanat daha sonra – 13 dekabrda Avropa Parlamentində müvafiq hüquqi sənədlərin qəbul edilməsinə təkan verdi ki, bunlar da 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən Yüksək Səviyyəli Əməkdaşlıq Müqaviləsinin ruhunu əvvəlcədən müəyyənləşdirmiş oldu.

Başa çatmaqda olan ilin ən mühüm hadisələrindən biri də iki illik fasilədən sonra 16 oktyabr 2017-ci ildə  Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşməsi və danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görülməsi, təmas xətti boyunca gərginliyin azaldılması üçün əlavə addımlar atılmasına dair razılaşmanın əldə olunmasıdır. Əlbəttə, həmişə olduğu kimi, Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı əməli addımlar atmaqdan müxtəlif bəhanələrlə yayınmağa və bu günkü status-kvo vəziyyətini uzatmağa çalışır.  Lakin münaqişənin sülh yolu ilə həll olunmasından imtina etməyin Ermənistanı getdikcə daha çətin  bir duruma gətirməsi, ölkədə hökm sürən iqtisadi-siyasi və sosial-mədəni tənəzzülün getdikcə dərinləşməsi gec-tez işğal olunmuş ərazilərin azad edilməsini labüd edəcəyi şübhəsizdir.

31 oktyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti altıncı iclasının keçirilməsi iki qardaş ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verdi. İl ərzində müxtəlif səviyyələrdə Azərbaycan- Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan formatlarında üçtərəfli görüşlərin həyata keçirilməsi ölkəmizin beynəlxalq siyasətdə rolunun artmasının, region dövlətləri arasında Azərbaycanın birləşdirici missiyasının uğurlu olmasının göstəricisi hesab oluna bilər.

Son illərdə dünyada cərəyan edən hadisələr, xüsusilə, Yaxın Şərqdə baş verən savaşlar və onların nəticələri İslam mədəniyyətinin daçıyıcıları olan ölkələri böyük dağıntılara məruz qoymuş, bu ölkələrin xalqları XXI əsrdə təsəvvür olunması mümkün olmayan ağır humanitar fəlakətlərlə üz-üzə qalmışlar. Qlobal güclər tərəfindən ortaya atılmış uğursuz geo-siyasi oyunların nəticəsində yüz minlərlə insan həyatını itirmiş və milyonlarla insan öz doğma yurdlarından qaçıb dünyanın müxtəlif bölgələrində özlərinə sığınacaq axtarmaq məcburiyyətində qalmışlar. İslam dünyasının dağıntılar və üzüntülər içində sarsıldığı bir zamanda Prezident İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi ili elan etdi və İslam dünyasının üzləşdiyi ən ağır problemlərin çözülməsi üçün beynəlxalq siyasət müstəvisində atılmalı olan addımların axtarışı il boyu məhz Bakıda keçirilən tədbirlərdə müzakirə olundu.  

16 mart 2017-ci ildə ölkəmizdə keçirilmiş  V Qlobal Bakı Forumunda, 5 may 2017-ci ildə təşkil olunmuş  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və nəhayət, 21 dekabrda Heydər Əliyev Mərkəzində düzənlənmiş “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda bütün dünyada, xüsusilə İslam ölkələrində baş verən fəlakətlərin aradan qaldırılması yolları arandı. Bu tədbirlərdə dünyanın düzənli inkişafını təmin etməli olan qlobal güc sahiblərinin  beynəlxalq hüquqa məhəl qoymadan dünyanın müxtəlif bölgələrində müharibələri qızışdırması, qlobal ədalətsizliyin hökm sürdüyü şəraitdən qaynaqlanan terrorizmin dəstəklənməsi aparıcı beynəlxalq beyin mərkəzlərinin təmsilçiləri tərəfindən ciddi tənqid olundu, dünyanın harmonik inkişafına aparan pasifik yolların axtarışına cəhdlər ortaya qoyuldu. Bütün bu tədbirlərdə dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətlərin və parlamentlərin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

İl ərzində İslam həmrəyliyinin ən dolğun təcəssümü isə özünü təntənəli açılış mərasimi 13 may 2017-ci ildə Bakı Olimpiya Stadionunda baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində tapdı. Bu oyunlarda 57 ölkədən 3500 -ə yaxın atlet iştirak etdi.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və bütün il boyu bu istiqamətdə geniş fəaliyyət aparılması mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz üçün, bütün islam ölkələri və eləcə də, bütün dünya üçün müstəsna əhəmiyyətə malik oldu. Ölkə başçısı tərəfindən irəli sürülən bu təşəbbüs, doğrudan da, islam dünyasında indiyə qədər presedenti olmayan yeni ənənənin əsasını qoydu. Belə ki, islam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkədir ki, islam həmrəyliyi ideyasını siyasi akt səviyyəsinə yüksəltdi və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr etdi.

 “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlər İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, islam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini açdı.

İslam Həmrəyliyi siyasəti ilə – Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini dəyərlərin gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu təsdiqləyir, bu ideyaların təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğuna inamı möhkəmləndirir. Bu siyasət İslam dünyasında “həmrəylik diplomatiyası” rəhbər tutulmaqla, siyasətdən mədəniyyətə, dindən elmə, ticarətdən turizmə qədər bütün sahələr üzrə birgə fəaliyyətlərin stimullaşdırılmasını, qarşılıqlı faydalanmanın innovativ təşəbbüslərinin dəstəklənməsini, müsəlman xalqlarının potensial imkanlarının üzə çıxarılmasını və hərəkətə gətirilməsini, islam dünyasının qlobal rəqabətdə dayanıqlığının təmin olunmasını, bir çox mühafizəkar, geriləyici meyllərdən əl çəkilməsini, mövcud problemlərin həllində həmrəylik nümayiş etdirməklə, qabaqcıl dünya dövlətləri ilə əməkdaşlığın daha effektli platforması üzərində səfərbər olunmağı özündə ehtiva edir. Təsadüfi deyil ki, il boyu İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş çağırışlar ilin sonunda İslam dünyasının müqəddəs ünvanı sayılan Qüdslə bağlı yaranan gərginliklər zamanı da öz təsirini göstərdi. ABŞ-nın BMT qərarlarına zidd addımı qısa bir zamanda bütün İslam ölkələrini bir araya gətirdi və İslam dünyası özünün müqəddəs dəyərlərinə yönəlmiş təcavüz cəhdlərinə qarşı birləşə bilməyin real nümunəsini göstərdilər.

2017-ci il ölkəmizdə hüquqi dövlət quruculuğu və cəmiyyətin demokratikləşdirilməsi istiqamətində atılan addımlarla da yadda qaldı. Dövrümüzün müdrik siyasətçisi Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlanmış dövlət quruculuğu strategiyası keçən illər ərzində davamlı şəkildə inkişaf etdirilmiş və bu gün də qlobal siyasətn çağırışlarına müvafiq şəkildə təkmilləşmə yolunu keçməkdədir. 2016-cı ildə baş tutmuş referendumun nəticələrinə əsasən  dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri bu il Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti postunun təsis edilməsi  və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi oldu. Heydər Əliyev Fondunun prezidenti və millət vəkili vəzifələrini ən yüksək səviyyədə ləyaqətlə yerinə yetirərək, müstəqillik dövründə təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına və milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılmasına böyük töhfələr vermiş, son on il ərzində ölkəmizdə təşkil olunmuş beynəlxalq miqyaslı tədbirlərin keeçirilməsinə bilavasitə rəhbərlik etmiş Mehriban Əliyeva dövlət idarəçiliyində çevikliyin, keyfiyyətli idarəetmənin, vətəndaşlara qayğı və mərhəmətin ən bariz örnəyini yarada bilmişdir.  Gələn illər ərzində cəmiyyətin sabit və davamlı inkişafının təmin edilməsi və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından dövlət idarəçiliyində  bu təyinatla başlanan islahatların səmərəli olacağı şübhəsizdir.

İlin əvvəlində 10 fevral 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən cinayət məcəlləsinin humanistləşdirilməsi ilə bağlı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzalanmışdır. Sərəncam  Azərbaycanda cinayət-hüquq siyasətinin liberallaşdırılması, azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və bu sahələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Milli Məclisdə müvafiq ictimai dinləmələrin və komitə müzakirələrinin keçirilməsindən sonra Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi üzrə Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edilməsini nəzərdə tutan Qanun Milli Məclisin 20 oktyabr 2017-ci il tarixli iclasında qəbul edildi və 1 dekabr 2017-ci il tarixindən qüvvəyə mindi. Bununla da dövlət idarəçiliyinin modernləşdirilməsi və humanistləşdirilməsi istiqamətində çox mühüm addım atılmış oldu.

2017-ci il müstəqillik dövrümüzdə beynəlxalq idman arenasına çıxmış idmançılarımız üçün də ən uğurlu il olmuşdur. Bu il tarixdə ilk dəfə Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və ölkəmizi ləyaqətlə təmsil etdi. Ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan atletləri fəal iştirak edərək 162 medal qazandılar və  57 ölkə arasında Türkiyədən sonra 2-ci yerə çıxdılar. İlin sonu isə şahmatçılarımız üçün xüsusilə uğurlu oldu. 7 noyabr 2017 -ci ildə Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatının qalibi oldu.

Beləliklə, həyatımızın uğurlarla zəngin daha bir ilini yüksək əhvali-ruhiyyədə sevinc və fərəh hissləri ilə başa vururuq. Bu il ərzində ölkəmizin iqtisadi- siyasi və sosial-mədəni inkişafı istiqamətində başladılmış islahatları qarşıdan gələn illərdə daha böyük uğurların başlanğıcı hesab etmək olar. Gələn ildə ölkəmizə sabit və davamlı inkişaf, millətimizə azad və firavan həyat arzuları ilə...

 

 


SON XƏBƏR
Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

ARXİV