Modern.az

Altı yüzə yaxın kəlbəcərli ailəsi evlə təmin edilib

Altı yüzə yaxın kəlbəcərli ailəsi evlə təmin edilib

16 Sentyabr 2009, 15:23

 

«Goranboy rayonunun Veyisli kəndində məcburi köçkünlər üçün mənzilərin tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə həmin mənzillərə məcburi köçkünlərin yerləşdirilməsi həyata keçiriləcək». Bu sözləri Modern.az saytının müxbirilə söhbətində Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov dilə gətirib. Onun sözlərinə görə, Goranboy rayonunun Veyisli kəndində 596 ailə üçün mənzilər tikilib. Həmin mənzilərdə son tamamlanma işlərinin görüldüyünü qeyd edən S.Hüseynov bu evlərə yalnız Kəlbəcər rayonundan olan məcburi köçkünlərin köçürüləcəyini söyləyib: «Həmin məcburi köçkünlər elə Goranboy rayonunda «Eko» adlanan qəsəbədə məskunlaşıblar. Məcburi köçkünlər həmin mənzillərə ilin sonunadək köçürüləcəklər və buradakı mənzillər yalnız Goranboy rayonunda yaşayan kəlbəcərli məcburi köçkünlər üçün tikilib».   Aqil LƏTİFOV  

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?