14Yanvar | Ana Səhifə - Yazılar - Azərbaycanı ABŞ-ın hədəfinə çevirən ikili standartlar
Azərbaycanı ABŞ-ın hədəfinə çevirən ikili standartlar

Əslində, super güclərin hədəfi həmişə özlərinə oxşar tiplər olur. Sadəcə, diqqəti əsas hədəfdən uzaqlaşdırmaq üçün kiçik  dövlətlərin qapısına “qol” vururlar.

Həftənin hesabatını təqdim edirəm.

 

İtən alpinistlərin izi ilə...

 

Ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin  axtarışları yola saldğımız həftə ərzində nəticəsiz olaraq davam etdirildi. Ötən həftə də ailələrin gözləri yolda qaldı. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda mətbuat konfransı keçirərək  alpinistlərin tapılana kimi axtarışları davam etdirəcəkərini bildirib.

Digər tərəfdən havaların qeyri-sabit keçməsi axtarış işlərini çətinləşdirir. Ümid edək ki, gələn həftə alpinistlərin axtarışı onların tapılması ilə nəticələnər.

 

Metronu intihar üçün  seçənlər

 

Qəribə hala şahidlik edirik. İntiharların baş verməməsinə çalışdıqca, intihar edənlərin sayı çoxalır. Yola saldığımız həftə baş verən intiharların ikisi metronun payına düşdü. Nə məsələdirsə, bu yola əl atanlar metronu intihar məkanı seçib. Heç demə, dünyada da bir çox “ağıllı” insanlar özlərini qatarların altına ataraq intihar edirlər. Artıq bir çox ölkələr metroda intiharların qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə edirlər. Düzdü, intiharların metroda baş verməsinin qarşısını hansısa yollarla almaq olar. Amma intihar yolunu seçən ağıldan kəmlər o halda mütləq başqa məkanı gözaltı edəcəklər.

 

 Amerikanın əsl xisləti

 

Yola saldığımız həftə ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı elan etdiyi açıqlama  ölkənin güc strukturlarının ciddi təəccübünə səbəb oldu.

 

Təbii olaraq ilk reaksiya Xarici İşlər Nazirliyindən gəldi. “"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın bir neçə beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyi halda ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

 

Əlbəttə, təəccüblüdür. Azərbaycanda təhlükəlilik dərəcəsi, terror riski 1-dən 2-yə qalxıb. Departament bu barədə elə həyəcan təbili çalıb ki, terrorun tüğyan etdiyi ölkələr sırasında məmləkətimiz qara xətlə göstərilir. Heç demə, Azərbaycanı terror təhlükəsi qarabaqara izləyirmiş.

Bu səbəbdən də vətəndaşlarına Azərbaycana gedərkən səyahət çantalarını bir neçə dəfə götür-qoy etməyi lazım bilib.

 

Sanki Amerikanın apardığı siyasi oyunların mahiyyəti heç kəsə bəlli deyil. İllərdir ki, Əfqanıstanın, Suriyanın, İraqın mövcud quruluşuna çuval keçirib istədiyi istiqamətə fırladır. Üstəlik, təhlükəli terror təşkilatlarına havadarlıq etməklə məşğuldur. Məsələn, PKK-nın Suriya qolu öz-özünə guruldamır ki! Amerika o boyda “insanlıq” əlini uzadıb silah yardımı edir.

 

Sona yetməkdə olan İŞİD erasına  da Qərbin dəstək verməsi barədə mətbuat səhfələrində zaman-zaman açıq məlumatlar yer alıb. Təbii, Amerika kimi “humanist” bir ölkə terrorun qoxusundan belə çox uzaqdır.  Xatırlayırsızsa, 2017-ci ilin 6 noyabrında  ABŞ-ın Texas ştatı Sazerlend-Sprinqs şəhərində  naməlum şəxs baptist kilsəsinə daxil olaraq 27 nəfərin ölümünə səbəb olub. Amma bu bir faktdır. Zaman-zaman onlarla bu cür faktların şahidi olmuşuq.

 

Maraqlıdır ki, ABŞ Departamenti ilin-günün bu vaxtı Azərbaycanı terror yuvasının məskəni kimi görüb. Görməklə hirsi soyumamış dərhal həyəcan təbili çalıb ki, ay aman, Azərbaycana, işğal altında olan Dağlıq Qarabağa getməyin!

 

Azərbaycan illərdir ki, terrora qarşı mübarizə aparır. Eyni halı işğal altındakı torpaqlar haqqında deyə bilməyəcəyik. Çünki işğalçı Ermənistanın terrorçuluq əməllərinə biz cavabdeh deyilik. İndi departament istəyir ki, Azərbaycana turist axınının qarşısını alsın.

 

Dünyanın super gücləri elə bir idarəçilik sistemi qurublar ki, özlərinin özlərinə qarşı apardıqları mübarizə də effektiv nəticə verə bilmir. Cənubi Qafqaz, Yaxın Şərq kimi regionlarda müharibənin fəsadlarından günahsız insanlar əziyyət çəkir. Sonra da BMT, AŞPA, AŞ kimi beynəlxalq təşkilatlar sözdə insanlığın müdafiəsinə qalxır və guya terrora, müharibəyə qarşı mübarizə aparır.

 

Əslində, super dövlətlərin qol qoyduğu müharibənin ölçüsü bir qədər fərqli olur. Kiçik dövlətlərin apardığı müharibənin üstünlüyü ondadır ki, tərəflərdən hansısa kişi kimi qalib olmağa  şanslıdır. Vay o günə ki, müharibəni super güclər apara. Bu zaman kişi adına heç nə ortaya qoyulmayacaq. Hansı iyrənc yola əl atmaq lazımdırsa, onu da edəcəklər.

 

İndi Amerikanın hədəfi dorğudanmı Azərbaycandır?! Həqiqətənmi, Tramp administrasiyası Azərbaycanın qeydinə qalıb?! Görəsən,  dava nə davasıdır ki, məsələnin mahiyyətində qarayaxma kampaniyası ildırım sürətilə gözə girir?!

 

İllərdir ki, Cənubi Qafqaz regionu münaqişə ocağı kimi yerində sayır. Azərbaycan bilərəkdən Ermənistana uduzdurulur. Erməni terrorundan əziyyət çəkirik. Qərbin ATƏT, BMT, AŞPA kimi beynəlxalq qurumları isə ağızlarına su alıb oturmaqla məşğuldur. Məgər terror məsələsi Azərbaycanın öz daxilində yaratdığı, dəstək verdiyi işdir?!

 

Digər bir məqam. Ola bilsin ki, ABŞ Departamenti İraqda saxlanılan terrorçu qadınlara diqqət çəkir. Sirr deyil ki, Azərbaycan öz vətəndaşlarının hansısa terror təşkilatlarındakı işini dəstəkləmir. Terror qruplaşmaları üzvlərinin ölkəyə giriş çıxışı daima nəzarətdədir. Əgər bu cür nüanslar əsas götürülürsə, Amerika vətəndaşları arasında da  hansısa terror təşkilatlarının üzvləri aşkarlanıb. Deməli, terrorçunun vətəni olmur.

 

 İndi ABŞ Dövlət Departamentinin açıqlamasının nəyə və kimə hesablandığını deyə bilmərik. Çünki vurduğu “qol”un hədəfi də başqadır. Daha vətəndaşları gedəcəkləri Azərbaycana ləkə vurmaqla yoldan qaytarmaq olmaz.

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53