14 dekabr 2018, Cümə
Ana Səhifə - Yazılar - “Ağlamağın yeri deyil, ağlama”
“Ağlamağın yeri deyil, ağlama”
18.01.2018, 14:04

Hidayət Elvüsal


Elə yaralar var ki, illər keçdikcə təzələnir, ağrı verir. Elə insanlar var ki, məhz bu illər ərzində onların yalnız bir şəhid deyil, həm də qəhrəman olduqlarını anlayırsan.

20 yanvar hadisələrindən kifayət qədər yazılıb. Nəyisə yenidən xatırlatmaq, təkrarlamaq istəmirəm. Amma elə məqamlar var ki, onların üstündən sakit keçmək olmur.

O ağır günlərdə şəhid olanların siyahısını ən müxtəlif mənbələrdən öyrənib, “Səhər” qəzetində mən dərc etdirmişəm. General Ovçinnikov bir daha belə bir siyahı görmək istəmədiyini, qadağan etdiyini bildirəndə, qəzetin baş redaktoru Məzahir Süleymanzadə ilə məsləhətləşdik. Belə qərara gəldik ki, siyahının qalan hissəsini bir mətnə daxil edək. Yəni bir məqalə yazdım və digər şəhidlərin adlarını oraya daxil etdim.

Sonralar bir komissiya yaradıldı. Bu komissiyanın üzvlərindən biri belə bir iddia irəli sürdü ki, Hidayət Elvüsalın dərc etdiyi ilə əlimizdə olan siyahı düz gəlmir. Mən də onların əlində olan siyahını dərc etmələrini istədim.

Dərc etmədilər.

Və mən bu gün bir daha deyirəm ki, 1990-cı ilin Yanvar hadisələri zamanı şəhid olanların tam siyahısı yoxdur. Biz arayıb, axtarıb, əldə etdiklərimizi dərc etdik. Ən üzücü cəhət də odur ki, həmin hadisələrin iştirakçısı olmayan bəziləri, guya o zaman yaralandıqlarını iddia etdilər. Yəni faciədən sui-istifadə edənlər oldu və indi də var. Halbuki, yaralıların da siyahısı “Səhər”də dərc edilib və bu “bəziləri” orada yoxdur.

Bütün bunlar öz yerində. Bu dəfə sizə heç də hamıya məlum olmayan, bəzilərini isə unutduqları bir neçə faktı çatdırmaq istəyirəm.

O zaman Məmməd Arazın “Ata millət, ana millət, ağlama!” adlı təsirli şeiri yayıldı. Mən o şeir haqqında “Səhər”də yazdım. Bəstəkar Mehriban Əhmədova günlərin birində redaksiyamıza gəldi və həmin məqalədə bəhs etdiyimiz bu şeirə musiqi yazdığını dedi.

Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri də məhz “Səhər”də dərc olundu və Türkiyədə musiqi yazıldı.

Hadisələr zamanı həmkarım Araz Qurbanovla birlikdə Azteleradioya getdik. Məqsəd Bəxtiyar Vahabzadənin və digərlərinin radioda (yalnız Bakıda) səslənmiş çıxışlarını əldə edib qəzet vasitəsilə hər kəsə çatdırmaq idi. General bizi xoş qarşılamadı, amma şərt qoyaraq razılıq verdi - arxivdə yazacağımız mətni ona göstərməliydik. Bəxtiyar Vahabzadə isə heç olmazdı, çünki… Bəxtiyar müəllim bu generalın üzünə tüpürmüşdü.

Arxivə getdik. Əvvəlcədən razılaşdığımız kimi Araz kağız-qələm çıxarıb qeydlər apardı. Əsas məsələ isə məndə, daha doğrusu cibimdə idi - diktofon. İndi adiləşmiş və artıq sıradan çıxmış diktofon o zaman jurnalist üçün möcüzə idi. Və biz Bəxtiyar Vahabzadənin səsini diktofona köçürdük. Siz də “eşidin”.

“Əziz həmvətənlərim!

Bu ağır günlərdə sizin hamınıza dərin hüznlə başsağlığı verirəm. Bu gün cümə axşamıdır. Hamınız, yəqin öz qəlbinizdə bu ağır kədəri yaşayırsınız. Sizin kədərinizə şərikəm.

Lakin bütün bunlarla bərabər həyat dayanmır, öz yoluyla davam edir. Bizim kədərimiz kədər olaraq qalır. Və bu heç bir zaman unudulmayacaq.

Mənim sizə deyəcək mühüm bir sözüm var. İnanın ki, bizi daha böyük bəlalar gözləyə bilər. Əgər bu ağır günlərdə səbrimizi, təmkinimizi saxlamasaq, əsəblərimizi cilovlamasaq, daha böyük bəlalar gözləyə bilər. İndi üstümüzə böyük şərlər, böhtanlar atılır. Üstümüzdən bu böhtanı götürmək üçün sizdən artıq dərəcədə rica edirəm, ətrafınızda yaşayan ruslara münasibətiniz yaxşı olmalıdır. Biz onlara qarşı deyilik, rus xalqına qarşı deyilik. Biz ədalətin və həqiqətin müdafiəsindəyik. Biz düzgün olmayan siyasətə qarşı mübarizə aparmalıyıq. Şaiyələrə uymayın. Köçmək istəyən, Bakıdan və Azərbaycanın rayonlarından köçmək istəyən rusları qoymayın. Bizim ruslara münasibətimiz gözəl olub həmişə, yenə də gözəl olmalıdır.

Mən sizdən artıq dərəcədə rica edirəm, yenə də təkrar edirəm, əks təqdirdə bizi daha böyük bəlalar gözləyə bilər. Mərkəzi qəzetlərdə bu şaiyələrə uyan bəzi xəbərlər dərc olunur. Amma biz o mərkəzi qəzetləri ala bilmirik. Qəzet işçilərinə, mətbuat işçilərinə müraciət edirəm, nəşriyyat işçilərinə müraciət edirəm. Qəzetlərin buraxılmasına şərait yaradın. Nəqliyyat, müəssisələr işləməlidir. Çünki nə qədər ağır kədər içində olsa belə bu xalqı yaşatmaq lazımdır.

Mənə elə gəlir ki, xalqım məni başa düşür. Ürəyimdə sözlərim çoxdur. Amma yenə də sizə deyirəm, dediklərimə əməl eləməsəniz, bizim üstümüzdəki çirkab gün-gündən artacaq. Rəvayətlər gedir ki, guya biz burada İslam respublikası yaratmaq istəmişik. Yalandır bunlar. Heç bir zaman bizim Azərbaycan xalqının ürəyindən belə bir hiss keçməyib. Biz yalnız və yalnız torpağımızı, əlimizdən çıxmaqda olan Qarabağımızı geri qayıtması barədə düşünmüşük və bu yolda mübarizə aparmışıq. Amma mübarizəmiz çox zəif olub. Çünki rəhbərimiz rəhbər deyildi. Rəhbərimiz xalqla əl-ələ verib işləməyi bacarmırdı.

İndi rəhbərlik dəyişib. Bu gün yanında oldum. Yeni rəhbərliklə söhbət elədim. Onlar xalqla əl-ələ verib işləməyə söz verirlər. Əgər bu olmasa yenə mübarizəmizi davam etdirəcəyik. Sizin hamınıza mənim dediklərimin yerinə yetirilməsinin, həyata keçirilməsini bir daha xahiş edirəm.

Sağ olun. Bir daha başımız sağ olsun. Bu ağır kədərli günlərdə sizi səbrə, sizi dözümə çağırıram. Bizim dinimiz də bizi buna çağırır. Hətta həmişə ən ağır günlərdə, ən ağır dəqiqələrdə mənsub olduğumuz din bizi səbrə, təmkinə və ağıla dəvət eləyir.

Sizin hamınızıa uğurlar arzu edirəm”.

Allah Bəxtiyar Vahabzadəyə qəni-qəni rəhmət eləsin! Nur içində yatsın.

Və mən dediyim diktğofondan daha bir səsi yazıya çevirib, nəzərinizə çatdırmaq istəyirəm. Yaraşıqlı, 16-17 yaşlarında bir yeniyetmə, bir gənc şəhidimiz, qəhrəmanımız. Araz Qurbanovla yolumuz yaralı soydaşlarımızın bəzilərinin yanınadır. Semaşko (Musa Nağıyev adına xəstəxana)ya.

Onunla, Samir Kərimovla söhbətə başlayıram:

- Adı nədir?

- Samir.

- Familiyan?

- Kərimov.

- Samir, nə vaxt oldu bu hadisə?

- Ayın on doqquzu, yəni on doqquzu, iyirmisi. On birinci Qızıl Ordu tərəfdə.

- Orada dayanmışdın, yoxsa başqa bir işinmi vardı?

- Yox, yox, biz maşınla idik. Yaralı uşaqları daşıyırdıq. İki reys elədik. Üçüncüdə bizi vurdular.

- Özünüzün maşınıyla?

- Yox, qaz əlli üçlə. İki dəfə apardıq uşaqları. Üçüncü dəfə Papanin mostuna çatmamış bizi vurdular.

- Kim idi onlar? Yəni sizi vuranlar.

- Hamısı bədənli adamlar idi. Saçları uzun.

- Neçə yaralı daşıdınız?

- Birincisində on nəfər, ikincisində səkkiz nəfər.

- Kömək edən çox idi?

- Çox idi. Maşında biz ikimiz idik. Mustafa ilə. O da olüb. (Ağlayır)

- Ağlama. Allah şəfa versin.

Sonra həkimin səsini yazmışıq:

- Uşağı güllə ilə biçiblər. Altı-yeddi ağır yarası var. Qarnı, qara ciyəri, bağırsaqları, böyrəklər….

Sonra köks ötürür və zəif səslə:

- Öləcək…

Bizim söhbətimizdən az sonra Samir Kərimov şəhid oldu. O gənc, o yaraşıqlı o qəhrəman Samir Kərimov.

Və bu diktofonda daha bir neçə səs yazısı var. Sizə ikisindən söhbət açdım. O ağır, amma ağır olduğu qədər də qəhrəmanlıq, azadlıq dastanları ilə dolu o günlərə yenidən qayıdırıq. Bu dəfə hüznlə çox, fəxrlə, hörmət, minnətdarlıq hissi ilə. Şəhidlər Xiyabanına onlar sanki bir Azadlıq toxumları kimi düşdülər. İndi o xiyaban böyüyüb. Biz də böyümüşük. Ordumuz da böyüyüb.

Qarabağı geri alacağımız qədər böyümüşük. Göyçəni, Zəngəzuru, qədim İrəvan xanlığını azad edə biləcəyimiz qədər böyümüşük. Odur ki, Məmməd Araz demişkən:

- Ata millət, ana millət, ağlama!

Ağlamağın yeri deyil, ağlama!

O böyük Qələbəyə çox az qalıb!!! Sevinəcəyimiz, bayram edəcəyimiz o günə.

 


Müəllifin digər yazıları
SON XƏBƏR
“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB
14.12.2018, 01:54

“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB

Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaq
14.12.2018, 00:54

Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaq

“Maşın”nın 17-ci sürətində onlar mübarizə aparacaq
14.12.2018, 00:39

“Maşın”nın 17-ci sürətində onlar mübarizə aparacaq

Müğənnidən analara xəbərdarlıq - FOTO
14.12.2018, 00:09

Müğənnidən analara xəbərdarlıq - FOTO

“Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”- Sergey Lavrov
13.12.2018, 23:53

“Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”- Sergey Lavrov

İlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”
13.12.2018, 23:46

İlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”

Azərbaycan nefti bahalaşdı
13.12.2018, 23:23

Azərbaycan nefti bahalaşdı

 “Qarabağ” “Arsenal”a qarşı bu heyətlə oynayacaq
13.12.2018, 23:07

 “Qarabağ” “Arsenal”a qarşı bu heyətlə oynayacaq

Fransa hökumətinə etimadsızlıq
13.12.2018, 22:58

Fransa hökumətinə etimadsızlıq

Ermənistan məhkəməsi rusiyalı hərbçini həbs etdi
13.12.2018, 22:43

Ermənistan məhkəməsi rusiyalı hərbçini həbs etdi

FETÖ  Türkiyədəki maliyyə mənbələrini itirir
13.12.2018, 22:31

FETÖ  Türkiyədəki maliyyə mənbələrini itirir

Türkiyənin bu şəhəri su altında qala bilər
13.12.2018, 22:17

Türkiyənin bu şəhəri su altında qala bilər

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
13.12.2018, 22:03

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Bakıda 37 metrlik yolka qurulur
13.12.2018, 21:49

Bakıda 37 metrlik yolka qurulur

Macarıstanda qanun layihəsi müzakirəsi aranı qarışdırdı - VİDEO
13.12.2018, 21:28

Macarıstanda qanun layihəsi müzakirəsi aranı qarışdırdı - VİDEO

SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafat aldı - FOTO
13.12.2018, 21:14

SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafat aldı - FOTO

“Qazaxıstan Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir” – Səfir
13.12.2018, 21:03

“Qazaxıstan Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir” – Səfir

Bərdə sakini ürəyindən bıçaqlandı
13.12.2018, 20:49

Bərdə sakini ürəyindən bıçaqlandı

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb
13.12.2018, 20:33

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb

Bu yol bütün avtomobillər üçün bağlandı
13.12.2018, 20:23

Bu yol bütün avtomobillər üçün bağlandı

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL
13.12.2018, 20:11

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  
13.12.2018, 20:10

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  

Müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirildi
13.12.2018, 20:02

Müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirildi

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı
13.12.2018, 19:51

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı

Zakir Həsənov Anjey Kaspşiklə müzakirə apardı
13.12.2018, 19:40

Zakir Həsənov Anjey Kaspşiklə müzakirə apardı

İlham Əliyev Gənclər Mərkəzinin açılışında - FOTOLAR -YENİLƏNİB
13.12.2018, 19:21

İlham Əliyev Gənclər Mərkəzinin açılışında - FOTOLAR -YENİLƏNİB

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
13.12.2018, 19:10

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018, 18:56

Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi
13.12.2018, 18:51

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi

Tamerlan Qarayev İndoneziyadan geri çağrıldı, Litvaya səfir göndərildi - SƏRƏNCAM
13.12.2018, 18:32

Tamerlan Qarayev İndoneziyadan geri çağrıldı, Litvaya səfir göndərildi - SƏRƏNCAM

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi
13.12.2018, 18:22

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi

Rusiyda elektrik xəttində qəza oldu, Azərbaycan yardım etdi
13.12.2018, 18:18

Rusiyda elektrik xəttində qəza oldu, Azərbaycan yardım etdi

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb
13.12.2018, 18:12

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

ADU-nun xəlifə-rektoru venesuelalı diplomatla görüşdü
13.12.2018, 17:59

ADU-nun xəlifə-rektoru venesuelalı diplomatla görüşdü

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək
13.12.2018, 17:53

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək

Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi   
13.12.2018, 17:46

Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi  

Elmar Məmmədyarov moldovalı həmkarını qəbul etdi
13.12.2018, 17:39

Elmar Məmmədyarov moldovalı həmkarını qəbul etdi

Prezidentin mənzil verdiyi idmançıların SİYAHISI    
13.12.2018, 17:27

Prezidentin mənzil verdiyi idmançıların SİYAHISI  

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib
13.12.2018, 17:20

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

Nazir müavini nümayəndə heyətini İtaliyaya aparıb
13.12.2018, 17:15

Nazir müavini nümayəndə heyətini İtaliyaya aparıb

Məktəblilər üçün inşa müsabiqəsi elan olundu
13.12.2018, 17:06

Məktəblilər üçün inşa müsabiqəsi elan olundu

Manat sabah bu MƏZƏNNƏDƏ olacaq
13.12.2018, 17:01

Manat sabah bu MƏZƏNNƏDƏ olacaq

Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü
13.12.2018, 16:55

Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü

Qazaxıstan və Belarus Ermənistana qarşı koalisiya yaratdı
13.12.2018, 16:52

Qazaxıstan və Belarus Ermənistana qarşı koalisiya yaratdı

XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı
13.12.2018, 16:28

XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı

İlham Əliyev idman sahəsində fərqlənənlərə fəxri adlar verdi - SİYAHI  
13.12.2018, 16:28

İlham Əliyev idman sahəsində fərqlənənlərə fəxri adlar verdi - SİYAHI  

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü
13.12.2018, 16:25

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Lavrov Bakıda Qarabağı müzakirə edəcək   
13.12.2018, 16:25

Lavrov Bakıda Qarabağı müzakirə edəcək  

Ağstafa “qış yarmarkası”na hazırlaşır
13.12.2018, 16:16

Ağstafa “qış yarmarkası”na hazırlaşır

Nazirlik neftlə çirklənmiş ərazilərə xarici şirkətləri cəlb edib
13.12.2018, 16:14

Nazirlik neftlə çirklənmiş ərazilərə xarici şirkətləri cəlb edib

ARXİV