Modern.az

Yüksək bal toplayan tələbələrə Prezident təqaüdü

 Yüksək bal toplayan tələbələrə Prezident təqaüdü

29 Avqust 2009, 13:04

BUNUNLA BAĞLI ÖLKƏ BAŞÇISININ SƏRƏNCAMI ÇÖZLƏNİLİR

 

Ötən illərdən fərqli olaraq ali məktəblərə bu ilki qəbul imtahanlarını uğurla verib tələbə adı qazananlar arasında yüksək bal toplayanların sayı bir qədər azdır. Bəs bu il imtahanlarda yüksək nəticə ədə edənlərə Prezident təqaüdü veriləcəkmi?

«Azərbaycan Republikasının ali məktəblərinə bu il keçirilən qəbul imtahanları zamanı yüksək bal toplayan gənclərə Prezident təqaüdünün verilməsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Hər il bu barədə ölkə rəhbərinin özü müvafiq sərəncam verir». Bu sözləri Modern.az saytına açıqlamada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, sentyabrın 10-15-i aralığında sözügedən məsələ ilə əlaqədar Prezident İlham Əliyevin növbəti sərəncam imzalayacağı gözlənilir. Ötən il hər qrup üzrə 25 gəncin, ümumilikdə isə 100 nəfərin Prezident təqaüdü aldığını diqqətə çatdıran TQDK təmsilçisi bu il üçün neçə tələbənin təqaüd alacağının hələlik məlum olmadığını söyləyib: «Ən yüksək bal toplamış tələbələr Prezident təqaüdünü almaq hüququ qazanırlar. Ola bilər ki, bu dəfə təqaüd alacaq tələbələrin sayı ötən illə müqayisədə az və ya çox olsun. Amma bütün bunları, eləcə də bu il üçün veriləcək təqaüdün məbləğini prezident müəyyən edəcək». Əvvəlki illərdə 660-700 bal toplayan tələbələr Prezident təqaüdünə layiq görülüblər.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyeyin ötən il imzaladığı fərmana əsasən, 2008-ci il sentyabrın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 50 faiz artırılaraq 150 manat müəyən edilib.

 

Aqil Lətifov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər