19 yanvar 2018, Cümə
Ana Səhifə - Yazılar - Satanovskinin başabəla şərqşünaslığı, yaxud siyasi hoqqabazlığı
Satanovskinin başabəla şərqşünaslığı, yaxud siyasi hoqqabazlığı
22.06.2016, 17:45

Hikmət Babaoğlu,
Milli Məclisin üzvü


Azərbaycan Ordusu tərəfindən erməni təxribatına qarşı cəbhə xəttində həyata keçirilən 4 günlük hərbi əməliyyat Azərbaycan xalqını  hərbi-mənəvi yüksəkliyə qaldırdı. Bu yüksəklik Lələtəpə qədər uludur. Lələtəpə qədər yüksəkdir. Bu əməliyyat erməniləri və Azərbaycanın digər düşmənlərini isə hərbi və mənəvi baxımdan uçurumun dibinə yuvarladı. Bu uçurum qaranlıq quyu qədər dərindir, qaranlıq quyu qədər çıxılmazdır. Ermənilərlə bərabər bu uçuruma yuvarlanan Yevgeni Satanovski indi həmin uçurumun dibindən var gücü ilə Azərbaycanın ünvanına hədyanlar qışqırır, filosofluq edir, böhtan atır, şər danışır. Amma nafilə…! Azərbaycan onsuz da öz torpaqlarını azad edəcək. Bunu Qarabağa səfəri zamanı  bir daha dərk edən Y.Satanovski daha ucadan hay-küy salmağa çalışır, daha ağ yalanlar danışır, bu azmış kimi Azərbaycanı hədələməyə çalışır. Bəzən soyadı kimi şeytanlıq edir, bəzən soyadının Azərbaycandakı semantik mənası kimi əxlaqını satışa çıxarır… Hərdən də Türkiyənin bostanına daş atmağı özünə borc hesab edir. Bir sözlə, siyasi hoqqabazlıq edir.

 

Azərbaycanlılar nikahda sürüşkənliyi əfv etmirlər

 

Lakin unudur ki, hətta SSRİ vaxtında belə onun iddia etdiyi kimi heç kəs heç kəsin, yəni heç bir müttəfiq respublika  digərinin kəbinli arvadı deyildi. Nə də respublikaların heç birinin siyasi-inzibati ərazisi hesab edilən muxtar vilayətlər respublikanın nikahı altında  deyildi. Bu, şaquli tabeçiliyə əsaslanan hüquqi bağlılıq idi. Belə olan halda Satanovskinin Dağlıq Qarabağla Azərbaycanın münasibətlərini boşanma kimi təqdim etməyə çalışması yalnız onun siyasi əxlaqı ilə əlaqədar ola bilər. Tez-tez nikah dəyişməyə Azərbaycanda yaxşı baxmırlar, ancaq, görünür, Y.Satanovskinin əxlaqı siyasi fahişəliyi qəbul etdiyi üçün bunu normal hesab edir. Azərbaycanlılar isə rəsmi nikahda olub sürüşkənlik edən qadını milli adətimizə uyğun olaraq cəzalandırırlar. İndi əgər vəziyyət Satanovskinin dediyi kimidirsə, yəni Azərbaycanla rəsmi "nikah"da ola-ola Dağlıq Qarabağ separatçıları Azərbaycana  xəyanət ediblərsə, ya da sürüşkənlik ediblərsə ki, ediblər, onda Satanovski də, separatçı ermənilər də əmin olsunlar ki, Azərbaycan bunu əfv etməyəcək, mütləq layiqli şəkildə cəzalandıracaq. Bu, birinci.

İkincisi isə, Satanovski bütün postsovet ərazisində yaşayan insanları, sadəcə, əhali adlandırır. O qədər siyasi eqoizmə qapılır ki, 15 müstəqil dövləti inkar edir. Bu həm hüquqi savadsızlıq, həm  də siyasi korluqdur. Düşünürük ki, bu zorən savadsızlıq və zorən korluq Satanovskinin şovinist fəlsəfəsindən irəli gəlir və onun korporativ maraqlarına uyğundur.

Üçüncüsü, əgər müharibə başlayarsa, Satanovski PKK-nın Türkiyədə törətdiklərini ermənilərin Azərbaycanda törədə biləcəklərini irəli sürür və bizə əba altından zopa göstərir. Ancaq unudur ki, bu mərhələ artıq arxada qalıb. Terrorist dövlət, yaxud forpost olaraq Ermənistan arsenalında olan bütün vasitələrdən Azərbaycana qarşı istifadə edib. Bizdə isə buna qarşı hərbi-siyasi immunitet formalaşıb.

Dördüncüsü, müharibə başlayacağı təqdirdə Satanovski Azərbaycanı yenidən etnik separatçılıqla hədələyir. Ölkəmizdə olan etnik qrupların adını çəkir. Lakin unudur ki, Azərbaycanda artıq etnik qruplar yox, azərbaycanlı üst kimliyi var. Və bu sosial identifikasiya Azərbaycan dövləti ilə assosiasiya edilir. 90-cı illərin əvvəlində Azərbaycana qarşı oynanılan bu kart artıq çoxdan "bita" olub.

Beşincisi, Satanovski müharibənin yenidən başlayacağı təqdirdə Azərbaycanın əldə edə biləcəyi qələbəni Pirrin qələbəsi ilə müqayisə etməyə cəhd edir. Pirr böyük sərkərdə idi. Roma üzərində də qələbə çaldı. Amma müqayisə o qədər savadsız və yersizdir ki, bunu şərh etməyə dəyməz. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Pirr kimi qələbə dalınca Afinadan Romaya getmir. Azərbaycan beynəlxalq hüquq tərəfindən, o cümlədən Satanovskinin vətəndaşı olduğu Rusiya Federasiyası tərəfindən tanınmış siyasi-inzibati sərhədləri içərisində öz suveren hüquqlarını  bərpa etmək üçün aprel əməliyyatına  uyğun hərbi əməliyyat keçirə bilər. Bizim başqa xalqların torpaqlarında gözümüz yoxdur.

Altıncısı, "tarixi yaddaş"ı möhkəm olan Rusiya Federasiyasının vətəndaşı  Y.Satanovskiyə bildiririk ki, bu, bəlkə də, belədir. Ancaq məsələ ondadır ki, Satanovskinin tarixi yaddaşında ciddi problemlər var. Onun iddia etdiyi kimi, Rusiya imperiyası Azərbaycanı İran və Türkiyə ərazisindən ilhaq etməyib. 1813-cü il Gülüstan müqaviləsində də, 1828-ci il Türkmənçay müqaviləsində də Rusiya ilə müharibə edən tərəf kimi Azərbaycanın şanlı oğlu Abbas Mirzənin imzası var. Abbas Mirzənin arxasında duran siyasi iradə də, dövlət iradəsi də Azərbaycan xalqına məxsus idi. Qacarlar sülaləsi Azərbaycan dövlətini Ovşarlardan, Ovşarlar isə Səfəvilərdən miras almışdılar. Hər üç sülalə təpədən-dırnağa Azərbaycanlı idi. Dövlətləri də Səfəvilər, Ovşarlar və Qacarlar dövləti adlanırdı. Görürsünüzmü, bu dövlətlərin heç birinin adında nə İran, nə də ki Türkiyə var. Abbas Mirzə Böyük Qacarlar imperiyasını quran Ağa Məhəmməd Şah Qacarın hüquqi-siyasi varisi və doğmaca qardaşı  Fətəli şahın oğlu idi və onun adından dövləti idarə edirdi.

Sonda: Cənab Satanovski…! Sizin nöqteyi-nəzəriniz nə olursa olsun, heç kim Azərbaycanı dağıda bilməz. Artıq Azərbaycanın dağılması və bölünməsi arxada qalıb, tarixin arxivinə gömülüb. İndi dağılmaq sırası vaxtilə Azərbaycanı dağıdanlara çatmaqdadır. Görünür, Y.Satanovskini də narahat edən, bu qədər emosional danışmağa məhkum buraxan bu siyasi gerçəkliyi anlamasıdır.

 


Müəllifin digər yazıları
SON XƏBƏR
“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı
19.01.2018, 01:04

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı
19.01.2018, 00:46

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı

Paytaxtda avtobus qəzası
19.01.2018, 00:30

Paytaxtda avtobus qəzası

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı
19.01.2018, 00:14

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Azərbaycan nefti bu gün də ucuzlaşdı
18.01.2018, 23:54

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Nazir ingiliscə Qarabağdan danışdı
18.01.2018, 23:39

Nazir ingiliscə Qarabağdan danışdı

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ
18.01.2018, 23:23

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi
18.01.2018, 23:09

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN
18.01.2018, 22:55

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN

Hacıqabulda ağır qəza
18.01.2018, 22:44

Hacıqabulda ağır qəza

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu
18.01.2018, 22:29

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub
18.01.2018, 22:13

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı
18.01.2018, 21:57

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir
18.01.2018, 21:41

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir

Sabiq rektora hökm oxundu
18.01.2018, 21:29

Sabiq rektora hökm oxundu

Livan mediası 20 Yanvar faciəsindən yazdı
18.01.2018, 21:14

Livan mediası 20 Yanvar faciəsindən yazdı

Milli Oftalmologiya Mərkəzində aksiya …
18.01.2018, 20:59

Milli Oftalmologiya Mərkəzində aksiya …

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb
18.01.2018, 20:47

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb

Ukrayna müharibəyə hazırlaşır - İDDİA
18.01.2018, 20:33

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı
18.01.2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB
18.01.2018, 20:02

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu
18.01.2018, 19:51

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18.01.2018, 18:55

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı

Avropada qasırğa 4 nəfəri öldürdü
18.01.2018, 18:47

Avropada qasırğa 4 nəfəri öldürdü

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı
18.01.2018, 18:39

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi
18.01.2018, 18:26

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib
18.01.2018, 18:15

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
18.01.2018, 18:04

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”

Magistraturaya hazırlaşanlara xəbər var
18.01.2018, 18:02

Magistraturaya hazırlaşanlara xəbər var

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb
18.01.2018, 18:01

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı
18.01.2018, 17:57

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ   
18.01.2018, 17:52

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ  

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO
18.01.2018, 17:31

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  
18.01.2018, 17:30

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.01.2018, 17:27

Manatın sabahkı MƏZƏNNƏSİ

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(55.5%)
- Geyimə(3.24%)
- Müalicəyə(5.41%)
- Kommunal xidmət haqlarına(12.6%)
- Təhsilə(2.52%)
- İstirahətə(1.08%)
- Kitaba(1.08%)
- Rüşvətə(4.69%)
- Əyləncəyə(0.72%)
- Digər şeylərə(12.9%)