18Fervral | Ana Səhifə - Yazılar - Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər
Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər

Rusiyanın İrəvanla bağlı narahatlığının mərkəzində işğalçı Ermənistana heç şübhəsiz ki, dəstək dayanır. Maraqlıdır, indi rəsmi Moskva tərəfkeşlik məsələsində kiminlə tərəfdaşlığa can atır?!

Həftənin hesabatını təqdim edirəm.

 

Qərarsız müxalifət

 

Azərbaycanda prezident seçkilərinin vaxtı bəlli olan kimi müxalifət partiyaları boykot qərarı verdi. Nədənsə, Milli Şuranın fəxri sədri olan Rüstəm İbrahimbəyovdan xəbər yoxdur. Maraqlıdır, kənardan prosesləri necə izləyir?! Güman ki, 2013-cü ildəki aktivliyindən sonra siyasətə qarışmamaq qərarı verib.

 

Didərgin Saakaşvili

 

Gürcüstanın sabiq prezidenti Mixail Sakaşvili isə siyasətdən getməklə bağlı bir türlü qərar verə bilmir. Ukraynadakı qalmaqallı məskunlaşmadan sonra Polşaya deportasiya edilən Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. Artıq  Hollandiya da qapılarını Saakaşvilinin üzünə açıb. Deyəsən, sabiq gürcü prezidentinə yaşıl işıq görünür. Ona görə də Saakaşvili bir az da ürəklənərək Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

 

Ermənistanın yuxusu ərşə çəkilib

 

Prezident seçkilərinin aprelin 11-nə təyin olması ölkədə siyasi ab-havanı daha qaynar hala gətirib.  Hətta vəziyyətin episentri bizə qonşu olan Ermənistan və Rusiyada daha möhkəm hiss edilir. Güman ki, Azərbaycanın atacağı addımlar bəzi siyasi dairələrdə hələ çox titrətmə yaradacaq.

 

 

Məlumdur ki, Rusiya və onun forpostu olan Ermənistan zaman-zaman Cənubi Qafqaz regionunda planlar qurmağa adət edib. Siyasi oyunların mərkəzində dayanan məkrli planlar qarşıya qoyulan hədəfə doğru bir siqnal olub. Yetişməkdə olan gənc nəsilə “böyük Ermənistan xülyası”nın heç zaman bitməyəcəyi aşılanır və Azərbaycanın digər torpaqları hədəf götürülür.

Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsindən dolayı Ermənistan özünə yer tapa bilmir.

Xüsusən də, İlham Əliyevin seçki açıqlamasından sonra  tarixi İrəvan torpağı barədə fikirlər səsləndirməsi işğalçı Ermənistanı “vıbrasiya rejimi”ndən qurtara bilmir.

Onlar ümidli idi ki, 2018-ci il Azərbaycanda keçiriləcək prezident seçkiləri oktyabrda baş tutacaq. Ermənistan isə mart ayında seçki marafonuna nöqtə qoyub yenə də təxribat xarakterli “dosya”larını vərəqləyəcəkdi. Amma gedişat heç də işğalçı dövlətin Qarabağla bağlı planlarına işartı ola bilmədi. Ermənistanda seçki həyəcanından dərhal sonra Azərbaycan seçki gününü qeyd edəcək.

Görünür, Azərbaycanda seçkilərin vaxtının payızdan-yaza çəkilməsi düşmənin ümumi psixoloji durumu üçün də xoş deyil. Qışdan payıza start götürəcək olan qatar yazda eniş etməli olacaq. Ermənistan istəsə də, istəməsə də bu eniş onun üçün “toydan sonra nağara” məsəlini xatırladacaq.

 

Qayıdaq prezidentin İrəvanla bağlı açıqlamasına. Hərçənd ki, YAP-ın VI qurultayı fevralın 8-də keçirilib, amma şimal qonşumuz fevralın 15-də daxili narahatlığını dilə gətirib. Prezident İlham Əliyev məlum çıxışı zamanı deyib:

“Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayacaq. Biz, həmçinin, tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.  İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

 

1918-ci ildə Azərbaycanın tarixi torpağı olan İrəvana sahiblənən Ermənistan 2018-ci ildə İrəvanın itirilməsi qorxusunu yaşayır və buna görə dərin narahatlıq keçirir. Belə olan təqdirdə işğalçı dövlət tülkü qılığında böyük qardaşının qapısını döyməzmi?! Döyər. Özü də necə...

Ay amandı, biz 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonun qaytarılması ətrafında danışıqlar aparırıq və prosesi uzadırıq. Bu İrəvan məsələsi hardan çıxdı?! 

Bəli, şimal qonşumuz  bilməlidir ki, Ermənistan işğalçı olduğunu unuda bilər. Amma bu cür unutqanlığı Azərbaycandan tələb etmək yolverilməzdir. Heç kəsə sirr deyil ki,  Rusiya kiçik qardaşının göz yaşlarına sakitcə tamaşa etməyəcək. Çünki Cənubi Qafqazı gərgin durumda saxlamaq üçün Rusiyanın addımları danılmazdır. Narahatlıq və qorxu içində addımlayan Ermənistanın imdadına həmişə olduğu kimi bu dəfə də böyük qardaşı  çatdı.

 

Rusiya XİN-in mətbuat katibi xanım Mariya Zaxarova deyib ki “Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir (prezidentin İrəvan açıqlaması - red.) gərginliyin azalmasına xidmət etmir”.

Deyəsən, xanım Zaxarova Cənubi Qafqazda kimin işğalçı, kimin isə işğala məruz qaldığını hələ də ayırd edə bilmir. Ayırd edə bilsəydi, illərdir ki, regionu kimin gərgin vəziyyətdə  saxladığını daha yaxşı bilərdi. Digər tərəfdən isə, Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan 7 rayonun işğal siyasətinin qurbanı olması, heç də uzaq tarixdə baş vermiş siyasi proses deyil.

 

Bu arada, çox keçmədi ki, Rusiya rəsmisinin cavabına Azərbaycan Xarici İşlər Nazirliyindən cavab gəldi. XİN-nin mətbuat katibi Hikmət Hacıyev mediaya açıqlamasında deyib ki, Rusiya XİN nümayəndəsinin prezident İlham Əliyevin YAP-ın qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı.

“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik. Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə narahat etməlidir?”

 

 

İndi Rusiyanın XİN rəsmisi narahatlığın boşuna olduğunu dərk etməyə çalışır. Həm də ona görə dərk etməyə çalışır ki, bu narahatlıqdan ortanı gərginlikdə saxlamaq qoxusu gəlir. Hər halda 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərini xatırlayır. Rusiyanın diqtəsi ilə ortaya atılan Milli Şura və onun fəxri sədri Rüstəm İbrahimbəyovun adı isə  heç də yabançı olmamalıdır.

 

Görünür, bu dəfə də seçki öncəsi bəzi xarici qüvvələr alovlanmaq eşqinə düşüb. Alovlansınlar. Amma alışdırdıqları ocağın közündə özləri yanmalı olacaqlar. Çünki başqa cür mümkün deyil.

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53