19 avqust 2018, Bazar
Ana Səhifə - Yazılar - Xocalı - Srebrenitsa: “Qardaşlaşmış kədər”
Xocalı - Srebrenitsa: “Qardaşlaşmış kədər”
26.02.2018, 17:55

Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev xarici mətbuatda Azərbaycan həqiqətləri – Xocalı soyqırımı haqqında növbəti yazı ilə çıxış edib. Modern.az saytı millət vəkilinin məqaləsinin tərcüməsini və yazının xarici mətbuatdakı linkini təqdim edir:

http://fena.ba/article/1002860/fejzijev-kodzali-i-srebrenica-bratska-tuga

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı, Fəlsəfə doktoru

 


Tarix bəşəriyyətin həyatında qəddarlığı və kütləviliyi ilə dərin sarsıntı yaradan çoxsaylı qırğınlara və müharibələrə şahidlik etmişdir. Bütün qitəni bürümüş və Avropa xalqlarını qan gölünə qərq etmiş  iki dünya müharibəsi XX əsrdə bu amansız savaşların sonuncuları idi. II dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni və bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğruyenidən Avropada və onun qonşuluğunda alovlananetnik müharibələrlə sönməyə başladı.

1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə etnik təmizləmə başladı.Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan250 mindən çox həmvətənlərimizöz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara vəbütün əmlakları qarət olundu. 225 nəfər öldürüldü, 1154 yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldı, gözləri çıxarılmaqla, qolları və ayaqları kəsilməklə şikəst oldular.

Az sonra rus-erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü və Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni quldurlar bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək, yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.  76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Qarabağ müharibəsində səhra komandiri və sonralar Ermənistanın prezidenti olmuş RobertKöçəryanın Britaniya jurnalistiTomaas de Vala verdiyi müsahibədə Xocalı faciəsinə belə şərh vermişdi. “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə silah qaldırmaq iqtidarında deyillər. Biz bu stereotipi qıra bildik və nəticə göz qabağındadır” Bu şərhin özü ermənilərin dinc azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirdiklərini və ölkənin 20%-ni etnik təmizləməyə məruz qoyduqlarınu sübut edir.

BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin Konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın 10-dan çox dövləti Xocalı qətliamını soyqırımı kimi tanımışdır.

Bütövlükdə 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın təxminən 20%-ni təşkil edən 12 rayonunda yerləşən700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı  vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4965 nəfərdir. Onlardan 320 qadın, 69 isə uşaqdır. 1 milyona yaxın Azərbaycanlı öz doğma yuvalarından qovularaq qaşqına çevrildi.

Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu, Azərbaycanlıların fəryadına səs verən olmadı.Bəzi dövlətlərin zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 Qətnaməsinə də məhəl qoymadı. Bu Qətnamələr bu gün də icra olunmamış qalmaqdadır.Erməni lobbisinin propaqandasına uymuş Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqlarıZoriBalayan, SilvaKaputikyan, səhra komandirləriRobertKoçaryan, SerjSarqsyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və o zamandan zəbt etdikləri klan hakimiyyətini bu gün də zor gücünə əllərində saxlayırlar.

 

Dünyanın laqeydliyi fonunda daha da alovlanan etnik müharibə alovu çox keçmədən Avropaya da çatdı.1995-ci ildə demokratik Avropanın mərkəzində, Srebrenitsada baş verən soyqırımı aktı tarixin acı dərslərindən ibrət götürülmədiyini, dövlət səviyyəsində şovinizm, milli-dini ayrı-seçkilik və zorakılıq dalğasının yenidən baş qaldırdığını göstərdi. İnsanlığa sığmayan, heç bir vəchləhaqqqazandırılması mümkün olmayan bu hadisə İkinci Dünya müharibəsindən sonra etnik zəmində Avropada törədilmiş ən böyük soyqırımı hadisəsi kimi tarixə yazıldı. Bu qətliamdancəmi iki il yarım öncə Azərbaycanda törədilmiş Xocalı soyqırımının əlamətlərini bütün vəhşilik simptomları ilə özündə cəmləşdirənSrebrenitsa Avropanın Xocalısına çevrildi. O vaxtdan bəri  Xocalı və Srebrenitsa insanlığın “qardaşlaşmış kədəri” kimi hər iki ölkədə anılır... 

 

Bosniya-Herseqovina təxminən Azərbaycanla eyni vaxtda, 1991-ci ilin oktyabrında müstəqilliyini elan etmişdi.Hələlik davamlı siyasi sabitliyə malik olmayan, güclü dövlət institutlarının hələ formalaşmadığı və əhalisinin 50 faizini bosniyalılar, 30 faizini serblər, 15 faizini xorvatlar və digər etnik qruplar təşkil edən bir ölkəninetnik zəmində toqquşmaların mərkəzinə çevriləcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Lakin Qarabağın işğalına, Xocalı soyqırımına laqeyd qalan Avropa öz ərazisində közərməkdə olan fəlakətə qarşı da susqunluq göstərdi.

1992-ci ildən daha şiddətli hal almağa başlayan serb hücumları, əsasən, Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsa üzərində nəzarəti ələ keçirməyə hədəflənmişdi. Son məqsəd isə bu ərazidə etnik təmizləmə həyata keçirmək və bölgədə nəyin bahasına olursa olsun etnik üstünlük əldə edib həmin əraziniSerbiyanın tərkibinə daxil etməkdən ibarət idi.

1993-cü ilin aprelində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Qətnamədə Serebrenitsa və onun ətraf ərazilərində etnik zəmində şiddətlənən toqquşmalardan dərin narahatlıq hissi ifadə olunsa da, beynəlxalq birlik tərəfindən bosniyalıların kütləvi qırğınına aparan proseslərin dayandırılması üçün heç bir əməli addım atılmadı.

1995-ci ilin martında qondarma Bosniya Serb Muxtar Respublikasının prezidenti RadovanKaradziçin göstərişi ilə serb hərbi qüvvələri bölgədə döyüş əməliyyatlarınıgenişləndirərəkora ərzaq və digər zəruri təchizat mallarınngətirilməsinə embarqo qoydular. Kəskin ərzaq çatışmazlığı və hərbi blokada şəraitindəSrebrenitsa özünümüdafiə qüvvələrinin müqaviməti qeyri-bərabər şərtlər altında getdikcə zəifləyirdi.Qətliamdan öncə əhalisi 24 min olan Srebrenitsaya digər bölgələrdən də etnik bosniyalıların axınından sonra şəhər əhalisinin sayı 60 minə çatmışdı. Tamamilə təcrid vəziyyətinə salınmış Srebrenitsa aclıq və xəstəliklərin tüğyan etdiyi qaçqın düşərgəsinə çevrilmişdi. 

Qarabağda olduğu kimi,Srebrenitsada da BMT sülhməramlıları tərəfindən bosniyalılardan silahlarınyığışdırılmasıyerli özünümüdafiə qüvvələrinin kütləvi tərksilahına və faciənin miqyasının daha da genişlənməsinə şərait yaratdı. Serblərin Srebrenitsaya hücumları intensivləşdikdən sonra bosniyalıların onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciəti isə cavabsız qaldı.Həmin dövrdə BMT mandatı altında Bosniya torpaqlarına yerləşdirilən Hollandiya sülhməramlı qüvvələrinin kütləvi qırğının başlanmasından öncə Srebrenitsanı tərk etməsi isə indiyə qədər cavablandırılması mümkün olmayan suallardoğurmaqdadır.

1995-ci ilin 6 iyulu bəşəriyyətin ən amansız vandalizm aktlarından biri olan Srebrenitsaqətliamının başlanğıc tarixi oldu: serb hərbi birləşmələri şəhərin cənubundan irəliləyərək kütləvi şəkildə etnik bosniyalıların evlərini yandırmağa və qırğınlar törətməyə başladılar. Minlərlə bosniyalı kütləvi terrordan, qeyri-insani davranışdan yaxa qurtarmaq üçün qonşu ərazilərə, yaxınlıqda yerləşənPotokariyə üz tutmağa məcbur oldu. Lakin Srebrenitsada məskunlaşmış əksər etnik bosniyalı blokada şəraitində şəhəri tərk edə bilmədi.

Drina çayının ətrafı, şəhərdə yerləşən fabrik, anbar, mədəniyyət mərkəzləri, məktəb binaları iyul ayının 11-13-ü arasında şiddətlənən kütləvi qırğınların törədildiyi əsas mərkəzlərə çevrildilər. Hərbi komandir RatkoMladiçin rəhbərliyi ilə serb hərbi birləşmələri Serebrenitsada insanlıq tarixinin ən qəddar soyqırımı aktını törətdilər. Nəticədə, 8 mindən çox bosniyalı etnik-dini ayrı-seçkiliyin qurbanına çevrildi. Öldürülənlər arasında çoxsaylı uşaq və qadınların, qocaların olması bu hadisəni yalnız hərbi birləşmələr arasında toqquşma kimi qələmə verənlərin fikirlərini alt-üst edir. Amansız işgəncələrlə öldürülən etnik bosniyalıların meyitləri belə qeyri-insani rəftara məruz qaldı. Avropanın mərkəzində yerləşən Srebrenitsa şəhəri cəmi bir neçə gün ərzində kütləvi məzarlıqlar məskəninə çevrildi. Törətdikləri kütləvi qırğınların izini itirmək üçün serb hərbi birlikləri cəsədləri bölərək, ağır texnikadan istifadə etməklə onları  ayrı-ayrı yerlərdə basdırırdılar. 1996-cı ildə təsis edilən itkin düşmüş şəxslər üzrə Komissiya 2010-cu ilədək 80-dən çox kütləvi məzarlıq yerində apardığı DNT analizləri nəticəsində yalnız 7 minə yaxın bosniyalı qurbanı müəyyən edə bilmişdir. 1200-dək bosniyalının yeri və şəxsiyyəti barədə isə indiyə qədər heç bir məlumat yoxdur.

 

Serb jurnalisti tərəfindən çəkilmiş sənədli filmdə yer alan RatkoMladiçin bu hadisə barədə soyuqqanlıqlasöylədiyi mülahizələr bəşəriyyətin ən ağır cinayət hadisələrindən biri olan Srebrenitsaqətliamının etnik-dini zəmində baş verdiyinə şübhə yeri qoymur: “Biz bu şəhəri (Srebrenitsanı) serblərə qaytarırıq, bosniyalı müsəlmanlardan qisas alınması zamanı gəlib çatmışdır”.  Göründüyü kimi, Xocalı soyqırımından sonra RobertKöçəryanın və Srebrenitsa soyqırımından sonra RatkoMladiçintörətdikləri eyni hadisələrə şərhləri də eyni məzmun daşıyır. 

 

1995-ci ilin 16 iyulunadək davam edən qətliamın əsas iştirakçılarının Bosniyanın silahlanmış etnik serb hərbi qüvvələri olduğuna dair sübuta yetirilmiş faktların olması ilə yanaşı, Serbiya polisinin və “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik qüvvələrinin də bu soyqırımı aktında iştirakı barədə məlumatlartəsdiqlənmişdir.

2010-cu ildə Serbiya parlamentinin Srebrenitsada baş verən faciəvi hadisələrə dair rəsmi üzrxahlığını ifadə edən Qətnamə qəbul etməsi, eləcə də 2013-cü ildə Serbiya prezidentinin Srebrenitsaqətliamına görə üzr istəməsi həmin dövrdə Serbiyada siyasi hakimiyyətdə olan şəxslərin bu qırğının baş verməsində bilavasitə iştirakını sübut edir.

Münaqişənin davam etdiyi 1991-1995-ci illərdə etnik bosniyalılar bölgədə silahlanmış xorvat hərbi birləşmələri tərəfindən də kütləvi qırğına məruz qalmışlar. Slobodan Praljakın rəhbərliyi ilə Xorvat hərbi birlikləri tərəfindən Bosniyada Osmanlı imperiyası dönəmində inşa edilmiş tarixi abidələr, maddi mədəniyyət nümunələri dağıdılmış, yüzlərlə bosniyalı etnik-dini ayrı-seçkiliyin qurbanı olmuşdur.

Ümumilikdə, 1991-1995-ci illərdə çoxsaylı etnik toqquşmalar və kütləvi qırğınlarla müşayiət olunan Bosniya müharibəsi, təqribən, 100 min insanın ölümünə və 2 milyondan çox insanın didərgin düşməsinə səbəb olmuşdur. Bosniya müharibəsinin ən pik nöqtəsi hesab olunan Srebrenitsa soyqırımı isə sanki Xocalı faciəsi kimi, qarşısının alınmasından daha çox törədilməsinə şərait yaradılaraq,  məsuliyyətsiz beynəlxalqqurumların və şəxslərin şüurlu cinayətkarlığı nəticəsində baş vermişdir. BMT-nin keçmiş Baş Katibi KofiAnnan bu təşkilatın Srebrenitsaqətliamının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirə bilmədiyini etiraf edərək deyirdi: “Buraxdığımız yanlışlıqlara, gözlənilən insanlıq faciəsinin qarşısını ala bilmək bacarığını göstərə bilmədiyimizə görə biz bosniyalıları serb qüvvələrinin kütləvi qətliamından qorumağa nail ola bilmədik.”

 

Bu dəhşətli insanlıq faciəsinin bir daha baş  verməməsi üçün Srebrenitsaqətliamına obyektiv siyasi-hüquqi qiymət verilməsi üçün 1993-cü ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalıyaradılmışdır. Tribunal bu hadisənin dərindən araşdırılmasını həyata keçirmiş, soyqırımı aktında iştirak edən əksər hərbi, siyasi cinayətkarların məsuliyyətə cəlb edilməsini təmin etmişdir. İkinci Dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunallarından sonra ilk dəfə təsis edilən Beynəlxalq Cinayət Tribunalı təkzibolunmaz faktlara əsaslanaraq, Serebrenitsada baş vermiş kütləvi qırğının soyqırımı hadisəsi olduğuna dair yekun qərara gəlmişdir. 160-dan çox siyasi, hərbi fiqurların mühakimə olunduğu Cinayət Tribunalında Srebrenitsaqətliamında iştirakı sübuta yetirilən RadovanKaradziç, RadislavKrstiç, RatkoMladiç kimi siyasi, hərbi cinayətkarlar layiq olduqları cəzalarını almışlar. Eyni zamanda, Srebrenitsada törədilmiş qətliam Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də soyqırımı aktı kimi təsdiq olunmuşdur.Heç şübhə yoxdur ki, Srebrenitsa soyqırımının ümumbəşəri faciə kimi qəbul edilməsi və dünya birliyi tərəfindən ona adekvat münasibət bildirilməsi bütün planetdə millətçilik, diskriminasiya və dözümsüzlüyün ifrat formalarının gətirib çıxardığı və çıxaracağı acı nəticələrin bir daha baş verməməsi üçün önləyici əhəmiyyətə malikdir.

 

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının 2017-ci il 29 noyabr tarixli qərarı ilə Slobodan Praljakın etnik bosniyalıların kütləvi qırğınında iştirakı təsdiqlənmişdir. Həmin qərar elan edilərkən Slobodan Praljakın özünə nümayişkəranə şəkildə qəsd etməsi – elə məhkəmə salonundaca zəhər içməsi Tribunalın qəbul etdiyi haqlı qərara əsassız etirazın kobud təzahürü idi. Yüzlərlə günahsız insanın ölümündə birbaşa iştirak etmiş şəxsin utancverici cinayət hadisələrinə görə üzr istəməsi əvəzinə özünəqəsd yolunu seçməsi onun mənəvi deqradasiyasının əyani göstəricisi idi. Bu hadisə həm də insanlıq əleyhinə törədilmiş istənilən cinayətin gec və ya tez layiqli cavabını və obyektiv hüquqi qiymətini alacağının bariz nümunəsidir.

 

2011-ci ildə Hollandiya məhkəməsiSrebrenitsaqətliamından öncə bölgəyə yerləşdirilmiş Hollandiya sülhməramlılarının kütləvi qırğının qarşısının alınması üçün lazımi səylər göstərmədiyi barədə qərar qəbul etdi. Həmin qərarın yuxarı instansiya tərəfindən ləğvinə baxmayaraq, Hollandiya hökuməti qətliam zamanı bosniyalıların üzləşdiyi maddi və mənəvi ziyana görə qismən məsuliyyət daşıdığını rəsmi surətdə etiraf etmişdir.

 

Etnik, irqi, dini ayrı-seçkiliyin ağır nəticələri ilə üzləşmiş srebrenitsalılarınkütləvi qırğınına beynəlxalq hüququn norma və prinsipləri əsasında qiymət verilməsi həm də mənəvi borc və məsuliyyət məsələsidir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, İkinci Dünya müharibəsindən sonra Avropa məkanında törədilmiş ən böyük vandalizm aktı olan Srebrenitsagenosidinin qarşısının alınması üçün Avropa dövlətləri və strukturları tərəfindən vaxtında zəruri müdaxilələr həyata keçirilməmişdir. Yalnız bu hadisə baş verdikdən sonra etnik təmizləməni hədəfləyənpresedentinyayılmasından ehtiyat edən Avropa dairələribəyanatlar və çağırışlarla tərəfləri hadisənin araşdırılmasına və mürəkkəb siyasi vəziyyətin daha da ağırlaşmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə dəvət etmişlər.

 

Avropa Parlamenti tərəfindən 2005, 2009, 2015-ci illərdə qəbul edilmiş QətnamələrdəSrebrenitsaqətliamısoyqırım aktı kimi təsdiqini tapmışdır. Srebrenitsa hadisələrinin 10 illiyi ərəfəsində qəbul edilmiş 2005-ci il Qətnaməsində  bu qətliamıntörədilməsində iştirak etmiş və cinayət təqibindən yayınan şəxslərin təxirə salınmadan cinayət məsuliyyətinə cəlb edilməsi, kütləvi qırğınların törədildiyi dövrdə bölgəyə yerləşdirilmiş BMT sülhməramlı qüvvələrinin qeyri-adekvat reaksiyası və lazımi tədbirlər görməməsi məsələsinin araşdırılması, regionda barış və sülhün təmin olunması istiqamətində səylərin gücləndirilməsinə dair önəmli müddəalar öz əksini tapmışdır. Avropa Parlamenti tərəfindən qəbul edilmiş və Srebrenitsa genosidi faktını təsdiqləyən 2009, 2015-ci il tarixli QətnamələrdəAvropada inteqrasiya proseslərini köklü şəkildə zədələmiş bu cinayətkar aktın bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.

 

Lakin belə görünür ki, soyqırımı kimi faciəvi hadisələrə münasibətdə hələ də nə dünyanın, nə də Avropanın vahid müqavimət platforması yoxdur.Srebrenitsa hadisələrinin iyirminci ildönümündə layihəsi Böyük Britaniya tərəfindən hazırlanmış “Srebrenitsada baş vermiş kütləvi qırğının soyqırım aktı kimi tanınmasına dair” Qətnamə layihəsininBMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə Rusiya tərəfindın veto qoyuldu. Bu– müasir sivilizasiyanın humanistik dəyərlərinin açıq şəkildə tapdanması, beynəlxalq səviyyədə siyasi əxlaqa və insanlıq dəyərlərinə etinasızlığın nümayişi idi. Bu fakt həm də ayrı-ayrı dövlətlərin baş verən hadisələrə öz dar maraqları mövqeyindən yanaşmasının, tarixin məntiqinə zidd və selektiv yanaşmasının bariz nümunəsidir.  Belə yanaşma bütün xalqlar üçün zərərlidir vəbeynəlxalq səviyyədə sülhəvə təhlükəsizliyə ciddi təhdiddir.

 

Təbii ki, Bosniya və Herseqovinada baş verən hadisələr barədə ilk siyasi münasibət bildirən dövlətlərdən biridə bu faciəvi taleyi öz yaxın tarixində yaşamış Azərbaycan olmuşdur. Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi bu ölkədə etnik-dini zəmində baş qaldıran müharibənin kütləvi qırğın və soyqırıma gətirib çıxarmaması üçün təcavüzün dayandırılması barədə dünya birliyinə çağırış etmişdir. Hər iki ölkə müstəqilliklərini qazandıqdan sonra tarixindəki bənzər ağrı-acılar Azərbaycanla Bosniya və Herseqovinanı bir-birinə daha da yaxınlaşdırmışdır.Suverenlik uğrunda eyni mübarizə yolunu keçənAzərbaycan və Bosniya-Herseqovina qarşılıqlı münasibətlərdə insanlıq əleyhinə törədilmiş cinayətlərin obyektiv siyasi-hüquqi qiymət alması üçün birgə təşəbbüskarlıq səylərini bu gün də davam etdirirlər. Bosniya və Herseqovina Parlamenti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı Qətnamənin qəbul edilməsi bu əməkdaşlığın parlaq təzahürüdür. Həmçinin, 2016-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Bosniya və Herseqovina Parlamentinin üzvü tərəfindən irəli sürülmüş “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair qətnamə layihəsinin böyük səs çoxluğu ilə qəbul edilməsi qarşılıqlı əməkdaşlığın uğurlu nümunəsidir. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq təşkilatlarda Bosniya və Herseqovinanın haqlı mövqeyini dəstəkləyir, Srebrenitsa və Xocalı qətliamları kimi bəşər tarixinin ən qəddar cinayət aktları barədə dünya ictimaiyyətinin məlumatlandırılması işini ardıcıl şəkildə davam etdirir. Həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxmillətli ölkələrdir və iki ölkə arasında möhkəm dostluq əlaqələri mövcuddur.2003-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində,Dobrinya çayı üzərində “Dostluq Körpüsü” tikilib.Bu çayın sahilində, Dostluq Körpüsünün yaxınlığında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Bu abidə iki ölkənin qoşa kədərini ifadə edir. Xocalı və Srebrenitsa kədərini. Bu kədəri unutmaq olmaz. Dünya tarixində törədilmiş ən qəddar cinayətlərinağrısını, fəryadını özündə toplayan, bütövlükdə insanlığa, sülhə, demokratik nizama, vətəndaş birliyinə qarşı törədilmişsoyqırım hadisələriniunutmamaq,Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini anmaq Yer üzündə yaşayan hər bir məsuliyyətli insanın mənəvi borcudur.


SON XƏBƏR
ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
18.08.2018, 22:06

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018, 21:51

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Putin Almaniyaya gedib
18.08.2018, 21:30

Putin Almaniyaya gedib

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq
18.08.2018, 21:12

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq

“Qarabağ” çempionata qələbə ilə başladı
18.08.2018, 20:54

“Qarabağ” çempionata qələbə ilə başladı

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...
18.08.2018, 20:43

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...

Ərdoğan yenidən AKP sədri oldu
18.08.2018, 20:30

Ərdoğan yenidən AKP sədri oldu

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI
18.08.2018, 20:16

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib
18.08.2018, 20:01

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 
18.08.2018, 17:31

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı
18.08.2018, 17:17

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi
18.08.2018, 17:12

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı
18.08.2018, 16:44

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı

Səfər Mehdiyev gömrük postlarını YOXLADI
18.08.2018, 16:15

Səfər Mehdiyev gömrük postlarını YOXLADI

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi
18.08.2018, 16:12

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”
18.08.2018, 15:59

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
18.08.2018, 15:12

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı

Belarusa yeni baş nazir təyin olundu
18.08.2018, 14:52

Belarusa yeni baş nazir təyin olundu

Gömrükdə külli miqdarda dərman aşkar edildi
18.08.2018, 14:49

Gömrükdə külli miqdarda dərman aşkar edildi

Kofi Annan vəfat etdi
18.08.2018, 13:56

Kofi Annan vəfat etdi

Axtarışda olan 36 nəfər saxlanıldı
18.08.2018, 13:53

Axtarışda olan 36 nəfər saxlanıldı

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi
18.08.2018, 13:32

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Biləsuvarda motosiklet aşdı, sürücü öldü
18.08.2018, 13:09

Biləsuvarda motosiklet aşdı, sürücü öldü

ARXİV