09mart | Ana Səhifə - Yazılar - Bizə yazıqları gəlmir
Bizə yazıqları gəlmir

Hidayət Elvüsal


Kimi isə təqlid etməsək, yamsılamasaq ürəyimiz partlayar. Əynimizə geyindiyimiz paltardan, toy mərasimindəki mahnıdan, filmdən, oğlanların qulağındakı ətəkli sırğadan... tutmuş evlənib, boşanıb şou-biznesə qoşulmağa qədər hər şeydə, hər...

Qabaqlar, yüzillər boyu gəlin qırmızı libasda olardı. Gərdəkdə oturardı. İndi Cəvahir toya Cumana kimi ağ libasda, özü də yarıya qədər açıq sinəsi, kürəyi ilə çıxır. Çıxır da sözdür? O qədər oynayır ki, tər dabanından çıxır.

Türk arkadaşlarımız oxuduqları mahnılarda arabir yüngülvari söyüş-zad eləyirlər. Nə bilim “vicdansız”-filan deyərək Allah-Allah! Bizimkilər başlayanda qızın “domavoy kniqa”sını qoyurlar qabaqlarına başlayırlar:

- Sənin atanın kəlləsi...

- Sənin ananın çənəsi...

- Dədənin, babanın, nəslinin, kökünün, qardaşının, bacının...

Və niyə? Heç nə! Mahnının sözlərindən belə məlum olur ki, bu gədə gedib bir qıza könül açır. Qız da çox mədəni surətdə bunu başa salır ki, qardaş, mənim sevdiyim adam var. Ya da izah eləyir ki, dədəmin goru haqqı nişanlıyam. Pahooo!

Və heç kəs bu oxuyan gədəyə izah edə bilmir ki, manıs, söydüyün qız sənə “hə” deyib, dönük çıxmayıb. İllər boyu sənə “yarım” deyib, özgəsini seçməyib. Yazıq uşaq heç səni tanımayıb. Deyib ki, qardaş, adamım var, nişanlıyam, səni sevmirəm. Vəssalam! Onu niyə söyürsən? O da qayıdıb desə ki, ay.... qarnından çıxmış, dədəmnən, nənəmnən nə işin var? Nə deyərsən?

O türklər bir “Kurtlar vadisi” telefilmi çəkdilər. Bizim ekranlar doldu qurdlarla, canavarlarla. Bir az orasından, bir az burasından kopyalayıb, kino düzəldirlər. Adamın əti tökülür. Guya bunların da bir Polad Ələmdarı var. Yeriyəndə ayaqları, danışanda dili dolaşır. Hələ atışma səhnələri. Bəh-bəh-bəh! Adam xəcalət çəkir.

İkisi harasa çatır. Tapançaları çıxarırlar. Biri atır və kimsə vurur. O biri deyir:

- Qəşəng!

Sonra o biri vurur və bu biri deyir:

- Gözəl!

Bax, bu yerdə rejissor “Cırtdan” nağılından “Kim yatmış, kim oyaq” epizodundan istifadə etsəydi yerinə düşərdi. Ya da elə “Tıq-tıq xanım”dan da yararlana bilərdi. Yoxsa:

- Part!

- Qəşəng!

- Zart!

- Gözəl!

Ə, bala, gedin bir özgə işlə məşğul olun. Ordan-burdan plagiatlıq, yəni ədəbi oğurluq etməklə sənət yarada bilməzsiniz. Camaatın vaxtını almayın. Gic-gic çəkilişlərin adını “film” qoymayın. Alınmır, qaqaş, heç alınmır.

Ta bu şou-biznes adlandırılan toyu-biznesdən danışmağa dəyməz. Duzsuz, düşük, mənasız həyat tərzi bunların “yaradıcılığıdır”. Bura elə yerdi ki, boşanana yox, boşanmayana pis baxırlar. Şou-biznesin ən böyük gücü onun boşanmışlar ordusundadır. Vay-vay-vay! Elə ki, davaları, telesaçyolduları düşür, dəhşət! İçlərindəki kanalizasiya qoxusu dörd yanı bürüyür. Hamı o kraska-pudranın alındakı əsl sifəti görür. Görür və tüpürür.

Və bu təqlidlər, yamsılamalar, daha nələr-nələr dünyasında hələ çox şey görəcəyik. Deyirəm Allah göstərməsin, məsələn, bu qonşu ölkədə hansısa “ulduz” ata ərə getsə, yəni belə bir nikah bağlasa, bizim bu ölkədə, bu şou-biznes deyilən toyu-biznesdə kimlər ilk olaraq at-eşşəklə nikaha girər. Gülməyin!

Belə şeylər olur. ABŞ-da bir körpünü sökmək istəyirdilər. Bir qadın həmin körpü ilə nikaha girdi. Və “ərini”, yəni körpüsünü onun icazəsi olmadan sökə bilmədilər.

Deməli, eşşəklə nikaha girmək elə də çətin məsələ deyil. Sadəcə olaraq təqlid elədiyimiz, yamsıladığımız, o ölkədə hələ ki, baş verməyib. Baş verərsə...

Dəhşət!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35