19 aprel 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - “Ürək çatışmazlığı, yoxsa...” - Həyat etüdləri...
“Ürək çatışmazlığı, yoxsa...” - Həyat etüdləri...
29.03.2018, 13:02

Akif Cabbarlı


Dumanlı-çiskinli bir yaz səhərində qəzetlər və saytlar çox xəsisliklə cəmi iki-üç cümləlik bir xəbər yaydılar: “Tanınmış publisist Asif Vasifli dünən gecə saatlarında ürək çatışmazlığı səbəbindən qəflətən vəfat etmişdir. Dəfn mərasimi Yaşıltəpə şəhər qəbiristanlığında olacaq. Yaxın dostları və həmkarları mərhumun ailəsinə başsağlığı verirlər”.


...Paytaxtdan xeyli aralıda, yamyaşıl dağ yamacındakı qəbiristanlığa da sən deyən adam yığılmamışdı. Bakıdan beş-üç nəfər qələm adamı, ailə üzvləri, bir də Yaşıltəpədəki qohum-əqrəbası gəlmişdi. Yaxın dostlarından olan Mahir müəllim həmişəki kimi pafosla, yüksək intonasiya ilə danışır, mərhumun istedadlı yazarlardan biri olduğunu, işlədiyi uzun müddət ərzində öz qələminə, düşüncə və əqidəsinə sadiqliyindən bəhs edirdi. O, Asif Vasiflinin nəinki Yaşıltəpə əhalisi, eləcə də paytaxt sakinləri, daha doğrusu, oxucular arasında böyük xətir-hörmət, nüfuz qazandığını qürur hissi ilə dilə gətirirdi. Dəfn mərasiminin sonunda bir kənd müəllimi molladan icazə alıb, ürək sözünü bldirmək istədi.


-Ay camaat, Asif müəllim həqiqətən yaxşı insan olub, hər kəsin ürəyindən xəbər verən əsərlər yazıb, hamımıza böyük yaxşılıqlar edib, irili-xırdalı bütün xahişlərimizi eşidib, bizə düzgün yol göstərib. Əlində imkan olanda, sözü yuxarılarda eşidiləndə bax bu qəbiristanlığın hasarını dəyişdirtdirib, yollarımıza asfalt çəkdirtdirib, Bakıda oxuyub qurtaran uşaqlarımıza iş verdirib, xeyir-şərimizdə iştirak edib. Bəs, biz nə eləmişik? Hansımız quruca zəng edib, kefini soruşmuşuq? Nə vaxt bayramlarda bir kənd payı göndərib, ürəyini almışıq, hə?! Heç vaxt. Eşitməmişəm, görməmişəm. Ay Bakıdan gələn müəllimlər, yazırsınız ki, ürək çatışmazlığından ölüb, yəni ki, həkimlər bu cür deyib də. Amma bu təvazökar, sadə insandan bircə yol soruşan olubmu ki, ay gözütox, sədaqətli, dəyanətli insan, evdə-ailədə nəyin çatıb-çatmır, bəlkə nəyəsə ehtiyacın var... Cüzi maaşla, qonorarsız-mükafatsız necə yaşayırsan, nə təhər dolanırsan? Siz orada maraqlanmamısınız, bizimsə burada tükümüz də tərpənməyib. Yad eləməmişik, fikirləşmişik ki, bəy kimi dolanır da kişi. Hanı bəs Asif müəllimin əli işdə olanda yanından tərpənməyən qulbeçələr, fəndgirlər, yalançı bülbüllər?.. Yox bir, ürək çatışmazlığından! Yalan söhbətdir. Ona illərlə sərgilənən laqeydlik, biganəlik, diqqətsizlik, hər kəsdən gizlətdiyi maddi-mənəvi ehtiyac öldürdü bu kişini. Yoxsa nə olmuşdu ki, onun ürəyinə?! Xahiş edirəm, əsl mətləbləri açıq-aşkar yazasınız bildirişlərdə. Allah sənə rəhmət eləsin, Asif müəllim. Qoy, ruhuna da ayan olsun ki, sən bu dünyanı ürək çatışmazlığı ucbatından-zaddan tərk eləməmisən. Rahat yat, gözəl insan.


...Yaşıltəpənin yamyaşıl otları, nərgiz gülləri xəfif-xəfif xumarlanır, asta-asta günəşə sarı boylanırdılar.

 

Heç özləri də bilmir ki, niyə dalaşmalıdırlar...

 

Qonşumun işlətdiyi kafe-çayxana bizim üçün hər cəhətdən münasibdir. İstədiyimiz stolda ürəyimiz istəyən qədər oturur, nərd oynayır, ara-sıra boğazımızı da yaşlayırıq. Bir çaynik çay cibimizə uyğun verilir – cəmi bir manata. İstəsən, heç çay da içmə, nərdə onsuz da pul istəməyəcəklər.

Bu çayxanada hər cür adama rast gəlmək mümkündür. Pensionerlərə, istefaya gpndərilən polis işçilərinə, xırda məmurlara, həkimlərə, tələbələrə və sair zümrədən olan vaxtöldürənlərə həmişə burada yer tapılır. Bir-biri ilə ürəkdən dost olan, səmimi tellərlə bağlananlar da var, heç nədən nəyisə bəhanə edib, burun-buruna gələnlər də. Hövsələsizlər bəzən hansısa kəlmənin ucundan tutub ucuzluğa da gedir, bir-birini xoruz səsi eşitməmiş yağlı söyüşlərlə “tərifləyirlər” də. İki nəfər var ki, hamımız onların xətrini əziz tutur, başa keçiririk. Dünya görmüş adamlardır, bərkdən-boşdan dəfələrlə çıxıblar, di gəl ki, son vaxtlar bir-biri ilə heç yola getmirlər. Birinin dediyi söz nədənsə o birinin boğazından keçmir. Əslində, belə qarşıdurmalara heç tutarlı səbəb də yoxdur. Nə var-nə var zəri möhkəm fırlatdın, daşı bərkdən şappıldatdın, tumun qabığını nərdtaxtanın içinə vızıldatdın və sair və ilaxır. Belə xırda işlərə görə tutaşır, necə tutaşırlar. Qıraqdan baxıb qınayanlar da olur, sadəcə susanlar da. Durub ayırırıq, qoymuruq ki, bir-birinə əl qaldırsınlar, xətər yetirsinlər. Dəfələrlə belə olub, Allah var, gərək düzünü deyəsən, ertəsi gün də heç nə olmamış kimi görüşüb hal-əhval tutur, söhbət edir, çay içə-içə nərd də atırlar. Bir də görürsən yenə təkrar olundu, söyüşdülər, ayağa qalxıb bir-birinə çəpəki  nəzər salıb, yumruq atdılar. Ürəkdən eləmədikləri də aydın duyulur. Həm də arxayındırlar axı, ayıracağıq.

Günlərin birində əvvəlcədən sözləşdiyimiz kimi, mübahisələrinə qarışmadıq. Yağlı, bərli-bəzəkli sözlərdən sonra stoldan qalxdılar ki, bir-birinin yaxasından yapışıb, davanın növbəti mərhələsinə keçsinlər. İkisinin də gözləri bizdə idi ki, dərhal ayıracağıq dostları. Heç yerimizdən də tərpənmədik. Bu halı təəccüblə seyr edən tərəflər söyüşün tempini tədricən aşağı saldılar, öləzitdilər və suyu süzülmüş halda yenidən öz yerlərində oturdular.

Ertəsi gün ayrı-ayrılıqda hər biri deyirmiş ki, camaat ayırmasaydı, bağırsaqlarını tökəcəkdim ayağının altına...

 

 Pişiyin kef çəkməkliyi

 

Qonşum bütün heyvanları sevir, pişiklərə isə ayrı cür münasibəti, xüsusi məhəbbəti var. Evdə daim pişik saxlayır, ailə üzvlərini də inandırır ki, vaxtilə müqəddəslərin də böyük hörmət bəslədiyi bu heyvan ailəyə xoşbəxtlik, evə xeyir-bərəkət gətirir. Pişiyin öz sahiblərinə gələn bədbəxtliyin qarşısını alması, onları bir çox xəstəliklərdən qoruması ilə bağlı saysız-hesabsız rəvayətləri də əzbər bilirdi.

Ötən il rayondakı xalasının bağışladığı ağappaq mavrı böyümüş, özünün xüsusi şövqlə vurğuladığı kimi qəşəng, “toppuş oğlan” olmuşdu. Pişik evdəkiləri yaxşı anlayır, ancaq özü danışa bilmirdi. Hər kəsi dəqiq duyur, kimin ürəyindən nə keçirdisə, hiss edirdi. Ev sahibəsinə xüsusi hörmətlə yanaşan pişik “mama” sözünə oxşar səs çıxarmaqla xanımın ürəyini yumşaldır, sonra birlikdə soyuducuya yaxınlaşırdılar. Burada isə pişiyin ürəyindən olan o qədər dadlı, məzəli yeməklər olurdu ki...

Pişik böyüdükcə xasiyyəti də dəyişirdi. Çöldən-bayırdan eşitdiyi “miyilti” sədaları bəzən onu təbdən çıxarır, ora-bura vurnuxur, bədənini, üzünü qəribə şəkildə divara da sürtürdü. Artıq çöl qapını cırmaqlamağa keçəndə qonşum anlayır ki, bu “toppuş oğlanın” həyətdəki əks cinsləri ilə görüşmək vaxtıdır. Axı, hər şeyin zamanı, vədəsi var. Belə məsələləri də ehmalca yoluna qoymalısan ki, Allaha ağır getməsin. Günlərin birində qapını açıb, pişiyi çölə buraxır. O da ildırım sürəti ilə doqquzuncu mərtəbədən birinci mərtəbəyə, oradan da həyətə şığıyır. Qonşumun pişiyi bir də üç gündən sonra qayıdır evə, özü də nə halda. Üz-gözü cırıq-cırıq, hisin-pasın içində. Hətta qabaq ayağı çatladığından axsaya-axsaya girir mənzilə. Sevimli pişiyinin bu günə düşməsinin səbəbi qonşuma gün kimi aydın idi, amma başqa əlacı da yox idi, axı. Yazıq heyvanın ürəyini çatladası deyildi ki. Amma pişiyin bu halı nə isə bir çarə tapılmasını tələb edirdi. Odur ki, qonşum ertəsi gün pişiyini zənbilə qoyub, düz yollanır heyvan poliklinikasına. Köhnə tanışı olan baş həkimlə görüşüb, vəziyyəti ona nağıl eləyir. Həkim qonşuma üç təklif verir. Birincisi, pişiyə həftədə bir dəfə qiyməti təxminən on dollar olan iynə vurulması; ikincisi, pişiyin məlum əzasının əməliyyatla  çıxarılması, yəni xədim edilməsi, üçüncü də heyvanı açıb tez-tez həyətə buraxılması ki, istədikləri ilə görüşə bilsin.

Qonşum ani fikirləşdikdən sonra baş həkimə deyir:

-Doktor, faydalı təklif və məsləhətlərin üçün çox sağ ol. Əvvəla, mənim maddi vəziyyətim elədir ki, dediyin iynəni pişiyimə vurdura bilmərəm. İkincisi də qaldı əməliyyat məsələsinə, zənnimcə, sən də məni başa düşərsən, kişi kişiyə gözü baxa-baxa bu cür xəyanət eləməz. Allah adamın başına daş tökər. Ən məqbul variant üçüncüdür. Pişiyimin xətri nə vaxt istəsə, könlünə düşsə, açıb buraxacağam həyətə, qoy, mənim sağlığıma kef eləsin. Beş günlük dünyadır, bu işin savabı da ömür boyu bəsimdir.

 

 Pivəyə və itə xərclənən sonuncu qəpiklər

 

Arıq, sısqa, sanki dünyanın dərd-sərinin tən yarısını çiyinlərinə götürmüş ağsaqqal kişi kafenin açıq pəncərəsindən ürkək nəzərlərlə küçəyə, küçədən keçən adamlara baxır, “niyə belə olsun”, “axı, hələ yaşamaq-yaratmaq istəyirdim”, “sən bizi niyə bu cür sınaqlara çəkdin, ay Allah” sözlərini astadan pıçıldayır, qarşısındakı bir bokal pivəni qənaətlə, qurtum-qurtum içir, boşqabdakı noxudu qızıl pul sayırmış kimi, diqqətlə, dənə-dənə ayırıb, dişsiz ağzına atırdı. Gözləri çuxura düşmüş, sifəti xeyli uzanmış kişi ilk baxışdanca Dostoyevskinin tanış personajlarını xatırladırdı. Ürəyindən nə keçirdisə, sifətindən apaydın oxunurdu. Nəzəri bayırda çinar ağacının dibində şöngüyüb mürgü vuran itə sataşanda yavaşca yerində qurdalandı. Bokaldakı pivəni axıradək qurtumlayıb, ofisiantı yanına çağırdı:

-Oğlum, hesabını al, əmini yol sal. Bir paçka da sosiska ver, bax o çöldəki itə yedirəcəm.

Oğlan qəbz yazıb təqdim elədi. Kişinin portmanatındakı pul yeyib-içməyinə və itə verəcəyi sosislərə qəpiyə-qəpik güclə yetdi.

Yaxınlıqdakı gül mağazası tərəfə addımladı. Ürəyinin tıppıltısı aydınca eşidilirdi. Niyə axı kafedə yeyib-içdi, hələ üstəlik iti də qonaq elədi? Sənə lazım idi, a kişi, bu? Sonra da qəlbində özünə təskinlik verdi: - Bu it də mənim kimi tənha, yiyəsizdir. Mən eləməsəm, kim axı, bu binəvanın ac qarnını doyuracaqdı? Az adam tapılır indi kimsəsiz köpəyi bir tikə çörəyə qonaq eləsin.

Üzbəüzdəki gül mağazasındakı güllər, al-əlvan çöl çiçəkıəri hər kəsə “gəl-gəl” deyirdi. Dükandan çıxan oğlanla qıza diqqətlə baxdı, öz cavanlığını xatırladı. O illərdə necə də xoşbəxt idilər. Hanı o dövran, o gözəl anlar... İşsiz-gücsüz, xəstəhal, tənha qoca hara, bu cavanlar hara, heç müqayisə olunarmı? Qətiyyən! Həm fikirləşirdi, həm də gül-çiçəyə həsrətlə baxırdı. Özünə lənət oxuyur, əlli il bir yastığa baş qoyduğu xanımının görüşünə əliboş necə gedəcəyini kəsdirə bilmirdi.

-Əmi, əmican, necəsiniz? Nə fikrə getmisiniz? Xanımınız necədir?

Cavan oğlanın sualı və ona tərəf uzadılan iri gül dəstəsi kişini lap çaş-baş qoymuşdu.

-Tanımadım, a bala, kimsiniz, nəçisiniz?

-Biz sizi tanıyırıq, əmican, bu gülləri də xanımınıza apararsınız, öz adınızdan, yaxşımı?

...Sübh tezdən “Qurd qapısı” həndəvərindəki şəhər qəbiristanlığına yollandı. Tanış cığırlarla güc-bəla xeyli addımladı. Hafizəsi yerində idi, odur ki, xanımının qəbrini tapmaqda o qədər də çətinlik çəkmədi. Çaşa da bilərdi, bir il əvvəl gəlmişdi bura. İmkansızlıqdan tez-tez baş çəkə bilmirdi xanımının məzarına. İndi isə... İndi isə tanımadığı, ilk dəfə gördüyü cavan oğlanın bağışladığı gül dəstəsi ilə gəlmişdi “görüşə”. Ürəyində isə Tanrıya ünvanlanan bircə cümləlik şükranlıq ifadəsi: “Şükür Sənə, İlahi, bu bayram da üzüqara qoymadın məni”.

 

 Ölənin kimliyini əvvəlcədən bilməyəndə...

 

Mərasim evinin geniş və işıqlı salonunda iynə atsan, yerə düşməzdi. Tanınmış iş adamlarından birinə “üç-yeddi” məclisi verilirdi. Üzbəüzdə oturan iki çalsaqqal kişi ətrafdakıların da eşidəcəyi tərzdə qızğın mübahisə edirdilər.

-Yox ey, bu kişi Tiflisdən maşın gətirənlərdən idi. İnişil yayda Gürcüstanda görüşmüşdük təsadüfən. Bircə dəfə görüşsək də, yaxşı insan kimi xatirimdə qalıb. Bəs, sən haradan tanıyırsan mərhumu?

-Mənim qonşum olub çox qısa müddətdə. Cəmi üç ay bizim binada yaşadı, sonra “Gənclik”dəki villasına köçdü.

-Bəs, münasibətiniz-zadınız?..

-Olub, olub. Bir dəfə dayanacaqda durmuşdum, maşınla keçəndə saxladılar, sürücüsü şüşəni aşağı salıb, təklif elədi ki, oturum, mən də atkaz elədim. Atkaz deyəndə, yəni çox yumşaqcasına təşəkkür elədim, onlar da sürüb getdilər. Bu rəhmətlik də əlini belə, bir cür, qəribə şəkildə yellədi, daha bilmirəm hirsləndi, ya yox...

Hər iki kişi azacıq fasilə verib, ortaya qoyulan plova elə girişdilər ki, istər-istəməz təzə gəlinin ilk günüylə bağlı lətifəni xatırlamalı oldum.

P.S. Rayonlarımızın birində keçirilən yas mərasimində iştirak edənlərdən birinə vəfat edənin oğlunu təqdim edirlər. Kişi plova ara verib, qəmgin-qəmgin, burnunu çəkə-çəkə bunları deyir:

-Rəhmətliklə çox yaxın idik, o qədər yeyib-içmişik, keflər çəkmişik ki... Elə olub ki, lap dağın başında, meşələrdə də gecələmişik. Heyif ondan, çox tez getdi aramızdan...

-Nə danışırsan, ə, oğraş, mənim anamı haradan tanıyırsan, düdük oğlu düdük?!

Kişini mərhumun oğlunun əlindən zorla aldılar. Sən demə, yol keçən, qarnına alaf salmaq istəyən kəlpeysər heç bilmirmiş ki, ölən kişidir, yoxsa qadın...

 

 Görüm, sənin ayağın sınsın...

 

Növbəti dayanacaqda avtobusa yanında üç-dörd yaşlı qızcığaz olan gənc bir xanım da mindi. Sərnişinlər arasında cavanların çoxluğuna baxmayaraq, heç kim uşaqlı qadına yer vermək fikrinə düşmədi. Təbii ki, basırıqda ayaq üstə dayanmaq əlində ağır çantası olan, uşaqlı qadına o qədər də asan deyildi. Özünə də oturmaq üçün yer təklif olunası yaşlı bir kişi bu vəziyyətdən narazılığını gizlətmədi. O, ağbirçək (?) qadınla yanaşı əyləşmiş gənc qıza o qədər yüksək tonla olmasa da, azacıq hirsli şəkildə “xanım, bu uşağa yerinizi vermək insafdan olardı, axı, bu qızcığaz azərbaycanlı balasıdır, erməni deyil ki...” – dedi.

Qız donuq, mənasız baxışlarla kişini süzdü və ağzındakı saqqızı şaqqıltıyla çeynəməyə davam elədi. Yanındakı arvad isə qayıdıb nə desə yaxşıdır – nə istəyirsən ee, gücünüz bizə çatır?

Kişi bir anlıq duruxdu, amma cavabını da ləngitmədi:

-Nə danışırsınız, xanım, mən qadına gücümü göstərə bilmərəm, axı. Kişi olsaydınız, qulağınızdan yapışıb durğuzardım.

Axıradək heç kim uşaqlı qadına yer vermədi. Kişniin dedikləri də kiminsə vecinə olmadı. İrad bildirən ağsaqqal avtobusdan düşən kimi ayağı büdrədi, az qaldı ki, yıxılsın.

Görünür, gənc qızın yanındakı qadın mənə əsl azərbaycansayağı bir qarğış da edib – deyə kişi ürəyindən keçirdi.


SON XƏBƏR
Ermənistanda polis xalq tərəfə keçir
19.04.2018, 18:57

Ermənistanda polis xalq tərəfə keçir

19.04.2018, 18:47

"Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi"

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
19.04.2018, 18:44

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
19.04.2018, 18:39

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
19.04.2018, 18:32

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO

Sumqayıtda mənzildən qadın meyiti tapılıb
19.04.2018, 18:18

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Kubada Kastro erası başa çatdı
19.04.2018, 18:07

Kubada Kastro erası başa çatdı

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
19.04.2018, 17:53

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
19.04.2018, 17:49

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
19.04.2018, 17:34

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib
19.04.2018, 17:31

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib

Erməni əsilli milyarder həbs olundu
19.04.2018, 17:27

Erməni əsilli milyarder həbs olundu

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK
19.04.2018, 17:12

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK

Manatın sabahkı MƏZƏNNƏSİ
19.04.2018, 17:08

Manatın sabahkı MƏZƏNNƏSİ

Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı
19.04.2018, 17:06

Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı

İraq aviasiyası Suriyanı bombaladı
19.04.2018, 16:52

İraq aviasiyası Suriyanı bombaladı

“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”
19.04.2018, 16:44

“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”

Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı
19.04.2018, 16:37

Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı

Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ
19.04.2018, 16:34

Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ

Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB
19.04.2018, 16:31

Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB

Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI
19.04.2018, 16:30

Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB
19.04.2018, 16:30

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev
19.04.2018, 16:16

“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

Naftalan otellərinə beynəlxalq sertifikat verildi
19.04.2018, 16:06

Naftalan otellərinə beynəlxalq sertifikat verildi

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT   
19.04.2018, 16:01

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT  

Xaçmazda zona müşavirəsi keçirilib
19.04.2018, 15:46

Xaçmazda zona müşavirəsi keçirilib

Sarkisyan 3 naziri vəzifəsində saxladı
19.04.2018, 15:45

Sarkisyan 3 naziri vəzifəsində saxladı

Elmar Vəliyev şikayətləri dinlədi
19.04.2018, 15:40

Elmar Vəliyev şikayətləri dinlədi

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır   
19.04.2018, 15:35

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır  

Ermənistanda saxlanılanların sayı 100-ə çatıb
19.04.2018, 15:34

Ermənistanda saxlanılanların sayı 100-ə çatıb

Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar
19.04.2018, 15:30

Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar

Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər  
19.04.2018, 15:25

Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər  

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI
19.04.2018, 15:17

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb
19.04.2018, 15:17

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb

İlham Əliyev ata Corc Buşa başsağlığı verib
19.04.2018, 15:08

İlham Əliyev ata Corc Buşa başsağlığı verib

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(13.3%)
İmtahan qiymətləri normalıdr(3.33%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70%)
İmtahan qiymətləri azaldılmalıdır(3.33%)
İmtahan qiymətləri artırılmalıdır(10%)