Modern.az

ANS-in “Zorxana”sı niyə bağlandı?

ANS-in “Zorxana”sı niyə bağlandı?

Media

18 Sentyabr 2009, 13:25

ANS televiziyasında hər gün axşam xəbərlərindən sonra Orxan Fikrətoğlunun aparıcılığı ilə efirə gedən “Zorxana” rubrikasının reytinqi aşağı düşdüyünə görə bağlanıb. ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, rubrikanın bağlanmasına səbəb “Zorxana”nın reytinqinin aşağı olmasıdır: “Bu rubrika xəbərlər blokunda 4-5 dəqiqəlik veriliş idi.Verilişin reytinqi çox aşağı olduğuna görə bağlandı və bir daha efirdə yayımlanmayacaq. Bu rubrikanı məcburiyyət qarşısında qalıb gənc tamaşaçıların marağına qurban verdim. Biz Orxan Fikrətoğlu ilə  yeni layihələr fikirləşirik. Tez bir zamanda o efirə çıxacaq. Ola bilər ki, Orxan şou-proqram aparsın”.

ANS-in vitse-prezidenti onu da qeyd edib ki, televiziyada reytinqi aşağı olan digər verilişlər də bağlanacaq: “Nisə Qasımovanın “Xoşvaxt olun” verilişinin reytinqi də çox aşağı olduğuna görə bağlandı. Bu verilişi “Günəbaxan” layihəsi əvəz etdi. Hazırda “Günəbaxan”ın reytinqi pis deyil. Fəxriyyə Xələfovanın apardığı “İncə maraqlar” verilişi də aparıcının iş qrafikinə və sair səbəblərə görə əvvəlcə bağlandı, sonra yeni aparıcı təyin edildi, ancaq hazırda verilişin reytinqi aşağı düşdüyü üçün müvəqqəti olaraq bağlanıb, verilişə yeni aparıcı təyin edildikdən sonra bərpa olunacaq”.

   

Günay Musayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir