15 dekabr 2018, Şənbə
Ana Səhifə - Yazılar - Sosial şəbəkələr sosial məsuliyyətsizlik yaratmamalıdır
Sosial şəbəkələr sosial məsuliyyətsizlik yaratmamalıdır
04.04.2018, 12:07

Mansur Piriyev 

 

Hazırda dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də insanların böyük əksəriyyəti informasiya ehtiyaclarını ictimai rəyə güclü təsir imkanları olan sosial şəbəkə və platformaları vasitə ilə ödəyir. Eyni zamanda sosial şəbəkə kanallarının kütlə əhatəsi digər alternativ sayıla biləcək vasitələrdən  dəfələrlə böyükdür.

 

Sosial şəbəkə istifadəçilərinin sayının sürətlə artmasına şərait yaradan əsas amillərdən biri də texnoloji inkişav və buna uyğunlaşan müasir yaşam tərzidir. Günümüzdə dünya əhalisinin 68%-i , yəni 5.2 milyardı mobil telefon istifadəçisidir ki, onlardan da 83%-i, yəni  təxminən 4.3 milyardı “ağıllı telefon”dan istifadə edir. Ağıllı telefon istifadəçilərinin sayı artdıqca internet ve sosyal şəbəkə istifadəcilərinin də  sayı sürətlə artmaqdadır. Bu isə dəyişən, inkişaf edən dünyamızda yeni sosial münasibətlər sisteminin yaranmasına gətirib çıxarır. Sosial şəbəkələrin formalaşdırdığı yeni ictimai münasibətlər sferasının ənənəvi sistemdən əsas fərqi isə onun dünyadakı mövcud qanunvericilik və hüquqi bazaya fərqli istiqamətdə mövcudluğu ilə bağlıdır. Yəni  mövcud  hüquqi sistem min illərdən bəri formalaşmış, hər kəsin tanıdığı və iştirak etdiyi, ənənəvi münasibətlər sistemi üzərində qurulub və indi isə qısa zamanda formalaşan “yeni virtual münasibətlər sistemi” hər kəsi sürətlə içərisinə doğru çəkməkdədir.

 

Təsadüfi deyil ki, hüquq anlayışına tərif verərkən onun əsas mahiyyətini ictimai münasibətlərin tənzimlənməsi kimi xarakterizə edirik. Ona görə də İnkişaf edən insan şürunun və ona adekvat olan yeni fəaliyyət sahələrinin, o cümlədən də virtual fəaliyyət sahəsinin-“sosial şəbəkə münasibətləri”nin də bu asbektən hüquqi tənzimlənməsi, yeni normativlərin yaradılması zərurəti meydana çıxır.

 

 Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına və istifadəçilərin sayının çoxalmasına  şərait yaratmaqdadır. Təkcə facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilərin sayı 2 milyon nəfərə yaxındır və bunun yarısından çoxu aktiv istifadəçidir ki, onların da əksəriyyətini ökənin sosial-ictimai həyatının əsasını əhatə edən gənc və orta nəslin nümayəndələri təşkil edir. Bu auditoriya demək olar ki, ənənəvi informasiya kanalları ilə o qədər də maraqlanmır, laızımi məlumatları sosial şəbəkələr üzərindən təqib edir. Eyni zamanda sosial şəbəkələrin fərdi mülahizələri qısa zaman ərzində ictimai müzakirə obyektinə çevirməsi və beləliklə fərdi şüurun ictimai şüra təsiri imkanlarının müstəsna rolu danılmazdır. Bunu nəzərə alan bəzi media qurumları və ya informasiya bazarı iştirakçıları gündən-günə bu platformada imkanlarını genişləndirməyə, sosial şəbəkələrin imkanlarından maksimum istifadə etməyə çalışırlar. Hətta saytlarda dərc olunan xəbərlər sosial şəbəkələr vasitəsi ilə daha çox auditoriyaya çatdırılır və reytinqi artırmaq üçün sosial şəbəkələrdə təkrar-təkrar paylaşımlar edilir. Təbii ki, bu müasir media mühitində başadüşülən və adi hal kimi qəbul oluna bilər. Ancaq məsələnin digər tərəfi də ondan ibarətdir ki, adətən yalan, təhrif olunmuş və ya qərəzli məlumatlar böyük kütləni əhatə etsin və tez yayılsın deyə məhz sosial şəbəkələr vasitəsi ilə yayılır. Bəzən də məqsədyönlü şəkildə saxta profillərdə paylaşılmış məlumatların xəbər saytlarında manşet olduğunu görürük. Görünür sosial şəbəkələrdə “sərhədsiz azadlıq” imkanları bir sıra saytlara cazibədar görünür yaxud onlara məsuliyyəti dağıtmaq imkanı yaradır. Ancaq hesab edirəm ki, özünü peşəkar media orqanı hesab edən xəbər saytlarının, informasiya portallarının artıq sosial şəbəkələrlə aralarına məsafə qoymalarının və ya bu qarşılıqlı münasibətə ad qoymalarının vaxtı çoxdan çatıb.

 

Sosial şəbəkələr həm də cəmiyyətimiz üçün taleyüklü məqamlarda ictimai fəal vətəndaşların, ziyalıların milli maraqları müdafiyə etməsi, dövlətçilik əleyhinə  yönəlmiş ünsürlərə qarşı fəal mübarizə meydanı və bunun üçün ictimai qınağın təşkil edilməsi imkanlarına malikdir. Bu imkanlardan istifadə edən hər bir azərbaycanlı istifadəçinin Qarabag həqiqətləri və xalqımıza qarşı törədilmiş erməni vandalizmini obyektiv şəkildə təbliğ edə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanları var.

 

Sosial şəbəkələrə tərif versək, onu istifadəçilərin hər kəsə və ya xüsusi quruplara açıq olan şəxsi səhifələr yaradaraq digər istifadəçiləri öz profillərinə dəvət etdikləri, müxtəlif qruplar yaratdıqları, fərqli paylaşımlar etdikləri və aralarında şəxsi və ya ümumi yazışmalar həyata keçirdikləri rəqəmsal mühit kimi xarakterizə edə bilərik.

 

Sosal şəbəkələrə istifadəçi kimi qatılmaq bir qayda olaraq hər kəsə açıq və ödənişsizdir. Bu mühitdə istifadəçilərin əsas məqsədi sosial paylaşım və ya əlaqə, münasibət yaratmaq olsa da paylaşılanların forma və məzmunu hər bir sosial şəbəkə səhifəsi tərəfindən fərqli təqdim olunmaqla yanaşı həm də məlumatların gizliliyi, təhlükəsizliyi və əlçatanlığı həmin səhifələr tərəfindən fərqli  qaydada həyata keçirilir. Təcrübə göstərir ki, əksər hallarda bu məsələ istifadəçilərin diqqətindən kənarda qalır və şəxsi məlumatlar “böyük həvəslə” sosial şəbəkələrin istifadəçi haqqında məlumat bölməəsində yerləşdirilir ki, bu da sonradan istifadəçi üçün ciddi problər yarada bilər. Məsələn bu yaxınlarda ən populyar sosial şəbəkə sayılan Facebook səhifəsi 50 mln. istifadəçisinin şəxsi məlumatlarını biznes maraqları üçün satdığını qəbul etmək məcburiyyətində qaldı və nəzərə almaq lazımdır ki, bu sadəcə baş verənlərdən yalnız məlum olanıdır.

 

Sosial şəbəkələrin ödənişsiz olması hər kəsə açıq və hər kəs tərəfindən əlçatan olması və istifadə zamanı xüsusi savada, bacarığa ehtiyacın olmaması öz növbəsində bir sıra etik problemləri də meydana çıxarmaqdadır. Loru dillə desək “ağzı olanın danışdığı” bu məkanda bəzən istifadəçi öz paylaşdığı məlumatn zəncirvari formada yayılacağını əvəlcədən kəsdirə, müəyyən edə bilmir. Bu isə sonradan insan hüquqları ilə bağlı bir çox problemlərin meydana çıxarmasına gətirib çıxarır. Məsələnin digər tərəfi isə, şəxsi həyatla bağlı olan və geniş kütlə üçün nəzərdə tutulmayan məlumatların gözlənilmədən kütləvi şəkildə yayılması, bu şəbəkədən istifadə edən lokal auditoriyanın, qrupun yaxud hər hansı bir cəmiyyətin informasiya və ya mədəni təlabatının  göstəricisi hesab etmək olar. Sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti, şəxsi həyatları ilə bağlı olan məlumatların yayılması real həyatda da sosial münanasibətlər mühitinin korlanmasına mənəvi dəyərlərə qarşı yönəlməklə yanaşı bəzən hüquqi məsuliyyət, hətta cinayət məsuliyyəti də yaradır.

 

İnsan hüquqlarının qorunması baxımından bu istiqamətdə mövcud olan qanunvericilik, hüquq mühafizə orqanlarının, eyni zamanda internet xidməti göstərən və ya buna nəzarəti həyata keçirən qurumlarla yanaşı əsas məsuliyyətin və cavabdehliyin istifadəçinin  öz üzərində olduğu birmənalı şəkildə qəbul olunmalıdır. Hər bir sosial şəbəkə istifadəçisi sosial şəbəkəyə qoşulmazdan əvvəl bu məsuliyyəti qəbul etməli və paylaşımlar edərkən sosial məsuliyyətini dərk etməli və qanunvericiliyə uyğun olaraq cavabdehlik daşıdığını nəzərə almalıdır.

 

Unutmaq olmaz ki, sosial şəbəkələrdə yaratdığımız virtual mühit real həyatda yaratdığımız ictimai münasibətlərin, ictimai mühitin virtual əksidir və burada  böyüməkdə olan gələcək nəsilin nümayəndələri də iştirak edir. Ən azı bu prizmadan yanaşaraq sosial şəbəkələrdəki məsuliyyətimizi yenidən nəzərdən keçirməli, virtual aləmdə özümüzə çəki-düzən verməliyik.


SON XƏBƏR
Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

İlham Əliyev Bəhreynin Kralını təbrik edib
15.12.2018, 16:40

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib
15.12.2018, 16:34

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
15.12.2018, 16:33

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
15.12.2018, 16:26

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15.12.2018, 16:17

Pentaqon Rusiya ilə danışıqlardan qaçır

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb
15.12.2018, 16:02

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15.12.2018, 15:41

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15.12.2018, 15:32

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15.12.2018, 15:18

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar
15.12.2018, 15:06

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
15.12.2018, 14:39

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15.12.2018, 14:27

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15.12.2018, 14:18

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir
15.12.2018, 13:54

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

Qubada tingçiliyin inkişafı müzakirə olunub
15.12.2018, 12:47

Qubada tingçiliyin inkişafı müzakirə olunub

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO
15.12.2018, 12:44

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...   
15.12.2018, 12:34

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...  

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi    
15.12.2018, 12:30

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır
15.12.2018, 12:29

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu
15.12.2018, 12:10

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15.12.2018, 12:04

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15.12.2018, 11:51

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
15.12.2018, 11:42

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
15.12.2018, 11:32

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi 
15.12.2018, 11:29

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi 

"Azərkosmos": “Milyonlarla insan iş yerini itirməli olacaq”
15.12.2018, 11:14

"Azərkosmos": “Milyonlarla insan iş yerini itirməli olacaq”

Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15.12.2018, 10:59

Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib

“Arsenal” təhlükəsizlik tədbirlərini gücləndirəcək
15.12.2018, 10:45

“Arsenal” təhlükəsizlik tədbirlərini gücləndirəcək

Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir
15.12.2018, 10:23

Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib
15.12.2018, 10:11

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
15.12.2018, 10:02

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı

Düşmən atəşkəs rejimini 21 dəfə pozub
15.12.2018, 09:41

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

AMEA-nın işçilərinə torpaq veriləcək
15.12.2018, 09:24

AMEA-nın işçilərinə torpaq veriləcək

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı
15.12.2018, 09:16

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
15.12.2018, 09:04

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Tramp və Ərdoğan arasında telefon danışığı olub
15.12.2018, 08:57

Tramp və Ərdoğan arasında telefon danışığı olub

Tanınmış meyxanaçı
15.12.2018, 00:53

Tanınmış meyxanaçı "Maşın"dan getdi

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR
15.12.2018, 00:42

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR

“Milan” klubu cəzalandırıldı
15.12.2018, 00:25

“Milan” klubu cəzalandırıldı

ARXİV