26Aprel | Ana Səhifə - Yazılar - Kreditlə arvad almaq?
Kreditlə arvad almaq?

Hidayət Elvüsal



Gündə bir söz eşitməsən, qulaqların Bakı-Ceyhan kəmərindən uzun olar. Dedilər ki, 70 yaşlı kişinin gözü bir arvada düşüb. Gedib çıxıb onların məhləsinə, soraqlayıb evlərini tapıb və…

Səhəri məlum olub ki, çox götür-qoydan sonra kişi o arvadın yiyələrinə deyib ki, zənəni elə-belə istəmir. Kreditlə versinlər. Yəni kişi o arvadı aparır evinə. Hər dəfə pensiyasını alanda faiz ödəyir.

Yox! Görürəm ki, bir şey anlamadınız. Ay qardaş, dükandan-zaddan məsəlçün divanı kreditlə almırsan? Ay sağ ol! Kişi də bu arada yiyələrindən kreditlə almaq istəyir dəə. Söz verib ki, faizi vaxtlı-vaxtında ödəyəcək. Neynəsin? Bu ölkədə banklara, dükanlara, ora-bura kredit borcu olmayan var? İndi kişi də o arvadı kreditə götürmək istəyib də, həm də çox yaxşı eləyib. Amerikan dollarnın qarnını doyuranacan, qoy o arvadı qohum-əqrabasına bir xeyir versin. Yəni deyərdilər haa, “xeyir vətənə qalsın”. Belə olanda həm arvadın canı rahat olar, həm də qohum-əqrabası beş-on manat pul qazanar.

Belə işlərin təməli çoxdan qoyulub. Bəzi evlənmələr, toylar kreditfason əməllərlə başa gəlib, şahidi olmuşuq. O toylara hətta ad da qoyublar - “lotu toyu”.

Hə! Məsəlçün, biri “evlənib-ayrılıb” statusu qazanmaq üçün arayıb-axtarıb yetimdən-yesirdən tapır. Danışıb razılaşırlar. Məsəlçün, filan qiymətə. Elə o gündən “gəlin” başlayır “bəyə” kredit ödəməyə.

Əvvəl-əvvəl cibinə xərclik qoyur. Sonra bərbəri göndərib saçını-saqqalını qaydaya salır. Daha sonra əynin-başını dəyişdir və… girir qoluna. Gədəni sürüyə-sürüyə aparıb soxur düşmənlərinin gözünə. Ona “gəzəyən” deyənlərin bağrını çatladır. Hələ qulaqları eşitsin deyə bərkdən deyir:

- Aaz, yox, aaz! Ondan icazəsiz heç su da içmirəm. Başımı it qibləsinə kəsər.

Bir vaxtlar kraska-pudra dükanına oxşayan “gəlin” dönüb olur başıaşağı, utancaq bir şeyə.

Elə ki, toy başlanır. Pahoo! Xalasından, bibisindən bir gecəliyə aldığı qızılları düzür ora-burasına ki, qaynanam alıb. Özləri də Türkiyədə, ya da elə Londonda işləyirlər deyə, toya gələ bilməyiblər.

Gədə də bic tərpənir. Deyir krediti bu saat bağlamasan, durub gedəcəm. “Gəlin” o saat xalasını çağırır ki, get o yığılan puldan filan qədər gətir. “Bəy” pulu alan kimi kefi kökəlir. “Gəlini” rəqsə dəvət eləyir. Hələ həddini də aşır.

- Bəlkə bu gecə doğrudan…

“Gəlin” də gülümsəyərək ona cavab verir:

- Ə, toy qurtaran kimi vızqırt burdan!

Beləcə “gəlin” təmizə çıxır, “bəy” qazanır, “kredit” bağlanır. İndi orası bizlik deyil ki, “gəlin” bir aylığına Masazırda, Bığırrıda, Ayranlıda… ya haradasa gizlənir və üzə çıxanda deyir ki, Antalyaya bal ayına geymişdim. Yoldaşım da Londondadır, üç-dörd aydan sonra gələcək.

Beş-altı aydan sonra “boşanır” və… yox! Şou-biznesə yox. Oradakılar həqiqətən bir uşaq və şəxsiyyət vəsiqəsindəki “evli” sözünə görə evlənirlər, sonra boşanırlar. Yəni ən tezi uşaq doğulandan sonra.

Bax belə! Bu kredit mənzilə, maşına, divana, yorğana… deyil, həm də belə şeylər üçün sərfəlidir və təhlükəlidir.

O ki, qaldı 70 yaşlı kişiyə, arvadı son anda verməyiblər. Fikirləşiblər ki, bunun hay-hayı gedib, vay-vayı qalıb. Birdən sabah, o biri gün yıxıldı öldü. Krediti kim ödəyəcək?

Ağıllı qohumlardan biri deyib ki, bax, elə buna görə də banklar kiməsə kredit verəndə zamin duracaq şəxsləri də qeydə alır. Yəni kreditin ödəməli olan qaçarsa, ya ölərsə, qalan faizi həmin zaminlər ödəyir.

Odur ki, kişi dünən gələndə soruşublar:

- Ay ağsaqqal, bir yaxın adamın-zadın var?

Ağsaqqal da başını bulayıb:

- Heç uzaq adamım da yoxdu.

Verməyiblər. Deyiblər ki, get öskürməyinin dalınca…

O da gedib.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mehriban Əliyeva: “Qala divarlarının görünüşünü heç nə kəsə bilməz” 26 Aprel 2019, 20:01 Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir 26 Aprel 2019, 19:55 “Belə halların olması normaldır” - Qəzaya düşən pilot 26 Aprel 2019, 19:44 Türkiyədə fabrikdə partlayış, ölü və yaralılar var 26 Aprel 2019, 19:35  İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55 Yazıçı Mir Cəlal Paşayevin 111 illiyi Gəncədə anıldı 26 Aprel 2019, 16:54