Modern.az

Bəzi məktəblər “İngilis dili” dərsliyini şagirdlərdən gizlədir

Bəzi məktəblər “İngilis dili” dərsliyini şagirdlərdən gizlədir

18 Sentyabr 2009, 17:24

Orta məktəblərdə dərslərin başlanmasının ilk həftəsi başa çatır. Təhsil Nazirliyi bu il heç bir ümumtəhsil müəssisəsində dərslik probleminin olmayacağını bəyan edib. Lakin Modern.az-a daxil olan məlumatlara görə, paytaxtdakı bir sıra məktəblərdə dərslik problemi yaşanır. Məktəb direktorları xüsusilə də “İngilis dili” dərsliyini şagirdlərdən gizlədir, onu valideynlərdən almağı tələb edirlər.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı saytımıza bildirib ki, bu il bütün məktəblər dərsliklərlə təmin edilib: “Ola bilər ki, bəzi məktəblərdə şagirdin sayı çoxalıb, ona görə kitab çatmayıb. Konkret “İngilis dili” dərsliyinə gəlincə, onu bütün məktəblər üçün 105 % həcmində çap etdirmişik. Sonrakı illərdə ehtiyac duyularsa, bu dərslik daha 45% həcmində çap olunub məktəblərə veriləcək. “İngilis dili” dərsliyi ilə bağlı məsələnin araşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırıq vermişik”. F.Şahbazlı “Ana sözü” kitabını şagirdlərin öz hesabına alması məsələsinə də aydınlıq gətirib: “Bu kitab dərslik deyil, əlavə dərs vəsaiti olduğuna görə məktəblərə paylanılmır. Bu dərs vəsaiti satışda var, ancaq şagirdin onu alması məcburi deyil. 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi