21 iyun 2018, Cümə axşamı
Ana Səhifə - Yazılar - Şahlara məktub yazdım
Şahlara məktub yazdım
17.05.2018, 12:43

Hidayət Elvüsal

 

Dünyanın işini bilmək olmur, qarldaşım. Sabah nə olacağı məlum deyil. Sənə bir məktub da yazmaq ehtiyacı duydum. Bilirəm ki, çatacaq.

Yəqin yenə o dağlara bahar gəlib, Şahlar. Oralarda ilk çiçəukləyən zoğal ağaclarıdır. Bənövşələr kol dibində  küskün-küskün, boynubükük gizləniblər. Birazdan maralçiçəkləri Kəlbəcərə tərəf boylanacaq. Qonaqsız-qarasız bulaqlar bir ayrılıq nəğməsini gecə-gündüz, dönə-dönə oxuyacaq. Tərtərin, Tutqunun səsi qayalara əks-səda verəcək. Düşmən hənirtisindən ürkən quşlar göylərdə qanad açacaq.

Deyirlər daha qartallar göy üzündə görünmürlər. Neynəsinlər? Onların  da qüruru sınıb. Məğrur, yenilməz görkəmləri ilə kimin gözləri önünlə öyünsünlər?

Darıxırsan bilirəm. Yenə bahar gəlib o dağlara, biz gəlməmişik. Libasını dəyişən çəmənlərdə gəzib-dolaşanımız yoxdur. Buralarda fəsillər insanların geyüim-geçimində dəyişir, Şahlar. Buralar o dağlar kimi fəsillənmir, ayı-günü xəbər vermir. Göylərə baxırsanmı? O dağtlarda ulduzlar daha parlaq, daha gözəl, daha romantik bir biçimdədir. Buralarda beş-altı ulduzu güc-bəla tapıb baxırsan. Oralardakı ulduzlar yanır, qərq vurur, buralarda sönür onlar solur, sozalır.

Məzarın üstündə güllər bitibmi? Bilirəm ki, var. Arzuların qədər təmiz, gözəl, ilahi güllər. Həm də dağ gülləri, dağ çiçəkləri. Ətirli, təmiz, boy-buxunlu, lap özün kimi. Buralardakı gül-çiçyin ətri olmur, görkəmi olur. Yalançı, süni görkəmi.

Elə toylarımızda da bu güllər görünür. Süni, dərmanlı, yalançı güllər. Yadımdadır, o zaman qohumlardan biri oğlunu nişanldadı. Və dedi ki, inşallah, toyunu Kəlbəcərdə eləyəcəyik.  İndi həmin oğlanın da oğlu var. Yəqin o da fikirləşir ki, oğlunun toyunu Kəlbəcərdə edəcək.

Bizim toylarımız yadındamı? Təbii, şux, dəbdəbəli. Buralarda da arabir gedirəm toylara. Bu toylarda sanki protokol hazırlanır, iclasa bənzəyir.

Səni həmişə xatırlayırıq. Səni də Sərdarı da unutmuruq. Siz bu ölkənin Milli Qəhrəmanlarısınız. Biz kimik? Oturub-duranda, söz alıb danışanda ağızdolusu «Qarabağ bizimdir!» - deyib alqış qazanırıq. Biz vuruşmuruq, danışırıq. Biz sizin kim  qəhrəman ola bilmirik . Biz düşmən gülləsinin qəzəbini ürəyimizdə soyutmağı bacarmırıq. Sizə bənzəmirik, qardaşım! Çünki biz qəhrəman deyilik. «Torpağımızı qaytaraq!»dan çox, «Torpağımızı qaytarsınlar!» deyirik. Kim qaytarsın? ATƏT, BMT, kim axı?

Amma dərslərini Aprel döyüşlərində vermişik, Şahlar. Sən də oradaydın. Görürsənmi, bəzən inamla, ümidlə danışırıq.

Yaşlanmışam, qardaşım! Ömrüm çatacaqmı deyə düşünürəm. Amma təsəllim də var. Heç olmasa ruhumuz görüşəcək. Həm də oralarda, o uca, gözəl dağlarda. Tədbirlərdə, məclislərdə arabir qardaşlarını görürəm – Malik həkimi, Adil həkimi. Ləyaqətlə yaşayırlar – atanız Əvəz Şükürov kimi! Elə bacılar da.

Dədə Şəmşir yadigarı Çimnaz bacını da xatırladım. O qanlı hadisədə o da həlak olmuşdu. Vətən namusu, qadın namusu sənin üçün ən ümdə hisslər idi. Mən o döyüşün şahidi olmamışam. Amma sənin məhz «qadınlarımız namusumuzdur» üsyanı ilə döyüşə atıldığını təsəvvür edirəm. Çünki səni tanıyıram. Dəfələrlə görüşüb söhbət etmişik. Yeyib-içib, ötənləri xatırlayıb, gələcəkdən danışmışıq. Həmişə qarşımda Əvəz kişiyə layiq bir oğul, bir igid, bir zabit görmüşəm.

Hə, qardaşım, səni heç unutmuruq. Bax, yenə bir yerə yığışıb yad elədik.  Bilirəm küskünsən, darıxırsan, o məğrur dağlarla, yalçın qayalarla, dəlisov qayalarla bölüş dərdini. Gəcəyik! Mütləq gələcəyik!

Bəlkə mənim ruhum özümdən qabaq gəldi. Görüşərik, darıxma!

Biz gələnə kimi dağlar sənə əmanət!

 


Müəllifin digər yazıları
SON XƏBƏR
“Polat Alemdar” tanınmaz hala düşdü - FOTOLAR
21.06.2018, 00:57

“Polat Alemdar” tanınmaz hala düşdü - FOTOLAR

Yeni baş nazirin hökuməti təsdiq olundu
21.06.2018, 00:46

Yeni baş nazirin hökuməti təsdiq olundu

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı
21.06.2018, 00:28

Bitkoin oğurluğu qiyməti ucuzlaşdırdı

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi
21.06.2018, 00:09

Baba laqonda ilə nəvəsinin ayağını kəsdi

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı
20.06.2018, 23:58

Dünya Çempionatı-2018: İspaniya çətin qələbə qazandı

İngiltərəli azarkeşlər Rusiyada da qalmaqal yaratdı
20.06.2018, 23:45

İngiltərəli azarkeşlər Rusiyada da qalmaqal yaratdı

Azərbaycan nefti cüzi bahalaşıb
20.06.2018, 23:35

Azərbaycan nefti cüzi bahalaşıb

Yevlaxda zəhərlənən pambıqçılar 24 nəfərə çatıb - YENİLƏNİB - SİYAHI
20.06.2018, 23:22

Yevlaxda zəhərlənən pambıqçılar 24 nəfərə çatıb - YENİLƏNİB - SİYAHI

Şəkidə üç uşağı sahibsiz it dişləyib
20.06.2018, 23:14

Şəkidə üç uşağı sahibsiz it dişləyib

Tramp kraliça ilə görüşəcək
20.06.2018, 22:56

Tramp kraliça ilə görüşəcək

Naxçıvanda şərab zavodu ermənilərdən geri alınıb - VİDEO
20.06.2018, 22:42

Naxçıvanda şərab zavodu ermənilərdən geri alınıb - VİDEO

Taxıl biçinində növbəlilik prinsipinə əməl olunmalıdır - Tapşırıq verildi
20.06.2018, 22:11

Taxıl biçinində növbəlilik prinsipinə əməl olunmalıdır - Tapşırıq verildi

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu
20.06.2018, 22:00

“Xanımım heç nəyə etiraz etmədi, bilirdi ki, kəlbəcərliyə ərə gəlir” - Dilqəm Əsgərovun oğlu

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR
20.06.2018, 21:39

Növbəti komanda-qərargah təlimi keçirilir-FOTOLAR

İntihara cəhd edən qadın xəstəxanada öldü
20.06.2018, 21:19

İntihara cəhd edən qadın xəstəxanada öldü

Dünya Çempionatı-2018: Rusiya və Uruqvay 1/8 finalda - VİDEO
20.06.2018, 21:06

Dünya Çempionatı-2018: Rusiya və Uruqvay 1/8 finalda - VİDEO

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var
20.06.2018, 20:54

Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var

Qırğızıstanın keçmiş baş naziri həbs edilib - rüşvətə görə
20.06.2018, 20:44

Qırğızıstanın keçmiş baş naziri həbs edilib - rüşvətə görə

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb
20.06.2018, 20:36

Balakəndə 18 yaşlı qadın 3 yaşlı oğlu ilə itkin düşüb

Avtomobil bazarında qiymətlər artıb
20.06.2018, 20:22

Avtomobil bazarında qiymətlər artıb

Masallıda “Kamaz” yanıb
20.06.2018, 20:04

Masallıda “Kamaz” yanıb

Türkiyə ordusu Münbiçdə yeni əməliyyatlara başladı
20.06.2018, 19:47

Türkiyə ordusu Münbiçdə yeni əməliyyatlara başladı

ABŞ-ın kosmik qüvvələri hücuma məruz qalıb
20.06.2018, 19:31

ABŞ-ın kosmik qüvvələri hücuma məruz qalıb

Putin Rusiya millisinin oyununa baxmadı
20.06.2018, 19:17

Putin Rusiya millisinin oyununa baxmadı

Türkiyədən 100 hərbi qulluqçu Azərbaycana gəlib
20.06.2018, 19:03

Türkiyədən 100 hərbi qulluqçu Azərbaycana gəlib

Erməni futbolçu Azərbaycanda oynaya bilər
20.06.2018, 18:50

Erməni futbolçu Azərbaycanda oynaya bilər

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib
20.06.2018, 18:41

Azərbaycan-İtaliya əlaqələrinin inkişafı yolları müzakirə edilib

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi
20.06.2018, 18:34

Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

SOCAR bu ölkədə ofisini bağlayır
20.06.2018, 18:28

SOCAR bu ölkədə ofisini bağlayır

Nazir müavini: “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb
20.06.2018, 18:24

Nazir müavini: “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb

İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı
20.06.2018, 18:19

İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı

Qaçqınlar Cəmiyyətinin sədri: “Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” - MÜSAHİBƏ   
20.06.2018, 18:10

Qaçqınlar Cəmiyyətinin sədri: “Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” - MÜSAHİBƏ  

Tereza Mey ölümlə hədələndi
20.06.2018, 18:04

Tereza Mey ölümlə hədələndi

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi
20.06.2018, 17:56

Dünya Çempionatı-2018: Portuqaliya qalib gəldi

Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ürək ağrısı ilə deməliyik ki...”
20.06.2018, 17:50

Dövlət Miqrasiya Xidmətinin rəisi: Ürək ağrısı ilə deməliyik ki...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.4%)
Braziliya(21.6%)
Almaniya(12.6%)
İngiltərə(3.73%)
Portuqaliya(13.4%)
İspaniya(5.22%)
Fransa(5.97%)
Belçika(1.49%)
Seneqal(2.98%)
Rusiya(19.4%)